Məhkəmə qərarları › İş №1(102)-1219/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1219/2019

18.09.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1219/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Yusifov İlkin Fərhad oğlu, Məhkum2 iştirakları ilə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2017-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Quliyev Əhməd Qəhrəman oğlu, hakimlər Vəliyev Eynulla Hüseyn oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə) xx xxxxxxx 1980-cı ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; xx x xxxxx 1978-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin X2, X18 və X19 da təqsirli bilinib məhkum olunmuşlar. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə dostları X2, “xxxxx” ləqəbli Məhkum2, “xxxxx” ləqəbli X18, “xxxxx” ləqəbli X19 və şəxsiyyətləri hələlik istintaqa m əlum olmayan “xxxxx” ləqəbli və digər şəxslərlə bir qrup şəxs halında birləşərək 2013-cü ilin əvvəllərində “XXX” musiqi qrupunun üzvləri X4, X14 və X3 qruplarının inkişafına sərmayə qoymaq məqsədi ilə 55.000 ABŞ dollarına satdıqları X3un atası X5a məxsus Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən səs-yazma studiyası kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş vəsaitin 15.000 manatını qaytardıqdan sonra musiqi qrupunun üzvlərinin ayrılması səbəbindən qaytara bilmədikləri pulun qalan hissəsini X14 və X1dan hədə-qorxu ilə tələb edib almaq məqsədi ilə X5un şəxsiyyəti istintaqla müəyyən edilməyən tanışı vasitəsi ilə müraciət etdiyi cinayətkar aləmdə “xxxxx” kimi tanınan şəxsin qardaşı “xxxxx” kimi tanınan şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin X5 un pulunun qalan hissəsini X14dan və X1dan hədə-qorxu ilə tələb edərək almalarını tapşırdığı “xxxxx” ləqəbli şəxslə əlbir olaraq özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri, “xxxxxnin” qardaşı “xxxxxin” adamları kimi təqdim etməklə hər yerdə cinayətkar əlaqələrinin olmalarını, onları evlərindən gecə ilə oğurlatdıracaqlarını, başlarına oyun açacaqlarını, tikə-tikə doğrayacaqlarını, onları tutdursalar da belə cəzalarını çəkib qurtardıqdan sonra onlardan əl çəkməyəcəklərini, hər gün bədənlərinin bir hissəsini kəsəcəklərini, hətta rayonda olan qohum-əqrəbalarının onların adamlarının nəzarətində olduqlarını deməklə, artıq problemlər yaşaya biləcəklərini vurğulamaqla, “xxxxx” ləqəbli şəxsin üzərində qanunsuz olaraq saxlayıb gəzdirdiyi odlu silah “Makarov” tipli tapançanı, “xxxxx” ləqəbli şə xsin çantasında qanunsuz olaraq saxlayıb gəzdirdiyi qundağı və lüləsi kəsilmiş odlu silah tüfəngi nümayiş etdirməklə hədə-qorxu gələrək, 2016-cı ilin oktyabr ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən “Dostlar” kafesində «XXX» musiqi qrupunun sabiq üzvləri X14 və X1 hər birinin üzərinə 12.000 (on iki min) manat və 4.000 (dörd min) ABŞ dolları məbləğində pul vermələri barədə öhdəlik qoyaraq onlara həmin pulların verilməsi üçün vaxt qoymaqla, qoyduqları vaxtın artırılması üçün “xxxxx” ləqəbli şəxsdən icazə almaq adı ilə, 2016-cı ilin oktyabr ayının ortalarında «xxxxx» ləqəbli şəxsin kirayə yaşadığı ünvan 4 ünvanında yerləşən nömrəsiz evdə X1 və X14la görüşüb hər birindən həmin dövrün məzənnəsi ilə 798 (yeddi yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik təşkil edən 500 (beş yüz) ABŞ dolları o lmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 1.597(bir min beş yüz doxsan yeddi) manat təşkil edən 1.000 (bir min) ABŞ dolları məbləğində pul almaqla, daha sonra X14 və X1dan pulun qalan hissəsini hədə- qorxu ilə tələb etmələrini davam etdirərək, 2016-cı ilin oktyabr ayının axırlarında «xxxxx» ləqəbli şəxsin kirayə yaşadığı ünvan 4 ünvanında yerləşən nömrəsiz evin həyətində X1a məxsus 2004-cü il buraxılışlı “yaş asfalt” rəngli «Mersedes Benz S-klass» markalı SH-***-DN Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilini əlindən alaraq verəcəyi pulun 10.000 (on min) manatı ilə əvəzləşdirməklə, X14 və X1dan pulun qalan hissəsini hədə-qorxu ilə tələb etmələrini davam etdirərək, 2016-cı ilin noyabr ayının ortalarında ünvan 3 ünvanında fəaliyyət göstərən “Club 008” kafesində X1 və X14la görüşüb hər birindən 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul almaqla, sonra X14 və X1dan pulun qalan hissəsini hədə-qorxu ilə tələb etmələrini davam etdirərək, 30.11.2016-cı il tarixdə saat 23:30 radələrində ünvan 4 ünvanında yerləşən “28 Pub” restoranında X14dan həmin dövrün məzənnəsi ilə 6927,2 manat təşkil edən 4.000 (dörd min) ABŞ dolları məbləğində pul almaqla, sonra X14 və X1dan pulun qalan hissəsini hədə-qorxu ilə tələb etmələrini davam etdirərək 06.01.2017-ci il tarixdə günorta saatlarında ünvan 5 ünvanında yerləşən «İki Mərtəbə» çay evində X14dan qalan 12.000 (on iki min) manat məbləğində külli miqdarda pulu hədə-qorxu ilə tələb edərkən Binəqədi rayon Pİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmaqla vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda pu l tələb etmək məqsədi ilə zərərçəkmiş şəxslər X1, X14 və onların yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərmə hədəsi ilə hədə-qorxu gəlib pul tələb etməklə X1un ümumilikdə 10.998(on min doqquz yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik, X14un isə 7.925(yeddi min doqquz yüz iyirmi beş) manat 70 (yetmiş) qəpik məbləğində əmlaklarını ələ keçirmişlər. Həmin hökmlə Məhkum2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədi ilə dostları Məhkum1, X2, “xxxxx” ləqəbli X18, “xxxxx” ləqəbli X19 və şəxsiyyətləri hələlik istintaqa məlum olmayan “xxxxx” ləqəbli və digər şəxslər ilə bir qrup şəxs halında birləşərək 2013-cü ilin əvvəllərində “XXX” musiqi qrupunun üzvləri X4, X14 və X3 qruplarının inkişafına sərmayə q oymaq məqsədi ilə 55.000 ABŞ dollarına satdıqları X3un atası X5a məxsus Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsində yerləşən səs-yazma studiyası kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş vəsaitin 15.000 manatını qaytardıqdan sonra musiqi qrupunun üzvlərinin ayrılması səbəbindən qaytara bilmədikləri pulun qalan hissəsini X14 və X1dan hədə-qorxu ilə tələb edib almaq məqsədi ilə X5un şəxsiyyəti istintaqla müəyyən edilməyən tanışı vasitəsi ilə müraciət etdiyi cinayətkar aləmdə “xxxxx” kimi tanınan şəxsin qardaşı “xxxxx” kimi tanınan şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsin X5un pulunun qalan hissəsini X14dan və X1dan hədə-qorxu ilə tələb edərək almalarını tapşırdığı “xxxxx” ləqəbli şəxslə əlbir olaraq özlərini cinayətkar aləmin nüfuzlu nümayəndələri, “x xxxxnin” qardaşı “xxxxxin” adamları kimi təqdim qarşısında saxlanılaraq şübhəli şəxs qismində 5-ci PB-nin inzibati binasına gətirilmiş, orada 10.01.2017-ci il tarixdə saat 0105-də üzərinə keçirilmiş baxış zamanı əynində olan qara rəngli gödəkcənin sol döş cibindən həmin bir ədəd «Naqan» sistemli, «470» №-li, 1928-ci ildə Tula silah zavodunda istehsal edilmiş, 7,62 mm kalibrli atəş üçün yararlı yivli-odlu silah hesab edilən revolver, həmin revolverdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 03 ədəd patronların hissələri - gilizlər aşkar edilərək götürülmüşdür. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakimlər Abdinbəyov Abid Kamil oğlu, hakimlər Səfərov Rizvan Kamal oğlu və Məmmədov Qai l Fazil oğlundan ibarət tərkibdə) 07 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmiş, məhkumlar Məhkum1 və Məhkum2 CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə tövsif edilmiş, Məhkum1 CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2017-ci il tarixli qərarın dan məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə, onlara təyin edilmiş cəzanın azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi ona cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin müddəalarını və qanunvericilikdə olan dəyişiklikləri nəzərə almamış və qiymətləndirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkum apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin edilmiş cəzanın azaldılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətində barəsində olan cinayət işi üzrə ədalət mühakiməsi həyata keçirilərkən, onun təqsirliyinə dair sübutların araşd ırılmadığını, məhkəmələrin yalniz ittiham tərəfinin mövqeyini müdafiə etdiyini, qəbul edilmiş hökm və qərardan da iş üzrü zərərçəkmiş şəxslərin, təqsirləndirilən şəxslərin və şahidlərin ittiham aktında olan ifadələrinin hökm və qərara köçürülməsinin göründüyünü, bundan əlavə, onun istintaq orqanına könüllü təslim olduğunu, müstəntiqin həmin halın doğru olub-olmadığını yoxlamadığını, həmin halın onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı olduğunu, onun himayəsində bir azyaşlı övladının olduğunu, bu halın da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmadığını qeyd edib, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə ona təyin edilmiş cəzanın azaldılması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin mate riallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, Məhkum2 kassasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2017-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmay araq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1 Məhkum2 təqsirli bilindiyi cinayət əməli birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstə rilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum1 və Məhkum2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün onların əməlləri düzgün olaraq apellyasiya məhkəməsi tərəfindən həmin maddələrlə tövsif edilmişdir. Bunlara dair apellyasiya məhkəməsinin gəldiyi nəticənin və qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətlərində də bu məsələlər mübahisələndirilmir. Kassasiya şikayətlərində təyin edilmiş cəzanın sərt olduğu iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma pr edmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “... məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməsi, hökmün Məhkum1 aid hissədə dəyişdirilməsini, onun barəsində AR CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə Məhkum1 və müdafiəçisi Allahmanov Şöhrət Nəbi oğlu, hökmün X16 dair hissədə ləğv edilməsi, ona AR CM-nin 182.3.2-ci maddəsi ilə bəraət verilməsi, AR CM-nin 228.1-ci maddəsi ilə isə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə X11 və müdafiəçisi Qəhrəmanova Rəsmiyyə Cəmşid qızının, hökmün ləğv edilməsi, X2 barəsində bəraət hökmü çıxarılması barədə X2nun və müdafiəçisi İsmayılov Ülvi Zahid oğlunun, eləcə də apellya siya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması hökmün ləğv edilməsi, Məhkum2 barəsində bəraət hökmü çıxarılması barədə Məhkum2 və müdafiəçisi Musayev Xəqani Zakir oğlunun, hökmün X12 dair hissədə dəyişdirilməsi, ona AR CM-nin 62-ci maddəsi tətbiq edilməklə AR CM-nin 182.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddən də aşağı cəza təyin edilməsi barədə X8 və müdafiəçisi Kərimov İmran Kərim oğlunun, apellyasiya şikayətlərinin təmin edilməməsi, hökmün 20 oktyabr 2017-ci il tarixli “AR CM-də dəyişiklər edilməsinə dair haqqında” Qanununa müvafiq olaraq dəyişdirilməsi, məhkumların əməlinin AR CM-nin 182.3.2-ci maddəsinsən həmin Məcəllənin 182.2.1 və 182.2.4-cü maddəsinə tövsif edilməsi, X2na, Məhkum2, Məhkum1, X12 AR CM-nin 182.2.1 və 182.2.4-cü maddəsi il ə 08 il müddətə, X16 isə AR CM-nin 182.2.1, 182.2.4-cü və 228.1-ci maddəsi ilə qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilməli, məhkumlar barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilməklə onların hər birinin AR CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 182.2.1 və 182.2.4-cü madəsinə tövsif edilməklə onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Cinayət işindən görünür ki, məhkumlar X2nun, Məhkum2, Məhkum1, X9 AR CM-nin 182.2.1 və 182.2.4-cü maddəsi ilə, X11 isə AR CM-nin 182. 2.1, 182.2.4-cü və 228.1-ci maddəsi ilə törətdiyi cinayət əməli məhkumların özlərinin ifadələri, zərərçəkmiş tərəfin ifadəsi, şahid ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir... Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegi yası AR Cinayət Məcəlləsinə dəyişiklik edilməsinə dair 20 oktyabr 2017-ci il tarixli Qanununu nəzərə alaraq hesab edir ki, məhkumlar X2nun, Məhkum2, Məhkum1, X8, X11 AR CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 182.2.4-cü maddəsinə tövsif edilməlidir. AR Cinayət Məcəlləsinə dəyişiklik edilməsinə dair 20 oktyabr 2017-ci il tarixli Qanuna görə (01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş) bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. AR CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çək miş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Cinayət Məcəlləsinə edilmiş həmin dəyişikliyə görə hədə-qorxu ilə tələb etmə cinayət əməlinin külli miqdarda ziyan vurmaqla tövsifedici əlamətinin yaranması üçün əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə ziyan vurulması müəyyən edildiyindən, məhkumlar X2nun, Məhkum2, Məhkum1, X8, X11 zərərçəkmiş şəxs X1un ümumilikdə 10998(on min doqquz yüz doxsan səkkiz) manat 50 (əlli) qəpik, X14un isə 7925 (yeddi min doqquz yüz iyirmi beş) manat 70 (yetmiş) qəpik məbləğində əmlaklarını ələ keçirməklə hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi külli miqdarda ziyan vurmaqla tövsifedici əlaməti yaranmır. Cinayət Məcəlləsinə edilmiş həmin dəyişikliyə görə göstərilən məbləğ 5000 manatdan yuxarı, lakin 50.000 manatdan aşağı olduğundan xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibini yaradır. Belə olan halda, məhkumların hər birinin AR CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli AR CM-nin 182.2.1 və 182.2.4-cü maddəsi ilə tövsif edilərək onların hər birinə həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmənin hökmündən Məhkum1 müdafiəçisi Allahmanov Şöhrət Nəbi oğlu və X8 müdafiəçisi Kərimov imran Kərim oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti verərək məhkumlar Məhkum1 və X8a sərt cəza təyin edildiyini, onun barəsində AR CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsasların olduğunu göstərsələr də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəs na hallar, habelə cinayətin ictimai təhlükəliliyini, əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Qanunun tələbini rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və X18 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62ci maddəsinin tətbiq edilməsi üçün qanunda göstərilən müstəsna hallar mövcud deyildir... Hökmdən məhkum X2nun müdafiəçisi İsmayılov Ülvi Zahid oğlu və Məhkum2 müdafiəçisi Musayev Xəqani Zakir oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti verib məhkumların əməlində AR CM-nin 182-ci maddəsinin tərkibinin olmadığını qeyd edərək X2 və Məhkum2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etsələr də, onların hər birinin hədə-qorxu ilə tələb etmə cinayətində təqsirli olması X2nun özünün etirafedici, Məhkum2 qismən etirafedici ifadələri, digər təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkumlar X2nun, Məhkum2, Məhkum1, X8, X11 AR CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmiış əməli AR CM-nin 182.2.1 və 182.2.4-cü maddəsi ilə tövsif edilməli, onların hər birinə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın məhkumların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirinə,... Məhkum1 cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə olaraq cinayət hadisəsini törətməsi, əməlini qismən etiraf edərək peşmançılıq çəkməsi, zərərçəkmiş şəxs X14a dəymiş ziyan onun qohumları tərəfindən ödənilməsi, zərərçəkmiş şəxslər X1un və X14un ona qarşı şikayət, tələbləri və iddiaları olmaması, cəzasını ağırlaşdıran halların olmadığı, Məhkum2 cəzasını yüngülləşdirən hallar kimi onun əməlini qismən etiraf edərək peşmançılıq çəkməsi, zərərçəkmiş şəxslər X1un və X14un ona qarşı şikayət, tələbləri və iddiaları olmaması, cəzasını ağırlaşdıran halların olmadığı... nəzərə alınaraq ona cəza təyinetmənin ümumi prinsiplərinə riayət etməklə onlara təqsirli bilindikləri maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. AR CM-nİn 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır ci nayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Hazırki halda məhkumların əməli AR CM-nin 182.3.2-ci maddəsindən həmin Məcəllənin 182.2.1 və 182.2.4-cü maddəsinə tövsif edildiyindən və həmin maddə ilə nəzərdə tutulmuş əməl ağır cinayətlər kateqoriyasına aid edildiyindən və məhkumlar ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiklərindən onların cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilməlidir. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilməli, məhkumlar barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilməklə onların hər birinin AR CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 182.2.1 və 182.2.4-cü maddəsinə tövsif edilməklə onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, məhkumlara təyin edilmiş cəzanın ədalətli olması barədə nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da o nunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin heç bir dəlili yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onların ailələrinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkumlar Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təy in edilmişdir. Bu baxımdan da qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətlərin dəlilləri də buna əsas vermir. Məhkum1 kassasiya şikayətində barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilə bilməsinə istinad edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya mə hkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası bu normaların tələblərini də nəzərə almaqla qeyd edir ki, Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə görə, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. İş üzrə belə hallar və ya Məhkum1 törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Kassasiya şikayətində də belə hallara istinad edilməmişdir ki, Azərbaycan Respublikası CMnin 62-ci maddəsinin tətbiq edilməsinə əsas versin. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının (Məhkum1 və Məhkum2 aid hissədə) ləğv edilməsinə və ya dəyiş dirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Məhkum1 və Məhkum2 aid hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Məhkum1 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2017-ci il tarixli qərarı Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar