Məhkəmə qərarları › İş №1(102)-1217/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1217/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1217/2022 18.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)-219/2021 nömrəli qərarından məhkum X3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə ba xaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum X7 03 iyun 1995-ci il tarixdə Füzuli rayonu Mahmudlu-2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Mahmudlu-2 kəndində qeydiyyatda olan.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-494/2020 saylı, 01 dekabr 2020-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 120.2.3 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respubli kası CM-nin 221.2.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin ediləsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X6 cinayətlərin məcmusu üzrə qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 08 iyul 2020-ci ildən hesablanması hökm edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir.

3. Hökmündən təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)-219/2021 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X3 müdafiəçis i Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-494/2020 saylı 01 dekabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, X6 Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə təyin edilmiş 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yüngülləşdirilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X6 qəti olaraq 15 (on beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apelyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

5. X5 Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)219/2021 nömrəli qərarından məhkum X3 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir.

6. Cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkum X7 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 07 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayə tinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası məhkum X3, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürülməsi barədə təqdim etdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)219/2021 nömrəli qərarından məhkum X3 müdafiəçisi Müdafiə çi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X3 ərizəsi təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli, 1(106)-219/2021 nömrəli qərarından məhkum X3 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar