Məhkəmə qərarları › İş №1(102)-1215/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1215/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1215/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Qasımov Əli Adil oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-517/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, yeni sahədə yaşamışdır. 2. 21 yanvar 2022-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməy ə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 2021-ci ilin sentyabr ayının sonlarında Bakı şəhərində yerləşən “20 Yanvar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə metamfetamini, eləcə də tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr olan 01 ədəd kapsulda preqabalin adlı dərman preparatı və 09 ədəd kapsulda tramadol adlı dərman preparatını 300 manat müqabilində alaraq əldə edib üzərində saxlamaqla daşıyaraq Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahədə yerləşən kirayə yaşadığı evə gətir məklə orada saxlamış, evdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə özündə olan 01 ədəd “200g x0,01g” markalı elektron tərəzi ilə bükümlərə ayırmış, 05 oktyabr 2021-ci il tarixdə yaşadığı evdə tanışı Məhkum2 40 manat pul müqabilində 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,308 qram və 0,203 qram olmaqla, ümumi çəkisi 0,511 qram olan xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,135 qram və 0,113 qram olmaqla, ümumi çəkisi 0,248 qram xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin satmış, 06 oktyabr 2021-ci il tarixdə kirayə yaşadığı Bakı şə həri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllə yeni sahədə yerləşən evin qarşısında Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmaqla həmin evdə axtarış keçirilən zaman hamam otağında olan qara rəngli sellofanın içindən 23 ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 1,029 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 39 ədəd gümüşü rəngli falqa kağız parçalarının üzərində ümumi təmiz çəkisi 0,262 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri 9,486 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,933 qram olan, Məhkum2 üzərindən aşkar edilmiş 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,511 qram olan narkotik vasitə heroinlə xarici əlamət və kimyəvi komponent tərk iblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla ümumilikdə 11,710 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bundan başqa, 05 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,295 qram olmaqla bir-biri ilə, eləcə də Məhkum2 üzərindən aşkar edilmiş 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,248 qram olan psixotrop maddə metamfetaminlə xarici əlamət və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd işlək vəziyyətdə və səthində narkotik vasitə heroinin izləri olan gümüşü rəngli “200g x 0,01 g” markalı elektron tərəzi, tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalinin təsiredici maddəsinin miqdarı 0,3 qram olan 01 ədəd kapsulda preq abalin adlı dərman preparatı və tərkibində narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,45 qram olan 09 ədəd kapsulda tramadol dərman preparatı aşkar edilərək götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-647/2022 nömrəli, 03 oktyabr 2022ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Hökmlə həmçinin Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Mustafayev Raqif Həmid oğlu apellyasiya şikayəti verib hökmün ləğv ediməsi, Məhkum1 barəsində bəraət hökmünün çıxarılmasını, bu mümkün sayılmadığı halda sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.

8. Hökmdən Məhkum2 də apellyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-517/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-647/2022 nömrəli, 03 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 06 (altı) il 06 (altı) aya endirilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən bu cəzanı hökmlə Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təyin olunmuş cəza ilə qismən top lamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzasının müddətinin 01 (bir) il müddətinə endirilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddətin ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində narkotik vasitə ilə bağlı tör ədilən cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən eyni Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu, psixotrop maddə ilə bağlı cinayətin səhv olaraq Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsinə tövsif edildiyi, cəza təyin edilərkən cəzanı yüngülləşdirən halların nəzərə alınmadığı və nəticədə təyin edilmiş cəzanın həddindən artıq ağır olduğu iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-517/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsi və daha ədalətli qərarın qəbul edilməsi xahiş edilir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin h üdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi bir inci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum1 kassasiya şikayətində ona təyin edilmiş cəzanın a ğır olduğunu və mahiyyət etibarilə törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini iddia edib, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-517/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

19. Belə ki, cinayət məsuliyyətinin əsasl arından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayə t törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsi nə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

22. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum1 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

23. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla hazırda mübahisələndirilən qərarda ayrıayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir k i, Məhkum1 əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, o cümlədən özünün və digər Məhkum2 ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, həmçinin şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə” aparılması barədə protokol, “axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla tam təsdiq olunur.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin verdiyi apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublika sı CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum1 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

25. Məhkəmə kollegiyası həmçinin məhkumun təyin edilmiş cəzanın ağır olması ilə bağlı kassasiya müraciətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, həmin hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.

26. Belə ki, birinci instansiya məhkəməsi Məhkum1 cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal olaraq, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3 və 240.1-ci maddələrinin sankiyalarının orta həddində azadlıqdan məhrum etmə cəzası seçmiş, həmin cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaqla ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi Məhkum1 təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək, sonuncunun himayəsində azyaşlı uşaqlarının olmasının, cəzasını ağırlaşdıran halların olmamasının kifayət qədər nəzərə alınmadığı qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını 06 (altı) il 06 (altı) aya endirib bu cəzanı hökmlə Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bununla da cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

28. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

29. Yuxarıda göstərilənlərlə yanaşı məhk əmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-517/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-517/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar