Məhkəmə qərarları › İş №1(102)-122/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-122/2020

15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-122/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkum iştirakları ilə xx xxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və hal-hazırda həbsdə ol an Məhkum Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Hafiz Kamranov) Məhkum – Azərbaycan Respublikası CM-nın 170.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 170.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən topl anmaq yolu ilə ona qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzanın müddətinə hesablanaraq, Məhkum üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəlinin xx xxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X5 və X3 da məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən məhkumlar Məhkum, X və onların müdafiəçiləri, habelə məhkum X1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim: Ə.N.Bayramov, hakimlər: Ə.İ.Qasımov və N.E.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum yetkinlik yaşına çatmayan şəxsləri aldatma və vəd verməklə cinayətkar fəaliyyətə cəlb etməklə özgənin əmlakını gizli olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurluq etməkdə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, Məhkum yetkinlik yaşına çatmayan, xx xxxx 2001-ci ildə anadan olmuş bacısı oğlu X5 və xx xxxxx 2003-cü ildə anadan olmuş tanışı X2 aldatma və vəd verməklə cinayətkar fəaliyyətə cəlb etməklə, özgənin əmlakmı gizli olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaq məqsədi ilə xx.xx.2018-ci il tarixdə, saat 16 radələrində bacısı Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Keşlə yük stansiyasının həyətindəki nömrəsiz evin giriş qapısının kilidini açarseçmə yolu ilə açaraq oraya qanunsuz daxil olmuş və evin qonaq otağında olan bir ədəd 2250 (iki min iki yüz əlli) manat dəyərində LEDU E ** NU ***0N XRU modelli, "Samsung" markalı televizordan ibarət əmlakı gizli yolla talamaqla, zərərçəkən şəxs Zərərçəkmiş şəxs ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, cəzasının yüngülləşdirilərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr tərəfindən onun himayəsində azyaşlı uşağının və yaşlı anasının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxs olan bacısının ondan heç bir şikayətinin olmaması nəzərə alınmayaraq ağır cəza təyin etmişlər. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respubli kası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apell yasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar