Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1215/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 202 4-cü il tarixli 1(105)-688/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin (sədrlik edən hakim Aydın Babayev) 13 avqust 2024-cü il tarixli 1(027)-130/2024 nömrəli hökmü ilə xx xxxxxx 1987-ci il tarixdə Quba rayonu Girdah kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Quba rayonu, Zərdabi qəsəbəsi, “Şıxamirov adına orta məktəb”də xadimə işləyən, məhkum olunmamış, Quba rayonu, Zərdabi qəsəbəsində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci insta nsiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2023-cü ilin oktyabr ayının sonlarında Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********28-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla ona məxsus mənzilə bitişik Quba rayonu, Zərdabi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində yaşayış sahəsinin genişləndirilməsi məqsədilə mişar daşları ilə hörüb özbaşına tikinti işləri aparmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və İlqar Dəmirov) 12 dekabr 2024-cü il tarixli 1(105)-688/2024 nömrəli qərarı ilə Quba Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 1(027)-130/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(105)-688/2024 nömrəli qərarının ləğv edilməsi və haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, həmçinin işi bu həddə çatdıran maraqlı şəx slər barədə qanuna müvafiq tədbirlər görülməlidir. Belə ki, Məhkum orta məktəbdə xadimə işləyir. Həyat yoldaşı Maksim 2009-cu ildə vəfat edib. İki qızını tək böyütmək məcburiyyətindədir. Onların biri 2009, digəri 2013-cü il təvəllüdlüdür. Anası Şamama da onlara yaşayır. Yəni, bir evdə ikisi azyaşlı olmaqla 4 qadın yaşayırlar. O, tikinti əlavə edilmiş ünvan 1 ünvandakı 7 saylı, iki otaqlı mənzili 14 iyun 2019-cu ildə almışdır. Mənzil şəraitləri çox pisdir. Mənzil ikimərtəbəli evin birinci mərtəbəsdində yerləşməklə, ümumi sahəsi 40,9 m2-dır. Mənzilin çıxarışı da vardır. Darısqallıq olduğundan evə bitişik köhnə balkonu söküb evi bir qədər genişləndirmək istəyib. Bundan başqa, balkon köhnə taxtalardan olduğundan sökük olub və ordan evə soyuq hava gəlib. 2023-cü ilin oktyabr ayında təxminən 1,5 metr evdən qabağa çıxmaqla oranı hasarladıb. Tikinti işləri gedən zaman icra Hakimiyyətindən Şahin müəllim və Murad, Zərdabi qəsəbə bələdiyyəsinin sədri Şahid1, İcra Nümayəndəsi Elxan müəllim və polis sahə rəisi Şahid4 gələrək tikinti işləri ilə maraqlanmış, tikintini dayandırıb müvafiq sənədləşmə üçün İcra Hakimiyyətinə yaxınlaşmağı bildirmişlər. O, tikintini dayandırmışdır. Dəfələrlə İcra Hakimiyyətinə getməsinə baxmayaraq, Şahin müəllim və qeyriləri onu saatlarla gözlətdirmiş, lakin qəbul etməyiblər. Oktyabr ayı idi, arxasınca da qış gəlirdi. Divar sökülü, ev açıq olub. Soyuqda qalmaq mümkün deyildi. Soyuq hava düz evin içinə vururdu. Belə olan halda o tikinti işlərini tamamlamağa məcbur olub. Bununla bağlı dəfələrlə şifahi məlumat verib. Hökmdə qeyd olunur ki, o özünü təqsirli bilir. Halbuki, belə bir ifadə olmayıb. Çünki, onun israrla tələbinə baxmayaraq vəzifəli şəxslər onu qəbul etməyiblər, müvafiq sənədləşməni aparmaq üçün şərait yaratmayıblar. Onların binada və qonşularda, demək olar ki, hamı balkonu genişləndirib, əlavə tikinti aparıb və s. Onlardan bəzilərinin sənədi olsa da, sənədsizləri də mövcuddur. Bundan başqa, axı o özü də icazəsiz tikməmişdir. Onlar ona xeyir dua verib deyiblər ki, tik, narahat olma, onlar lazımi sənədi verəcəklər, sonradan sözlərini danıblar. Onların həyətin o baş, bu başında, qonşu həyətlərdə hamı eyni tipli, ancaq, bəziləri daha böyük artırmalar etmişlər. Hamı da onun kimi, heç yerdən, heç bir icazə almamışdır. O da sənədləşmə üçün dəfələrlə gedib, lakin, onu qəbul edən, hər hansı yol göstərən olmayıb. Halbuki, ailə başçısını itirdiyi, öhdəsində anası və iki azyaşlı övladı olduğu üçün aztəminatlı ailə sayılır. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004- cü il tarixli sərəncamında xüsusi qeyd olunur ki, dövlət aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün vəsait ayırır, yardım göstərir və köməklik göstərir. Onun vəziyyətinə isə, nəinki kömək edən olmadı, əksinə müxtəlif təmənnalı eyhamlarla onu həyatdan bezməyə vadar elədilər. Allah qorxusu və qızlarının taleyi önünü kəsməsə çoxdan intihar edərdi. Onun azadlığın məhdudlaşdırılması ilə cəzalandırılmağı ailəyə böyük zərbədir. Belə ki, o məktəbdə xadimə işləyir. Onların iş saatı erkən saatlarda başlayır. Məktəb tezdən açılır və o, saat 5-də evdən çıxmalıdır. Ancaq, ona qoyulan məhdudiyyətlə o bunu edə bilməz. Ümumiyyətlə, bu hökmün onda yaratdığı mən əvi travma çox ağırdır. Belə ki, o, azyaşlı qızlarının yanında, cinayətkar kimi qəbul edilib nəzarətdə saxlanmalı, tez-tez hesabat verməlidir. Həmin hökmü qanunsuz, qərəzli və ədalətsiz hesab edir və hökmün ləğv edilməsini, məhkuma bəraət verilməsini xahiş edir. Hakimlərdən heç biri nəzərə almayıb ki, söhbət 7,5 kv.m-dən gedir. Çünki, ərizəçilər yerə 1,5 metr girildiyini iddia edir. Balkonun uzunluğunun 5 m olduğunu nəzərə alsaq, cəmi 7,5 kv.m-dən söhbət gedir. Bu halda iki qız anası dul qadına, uşaqlarına və yaşlı anasına baxan və ailəsinə yeganə qazanc gətirən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuna uyğun sayılı bilməz. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edi r ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(105)-688/2024 nömrəli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qəra rın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun özbaşına tikinti işləri aparması sübuta yetirilmədən barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə ittiham hökmü çıxarılmış və işin hallarına uyğun olmayan ağır cəza təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin bu barədəki d əlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni v ə əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, şahidlər Şahid1 və Şahid3 ifadələrini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və işin di gər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Göründüyü kimi, Məhkum qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini apararaq Azərbaycan Respublikası CM-in 188.2-ci madd əsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işi üzrə sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir, kassasiya şikayətində məhkumun cinayət törədilməsində təqsirsiz olması barədə dəlillər məhkum tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq, həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələri n gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırarkən məhkəmələrin sübutların araşdırılmasında, proses iştirakçılarının hüquqlarına riayət edilməsində, cinayət prosesi aparılmasında hər hansı bir qanun pozuntusuna yol verməsini müəyyən etməmişdir. Belə ki, hazırkı cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirli liyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsa sən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş, onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Məhkəmələr tərəfindən Məhkum təyin edilmiş cəza həddini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 188.2-ci maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində azyaşlı uşağın olmasını, əməlini etiraf etməklə səmimi peşmançılığı və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb əməlində cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmiş və işə apellyasiya qaydasında yen idən baxan Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum əvvəllər məhkum olunmamış, himayəsində olan 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqları tək böyüyür. Məhkumun cəzasını ağırlaşdıran heç bir halı müəyyən edilməmişdir. Onun tərəfindən törədildiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, onun tərəfindən özbaşına tutulmuş torpaq sahəsinin ölçüsü 7,5 kvadrat metr təşkil edir. Cinayətin motivi isə ailəsinin darısqal yaşayış sahəsinin yaxşılaşdırılmasından ibarət olmuşdur. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilm əsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsə di və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanı n təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli dirlər, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 8-ci bəndində izah olunmuşdur ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda mümkündür, bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır, cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyət li dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır, məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda qeyd edilən halları – zəbt olunmuş torpağın ölçüsünün cüzi olması, məhkumun ailə vəziyyəti və cinayətin motivi onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan hal olmaqla ona təqsirli bilindiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar cəzanı ağırlaşdıran h allar müəyyən edilmədiyi təqdirdə cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Aşağı instansiya məhkəmələri məhkuma daha yüngül növ cəza təyin etməklə onun islah olunması mümkünlüyünü nəzərə almadan Cinayət Məcəlləsinin normasını düzgün tətbiq etməmiş və Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə əməl etməmişlər. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuni hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanks iyasında müəyyən ediləndən daha yüngül – islah işləri növündə cəza təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Məhkum daha yüngül cəza təyin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(105)-688/2024 nömrəli qərarının cəza təyin etmə hissəsində dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Mə hkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(105)-688/2024 nömrəli qərarı dəyişdirilsin. Hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən Məhkum qazançından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 49.3-cü maddəsi nə əsasən Məhkum hazırkı günə kimi çəkdiyi azadlığın məhdudlaşdırılması cəzasının 5 (beş) ay 2 (iki) gün müddəti islah işləri cəzasının 10 (on) ay 4 (dörd) gün müddətinə bərabər tutulsun və ona təyin edilmiş cəza müddətindən çıxılmaqla üzərində aylıq qazançından 10% məbləğində pul dövlət nəfinə tutulmaqla 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli məhkumun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Qərarın icrasına nəzarət Məhkum yaşayış yeri üzrə - Quba rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Məhkum azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdən dərhal azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1215/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1215/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver