Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1217/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), X3 və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi6, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(103)-316/2025 nömrəli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi6 və Məhkum müdafiəçisi Müdafiəçi2 Samil oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim Vüsal Tağıyev) 07 mart 2023-cü il tarixli, 1(001)-73/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1966-cı il tarixdə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “Qüdrətoğlu Holding”də böyük anbardar işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 306.1-c i maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki o, 362100,00 manat (213000,00 ABŞ dolları ekvivalentində) məbləğində pul vəsaitindən 181050,00 manatını Zərərçəkmiş şəxs1 və 181050,00 manatını isə Zərərçəkmiş şəxs2, bundan başqa 61560,40 manat (36212,00 ABŞ dolları ekvivalentində) məbləğində pul vəsaitini isə Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2020-ci il tarixli, 2(005)-2356/2020 saylı qətnaməsinin icrasının təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməd iyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 3(001)1083/2022 nömrəli qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 29 aprel 2022-ci il tarixdə rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 30 may 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvədə olan məlum aktını qərəzli icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hak imlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyev) 01 iyun 2023-cü il tarixli, 1(103)-1012/2023 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(001)-73/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmış, dövlət ittihamçısının apellyasiya protesti təmin edilmiş, Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzə çi), Şahin Yusifov və Ələsgər Novruzov) 28 noyabr 2023-cü il tarixli, 1(102)2418/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 iyun 2023-cü il tarixli 1(103)-1012/2023 nömrəli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmiş, Məhkumn tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Anar İbrahimov) 05 iyun 2024-cü il tarixli, 1(103)-634/2024 nömrəli hökmü Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(001)-73/2023 nömrəli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirlili yi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər İlkin Rəcəbov (sədrlik edən və məruzəçi), Vidadi Cəfərov və Teyyub Muxtarov) 24 oktyabr 2024-cü il tarixli, 1(102)2428/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyun 2024-cü il tarixli 1(103)-634/2024 nömrəli hökmü ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmiş, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qəniyev (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Əfqan Ələkbərov) 15 yanvar 2025-ci il tarixli, 1(103)-316/2025 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2023-cü il t arixli 1(001)-73/2023 nömrəli hökmü dəyişdirilmiş, CM-in 69.3-cü maddəsinə uyğun olaraq həbsdə saxlanmanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla Məhkum 01 iyun 2023-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbirinin icrası ilə bağlı 267 gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 5 ay 24 günü çəkilmiş hesab edilmiş və Məhkum üzərində 1 (bir) il 06 (altı) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum çəkilməmiş qalan 1 (bir) il 6 (altı) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi6 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(103)316/2025 nömrəli qərarı dəyişdirilməsini, Məhkum təyin edilmiş cəzanın növü azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(103)-316/2025 nömrəli qərarının ləğv edilməsini və məhkumun əməlində CM-in 306.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə, əməli sübuta yetirilmədiyinə görə, bu cinayətə aidiyyəti olmadığına görə Məhkum barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş e tmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 1(103)-316/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ümumilikdə 423.660,40 manat maddi ziyanın çox cüzi hissəsi, cəmi 8.273 manatı (2%) ödənmiş, 415.387,40 manatı (98%) zərər çəkmiş şəxslərə hələ də ödənilməmiş qalmışdır. İş üzrə vurulmuş ümumi ziyanın 98%-i ödənilmədiyi halda, apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin olunmuş alternativ cəzanı qüvvədə saxlaması haqsız yanaşma olmu ş, aşağı instansiya məhkəmələrinin belə qənaəti cəzanın növünün ödənilmiş maddi ziyana adekvat olmayaraq, həddən artıq yüngül olması ilə nəticələnmişdir. Mübahisələndirilən qərarda bu halların məhkəmə tərəfindən nəyə görə fərqli növ cəza təyininə əsas olması, cinayətin ictimai təhlükəli nəticələri aradan qalxmamış (ziyan ödənilməmişdir) olmasına baxmayaraq cəzanın məqsədləri ilə uzlaşması heç bir şəkildə əsaslandırılmır və ümumi sözlərlə bu hissədə birinci instansiya məhkəməsinin qənaəti məqbul görülür. Həm Məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, nəticədə isə, eyni cinayət əməlləri törətmiş və barəsində oxşar hallar olan şəxslər tərəfindən yeni cinayətlərin tö rədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranmışdır. Məhkəmə kollegiyasının qeyd olunanları nəzərə almadan hüquqi izahı olmayan, ümumi sözlərlə ifadə olunmuş mövqeyi cinayət və cinayət-prosessual qanunun tətbiqi baxımından qeyri-müəyyənlik yaratmışdır. Bu isə mübahisələndirilən yekun qərarın əsassız olduğunu təsdiq etməklə, qanuna söykənməyən mövqe olduğunu göstərən faktdır. Apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırıb obyektiv qiymət versin və baxdığı işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Hazırkı işə baxan məhkəmə kollegiyası tərəfindən isə obyektiv araşd ırmanın aparılması təmin edilməmiş, işdəki yeni sənədlərin elan olunmaqla tədqiq edilməsi təmin edilmədən icraat natamam yekunlaşdırılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi materiallarından Məhkum məhkəmə aktını qərəzli olaraq icra etməməsi sübuta yetirilmir. Cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum mülkiyyətində hər hansı daşınar və daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda, cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum tərəfindən ziyanın ödənilməsi məqsədi ilə 6.500 manat pul İcra Şöbəsinin depozitinə qoyulmuşdur. Həmçinin, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Tə cridxanası tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, - “Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum əmək haqqından 1018 (bir min on səkkiz) manat tutularaq tələbkar Zərərçəkmiş şəxs1 Bank hesabına köçürülmüşdür. Bundan başqa, hazırkı iş üzrə məhkəmə gedişi zamanı Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 hesabına hər ay pul köçürülmüşdür - 110 manat, 200 manat, 23 may 2024-cü il tarixdə “Access Bank" vasitəsilə 200 manat, 05 iyun 2024-cü il tarixdə “Access Bank” vasitəsilə 205 manat, 29 avqust 2024-cü ildə 125 manat, 30 sentyabr 2024-cü ildə 105 manat, 06 noyabr 2024-cü ildə 110 manat, 29 noyabr 2024-cü ildə 120 manat, 10 yanvar 2025-ci ildə 275 manat məbləğində pul ödənilmişdir. Hazırkı cinayət işinin materiallarından göründüyü kimi Məhkum zərərçəkmiş şəxslərlə bağlanmış “Kredit müqa viləsi” üzrə yaranmış öhdəliyini yerinə yetirə bilmədiyinə görə barəsində cinayət işi başlanılmış və Məhkum əsassız olaraq CM-in 306.1-ci maddəsi ilə məhkum edilmişdir. Məhkum deməsinə görə borc müqaviləsi bağlanandan sonra Zərərçəkmiş şəxs2 ondan 30.000 ABS dolları məbləğində nağd pul almışdır. Lakin, hazırda Zərərçəkmiş şəxs2 həmin 30.000 ABS dollarını Telmandan aldığını danır, bu fakt da nə, istintaq orqanları, nə də məhkəmələr tərəfindən araşdırılmamış, bu fakta düzgün qiymət verilməmişdir. Məhkum törətməkdə təqsirli bilindiyi cinayət CM-in 306.1-ci maddəsinin dispozisiyasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə kimi təsbit edilmişdir. Təsvir edilən no rmada cinayət məsuliyyətinin yaranması müvafiq məhkəmə aktının icrasından məhz qərəzli şəkildə boyun qaçırma ilə şərtləndirilmişdir. Bu isə deməkdir ki, CPM-in müvafiq normalarında nəzərdə tutulmuş prosedurlar bilərəkdən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqanı və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub olmamasını müəyyən etməlidir. Lakin, hökmdən və iş materiallarından görünür ki, işin faktiki halları toplanmış və araşdırılmış sübutlara uğun gəlmir, əsasən Məhkum tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 oktyabr 2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli qətnaməsinin icrasından məhz qərəzli şəkildə boyun qaçırması bu sübutlardan görünmür. Belə ki, Məhkum barəsindəki cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 8(001)-228/2022-ci il tarixli qərarından görünür ki, Məhkum Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(005)-2356/2020 nömrəli icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi barədə ərizə ilə müraciət edib, lakin onun ərizəsi təmin edilməmişdir. Bundan başqa Məhkum tərəfindən ziyanın ödənilməsi məqsədi ilə 6.500 manat pulu icra söbəsinin depozitinə qoymuşdur (bu hal zərərçəkmiş şəxsin ifadəsində öz təsdiqini tapıb), bundan başqa hər ay Zərərçəkmiş şəxs1 bank hesabına pul köçürtmüşdür. Bu hallar M əhkum qətnaməni icra etməkdən qərəzli şəkildə boyun qaçırmasına dəlalət etmir. Zərərçəkmiş şəxs1 nümayəndəsi Müdafiəçi6 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cəza təyin edərkən ittiham tərəfinin mövqeyini nəzərə almadan, cəzanın məqsədlərinin təmin etməyən həddən artıq humanistlik göstərərək ədalətsiz cəza təyin etmişdir. Belə ki, cinayət işinin materiallarına nəzər salsaq görərik ki, məhkəmə aktının icra edilməməsi məhz təqsirləndirilən şəxsin qərəzindən, həmçinin ona təyin edilmiş həddindən artıq yüngül cəza onun islah olunmasına xidmət etmir. Dövlət ittihamını müdafiə edən ittihamçılar da verdiyi şikayətlərdə, məhkəmə çıxışlarında təqsirləndirilən şəxsə 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsinə dair cəza təy in edilməsini tələb edərək dövlətin mənafelərini müdafiə etsələr də, məhkəmə bunu nəzərə almadan azadlığın məhdudlaşdırlması cəzası təyin etmişdir. İttiham tərəfi olaraq dəfələrlə məhkəmənin diqqətinə çatdırmışdır ki, zərərin məbləği 422000 manatdan çoxdur, məhkəmə təcrübəsində 5000-10000 manat borc ilə bağlı olan məhkəmə aktlarının icra edilməməsi nəticəsində məhkəmələr azadlıqdan məhrumetmə cəzası təyin edir, lakin hazırda bu qədər vəsaitin ödənilməməsinə baxmayaraq məhkəmənin təqsirləndirilən şəxs barəsində həddən artıq yüngül olduğu üçün cəzanın məqsədlərinə xidmət etməyən cəza təyin etməsi qərəzliliyin və ədalətsizliyin göstəricisidir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, təqsirləndirlən şəxs Məhkum borc öhdəlikləri yarandığı üçün qanuni qüvvəsini almış qətnamənin icra e dilməsindən yayınmaq məqsədi ilə təsisçisi və drektoru olduğu "xxxx" MMC-də özünü anbardar kimi rəsmiləşdirərək özünə minimum əmək haqqı yazmaqla, qətnamənin icrasından yayınmışdır. Halbuki, təqsirləndirilən şəxs kommersiya fəaliyyəti ilə məşğul olmasını hər dəfə məhkəmə prosesslərində bildirmiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəfindən ona bəraət verilərkən hakim Mirzəli Abbasovun sədrliyi ilə işə baxılarkən özünə məxsus daşınmaz əmlakının olduğunu bildirmiş, lakin həmin əmlakı qətnamənin icra edilməsi üçün satmaq niyyətinin olmadığını, borcun əvəzinə tələbkara (hazırkı zərərçəkmiş şəxslərə) vermək niyyətinin olmadığını bildirərərk qətnamənin icra edilməsinə aşkarcasına etinasız yanaşmış, hazırda da, təqsirləndirilən şəxs eyni fiki rdədir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxsin çıxarılmış məhkəmə aktını icra etmək qabiliyyətindədir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37A ünvanında yerləşən 37 saylı mənzil ona məxsusdur. Lakin o, ünvan 2-ni sataraq dövlətimizin adından çıxarılmış, qanuni qüvvəsini almış məhkəmə aktını icra etməkdən yayınır. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Məhkum hazırda dövlətin adından çıxarılmış qətnaməni icra etmədiyi üçün digər fiziki və hüquqi şəxslərlə borc münasibətləri yaradaraq sonradan həmin borcu, eyni zamanda borcla bağlı və ya digər məsələlərlə bağlı dövlətin adından çıxarılmış, qanuni qüvvəsini almış qətnaməni icra etmək əvəzinə həmin icra sənədlərini icra etməyərək həm özü, həmdə digər şəxslər qarşısında dövlətin, f iziki və hüquqi şəxslərin mənafeyinə xələl gətirəcək hərəkətlər edərək başqalarına da bu qaydada örnək olacaqdır. Bütün bunlar Məhkum təyin edilmiş cəza növünün onu islah etmədiyini, cəzanın məqsədlərinə nail olmadığının göstəricisidir. Belə olan halda isə ədalət bərqərar edilməmiş, haqq öz yerini tapmamış qalır. Burda dövlətin adından çıxarılmış qətnamənin icra edilməməsini, ona hörmətsiz, etinasız yanaşılmasının əsas günahı məhz Məhkum barəsində yüngül cəza təyin edən, bu azmış kimi ona bəraət verən məhkəmə tərkibinin günahıdır. Dövlətin mənafeyinə, fiziki və hüquqi şəxslərin mənafeyinə zidd olaraq cəzanın məqsədlərinə nail olmağa xidmət etməyən cəza təyin edən hakimlərin barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiq olardı, gələcəkdə isə ədalət hər zaman öz yerini tapardı. Məhkəmə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən nəzərə almamışdır ki, həmin cəza növü cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyil, həmin cəza növünün yetərli olmaması isə təqsirləndirilən şəxsin davranışları ilə müşahidə olunur. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi ədalətsiz qərarla dövlətin mənafeyini nəzərə almadan, həm məhkum edilmiş şəxs tərəfindən həmdə digər şəxslər tərəfindən dövlətin adından çıxarılmış məhkəmə aktlarının (həmin şəxs təqsirli bilinsə də) icrasız qalacağına, məhkəmə aktının kağız üzərində qalmasına rəvac vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən k assasiya protesti və kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən mad di və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittihamda təqsiri məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, ş übhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əld ə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum ona CM-in 306.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun qeyd olunan maddə ilə təqsiri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, habelə Şahid1 ifadələri və cinayət işçinə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları və məhkumun elan edilmiş ittiham üzrə təqsirli olmasına dair məhkəmənin gəldiyi nəticə ilə tam razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri əməlin tövsifi və təqsirləndirilən şəxsin cinayəti törətməsində təqsirliliyi barədə iş üzrə düzgün nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsi gəldiyi bu nəticəni öz qərarında kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası məhkumun təqsirli olması barədə apellyasiya məhkəməsi tərəfindən irəli sürülmüş dəlillərlə razılaşaraq, məhkəmənin gəldiyi nəticələri əsalı hesab edir. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmı ş, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə Məhkum elan edilmiş ittihamda təqsiri sübuta yetirmədiyi barədə müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş dəlillə razılaşmır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ist intaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyas ında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilə n halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər i mkanlar və şərait yaradılmışdır. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən araşdırılmış sübutlara Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya protestinin və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin işin halları düzgün nəzərə alınmamış, nəticədə ona yüngül cəza təyin edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriy asına aid edilməsindən asılıdır. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, işin hallarını və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə cəzanın növü və müddətini əsaslı hesab etmiş, həmin cəzanın tətbiqi ilə təqsirləndirilən şəxsin islah olunmasına və cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyasının fikrincə Məhkum apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir. Belə ki, Məhkum törətdiyi cinayət faktiki olaraq kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsində ifadə olunur, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında milli məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təc rid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən tam təcrid edilmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Məhkum təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 41.1 və 58.3-cü maddələrinin tələbləri baxımından açıq-aydın ədalətsiz cəza kimi qiymətləndirilə bilməz. Odur ki, kassasiya pro testinin, zərərçəkmiş şəxsin nümayəndəsinin və məhkumun müdafiəçinin kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətləri ilə razılaşmayaraq həmin protest və şikayətlərin təmin edilmədən, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(103)-316/2025 nömrəli qərarının həm kassasiya protestinə, həm kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 yanvar 2025-ci il tarixli 1(103)-316/2025 nömrəli qərarı kassasiya protestinə, zərərçəkmiş şəxsin nümayəndəsinin, həmçinin məhkumun müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1217/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1217/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver