Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1218/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum2 iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Əlicanlı kəndində qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcə lləsinin (bundan sonra CM-in) 188.1, 237.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1980-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Əlicanlı kəndində qeydiyyatda olan və yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 188.1, 237.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2 021-ci il tarixli hökmü ilə (hakimlər: X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və Ə.A.Əliyev) Məhkum1 - Azərbaycan Respublikası CM-in 188.1, 237.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 188.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğı cı 13 avqust 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 188.1, 237.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 188.1-ci maddəsi ilə 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 237.2.1-ci maddəsi ilə 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 04 (dörd) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, 13 avqust 2020-ci il tarixdən 06 may 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında s axlanıldığı 08 (səkkiz) ay 23 (iyirmi üç) günün 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 02 (iki) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), E.İ.Əliyev və İ.Q.Abdullayev) apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinmişdir. Məhkum2 Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-in 237.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, Məhkum2 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və həmin cəza Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli hökmündən Məhkum2 barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmişdir. Məhkum1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və o, Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsi ilə təyin olunmu ş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-in 237.2.1-ci maddəsi ilə təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, Məhkum1 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 188.1, 237.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişlər ona görə ki, onlar 2020-ci ilin aprel ayında qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq tərkibi ndə narkotik maddə olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək barədə razılığa gələrək bu məqsədlə həmkəndliləri X5 məxsus 0,30 hektar həyətyanı torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan böyürtkən kollarının arasında torpağı özbaşına şumlayıb əkinə yararlı hala gətirməklə çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 11 ədəd çətənə (kannabis) bitkisinin yetişdirilməsinə birgə nail olmuş, satış məqsədi ilə qanunsuz olaraq həmin bitkilərin 2 ədədini gövdə hissədən qırıb, hissələrini toplayıb 1890 qram çəkidə, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə edərək 2 ədəd polietilen torbada həmin yerdə saxlamışlar. 13 avq ust 2020-ci il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X10 məxsus torpaq sahəsinə baxış keçirilən zaman, 09 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 1450 qram olan əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, 2 ədəd ümumi təmiz çəkisi 5 qram olan çətənə (kannabis) bitkisinin kökləri, 2 ədəd ümumi təmiz çəkisi 15 qram olan çətənə (kannabis) bitkisinin gövdələri, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda çəkiləri 715 qram və 1175 qram olmaqla ümumi çəkisi 1890 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiy a protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərkən yalnız təqsirləndirilən şəxslərin işin obyektiv hallarına uyğun gəlməyən özünümüdafiə xarakterli ifadələrinə əsaslanmışdır. Dövlət ittihamçısı hesab edir ki, təqsirləndirilən şəxslər 2 ədəd polietilen torbada aşkar edilmiş, ümumi çəkisi 1890 qram (1115 qram + 715 qram) olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş mari xuananın onlara məxsus olmasını inkar etsələr də, iş materialları ilə onların həmin narkotik vasitələri satış məqsədi ilə əldə etmələri tam sübuta yetirilmişdir. Dövlət ittihamçısının fikrincə, narkomaniya xəstəliyindən əziyyət çəkməyən təqsirləndirilən şəxslərin onların şəxsi ehtiyaclarından 378 dəfə çox miqdarda narkotik vasitələri əldə etmələri onların həmin narkotik vasitələri satış məqsədi ilə əldə etmələrinə dəlalət edir. Dövlət ittihamçısı, həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum2 CM-in 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı şərti hesab etməkdə də haqlı olmamışdır. Belə ki, məhkəmə kollegiyası öz qərarında Məhkum2 cəzasını yüngülləşdirən halları nəzərə alıb barəsində CM-in 62-ci maddəsini tətbiq edən birinci instansiya məhk əməsinin hökmünü əsassız hesab etsə də, həmin yüngülləşdirici halları nəzərə alaraq Məhkum2 barəsində CM-in 70-ci maddəsini tətbiq etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq y alnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibəti ni bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkumların əməlinin tövsifi və Məhkum2 təyin olunmuş cəzanın əsassız olaraq şərti hesab edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsinə əsasən: “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikas ı CM-in 237.1-ci maddəsinə əsasən: “Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama)”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 237.2-ci maddəsinə əsasən: “Eyni hərəkətlər: 237.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdəüç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydala rı pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai t əhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayə thüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 sa ylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülm əsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq məhkumlar Məhkum1 və Məh kum2 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməllərini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə onları təqsirli bilərək məhkum etmişdir. Belə ki, Məhkum2 ona Azərbaycan Respublikası CM-in 188.1, 237.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-in 188.1 və 237.2.1-ci maddələri ilə təqsirli bilmiş, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə isə təqsirli bilməyərək göstərmişdir ki, həmkəndlisi Məhkum1 ilə münasibətləri yaxşıdır. 14 aprel 2020-ci il tarixdə Məhkum1la söhbətləşmiş, nəşə çəkdiklərindən öz istifadələri üçün narkotik əkmək qərarına gəlmişlər. Həmin gün özündə 11 ədəd narkotik, çətənə toxumu olduğunu bildirmişdir. O, Məhkum1yə 11 ədəd toxumları qohumu Əlicanlı kənd sakini X2 boş torpaq sahəsində əkməyi demişdir. Həmin gün saat 20 radələrində Məhkum1 ilə Ayyəmə məxsus torpaq sahəsinə gəlmişlər və böyürtkən kollarını təmizləmişlər. Daha sonra Məhkum1 ilə birlikdə 11 ədəd narkotik toxumlarını torpağa əkmiş və sulamışlar. Təxminən bir həftədən sonra Məhkum1 ilə həmin narkotik əkdikləri yerə baxmaq üçün gəlmişlər. Narkotik kolunun hər birinin təxminən 3 sm çıxdığını görmüşlər, yenidən su töküb getmişlər. Dörd ay ərzində bir həftədən bir Məhkum1 ilə narkotik kollarına qulluq etmək üçün həmin yerə getmişlər. 09 avqust 2020-ci il tarixdə saat 06 radələrində Məhkum1 ot yığmaqda olduğu üçün tək narkotik əkdikləri yerə baxmaq üçün gəlmişdir. Həmin otların əzildiyini görüb həmin yerə adam girdiyini bilmişdir. Ona görə də Məhkum1ni çağırıb bu barədə ona danışmış, növbə ilə narkotik əkdikləri yerdə qalsınlar deyə otlardan özlərinə döşək düzəltmiş və evdən də bir ədəd nimdər gətirmişdir. 13 avqust 2020-ci il tarixə kimi Məhkum1 ilə birlikdə növbə ilə narkotik əkdikləri sahədə qalmışlar. Belə ki, gecələr soyuq olduğuna görə özü üçün göy rəngli idman gödəkcəsi, Məhkum1 isə qara rəngli jaket gətirib həmin sahədə saxlamışlar. Bundan əlavə, 11 avqust 2020-ci il tarixdə Məhkum1 ilə birlikdə yenidən həmin sahədə olarkən, 11 ədəd əkdikləri narkotik kollarından iki ədədinin toxumladığını görmüşlər. Ona görə də həmin iki ədəd narkotik kolunu kökündən çıxarıb bir-birinə bağlayıb bir qədər kənara atmışlar. 13 avqust 2020-ci il tarixdə polis əməkdaşları həmin sahəni müəyyən etmişlər və Məhkum1 ilə onu polis şöbəsinə dəvət etmişlər. Sahəyə baxış keç irilərkən 9 ədəd yaş vəziyyətdə, iki ədəd isə kökündən çıxardıqları çətənə kolları aşkar olunmuşdur. Lakin çətənə kolları əkdikləri yerdən götürülmüş 2 ədəd sellofan torbalarda olan narkotik vasitə qurudulmuş marixuana onlara məxsus olmamışdır. Onlar çətənə kollarından marixuana hazırlamamışlar. Məhkum1 ona Azərbaycan Respublikası CM-in 188.1, 237.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-in 188.1 və 237.2.1-ci maddələri ilə təqsirli bilmiş, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə isə təqsirli bilməyərək göstərmişdir ki, həmkəndlisi Məhkum2 ilə münasibətləri yaxşı olmuşdur. O, özü nadir hallarda narkotik vasitə nəşədən istifadə edir. Hər dəfə nəşə çəkəndə toxumlarını saxlamış və onda 11 ədəd narkotik toxumları olmuşdur. 14 aprel 2020-ci il tarixdə yaşadı ğı kənddə Məhkum2la söhbət etdikdən onda 11 ədəd çətənə toxumu olduğunu demiş və həmin toxumları öz istifadələri üçün əkmək qərarına gəlmişlər. Onlar çətənə toxumlarını əkmək üçün yer axtarmışlar. Məhkum2 ona demişdir ki, Əlicanlı kəndində qohumu X5 məxsus boş torpaq sahəsi vardır, narkotik toxumlarını həmin torpaq sahəsində əkə bilərlər. Həmin gün saat 20 radələrində X10 məxsus boş torpaq sahəsinə gəlmişlər, torpaq sahəsində bitən böyürtkən kollarının yarpaqlarını qayçı ilə təmizləmişlər, təmizlədikləri torpaq sahəsinə 11 ədəd narkotik toxumlarını torpağa basdıraraq əkmişlər və əkdikləri toxumları sulamışlar. Həmin vaxtdan sonra bir həftədən bir Məhkum2 birlikdə əkdikləri toxumlara qulluq edib su vermişlər. 09 avqust 2020-ci il tarixdə səhər saatlarında yonca otu yığmaqda olarkən, şəriki Məhkum2 ona zəng edib narkotik kollarının əzildiyini və narkotik əkdikləri yerə kiminsə girib çıxdığını demişdir. O da işlərini bitirib Məhkum2 görüşmüş və növbə ilə narkotik əkdikləri sahədə qalmağı qərara almışlar. Ona görə də ətrafda olan otlardan özlərinə döşək düzəltmiş, əlavə olaraq Məhkum2nimdər gətirmiş və növbə ilə həmin sahədə qalmışlar. Gecələr soyuq olduğuna görə o, qara rəngli jaket, Məhkum2isə göy rəngli idman gödəkcəsi gətirib həmin sahədə saxlamışlar. 13 avqust 2020-ci il tarixdə Məhkum2 birlikdə narkotik əkdikləri yerə gəlmişlər. Həmin vaxt kollar təxminən 80 sm-dən çox olmuşdur. Onlar narkotik kollarından iki ədədinin toxumladığını görüb, ikisini də kökündən çıxarıb həmin sahədə saxlamışlar. Həmin sahədə iki ədəd sellofan torbalarda aşkar olunan qurudulmuş marixuanalar on lara məxsus olmamışdır. Həmin marixuanaların kimə məxsus olmasını bilmirlər. Baxış zamanı hadisə yerindən götürülmüş bir ədəd qara rəngli jaketi ona məxsus olmuş, bir ədəd göy rəngli idman gödəkcəsi isə Məhkum2 məxsus olmuşdur. İş materiallarında Məhkum1 və Məhkum2 narkotik təbiətli bitkilərinin satışı ilə məşğul olmaları barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sabirabad rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun rəisi vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 avqust 2020-ci il tarixdə Sabirabad rayonu Əlicanlı kənd sakinləri Məhkum1 və Məhkum2 narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olmaları və həmkəndliləri X5 məxsus torpaq sahəsində narkotik xassəli bitkiləri əkib-becərmələri barədə məlumat daxil olmuş dur. Təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün Sabirabad rayonu Əlicanlı kəndində X10 məxsus torpaq sahəsinə gələrək iki nəfər hal şahidlərinin və mütəxəssis-aqronomun iştirakçıları ilə sahəyə baxış keçirilərkən torpaq sahəsinin sağ tərəfində daş çəpərlə böyürtkən kolları arasında xüsusi hazırlanmış yerdə 9 ədəd yaşıl narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. Bundan əlavə, baxış zamanı həmin yerdən gövdəsi kəsilmiş 2 ədəd çətənə bitkisinə oxşar bitki kökləri və kökü ilə yarpaqları olmayan 2 ədəd çətənə bitkisinə oxşar bitki gövdələri aşkar edilmişdir. Aşkar edilərək götürülmüş bitkilər bir ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq ağzı möhürlənmişdir. Bundan əlavə, baxış zamanı həmin yerdən iki ədəd sellofan torbalarda narkotik vasitə quru dulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilərək götürülmüş həmin kütlələr də bir ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş, protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 verilən suallara cavab olaraq qeyd etmişdir ki, Məhkum1 və Məhkum2 narkotik təbiətli bitkiləri əkmələri və saxlamaları barədə onlara əməliyyat məlumatı daxil olmuş, lakin həmin məlumatda satışla bağlı məlumat olmamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 13 avqust 2020-ci tarixdə Sabirabad rayonu Əlicanlı kənd sakini X5 məxsus torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Baxış keçiri lməsində ondan başqa bir nəfər hal şahidi və aqronom da iştirak etmişdir. Baxış zamanı X10 məxsus torpaq sahəsinin sağ tərəfində daş çəpərlə böyürtkən kolları arasında xüsusi hazırlanmış yerdə 9 ədəd yaşıl, narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Bundan əlavə, baxış zamanı həmin yerdə gövdəsi kəsilmiş 2 ədəd çətənə bitkisinə oxşar bitki kökləri və kökü ilə yarpaqları olmayan 2 ədəd çətənə bitkisinə oxşar bitki gövdələri aşkar edilmişdir. Aşkar edilərək götürülmüş bitkilər polis əməkdaşları tərəfindən bir ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq ağzı möhürlənmişdir. Bundan əlavə, baxış zamanı həmin yerdən iki ədəd sellofan torbalarda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilərək götürülmüş həmin kütlələr də polis əməkdaşları tərəfindən bir ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq möhürlənmişdir. Baxış zamanı fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da hal şahidi kimi protokolu imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 da Şahid5 verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. İş materiallarında olan baxış keçirilməsi və götürmə haqqında 13 avqust 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Sabirabad rayonu Əlicanlı kənd sakinləri Məhkum1 və Məhkum2 öz həmkəndliləri X5 məxsus torpaq sahəsində narkotik xassəli bitkiləri əkib-becərmələri barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, 13 avqust 2020-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X10 məxsus torpaq sahəsinə baxış keçirilən zaman, həmin sahədə böyürtkən kollarının arasında 9 ədəd yaşıl, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 2 ədəd çətənə bitkilərinin kökləri, 2 ədəd çətənə bitkilərinin gövdələri və 2 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 715 qram, 1175 qram, ümumi təmiz çəkisi 1890 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o halda cinayət törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin b aş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası CM-in, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o d eməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. İbtidai istintaq orqanı tərəfindən tərtib olunmuş ittiham aktında Məhkum2 və Məhkum1 narkotik vasitə olan marixuanadan istifadə etdikləri üçün tərkibində narkotik maddələr olan çətənə bitkilərini yalnız öz istifadələri üçün k ultivasiya etmələri və toxumlamış 2 ədəd çətənə kolunu da öz istifadələri üçün kənara atıb saxladıqları barədə verdikləri ifadələrini təkzib edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışında da ittiham tərəfindən belə sübutlar təqdim olunmamışdır. Məhkum2 və Məhkum1 narkotik vasitə olan marixuanadan istifadə etmələri barədə həm ibtidai istintaq, həm də məhkəmə baxışında verdikləri ifadələrində göstərdikləri məlumatın həqiqətə uyğun olması məhkəmə-narkoloji ekspertizasının 08 oktyabr 2020-ci il tarixli, 2787 və 2790 nömrəli rəyi ilə də təsdiq olunmuşdur. Həmin rəyə əsasən onlarda çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olmuşdur. Lakin narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmamışdır. Məhkəmə kollegiyası qey d edir ki, ibtidai istintaq və aşağı instansiya məhkəmələrində şahid qismində dindirilmiş şəxslərdən heç biri, o cümlədən Məhkum1 və Məhkum2 ətrafında əməliyyat tədbirlərini həyata keçirmiş polis əməkdaşları onların narkotik vasitələrin satışı ilə məşğul olmaqları barədə ifadə verməmiş və eyni zamanda heç bir şahid onların narkotik vasitəni satması, bəxşiş verməsi, dəyişdirməsi, borc əvəzinə verməsi, borc olaraq verməsi və ya digər şəxsi maraq məqsədilə yayması barədə onlarda hər hansı bir məlumatın olduğunu göstərməmişlər. Həmçinin, Məhkum1 və Məhkum2 istehlakçı ilə əvvəlcədən razılıq əldə etmələri halları müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslərin əməlinin Azərbayca n Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin məhkumlar Məhkum1 və Məhkum2 əməllərinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin, kassasiya protestinin Məhkum2 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi və təyin edilmiş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti hesab olunması ilə bağlı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin məhkum еdilmiş şəхs Məhkum2 cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilm işdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 70-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanı n hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. CM-in 59-cu maddəsinin məzmunundan görü nür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməy ə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələ r cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İş material larından görünür ki, apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən məhkumun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, himayəsində beş azyaşlı, üç nəfər isə yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Məhkum2 ədalətli cəza təyin etmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən və Sabirabad rayon İcra Hakimiyyəti Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Məhkum2 himayəsində həyat yoldaşı, beş azyaşlı və üç yetkinlik yaşına çatmayan-ümumilikdə səkkiz uşağı vardır. Sabirabad Rayon Məhkəməsinin 14 sentyabr 2012-ci il tarixli, 2(056)288/2012 saylı qətnaməsinin surətindən və Sabirabad rayon İcra Hakimiyyəti Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Məhkum2 ilə X6 arasında olan nikah pozulmuş və onların birgə nikahından olan xx.xx.2002-ci il təvəllüdlü X11, xx.xx.2004-cü il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X13 adlı uşaqlar yetkinlik yaşına çatanadək Məhkum2 himayəsində saxlanılmışdır. Bu səbəbdən də məhkuma CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı müddəanın məhkəmə qərarından xaric edilməsini məqsədə müvafiq hesab etmək olmaz. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və b elə nəticəyə gəlir ki, kassasiya protestinin dəlillərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirlili yi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq,yəni qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli o lmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarı qanun i və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1218/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1218/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver