Məhkəmə qərarları › İş №1(102)-1219/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1219/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1219/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş hüquqi şəxs “Azərlizinq” şirkətinin nümayəndəsi X3 və Məhkum və onun müda fiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Rasim Sadıxov, hakimlər Novruz Kərimov və Leyla Əsgərova-Məmmədova) 1(101)-1223/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli hökmü ilə 13 avqust 1986-cı il tarixdə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 5 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonunun Novxanı kəndində nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM- in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 1 (bir) il 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə, onun üzərində qəti olaraq 5 (beş) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək üçün 31 avqust 2021-ci ildə Bakı şəhəri Xətai rayonu Nobel prospekti 108 ünvanında Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin «Azərlizinq» şirkətinə məxsus 30.000 manat dəyərində 1991-ci il buraxılışlı MKAT-40 (xüsusi) modelli 10AG414 dövlət nömrə nişanlı tam yararlı işlək vəziyyətdə kranı ayda 2.400 manat icarə h aqqı verəcəyini vəd edib icarəyə götürmək adı ilə həmin ünvandan götürüb vədinə əməl etmədən başqa şəxslərə satıb zərərçəkmiş hüquqi şəxs Dövlət Kontrakt Korporasiyasının «Azərkontrakt» Səhmdar Cəmiyyətinin «Azərlizinq» şirkətinə 30.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 11 sentyabr 2021-ci ildə Bakı şəhəri Xətai rayonu Nobel prospekti 108 ünvanında Dövlət Kontrakt Korporasiyasının «Azərkontrakt» Səhmdar Cəmiyyətinin “Azərlizinq” şirkətinə məxsus 80.000 manat dəyərində 2008-ci il buraxılışlı “Hitachi ZX330LC” markalı ekskovatoru ayda 5.000 manat icarə haqqı verəcəyini vəd etməklə ekskavatoru icarəyə götürmək adı ilə həmin ünva ndan götürüb vədinə əməl etmədən başqa şəxslərə sataraq zərərçəkmiş hüquqi şəxs Dövlət Kontrakt Korporasiyasının “Azərkontrakt” Cəmiyyətinin “Azərlizinq” şirkətinə 80.000 manat dəyərində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Məhkum təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə 30 avqust 2022-ci ildə saat 15 radələrində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs1 özünü avtomobil ticarəti ilə məşğul şəxs kimi təqdim etməklə, sonuncuya məxsus olan “MMZ-5549” markalı **-RA-*** dövlət nömrə nişanlı avtomaşını sataraq 15 gün müddətinə avtomaşının dəyəri olan 5.500 manat pul verəcəyini vəd edib cəmi 5.500 manat dəyərində olan “MMZ-5549” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomaşını ələ keçirməklə Zərərç əkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Anar Tanrıverdiyev) 1(103)-1967/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum özü və onun müdafiəçisi Müdafiəçi1 Çərkəz oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarı ləğv edilməsi və təqsirləndirilən şəxsin barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətin in dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri cəzanın məqsədlərini və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirilən halları nəzərə almadan məhkuma əsassız, ədalətsiz və həddindən artıq ağır cəza təyin etmişlər. Belə ki, məhkum ailəli olmaqla, himayəsində 5 azyaşlı övladı vardır. Həmçinin o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş və həmin şəxslər ərizələr təqdim edərək, şikayətlərinin olmadığını bildirmişlər. Bundan əlavə, Dövlət Kontrakt Korporasiyası «Azərkontrakt» SC-nin «Azərlizinq» şirkətinə məxsus 80.000 manat dəyərində 2008-ci il buraxılışlı "Hitachi ZX330LC” markalı ekskavator və 30.000 manat dəyərində 1991-ci il buraxılışlı Fakat-40 (xüsusi) model 10AG414 dövlət nömrə ni şanlı tam yararlı və işlək vəziyyətdə olan kran “Azərlizinq” şirkətinə qaytarılaraq zərər naturada bərpa edilmişdir. X7 rayon polis idarəsinə ünvanladığı 09 fevral 2023-cü il tarixli ərizəsinə əsasən, törədilmiş cinayət nəticəsində dəymiş 5500 manatlıq zərər Məhkum tərəfindən ödənildiyi üçün ona qarşı şikayəti yoxdur. Şahid2 tərəfindən Suraxanı RPİ-nə ünvanlanmış 09 fevral 2023-cü il tarixli ərizədən müəyyən edilir ki, cinayət nəticəsində ona dəymiş 27.000 manat zərər X2 tərəfindən ödənilmiş və ona qarşı heç bir şikayəti yoxdur. Suraxanı rayon prokurorunun müavininin 28 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, təqsirləndirilən tərəfindən dəymiş ziyan ödenildiyindən Məhkum barəsində həbs qətimkan tədbirinin uzadılmasına lüzum olmadığından barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. X8 iflic xəstəsidir. Arvadı da xəstə olaraq evdar qadındır. Onun atası, anası və həyat yoldaşı heç yerdə işləmirlər. Ailədə yeganə qazanc gətirən və daimi iş yeri olmayan, və təsadüfi gəlirlərlə ailəsini dolandıran özü olmuşdur. Onun və ailə üzvlərinin istifadəsində şəxsi yaşayış evi də yoxdur və olmamış, onlar hazırda müvəqqəti Novxanı kəndində kirayə tutduqları evdə yaşayırlar. Məhkəmə ona uzun müddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edərək onu və ailəsini faciəli duruma salmışdır. Məhkəmə CM-in 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun himayəsində az yaşlı övladlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi göstərsə də faktiki cəza təyin edərkən cəzanı ağırlaşdıran halın olmamasını q eyd edib cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almamışdır. Nəticədə məhkəmə Cinayət Məcəlləsinin 8, 9, 41.2 və 58.3-cü maddələrinin, Ali Məhkəməsinin Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 nömrəli 25 iyun 2003-cü il tarixli qərarının tələblərini nəzərə almadan ədalət prinsipini pozmaqla ona ədalətsiz cəza təyin etmişdir. Müdafiəçi qeyd etmişdir ki, məhkəmə kollegiyası məhkumun törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirməsi, zərərçəkmiş şəxslərlə barışması, sonuncuların ona qarşı hər hansı şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və CM-in 59.2-ci maddəsinə əsasən, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmamış digər halları da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alaraq, mə hkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məh kəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, m əhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan Məhkum ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törə dilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcr übəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum himayəsində azyaşlı övladlarının olmasını və zərərçəkmiş şəxslərin hər biri ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətin ə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törəd ilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yal nız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Cinayət işinin materiallarından görünür ki, Məhkum əvvəllər də eyni xarakterli cinayətə görə Abşeron Rayon Məhkəməsinin 15 may 2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəza çəkərkən yenidən cinayət əməli törətmişdir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mü mkün hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiya sı məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda gö stərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi2 kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar