Məhkəmə qərarları › İş №1(102)-1218/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1218/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1218/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, X9 və X6, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X13 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə Ağcabədi Rayon Məhkəməsinin hazırlıq iclasının 23 sentyabr 2020-ci il tar ixli qərarından apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 18 mart 2021-ci il tarixli qərarından X13 və onun nümayəndəsi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: 10 sentyabr 2020-ci il tarixdə X13 xüsusi ittiham qaydasında şikayətlə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək X5 və X6, hər birisinin CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 onun barəsində “Zaman xəbər 32-ci kanal” adlı “youtube video” portalında və kanalda böhtan xarakterli informasiyalar yaymışdır. Belə ki, X9 gös tərilən portalda “Ağcabədi İcra Hakimiyyətində ancaq 2-ci qrup əlillər işləyir”, “x44 təqdim edir” və s. başlıqlı böhtan xarakterli aşağıdakı məlumatları yerləşdirmişdir: -“X13 1980-cı ilin sonunda kolxoz sədri işləyən zaman cinayət məsuliyyətindən boyun qaçırmaq üçün xəstəxanada yatıb, psixoloji xəstəliyi barədə sənəd alıb və 2-ci qrup əlildir, çatışmazlığı var”. -“X10 özünə və oğluna bələdiyyənin hesabına bir manat da pul ödəmədən qanunu pozaraq torpaq alıb milyon dollarlıq villalar tikib. X22 Hacıyev küçəsində 100 kv.metr ticarət obyekti tikib və on ildir bələdiyyəyə bir manat da olsun vergi ödəməyib”. -Eyni zamanda “X8 Kəhrizli kəndində 100 ha torpaq sahəsi var, həmin kəndə gedərkən içkili vəziyyətdə yol polisi əməkşı ilə əlbəyaxa olub, polis əməkdaşını təhqir edib, polis bölməsinə a parılıb və polis bölməsində bir sutka saxlanılıb”. -Bundan başqa “X13 hər il bələdiyyə verilən dotasiyaların 50 faizini alır, Ağcabədi rayon bələdiyyəsindən avtovağzalın tikintisi üçün ayrılmış 1 ha torpaq sahəsini X22in adına sənədləşdirib, Ağcabədi villaları və Bakıda obyektləri var, icra nümayəndələri və bələdiyyə sədrlərindən pul alması” barədə bu kimi yalan, böhtan xarakterli məlumatları “Zaman xəbər 32-ci kanal” adlı youtube kanalında yerləşdirmişdir. Eyni zamanda Ağcabədi bələdiyyəsinin üzvü X11 da X7 verdiyi müsahibəsində yalan, həqiqəti əks etdirməyən qərəzli fikirlər səsləndirmişdir. Belə ki, X1 verdiyi müsahibəsində aşağıdakı böhtan xarakterli informasiyaları səsləndirmişdir: -“X2 rayonunun Çapayev adına kolxozda sədr işləyən zaman yol verdiyi iqtisadi cinayətkarlığa görə 6 ay k olxoz sədri işləyə bilmədi. Barəsində Respublika prokurorluğu cinayət işi qaldırdı. Başı xarab olmuşdu, bir ilə yaxın Gəncədə ruhi xəstəxanada yatıb, hətta intihar etmək istəyirdi. Yaxın dostları və mən onu intihar etmək cəhdindən yayındırdıq. 1985-ci ildən 2005-ci ilə qədər heç bir yerdə işləməmişdir. Birdən-birə 2005-ci ildə X11 icra başçısı təyin ediləndə onu Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi İdarəetmə və Yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinə müdir təyin etdi. Vəzifəyə təyin ediləndən səriştəsiz fəaliyyət göstərirdi. Belə ki, bələdiyyəyə təsadüfi adamların sədr seçilməsi, bələdiyyənin kollegiyal orqan kimi işləməsi”. -“Bələdiyyə üzvləri orada olan iqtisadi cinayətkarlıq və qanun pozuntuları barədə Respublika rəhbərliyinə şikayət edirdilər. Şikayətlər Ağc abədi rayon İH-nə göndərilirdi. Ərazi İdarəetmə və Yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri X23 həmin şikayətləri ört-baddır edir. Prezident Administrasiyasına yanlış məlumatlar verir və bizim şikayətləri boğurdu, Ağcabədi bələdiyyəsi ictimaiyyətin gözündən düşürdü”. X23in şikayət ərizəsinə görə, X11 və X9 onun şərəf və ləyaqətini alçaltmaqla kollektiv və cəmiyyət arasında nüfuzuna xələl gətirmiş, onu ağır cinayətdə əsassız ittiham etməklə barəsində şər və böhtan xarakterli, yalan fikirlər söyləmişlər. Buna görə də, X23 məhkəməyə ünvanladığı şikayət ərizəsində X6 və X5, hər birisinin CM-nin 147-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin hazırlıq iclasının 23 sentyabr 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Quliyev Etibar Bəhrəm oğlu) X23in X9ə və X99ə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmə baxışının keçirilməsindən və bu şikayətin icraata qəbul edilməsindən imtina olunmuşdur. 26 oktyabr 2020-ci il tarixdə X23 Ağcəbədi Rayon Məhkəməsinin hazırlıq iclasının 23 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, şikayət ərizəsinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini və göstərilən şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 08 dekabr 2020-ci il tarixli qərarı ilə apelyasi ya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatət verilmədiyindən apellyasiya şikayəti hərəkətsiz saxlanılmış və xüsusi ittiham qaydasında şikayət üzrə toplanmış materiallar Ağcabədi Rayon Məhkəməsinə qaytarılmışdır. Ağcabədi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Quliyev Etibar Bəhrəm oğlu) xüsusi ittiham qaydasında şikayət verən şəxs X23in apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin buraxılmasının üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmin qərardan X23 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən toplanmış materiallara baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 18 mart 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 18 mart 2021-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X23 və onun nümayəndəsi Müdafiəçi birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün buraxılmış prosessual müddətin bərpa edilərək həmin şikayət ərizəsinin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barə də qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsasssız hesab edən X23 və onun nümayəndəsi Müdafiəçi kassasiya şikayətini belə əsaslandırmışlar ki, Ağcəbədi Rayon Məhkəməsi tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması haqda qərar qəbul edildikdən dörd gün sonra Vətən müharibəsi başlamışdır. X23 tutduğu vəzifə ilə əlaqədar olaraq Ağcabədi rayonunda həm mülki əhali, həm də hərbi qulluqçular arasından yaralanan və şəhid olan şəxslərlə, onların dəfnləri ilə məşğul olmuşdur. Buna əsasən də apellyasiya şikayəti vermək üçün prosessual müddət onun tərəfindən buraxılmışdır. Şərh olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifləri kassasiya şikayətinin təm in edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya şikayətinə baxılması 05 oktyabr 2021-ci il tarixə saat 12.15-ə təyin edilmiş və haqda X23, onun nümayəndəsi Müdafiəçi, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 və X99 qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin adları çəkilən şəxslər naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə xüsusi ittiham qaydasında şikayət vermiş X23in, onun nümayəndəsi Müdafiəçi və barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X9in və X99in iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, C PM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Xüsusi ittiham qaydasında şikayət vermiş X23in və onun nümayəndəsi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi araşdırılmış sübutlara düzgün qiymət verməmişdir. Beləliklə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və onun nümayəndəsi apellyasiya instansiyası məhk əməsinin qərarının ləğv edilməli olması barədə tələblərini CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2-ci maddəsinə əsasən isə, məhkəmə CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası X23in və onun nümayəndəsi Müdafiəçi birgə verdikləri kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə xüsusi ittiham qaydasında şikayət üzrə materialları, o cümlədən kassasiya qaydasında mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasını n 18 mart 2021-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının mü əyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq v ə bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha s onra məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin pri zmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qannvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, b u Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin məhkum olunmuş (həbsdə saxlanılan) şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya həmin müddətin bərpası haqqında vəsatətin rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayəti və ya kassasiya protestinin onları vermək hüququna malik olan şəxslər tərəfindən 1 (ay) müddətində verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarının, xüsusən də CPM-nin 386.1-ci maddəsinin mənasına görə, birinci instansiya məhkəməsinin hökmündən (qərarından) apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər həmin şikayətin və ya protestin verilməsi üçün nəzərdə tutulmuş 20 (iyirmi) gün müddəti üzrlü səb əblərdən buraxdıqda bu müddətin bərpa edilməsi haqqında qaldırdıqları vəsatətdə bunun üzrlü səbəblərdən baş verməsini əsaslandırmalı və bu əsaslandırmanı təsdiq edən sübutları məhkəməyə təqdim etməlidirlər. Xüsusi itiham qaydasında şikayət üzrə toplanmış materiallardan görünür ki, X23 onun şikayəti üzrə Ağcəbədi Rayon Məhkəməsi tərəfindən 23 sentyabr 2020-ci il tarixdə keçirilmiş hazırlıq iclasında və həmin iclasın eyni tarixli qərarının (apellyasiya qaydasında mübahisələndirilən) elan olunmasında şəxsən iştirak etmiş və ona bu qərardan 20 (iyirmi) gün müddətində Ağcəbədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək hüququ izah edilmişdir. Materiallara əlavə edilmiş məhkəmə qəbzinə əsasən, X23 Ağcəbədi Rayon Məhkəməsinin hazırlıq iclasının 23 sentya br 2020-ci il tarixli qərarının surətini həmin taixdə almışdır. Təhlil edilmiş materiallar ona dəlalət edir ki, X10in 23 sentyabr 2020-ci il tarixli qərardan apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddət məhz qərarın elan olunduğu tarixdən hesablanmalıdır. Lakin X23 apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bu müddəti üzürlü səbəblər olmadan buraxaraq yalnız 26 oktyabr 2020-ci il tarixdə həmin qərardan apellyasiya şikayəti vermiş, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətində isə (eynilə kassasiya şikayətində) bunun səbəbini 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsinin başlaması, həmin vaxt Ağcəbədi rayonundan olan şəhidlərin dəfni ilə məşğul olması ilə əlaqələndirmişdir. Bununla belə, X23 istər vəsatətinə, istər sə də Ağcəbədi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinə və həmin qərarın qüvvədə saxlanılması haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinə vəsatətdə və şikayətlərdə irəli sürülmüş dəlilləri təsdiq edən hər hansı sübuta istinad etməmiş və belə sübutları məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, X23in Ağcəbədi Rayon Məhkəməsinin hazırlıq iclasının 23 sentyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə onun vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan digər üzrlü səbəblər iş materiallarından görünmür. Bu hallar ona dəl alət edir ki, X23in 23 sentyabr 2020-ci il tarixli qərardan apellyasiya şikayətini 20 gün müddətində verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuş və o, həmin müddəti üzrlü səbəblər olmadan buraxmışdır. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında X23in vəsatətinə baxan birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 28 yanvar 2021-ci il tarixdə qəbul etdiyi qərarla həmin vəsatəti təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin qərarı dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hazırlıq iclasının qərarından apellyasiya şikayətinin v erilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında X23in vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan onun və nümayəndəsi Müdafiəçi birgə verdikləri kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq onun təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, X9in və X99in, hər birisinin CMnin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X23 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə Ağcabədi Rayon Məhkəməsinin hazırlıq iclasının 23 sentyabr 2020-ci il tarixli qərarından apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiy a şikayətinə ilkin baxış iclasının 18 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, həmin qərardan X23 və onun nümayəndəsi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. X9 və X6, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X13 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə Ağcabədi Rayon Məhkəməsinin hazırlıq iclasının 23 sentyabr 2020-ci il tarixli qərarından apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin rədd edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 18 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar