Məhkəmə qərarları › İş №1(102)-1215/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1215/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1215/2023 20.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən və məruzəçi) Cavid Hüseynov və Samir Əliyev) 10 may 2022-ci il tarixli, 1(101)-697/2022 nömrəli hökmü ilə xx xxxxxxxx 1983-cü il tarixdə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Əmirvarlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 2 34.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2021ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,845 qram, 0,655 qram, 2,735 qram, 0,665 qram və 0,740 qram olmaqla tərkibinə görə eynilik təşkil edən və ümumi təmiz çəkisi 6,640 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 2 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,750 qram və 0,078 qram ol maqla tərkibinə görə eynilik təşkil edən və ümumi təmiz çəkisi 0,828 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda 3 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,722 qram, 3,889 qram, 0,526 qram olmaqla tərkibinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 8,137 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, əsas təsiredici maddəsi metadon olan və tərkibindəki metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərini, əsas təsiredici maddəsi preqabalin və tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən üzərində “P GN 300” göstəriciləri olan 4 ədəd kapsulu, əsas təsiredici maddəsi tramadol hidroxlorid olan və tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 3,050 təşkil edən üzərində “Tramadol 50 mq” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 7 ədəd ağ-göy rəngli dərman kapsullarını və üzərində “Tramadol Hydrochloride 225” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 12 ədəd qırmızı rəngli dairəvi formalı dərman həblərini əldə edib üzərində saxlamaqla daşımış, 19 oktyabr 2021-ci il tarixdə saat 04:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bağlar massivində sükanı arxasında əyləşdiyi, dayanmış vəziyyətdə olan **-KY-*** dövlət qeydiyyat nömrəli “Hyundai Elantra” markalı avtomobildə Şahid4 ilə birlikdə olarkən, onlara yaxınlaşan X2 Alayının 11ci patrul bölüyünün əməkdaşlarını gör üb qaçmağa çalışması və digər qeyri adekvat davranışları səbəbindən şübhəli bilinərək saxlanılıb Bakı şəhəri, Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Məhkum üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti nəticəsində cibində olan 1 ədəd eynək qutusunun içərisində yuxarıda sadalananlar aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi hakim), Rəşad Abdulov və Cavid Hüseyn) 08 sentyabr 2022-ci il tarixli, 1(103)-1643/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin ed ilmiş 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) il 06 (altı) aya endirilmiş, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli 1(103)-1643/2022 nömrəli qərarının dəyişdirilərək, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Məhkum barəsində olan cinayət işi üzrə ibtidai istintaq çox səthi və birtərəfli aparılmışdır. İbtidai istintaq orqanı tərəfindən Məhkum satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrinin əldə etməsi, saxlaması və daşınması ilə bağlı ittiham verilməsinə baxmayaraq bununla əlaqədar sübutların toplanması istiqamətində, həmçinin təqsirləndirilən şəxsin narkotik vasitələrinin satışı ilə məşğul olmaması barədə irəli sürdüyü dəlillərinin yoxlanılması məqsədilə hər hansı bir tədbir görməmişdir. Belə ki, işdə 19 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan göründüyü kimi, şəxsi axtarış və götürmə aparılması zamanı Məhkum götürülmüş “Samsung” markalı mobil telefonunda istintaq üçün əhəmiyyət kəsb edəcək hər-hansı bir məlumatın əldə olunması üçün ümumiyyətlə baxış keçirilmmə mişdir. Onun istifadəsində olan mobil nömrəyə daxil olan zənglər və mesajlar barədə məlumatlar mobil operatordan götürülməmişdir. Həmçinin Məhkum üzərindən aşkar olunmuş narkotik vasitələrin satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşımasına dəlalət edən hər hansı bir halın müəyyən edilməsi üçün əməliyyat tapşırığı verilmir. İbtidai istintaq orqanının Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşınması ilə bağlı verilmiş ittiham ehtimallara, mülahizələrə əsaslanmışdır. Onun satış məqsədini təsdiq edən hər-hansı bir mötəbər sübut nə ibtidai istintaq dövründə, nədə ki məhkəmə baxışı zamanı əldə edilməmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı Bakı DOST Mərkəzi tərəfin dən verilmiş 20 dekabr 2021-ci il tarixli məktubundan görünür ki, Məhkum xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq 3-cü dərəcə əlilliyi müəyyən olunub. Həmçinin təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı törətdiyi əməlini səmimi etiraf etmiş və törətdiyi əməlindən peşman olduğunu bildirmişdir. Yuxanda göstərilənlərə əsasən belə hesab edir ki, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarın dəyişdirilməsi, onun əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi, həmçinin Məhkum cəzasını yüngülləşdirən halları tam nəzərə alaraq ona CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi barədə qərar qəbul oluna bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmi r və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Müdafiəçinin fikrincə məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hər əkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə icl asında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında” protokolu, məhkəməkimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam s übuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum üzərindən aşkar o lunmuş narkotik vasitə və psixotrop maddələrin külli miqdarda, ayrı-ayrı növlərdə və bir neçə bükümdə olmasını, bu qədər maddələrin və vasitələrin özünün şəxsi istehlakı üçün əldə etdiyi halda bu qədər növdə və müxtəlif çəkidə olan maddələrin eyni anda üzərində daşımasının hansı zərurətdən irəli gəldiyini “ağlabatan” şəkildə izah edə bilməməsini narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini, metamfetamini, marixuananı və psixotrop dərmanları məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr i şin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Od ur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin M əhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar