Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1216/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum müdafiəçisi Nurəliyev Rəcəb Rza oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsini n 10 avqust 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il taixli qərarından Məhkum müdafiəçisi R.R.Nurəliyev tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) Məhkum, 01 avqust 1993-cü il tarixdədə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respub likasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 31 dekabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 2 ünvanında yerləşən "144 Tea House” adlı kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə olarkən həmin vaxt kafeyə gəlmiş tanışı Zərərçəkmiş şəxs gördükdə bir neçə ay bundan əvvəl "Şəhrizad” adlı kafenin yanından keçərkən kafenin qarşısında Zərərçəkmiş şəxsin ona əvvəlcə "Sənin ananı bilirəm...”, daha sonra isə gülümsəyərək "...müəllimədir” deməsini bir daha xatırlayaraq, sonuncunun həmin ifadəni anasının ünvanına pis mənada kinayə ilə işlətməsini ehtimal edib, bunun səbəbini aydınlaşdırmadan, bununla əlaqədar onda yaranmış qəzəb hissinin təsiri altında Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə qeyd olunan kafenin mətbəxində istifadə olunan bıçağı götürüb, sağ əlinin içərisində gizlədib saxlayaraq, həmin zaman masa arxasında oturmuş vəziyyətdə olmaqla kafedə işləyən şəxslərlə söhbət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq, sonuncunun onun anası barədə dediyi sözləri cüzi səbəb kimi bəhanə edib, əsaslı səbəb olmadan ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq xuliqanlıq niyyəti ilə sağ əlindəki bıçaqla həmin şəxslərin gözü qarşısında qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs döş qəfəsinin arxa nahiyyəsindən bir zərbə vuraraq, ona kəskin qanitirmə ilə nəticələnməklə ölümünə səbəb olmuş sol ağciyərin və ürəyin sol mədəciyinin arxa divarının bayır səthinin zədələnməsi ilə müşayiət olunan, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, daha sonra özünü müdafiə etməyə çalışaraq ondan bıçağı almağa cəhd edən Zərərçəkmiş şəxs həmin bıçaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmanın əlamətlərinə malik olan sol mil-bilək oynağı nahiyəsinin deşilmiş- kəsilmiş yarasından ibarət olan xəsarətl ər yetirərək, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmdən Məhkum müdafiəçisi R.R.Nurəliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 18 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü dəyişdirimiş, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 14 (on dörd) il 06 (altı) ayadək endirilmiş, hökm qalan hissələrdə isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi R.R.Nurəliyev kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və Məhkum əməlinin CM-nin 120.2.2-ci maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası daxilində ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması, habelə onun barəsində tibbi xaratkerli məcburi tədbirin tətbiq edilməsi barədə qərarın qəbul edilməsini, dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protestini verərək, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edilməsini və cinayət işini yeni apelyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin və kassasiya protestinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan respubli kası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenmunun 12 dekabr 2002-ci il tarixli Qərarına, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi R.R.Nurəliyev həmin şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi qanunun tələblərini pozaraq məhkəmə istintaqı zamanı düzgün araşdırma aparmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Kassasiya şikayətinin müəllifi əvvəla bildirir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə xuliqanlıq niyyətilə qəsdən adam öldürmə cinayətini deyil, müəyyən səbəbə görə b elə niyyəti olmadan Zərərçəkmiş şəxs qətlə yetirmiş, lakin onun bu əməli istər ibtidai araşdırma orqanı istərsə də məhkəmələr tərəfindən düzgün tövsif edilməmiş və məhkəmələr onun barəsində yekun məhkəmə aktları qəbul edərkən araşdırılmış sübutları onun ziyanına təfsir etmişlər. Belə ki, Məhkum Zərərçəkmiş şəxs əvvəlcədən öldürmək niyyəti olmamış və onu öldürmək qərarına heç vaxt gəlməmiş, hətta o, zərər çəkmiş şəxsə bıçaqla cəmisi bir zərbə vurarkən də onu öldürmək məqsədi izləməmiş və sadəcə onu qorxutmaq istəmiş, digər tərəfdən isə zərərçəkmişin həm onun özünün, həm də anasının ünvanına gələcəkdə təhqiramiz ifadələr işlətməsinin qarşısını almaq isəmişdir. Daha sonra müdafiəçi kassasiya şikayətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" Publik H üquqi Şəxsin 23 fevral 2022-ci il tarixli 19 saylı kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyinə istinad edib həmin rəyə əsasən Məhkum "şəxsiyyətin paranoyyal inkişafı" xəstəliyindən əzab çəkməsini, onun CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsini, onun xəstə olması təkcə həmin rəylə deyil, həm də çoxsaylı şahidlərin ifadələri ilə təsdiq olunmasını qeyd edərək bu halın da onun əməlinin hüquqi tövsifinə təsir edən hal kimi nəzərə alınmalı olmasını, digər tərəfdən isə hüquqlarını müdafiə etdiyi şəxsə müvafiq müalicənin təyin edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas yaratmasını iddia etmişdir. Kassasiya şikayətində qeyd etdiyi bütün bu hallar iş materiallarından açıq-aydın görünsə də, apellyasiya instansiyası məhkəməsi Məhkum təyin olunmuş cə zanı yüngülləşdirsə də, əsassız olaraq onunun əməlinin CM-nin 120.2.2-ci maddəi ilə tövsif edilməsi barədə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, nəticədə isə bu məsələnin həllində səhvə yol vermişdir. Qeyd olunan dəlillərə əsaslanaraq müdafiəçi R.R.Nurəliyev onun kassasyi şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya protestində cinayət cəzalarının təyin edilməsi qaydalarını, əsaslarını və şərtlərini müəyyən edən CM-nin müvafiq normalarına (CM-nin 8, 41, 58 və 59-cu maddələrinə), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarına istinad edən dövlət ittihamçısı Z.A.Ramazanov kassasiya protestini on unla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 120.2.2-ci maddəsi ilə təyin edilmiş cəzanı yüngülləşdirərkən heç bir əsaslandırma aparmamış, onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı hallar isə formal xarakter daşımışdır. Halbuki iş materiallarından görünür ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində özün ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək bu ittiham üzrə qeyri-səmimi ifadələr vermiş, yəni əməlindən səmimi peşmançılıq çəkməsini bildirməmiş, əməlinin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması istiqamətində heç bir hərəkət etməmiş və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmək üçün cəhd göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara diqqət yetirməyərək Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin endirilməsi barədə əsassız qərar qəbul eməklə ədalətsizliyə yol vermiş, eyni zamanda CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə almamışdır. Kassasiya protestində göstərdiyi dəlillərə əsaslanan və apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanı yüngül hesab edən dövlət ittihamçısı Z.A.Ramazanov onun həmin protestinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv olunmasını və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Cinayət prosesinin iştrakçıları kassasiya şikayətinə və kassasiya protestinə baxılmasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi X1 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinə əsaslanaraq kassasiya şikayətinə və kassasiya protestinə Məhkum və zərər çəkmiş şəxsin hüquqi varisi X1in iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında ci nayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi R.R.Nurəliyevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində işin faktiki hallarını mübahisələndirərək sübutlara qanuna müvafiq qaydada qiymət verilməməməsini və Məhkum əməlinin düzgün tövsif edilməməsini, nəticədə isə onun ağır cəzaya məruz qalmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı Z.A.Ramaza novun kassasiya protestinin məzmunundan görünür ki, o, həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun barəsində cəza təyini məsələsi həll edilərkən sonuncuya qanunvericiliyin tələblərinə uyğun olmayan yüngül cəzanın təyin edilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi R.R.Nurəliyevin kassasiya şikayətini və dövlət ittihamçısı Z.A.Ramazanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə adı çəkilən məhkumun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiy a instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam ver ilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmi n əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Müdafiəçi R.R.Nurəliyevin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulayır ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumun müdafiəçisi R.R.Nurəliyev tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci madd əsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təs vir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də n əzərdə tutur. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblər i nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan Qərarlarında da əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkd ə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifəl ərin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndiril ən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsu siyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139. 0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və su byektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqınd a tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 35 1.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericiliyin təsvir olunan normalarına uyğun hşüququi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edi lməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət m ühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyril ərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respub likası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nə ticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyib apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını, yəni məhkumun və kompleks komisyon stasionar məhkəməpsixiatrik və psixoloji ekspertizasının keçirilməsi z amanı psixiatriya sahəsinə aid olan məsələlər üzrə tədqiqat aparmış ekspertin dindirilməsini məqsədə uyğun bilərək, araşdırılmış büün sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiym ətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum heç bir təsir göstərilmədən, müdafiəçilərin iştirakları ilə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, həmçinin şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Kassasiya şikayətində müdafiəçi R.R.Nurəliyev işin faktiki hallarının başqa şəkildə müəyyən edilməsini iddia etsə də, iş üzrə toplanmış və araşdırılmış sübutların (əsasən də məhkum olunmuş şəxsin və şahidlərin ifadələrinin) əlaqəli şəkildə təhlilindən görünür ki, Məhkum 31 dekabr 2021-ci il tarixdə "144 Tea House” adlı kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə olarkən oraya gəlmiş Zərərçəkmiş şəxs gördükdə bir neçə ay bundan əvvəl "Şəhrizad” adlı kafenin yanından keçərkən kafenin qarşısında Zərəçəkmiş şəxsin ona əvvəlcə "Sənin ananı bilirəm...”, daha sonra isə gülümsəyərək "...müəllimədir” deməsini bir daha xatırlayaraq, sonuncunun həmin ifadəni anasının ünvanına pis mənada kinayə ilə işlətməsini ehtimal edib, bunun səbəbini aydınlaşdırmadan, bununla əlaqədar onda yaranmış qəzəb hissinin təsiri altında Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək, bu məqsədlə kafenin mətbəxində bıçaq götürüb, sağ əlinin içərisində gizlədib saxlayaraq, həmin zaman masa arxasında oturmuş vəziyyətdə olmaqla kafedə işləyən şəxslərlə söhbət edən Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun onun anası barədə dediyi sözləri cüzi səbəb kimi bəhanə edib, əsaslı səbəb olmadan, ictimai qaydalara və ham ı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq xuliqanlıq niyyəti ilə həmin bıçaqla zərər çəkmiş şəxsi öldürmək məqsədilə ona döş qəfəsinin arxa nahiyyəsindən bir zərbə vurmuş, bu zərbə ilə Zərərçəkmiş şəxs kəskin qanitirmə ilə nəticələnməklə ölümünə səbəb olmuş sol ağciyərin və ürəyin sol mədəciyinin arxa divarının bayır səthinin zədələnməsi ilə müşayiət olunan, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən, həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, eyni zamanda özünü müdafiə etməyə çalışaraq ondan bıçağı almağa cəhd edən Zərərçəkmiş şəxs həmin bıçaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmanın əlamətlərinə malik olan sol mil-bilək oynağı nahiyəsinin deşilmiş-kəsilmiş yarasından ibarət olan xəsarətlər yetirərək, sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzl iyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr CPM-nin 145.1-ci maddəsinin tələblərinə də müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona ibtidai araşdırma oqanı tərəfindən istinad olunan cinayət əməlinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Bütün bunlara baxmayaraq, müdafiəçi R.R.Nurəliyev öz kassasiya şikayətində qeyd etmişdir ki, psixi xəstəlikdən əziyyət çəkən Məhkum Zərərçəkmiş şəxs xuliqanlıq n iyyəti ilə oldürmək fikrində olmamış və hadisə şəxsi münasibətlər zəminində, yəni zərər çəkmiş şəxsin məhkumun anasını təhqir etdiyi üçün baş vermişdir. Buna görə də kassasiya şikayətinin müəllifi onun əməlinin CM-nin 120.2.2-cü maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edilməsi və ona yüngül cəza təyin edilməsi barədə tələb irəli sürmüşdür. İş materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və əsasən birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların hamısı həm bu məhkəmə tərəfindən çıxarılmış hökmdə, həm də kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir olunmuş və onlara qanunericilikdə nəzərdə tutulmuş qaydada ayrı-ayrılıqda və məcmu şə klində qiymət verilmişdir. Buna görə məhkəmə kollegiyası həmin sübutların tam şəkildə təkrarən hazırki qərarda təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək törətdiyi əməlin halları barədə müxtəlif məzmunlu ifadələr vermiş, öz məsuliyyətini yüngülləşdirmək məqsədilə həm Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını və sonuncuya arxadan bıçaq zərbəsi vurarkən sadəcə onun “sənin ananı tanıyıram, müəllimədir” sözlərini dediyinə görə cəzalandırmaq istədiyini bildirmiş, apellyasiya şikayətinə məhkəmə baxışında isə ümumiyyətlə ifadə verməkdən imtina etmişdir. Lakin, cinayət işi üzrə araşdırılmış süb utların təhlili göstərir ki, Məhkum Zərərçəkmiş şəxs məhz bu ifadəni işlətdiyinə görə cəzalandırmaq qərarına gəldiyini göstərsə də, əvvəla həmin ifadələrin hansı mənada işlədilməsinin aydınlaşdırılması üçün istər hadisədən əvvəlki müddətdə, isərsə də yuxarıda göstərilən kafedə olarkən heç bir təşəbbüs göstərməmiş və həmin kafeyə zərərçəkmişin gəlməsini və onunla və orada olan şəxslərlə bir masada əyləşdyini görüb onda əvvəlcədən yaranmış niyyətə uyğun olaraq, heç bir səbəb olmadan, başqa şəxslərin gözü qarşısında öz üstünlüyünü nümayiş etdirərək ona istinad olunan əməli törətmişdir. Məhkum Zərərçəkmiş şəxs öldürmək qərarında olması, onun kafedəki davranışı və qısa müddətdə etdiyi hərəkətin hallarını, heç kimə heç nə bildirmədən, Zərərçəkmiş şəxsla mübahisə etmədən, bundan əvvəl onların ara sında heç bir münaqişə baş verməliyi halda, yəni faktiki olaraq əsaslı səbəb olmadan gizli şəkildə kafenin mətbəxindən bıçağı götürüərək qəflətən arxadan ona yaxınlaşıb zərər çəkmiş şəxsin həyatı üçün vacib olan ürək nahiyyəsinin arxa hissəsindən zərbə vurmasını şahidlər Şahid1, Şahid2 və başqaları da təsdiq etmişlər, onların verdikləri ifadələr isə araşdırılmış digər sübutlarla, o cümlədən məhkəmə-tibbi ekspertizasının 01 yanvar 2022-ci il tarixli 01 saylı rəyi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən olunmuş bu faktiki halları, o cümlədən Məhkum davranışı və etdiyi hərəkətlər onun Zərərçəkmiş şəxs heç bir tutarlı səbəb olmadan məhz xuliqanlıq niyyətilə qəsdən öldürməsinə, yəni CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə dəlalət edir və mə hkəmələrin bu haqda gəldikləri nəticə həm cinayət qanunvericiliyinin tələbləri, həm də “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrlə tam uzlaşır. Belə ki, CM-nin 120.2.2-ci maddəsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, bu cinayət də qanunun mənasına görə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. CM-nin 25.2 və 25.3-cü maddələrinin tələblərinə görə isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə, təqsirkar öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etdikdə, onun ictimai təhlükəli nəticələrini qabaqcadan gördükdə, lakin bunları arzu etməyərək belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdikdə isə cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun irad əsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qərarın 6-cı bəndinə görə isə, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunur ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum edir). "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədil ən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cina yətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Göründüyü kimi, Məhkum hərəkətlərinin faktiki məzmunu ilə CM-nin 120.2.2-ci maddəsinin dispozisiyası arasında uyğunluğun olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bu maddədə nəzərdə tutulmuş cinayət tərkibinə verdiyi təfsirdən də aydın görünür. Belə olan halda, məhkəmə kollegiyası Məhkum CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə məhkəmələrin gəldikləri nəticəni qanuni və əsaslı hesab edir və onun törədiyi əməlin başqa cür, o cümlədən CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar tapmayaraq bununla bağlı kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və şikayətin bu hissədə təmin edilməsini mümkün bilmir. Bununla yanaşı, məhkəmə kollegiyası Məhkum məc buri müalicənin təyin olunmasına dair hissədə də kassasiya şikayətinin dəlilləri və bu dəlillər əsasında irəli sürülmüş kassasiya tələbi ilə də razılaşmayaraq qeyd edir ki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla buna əsas olan bilən hər hansı hal müəyyən edilməmişdir. Belə ki, məhkəməyədək icraat zamanı təyin edilərək keçirilmiş kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 fevral 2022-ci il tarixli, 19 saylı rəyinə əsasən, Məhkum "Şəxsiyyətin paranoyyal İnkişafı” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F22.01) kimi xroniki psixi pozuntusu müəyyən edilir. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə əvvəllər fərdi qaydada psixia tra müraciət etməsi, ambulator şəraitdə müayinə olunması və müxtəlif psixotrop preperatlarla müalicə alması) və hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünə qapılması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, əsəbi və aqressiv görünməsi fikrinin qarışdığını bildirməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahiri görünüşünə görə yetərincə səliqəli olmaması, produktiv verbal kontakt qurmaqda bir qədər çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyri-fəal şəkildə qoşulması, zəif və monoton səslə danışması, ittiham olunduğu cinayət əməli və hadisələrin mahiyyəti barəsində soruşularkən fikirlərinin bir qisminin sayıqlamanı xatırlatması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, hal-hazırki psixi vəziyyətinə və yaranmış situasiyaya qarşı formal tənqidi münasibət bəsləməsi və s.) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Məhkum əqli-intellektual imkanlarının normaya uyğun olduğu, idrak prosesslərinin tədqiqi zamanı diqqətində dayannıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), təfəkkürünün proqnozlaşdırma funksiyasının qismən zəiflədiyi müəyyən edilir. Müayinə zamanı emosional sabitliyi sorğu-sual gedişatında qıcığa qarşı həssaslığının bir qədər artması, narahat, gərgin halda olması müəyyən edilir. İnadkarlıq, kobudluq, eqosentrizm, impulsivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Şərh olunanlara əsasən, məhkəmə-psixiatrik ekspertizası üzrə ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Məhkum ona istinad edilən cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən "Şəxsiyyətin paranoyyal inkişafı” formasında psixi pozuntu keçirmişdir, hal hazırda da onda şəxsiyyətin paranoyyal inkişafı davam edir, onun əziyyət çəkdiyi "Şəxsiyyətin paranoyyal inkişafı” formasında psixi pozuntu onu cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Məhkum ona ittiham olunan əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi hərəkətləri CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkum müayinə zamanı "Şəxsiyyətin paranoyyal inkişafı” formasında psixi pozuntuya xas əlamətlər müəyyən edilir, lakin, o, yanıldığını və düzgün hərəkət etmədiyini başa düşmüş, törətdiyi əmələ görə peşman olmuş, buna görə onun sayıqlamayabənzər fikirləri aktuallığını itirmişdir. Odur ki, həmin psixi pozuntu Məhkum hazırda öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir və onun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Məhkum hazırkı psixi vəziyyəti onun istintaq və digər prosessual hərəkətlərdə iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir, o, kobudluq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, hirslilik, qıcığa qarşı həssaslıq, şübhəlilik, impulsivlik, kinlik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O, ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Hadisə zamanı onun keçirdiyi psixi-emosional hal, onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir və hadisə vaxtı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətində olmuşdur. Məhkum əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 05 yanvar 2022-ci il tarixli 99 saylı məktubundan görünür ki, Məhkum Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında dindirilmiş ekspert X5 da verdiyi rəyi müdafiə etdiyini, Məhkum müəyyən müddət müayinə edildiyi ni, müayinə zamanı onda sayıqlamaya bənzər fikirlər aşkar edildiyini, lakin tam sayıqlama həddinə çatmadığını, psixi xəstəliyin insanın təfəkküründə dəyişilik edə bildiyini, lakin, hər psixi xəstəliyin belə bir fəsad yaratmadığını, koqnitiv funksiyalarında, məntiqi təfəkküründə pozuntular törətmədiyini, psixi xəstələrin sözləri fəqli yoza bildiyini, həmçinin öz təfəkkürünü məsulu olan uydurmalarının ola bildiyini, Məhkum xəstəliyi olmayan şeyləri demə, yalandan danışma və s. halları yarada bildiyini, tam sayıqlamada qəti fikirlər olduğunu, sonuncuda bunun müəyyən edilmədiyini, törətdiyi əməlindən peşman olmasını dediyini, yanıldığını və düzgün hərəkət etmədiyini başa düşdüyünü, buna görə onun sayıqlamaya bənzər fikirləri aktuallığını itirdiyini, psixi pozuntunun Məhkum hazırda öz hərəkət lərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmədiyini, onun psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığını göstərmişdir. Beləliklə, məhkəmə kollegiyası Məhkum anlaqlığı istisna etməyən psixi pozuntunun müəyyən edilməsi ilə bağlı araşdırılmış sübutların fövqündə əvvəla belə qənaətə gəlir ki, kompleks komisyon stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizanın nəticələri elmi əsaslandırılmış, digər tərəfdən isə ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi də müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Bununla yanaşı, təhlil edilən məsələ ilə bağlı araşdırılmış sübutlarla Məhkum məcburi müalicəyə ehtiyacının olması da müəyyən edilmir Belə olan halda, məhkəmə kollegiyası Məhkum əm əlinin CM-nin 120.2.2-ci maddəsi ilə tövsif edilməsi barədə məhkəmənin gəldiyi nəticə ilə razılaşmaqdla yanaşı onun barəsində tibbi xaratkerli məcburi tədbirin tətbiqi, yəni ona psixi xəstəlikdən müalicənin təyin olunması, bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarında dəyişiklik edilməsini mümkün bilmir və buna görə, kassasiya şikayətinin bütövlükdə təmin edilməməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələ bin də qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, digər tərəfdən isə cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa edilməsinə yönəlməlidir. Bunu cinayət qanunverici liyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və di gər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqıqda digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzan ın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsir li bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edi lməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngü lləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq mad dəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. O, da qeyd olunmalıdır ki, yuxarıda istinad olunan CPM-nin 144, 145.1 və 349.5-ci maddələrinin tələblərinə təkcə iş üzrə digər məsələlərin həli zamanı deyil, həm də təqsirkar barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər b ir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu nun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asıl ıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza t əyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmə lər cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericiliyin yuxarıda şərh edilən normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 120.2.2-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi, həmin məhkəmə Məhkum birinci instansiya məhkəməsi tərəfindən CM-nin 120.2.2-ci maddəsi ilə həmin maddənin sanksiyası həddində təyin olunmuş cəzanı müddətini həmin maddənin sanksiyasının aşağı həddinə yaxın həddə qədər, yəni 14 (ön dörd) il 6 (altı) ayadək azaldarkən, birinci instansiyası məhkəməsindən fərqli olaraq, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – Məhkum anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs olmasını və onun buna görə C M-nin 22.1-ci maddəsinin təsiri altına düşməsini (birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış CM-nin 59.1.9-cü maddəsində göstərilən hal), ilk dəfə məhkum olunmasını (CM-nin 59.2-ci maddəsinin tələblərinə uyğun olaraq), habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini haqlı olaraq nəzərə almış və bu zaman maddi hüquq normalarının hər hansı şəkildə pozulmasına yol verməmiş, digər tərəfdən isə, kassasiya protestində göstəilənlərin əksinə olaraq, gəldiyi nəticəni həm qanunvericiliyin tələblərinə, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarındakı izah və tövsiyələrə istinad etməklə kifayət qədər əsaslandırmışdır. Məhkum ilk dəfə cinayət məsuliyətə cəlb edilməsi halın məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi düzgün qiymətləndirilməməsi barədə kassasiya protestinin dəlillərinə cavab olaraq, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı bu halın cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində də heç bir qanun pozuntusu görmür, çünki belə halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması üçün CM-nin 59.2-ci maddəsinin tələbləri imkan verir və həmin hal CPM-nin 139.0.5-ci maddəsinin tələb etdiyi qaydada, yəni iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, qanunun bu norması məhkəmələrə onlara verilmiş səlahiyyətlərdən sui-istifadə etmədən cəza təyin etmə məsələsini həll edərkən iş üzrə araşdırılmış sübutlarla təsdiq olunduğu halda təqsirkarın törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan, onun şəxsiyyətini səciyyəlnd irən, onun ailə vəziyyətinə və onun üzvlərinə aid olan istənilən halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına imkan yaradır. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlər lə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması da mümkün deyil ona görə ki, belə halların dairəsi CM-nin 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-nin 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Digər tərəfdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandığı halların cəzanı yüngülləşdirən hallar kimi hesab etməsində də heç bir qanun pozuntusu görmür, çünki onlar elə həm cinayət qanunvericiliyin özündə nəzərdə tutulmuş, həm də qanunun tələb etdiyi kimi, işdə olan sübutlara əsasən müəyyən edilmşdir (CPMnin 139.0.5-ci maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə kollegiyası hesab edir ki, bu nəticənin şübhə altına alınması və onunla razılaşmamaq üçün əsaslar mövcud deyil. Belə olan halda da məhkəmə kollegiyası Məhkum onun təqsirli bilindiyi CM-nin 120.2.2-ci maddəsi ilə həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsi üçün əsaslar görmür. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə də razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, bütün yuxarıda təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya insta nsiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini nəzərdən keçirib kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi R.R.Nurullayevin və kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti və kassasiya protesti təmin edilməməli, Məhkum CM-nin 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D I: Kassasiya şikayəti və kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1216/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1216/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver