Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1217/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Ənvər Əhməd oğlu Şadiyev və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərar ından zərərçəkmiş şəxs X6 qanuni nümayəndəsi X13 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər C.C.Nəbiyev (sədrlik edən), İ.Q.Abdullayev və M.V.Məmmədovdan ibarət tərkibdə) 1(099)-71/2019 nömrəli 06 fevral 2019-cu il tarixli hökmü ilə 04 oktyabr 1972-ci il tarixdə Saatlı rayonunun Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Saatlı rayonunun Qırağlı kəndində qeydiyyatda olan və yaşamış; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəs ində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X8 məhkum olunmuşdur ona görə ki, o, 29 mart 2018-ci il tarixdə saat 14 radələrində qardaşı oğlu X9un, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, 16 avqust 2006-cı il təvəllüdlü qızı X9 idarə etdiyi “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təhsil aldığı Saatlı rayonunun Qırağlı kənd Vüqar Əzimov adına orta məktəbdən həmin kənddə yaşayan bibisi X4 evinə apararkən sonuncunu Saatlı rayonunun Qırağlı kəndində özünə məxsus çöl əkin sahəsinə aparıb, onu və atası X9u öldürməklə hədələyib paltarını soyunmasına nail olduqdan sonra zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək, ereksiya vəziyyətinə gəti rdiyi cinsiyyət üzvünü X6nın anus dəliyinə zorla yeridərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla, sonuncuya qarşı arxa keçəcəyin büzücü əzələsinin bir qədər boşalması əlamətləri ilə müşahidə olunan seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 2018-ci ilin aprel ayının əvvəlində onun üçün aşkar surətdə on dörd yaşına çatmayan X6nı idarə etdiyi “VAZ 2106” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonunun Qırağlı kəndində yaşadığı evdən rayonun Nərimankənd kəndində yaşayan nənəsi X7 evinə apararkən onu və atası X9u öldürmək ilə hədələyib zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə, avtomobilin salonunda öz cinsi orqanını X6nın ağzına salmaqla, aşkar surətdə on dörd yaşına çatmamış şəxsə qarşı seksual xarakterli zor akılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 18 avqust 2018-ci ildə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan X6nı idarə etdiyi “VAZ 2106" markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Saatlı rayonunun Qırağlı kəndində yaşadığı evdən həmin kənddə yaşayan bibisi X4 evinə apararkən şəkillərini internetdə yayacağı ilə hədələyib zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə, avtomobilin salonunda öz cinsi orqanını X6nın ağzına salmaqla, aşkar surətdə on dörd yaşına çatmamış şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər R.M.Cəfərov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və F.K.Soltanovdan ibarət tərkibdə) 01 may 2019-cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsi nin 06 fevral 2019-cu tarixli hökmü dəyişdirilmiş, məhkum X5 Azərbaycan Respublikasının CM-in 150.3.3-cü maddəsi ilə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək artırılmış, dövlət ittihamçısı Ş.A.Əliyev tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, məhkum X10 və onun müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə verdiyi kassasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli qərarı ləğv edilsin, Məhkum təqsirli bilindiyi CM-in 150.3.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yuxarı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə onunla əsaslandırır ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən kifayət qədər əsaslar olmadan məhkuma yüngül cəza təyin edilmişdir. Cinayət işi üzrə faktlar sübuta yetirilmiş, təqsirləndirilən şəxs Məhkum özü də təqsirini boynuna alaraq baş vermiş hadisəni təsdiq etmişdir. Bu halların mövcudluğu şəraitində ona yüngül cəza verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi dövlət ittihamçısı tərəfindən verilmiş protesti qismən təmin edərək cəzanı cəmi 1 il ağırlaşdırmışdır. Hesab edir ki, bu törədilmiş cinayət adekvat deyil və cəza cinayət maddəsində müəyyən edilmiş ən yüksək həddə təyin edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin hərəkətlərində cəzanı yüngülləşdirən hallar mövcud deyildir. Ona görə də cəza daha da sərtləşdirilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməs ində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlə rin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxsl ərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normala rının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs X2 təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, himayəsində arvadı, bir azyaşlı uşağı və 3 yetkinlik yaşına çatmamış uşağının olmasını, uşaqlarından birinin 1-ci qrup əlil olmasını, ilk məhkumluğunu, müharibə veteranı olmasınıiş və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə ona 11 (on bir) müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi isə hökmlə məhkum X5 təyin olunmuş cəzanı yüngül hesab etməklə, onun cəzasını 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına qədər artırmışdır. Nəzərə alınsa ki, CM-in 150.3.3-cü maddəsinin sanksiyasında 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir və məhkəmə də maddənin sanksiyasının orta həddindən artıq olan 12 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir, belə cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da X3 cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli X10 haqqındakı qərarının zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni o lmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2019-cu il tarixli X8 haqqındakı qərarı zərərçəkmiş şəxs X6 qanuni nümayəndəsi X13 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1217/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1217/2019
27.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver