Məhkəmə qərarları › İş №1(102)-1216/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1216/2022

14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1216/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli, 1(106)-312/2022 nömrəli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1982-ci il tarixdə Əlibayramlı (hazırda-Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanda yaşamışdır. 2. 28 oktyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 30 iyul 2021-ci il tarixdə saat 14:38 radələrində avtomobili idarə etmək hüququ olmaqla "xxxx" MMC-yə məxsus olan və etibarnamə əsasında idarə etdiyi “Hyundai Santafe” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ilə Koroğlu küçəsinin yol ayrıcında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə,sürücü nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında,piyada keçidi qarşısında,digər yolayrıcında isə svetofor qarşısında dayanmalı,hərəkət təhlükəsizliyinin təmin edilməsi üçün idarə etdiyi “Hyundai Santafe” markalı avtomobili svetoforun qırmızı işığından yolayrıcına daxil etmədən dayandırmalı,hərəkət üçün təhlükəli şərait yaratmamalı,svetoforun icazə verilən yaşıl işiğında yol ayırıcına daxil olan “VAZ-2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilinə yol verməli və hərəkəti üçün svetoforun yaşıl işığı yandıqdan sonra avtomobili yolayrıcına daxil etməli olduğu halda,bunlara əməl etməyib avtomobili svetoforun qırmızı işığında hərəkət etdirdiyindən,svetoforun yaşıl işığında Hacıqabul şəhəri Koroğlu küçəsindən İ.Qayıbov küçəsinə hərəkətdə olan X1 idarə etdiyi “VAZ-2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş,nəticədə onun ehtiyatsızlıqdan “VAZ-2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 ölümünə səbəb olan baş beyin diffuz travması,sol baldır sümüklərinin açıq sınığı,sol gicgahda çapılmış yara,sol bazu,sol dirsək,sol qoltuqaltı nahiyyələrdə sıyrıqlar kimi həyat üçün təhlükəli olmaqla,sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər,həmin avtomobildə olan sə rnişinlər Zərərçəkmiş şəxs1 qapalı kəllə-beyin travması,baş beynin silkələnməsi ilə sol haymor sinusunun və sol orbitanın sınığı,sol almacıqda şişkinlik,sol gözün ağlı qişasında qansızma və sol ayaq pəncəsi üstündə sıyrıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər,Qanuni nümayəndə qarının küt travması,dalağın cırırlması,daxili qanaxma,qaşlararası sahədə,alt dodaqda,çənəaltı nahiyyədə əzilmiş-cırılmış yara,sol bazunun arxa səthində qançır,sol saidin orta 1/3-də sıyrıqlar kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan,sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər,Zərərçəkmiş şəxs2 sol bazu sümüyünün pronximal girişinin qapalı,yerdəyişməyən sınığı,hər iki qulaqönü çeynəmə nahiyyəsinin sıyrıqları və sol dabanda əzilmiş-cırılmış yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan,sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər,Zərərçəkmiş şəxs3 qapalı kəllə-beyin travması,baş beynin silkələnməsi,sol bud sümüyünün orta 1/3nin qapalı,yerdəyişən,köndələn sınığı,alın nahiyyəsinin dərialtı hematoması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan,sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmiş və “VAZ-2106” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə zərərçəkmiş şəxs X2 4.379 (dörd min üç yüz yetmiş doqquz) manat maddi ziyan vurmuşdur.

4. Hacıqabul Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 1(071)-2/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edi lməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

5. Hacıqabul Rayon Məhkəməsinin hökmündən zərərçəkmiş şəxs və mülki iddiaçı Qanuni nümayəndə tərəfindən apellyasiya şikayəti verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli, 1(106)-312/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, zərəçəkmiş şəxs və mülki iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli hökmü mülki iddiaya dair hissədə dəyişdirilmiş, Qanuni nümayəndə Məhkum mənəvi ziyana görə mənəvi ziyana görə 30.000 (otuz min) manat pul alınaraq X3 ödənilmişdir.Mülki iddia qalan hissədə baxılmamış saxlanılmışdır.Hacıqabul Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il hökmü zərərçəkmiş şəxs və mülki iddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. X7 Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

8. Qeyd edirəm ki, cinayət işinin məhkəmə istintaqı zamanı mülki iddia tələbi ilə bağlı işin bir sıra faktiki əsasları obyektiv araşdırılmamış və nəticədə həmin əsaslar məhkəmə istintaqının obyektiv araşdırmasından kənarda qalaraq müdafiəçisi olduğum şəxsin hərəkətlərinə obyektiv hüquqi qiymət verilməyərək əsassız olaraq 30000 manat məbləğində mənəvi ziyan müəyyən edilmişdir. İş materiallarından da görünür ki, sığorta şirkət i tərəfindən Məhkum vurduğu zərərin əvəzi olaraq 11.000 manat, Məhkum tərəfindən isə 19.000 manat ölən şəxsin hüquqi varisinə verilməsi təklif olunmuş, lakin zərərçəkmiş şəxs bundan imtina etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almayaraq təqsirləndirilən şəxsdən 30000 manat məbləğində mənəvi ziyanın tutulub zərərçəkmiş şəxsə verilməsini qərara almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülki iddiaçı Qanuni nümayəndə hadisə nəticəsində gözlərinin qarşısında ərinin ölməsi, övladlarının ağır və az ağır, özünün isə ağır bədən xəsarətləri alması onun mənəvi məhrumiyyətlərə məruz qalmasını nəzərə alaraq hadisənin ilk günlərindən maddi və mənəvi yardım göstərmək, köməklik etmək istədiyimi bildirmişəm. Lakin onlar mənim maddi və mənəvi cəhətdən heç bir kömək lik göstərməyimi qəbul etməmişlər. Qeyd edilmiş əsaslara uyğun olaraq hesab edirəm ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir. Belə ki, apellyasiya instansiyası məhkəməsi mənəvi ziyanın məbləğini müəyyən edərkən Məhkum törətdiyi əməldən çox peşman olmasını, təəssüf hissi keçirməsini, himayəsində xx.xx.2009-cu il təvəllüdlü bir azyaşlı uşağının olmasını və uşağını təkbaşına böyütməsini, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində özünün də xəsarət almasını, idarə etdiyi avtomobilə maddi ziyan dəyməsini, mənəvi və fiziki iztirablar keçirməsini nəzərə almamışdır.

9. Hesab edirik ki, məhkəmə yuxarıda qeyd olunmuş halları nəzərə almamış və nəticədə əsassızlığa yol vermişdir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraci ətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya sı məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Məhkum və onun müdafiəçisi kassasiya şikayətində mülki iddianın mənəvi ziyan hissəsinin təmin edilməsini əsassız sayaraq mülki iddianın həmin hissədə baxılmamış saxlanılması barədə qərar çıxarılmasını xahiş edirlər. İş üzrə mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normal arının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstər ilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərək ətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avr opa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan H üquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki,, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülki iddiaçı Qanuni nümayəndə özünün və az yaşlı övladı Zərərçəkmiş şəxs2 ağır, digər azyaşlı övladı Zərərçəkmiş şəxs3 az ağır bədən xəsa rətləri alması, həmin hadisə nəticəsində əri Elşən Qocayevin ölməsi işin mübahisəsiz müəyyən edilmiş halıdır. İşin muəyyən olunmuş həmin halının təqsirləndirilən şəxsin qanunsuz hərəkəti nəticəsində baş verməsi sübuta yetirilmişdir. Qanuni nümayəndə hadisə nəticəsində gözlərinin qarşısında ərinin ölməsi, övladlarının ağır və az ağır, özünün isə ağır bədən xəsarətləri alması onun mənəvi məhrumiyyətlərə məruz qalmasını labüd edir. Ona görə məhkəmə kollegiyası vurulmuş mənəvi ziyanın məbləği ilə bağlı dəyərləndirmə aparılmasına zərurət görən apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayır. Zərərin həcminin müəyyənləşdirilməsinə təsir edən yuxarıda şərh edilən halları işin faktiki halları ilə birlikdə dəyərləndirməklə məhkəmə kollegiyası hesab edir ki, mülki idlaçı Qanuni nümayə ndə fiziki əzab, mənəvi sarsıntı və iztirab keçirməsi baş vermiş hadisə nəticəsində həm özünün sağlamlığının pozulması, həm gözləri qarşısında ailə başçısını itirməsi, həm də, övladlarının ağır və az ağır dərəcəli bədən xəsarətlər alması ilə bağlı olmuşdur. Həmçinin nəzərdən qaçırılmamaldır ki, baş vermiş ailə faciəsindən sonra ərini itirən və əmək qabiliyyəti pozulan Qanuni nümayəndə sosial və iqtisadi vəziyyətinin kəskin pisləşməsi halı da öz növbəsində onun ərinin ölməsindən, uşaqlarının və özünün ağır bədən xəsarətləri almasından irəli gələn psixi və fiziki iztirabını olduqca artırmış və şiddətləndirmişdir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülki idlaçı Qanuni nümayəndə fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Məhkəmə kollegiyası qeyd olunan hallarla yanaşı, Məhkum maddi vəziyyətini, xüsusilədə də onun könüllü olaraq zərərçəkmiş şəxsə 19.000 manat pul ödəmək iqtidarında olmasını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki iddianın mənəvi ziyana dair hissədə qismən təmin olunması, Məhkum 30.000 (otuz min) manat mənəvi ziyan tutularaq mülki idiaçı Qanuni nümayəndə ödənilməsi, qalan hissədə mülki iddia baxılmamış saxlanılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası mülki iddianın mənəvi ziyan hissəsində baxılmamış saxlanılması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarının dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhk əmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 aprel 2022-ci il tarixli, 1(106)-312/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar