Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-122/2022 31.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Rəhimov Qədir Əbdül oğlunun, zərərçəkmiş şəxsin hüquqi v arisinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli, 1(103)-297/2020 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamışdır. 2. 05 noyabr 2019-cu il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.2.2, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan e dilmişdir. 3. 15 noyabr 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs 31 avqust 2019-ci il tarixdə, saat 19 radələrində qohumu Bunyadzadə Rüfət Namiq oğlu və tanışı Cavadlı Cahandar Əflatun oğlu ilə birlikdə sonuncunun etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ilə hərəkət edərək həmin küçədə yerləşən “Lake Palace” adlı otelin giriş qapısının yaxınlığından keçməklə Akim Abbasov küçəsi istiq amətində hərəkət edən zaman ağ rəngli “Volkswagen Passat” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətə başlamaqla qarşılarına çıxması səbəbindən həmin avtomobili idarə edən Zərərçəkmiş şəxs1 və avtomobilin ön sağ oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 ilə sözlə mübahisə etməyə başlamış, aralarında yaranmış sözlə mübahisəyə aydınlıq gətirmək məqsədi ilə sonunculara avtomobili saxlamalarını bildirib “Lake Palace” adlı otelin Akim Abbasov küçəsində olan giriş hissəsini keçərək yolun sağ tərəfində olduqları avtomobili “Volkswagen Passat” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında saxlatmaqla çoxsaylı insanların gözləri qarşısında avtomobildən düşdükdən sonra heç bir ciddi səbəb olmadan olduqları avtomobilin hərəkətinə yol vermədiklərini bəhanə edərək üzərində silah qismində istifadə edilən əşya kimi bıçaq gəzdirdiyini bildikləri halda həmin bıçağı nümayiş etdirib Rüfət Bunyadzadə və Cahandar Cavadlı ilə bir qrup şəxs halında zor tətbiq etmək, həmçinin belə zorun tətbiq edilməsi hədəsi ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərilərinə hücum etməklə öz üstünlüklərini nümayiş etdirmək məqsədilə cəmiyyət tərəfindən qəbul olunmuş ümumi əxlaq normalarına və davranış qaydalarına zidd olmaqla ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik edərək yüksək səslə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanlarına nalayiq ifadələr işlədərək Rüfət Bunyadzadə ilə birlikdə Zərərçəkmiş şəxs2 əl və başları ilə zərbələr endirib sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmay a aid sağ alın-gicgah nahiyəsinin hematoması, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid ənsə nahiyəsinin şişkinliyi, sol gözətrafı nahiyənin şişkinliyi və qançırı, sağ bazu nahiyəsinin qançırı kimi, Cahandar Cavadlı isə Zərərçəkmiş şəxs1 yumruqları ilə zərbələr endirərək sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid sol almacıq nahiyəsinin qançırı və yuxarı dodağın sağ yarısının sıyrığı kimi xəsarətlər yetirməklə bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmiş, daha sonra ümumi niyyətdən kənara çıxaraq həmin bıçaqla heç bir səbəb olmadan qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs1 üzərinə hücum edib döş qəfəsinin ön səthinin sol yarısında, döş sümüyündən 2 sm sola, 8-9cu qabırğalar arası səviyyəsində yerləşən, 2,8x1 sm ölçüdə olan döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin yaralanması ilə müşayiət olunan 01 (bir) ədəd deşilmiş-kəsilmiş tipli yara xəsarəti yetirməklə sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 1(101)1097/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 18 il azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəs i ilə 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 19 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 01 sentyabr 2019-cu il tarixdən hesablanmışdır.
6. Həmin hökmlə həmçinin Bunyadzadə Rüfət Namiq oğlu və Cavadlı Cahandar Əflatun oğlu da Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər.
7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi Məmmədov Elyar İsa oğlu, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçis i Müdafiəçi2, məhkum edilmiş Cavadlı Cahandar Əflatun oğlunun müdafiəçisi Məmmədli Fərid Sehran oğlu və məhkum edilmiş Bunyadzadə Rüfət Namiq oğlunun müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
8. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində müdafiə etdiyi şəxsin Azərbaycan Respublikası CM-nin 221.3 və 120.2.2-ci maddələri ilə məhkum olunmasına dair hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun hadisədən sonra hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan könüllü Yasamal rayon polis idarəsinə gələrək, cinayət hadisəsi törətməsi barədə məlumat verməsini Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə uyğun olaraq "könüllü gəlib təqsirini boynuna alma" kimi nəzərə alaraq, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməklə cəza təyini zamanı nəzərə alınmasını, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.1-ci maddəsinə uyğun olaraq cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsini və əməlini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif etməklə onu həmin maddə təqsirli bilib, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli, 1(103)-297/2020 nömrəli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2, məhkum edilmiş Cavadlı Cahandar Əflatun o ğlunun müdafiəçisi Məmmədli Fərid Sehran oğlu və məhkum edilmiş Bunyadzadə Rüfət Namiq oğlunun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Məmmədov Elyar İsa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə, Cavadlı Cahandar Əflatun oğlunun və Bunyadzadə Rüfət Namiq oğlunun Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli hökmü ləğv edilmiş və yeni ittiham hökmü çıxarılaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirl i bilinib, Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 01 sentyabr 2019-cu il tarixdən hesablanmışdır.
10. Həmin hökmlə həmçinin Bunyadzadə Rüfət Namiq oğlu və Cavadlı Cahandar Əflatun oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, digər məsələlər də həll edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti vermişlər. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
12. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, kassasiya şikayətinin müəllifi onları təkrarlamaqla məhkumun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Kəmaləddin oğluna Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə uyğun olaraq cinayət hadisəsi olmaması əsa sı ilə bəraət verilməsini, əməlini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif etməklə onu həmin maddə təqsirli bilib, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir.
13. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin əsassız olduğuna görə təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2020ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edir. III. Hüquqi məsələlər
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiya məhkəməsində məhkəmə bax ışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət v ə cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CP M-nin 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 mart 2020-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Məhkum Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən cinayət əməlini törətməsi apellyasiya instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
21. Məhkumun yuxarıda təsvir edilmiş əməli törətməsinin mübahisələndirilməsi üzrə müdafiəçisinin dəlilləri onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, toplanmış və tədqiq olunmuş digər mötəbər və təkzibedilməz sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir.
22. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, hazırki şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və məhkəmə həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Təqsirləndirilən şəxs hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, apellyasiya instansiyası məhkəməsi onun əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bil inməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilmiş, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.
24. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi hökm bu hissədə maddi hüquq normalarına uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xara kterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi və məhkumum şəxsiyyətini səciyyələndirən halları nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün cəza hissəsində dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 02 mart 2020-ci il tarixli, 1(103)-297/2020 nömrəli hök mü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 02 mart 2020-ci il tarixli, 1(103)-297/2020 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.