Məhkəmə qərarları › İş №1(102)-122/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-122/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-122/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2024-cü il tarixli 1(106)-403/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin (hakim Müseyib Bayramov) 05 mart 2024-cü il tarixli 1(041)-9/2024 nömrəli hökmü ilə xx xxxxxx 1976-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının müdiri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CM-in (bundan sonra CM-in) 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 127.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 221.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 28 iyul 2022-ci ü tarixdə, saat 23 radələrində Kürdəmir rayonu Xırdapay kəndində yerləşən kəndarası yolda idarə etdiyi “Toyota Land Cruiser” minik markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısında hərəkət edən qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi "Ford Focus” minik markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilini qeyri-normal tərzdə hərəkət etməsini görüb ona yol verməsi üçün siqnal və işıq vasitəsi ilə işarə versə də Zərərçəkmi ş şəxs idarə etdiyi avtomobili yolun ortasında saxladığına görə öz növbəsində o da idarə etdiyi avtomobili kənar şəxslərin olduğu ictimai yer hesab edilən kəndarası avtomobil yolunun ortasında, yəni nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmaqla Ş.Lətıfovun idarə etdiyi avtomobilin arxasında saxlayaq heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcə də şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə avtomobilinə yol verməməsini bəhanə edərək, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sinəsindən yumruqla bir dəfə qəsdən zərbə vuraraq, onu yerə yıxıb bədəninin müxtəlif nahiyələrindən də yumruq və təpiklə bir neçə dəfə qəsdən zər bələr vuraraq, ona döş qəfəsinin ön və arxa səthinin sıyrıqları, qarnın sol yan səthinin sıyrığı, sağ dirsək nahiyəsinin sıyrığı, sol bazunun arxa səthinin qançırı, sağ saidin ön səthinin qançırı, sağ əlin iç səthinin səthi yarası ilə müşayiət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri, sol ayağın hematoması ilə müşayiət edilən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti, sol 9cu qabırğanın yerdəyişən sınığı ilə müşayiət edilən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Yaşar Həmidov) 01 avqust 2024-cü il tarixli 1(106)-403/2024 nömrəli qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 1(041)-9/2024 nömrəli hökmü dəyişdirilmiş, CM-in 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxs Məhkum CM-in 221.1-ci maddə ilə cəza təyin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli 1(041)-9/2024 nömrəli hökmündən CM-in 66.2-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəa hökmdən xaric edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti, Dövlə t ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2024-cü il tarixli 1(106)-403/2024 nömrəli qərarının ləğv edilməsi və onun barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun ifadəsində göstərdiyi xüsusatlara əhəmiyyət verilməmiş, məhkəmə hökmü ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına uyğunlaşdırılmaqla tərtib edilmişdir. 01 avqust 2022-ci il tarixdə Kürdəmir RPİ-nin məsul növbətçisi, polis leytenantı Ağa Kərimov raportla ida rə rəisinə məlumat vermişdir ki, həmin gün saat 13:37-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinin tibb bacısı Eyyubova tərəfindən verilmiş məlumata əsasən Zərərçəkmiş şəxs sol 9-cu qabırğasının qapalı sınığı ilə müşayiət olunan xəsarət alması ilə xəstəxanaya daxil olmuşdur. Buna baxmayaraq, Zərərçəkmiş şəxs 28 iyul 2022-ci il tarixdə xəsarət almasına dair ərizəsi, izahatı və ya hər hansı formada müraciəti olmadan Kürdəmir rayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən məhkəmə-tibbi ekspertizasından keçirilməsinə dair qərar qəbul edilmiş, məhkəmə-tibbi eksperti isə həmin qərar əsasında sonuncunu müayinə edərək rəy vermişdir. Həmin rəydə göstərilən xəsarətlərin əksəriyyəti isə 01 avqust 2022-ci il tarixdə zərərçəkmiş şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edərkən aşka r edilməmişdir. İş materiallarında olan maraqlı məqamlardan biri isə 29 iyul 2022-ci il tarixdə təhqiqatçı Elçin İmanov tərəfindən tərtib edilmiş “baxış keçirilməsi haqqında protokol”da “Samir dava zamanı Şəhriyarı yumruq və təpiklə vuraraq həmin arxa yıxılması müəyyən edildi” qeydiyyatı aparılmışdır. (iş vərəqə 19) Halbuki, həmin baxışın keçirilməsinədək olan materialların heç birində Samirin Nuriyevin hadisə zamanı Zərərçəkmiş şəxs sinəsindən yumruq vurması və ya ona təpiklə fiziki zor tətbiq etməsinə dair heç bir xüsusat yoxdur. Belə ki, Zərərçəkmiş şəxs tərəfindən döyülməsi ilə bağlı ərizə RPŞ-nə 30 iyul 2022-ci il tarixdə daxil olmuş, özü isə 29 iyul 2022-ci il tarixli izahatında hadisə zamanı Məhkum onun sinə nahiyəsində yalnız itələməsini göstərmişdir. Belə olan halda təhqiqatçı E lçin İmanovun dava zamanı Məhkum tərəfindən yumruq və təpik zərbələri vurmasına dair məlumatları haradan əldə etməsi müəyyən deyildir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən CPM-in tələbləri pozulmaqla şahid kimi qəbul edilmiş şəxsin ifadəsi sübut olaraq mötəbər qəbul edilmişdir. Belə ki, Şahid3 ümumiyyətlə şahid kimi ifadəsinin mötəbərliyi məsələsinə birinci instansiya məhkəməsində qiymət verilməmişdir. Şahid3 cinayət işi üzrə heç bir zəruri məlumata malik olan şəxs deyildir. O, yalnız hadisə barədə Şahid1 həyat yoldaşına danışması barədə məlumat vermişdir. Məhkəmə isə bu hissəyə əhəmiyyət verməmiş və Şahid3 ifadəsini sübutlar siyahısından çıxarmamışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman sorğuya cavab olaraq Kürdəmir Rayon Psixiatriya Xəstəxanası tərəfindən göstərilmişdir ki, Zərərçəkmiş şəxs 03 avqust 2022-ci il tarixdə əmək məzuniyyətinə çıxmışdır. Göründüyü kimi, qabırğanın yerini dəyişən sınığı diaqnozlu xəsarət almış (hansı ki, qabırğanın yerini dəyişən sınığı təhlükəli olmaqla ürək, ağ ciyər nahiyələrini zədələmək ehtimalı var və son dərəcə şiddətli ağrı ilə müşayiət olunur) şəxs 6 gün müddətində işə davamiyyəti normal olmuş, 8 saatlıq iş rejimində hər hansı ağrı hiss etməmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman internet üzərindən qabırğa, xüsusilə də sol 9-cu qabırğanın sınıqları ilə bağlı müasir elmi-tibbi nəzəriyyə və praktiki müalicə üsulları barədə çıxarışlar məhkəməyə təqdim edilmiş, məhkəmə-tibbi ekspertinin kompüter tomoqrafiyası olmadan vizual baxış nəticəsində şəxsə sol 9-cu qabırğasının sınığı diaqnozu təyin etməsinin, xəsarət almış şəxsin isə bunu ağrı hiss etmədən digər şəxsə hücum etməsi, əmək funksiyasını rahat icra etməsinin qeyrimümkün olması sübut edilmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin sübutlara da əhəmiyyət vermədən apellyasiya şikayətinə istintaq aparılmaqla baxılmasına zərurət görməmişdir. Azərbaycan Respublikası CM-in 131-ci maddəsi ehtiyyatsızlıqdan sağlamlığa yalnız ağır zərər vurmanı cinayət tərkibli əməl kimi nəzərdə tutmuşdur. Yəni, ehtiyyatsızlıqdan sağlamlığa az ağır və ya yüngül zərər vurulması inzibati xarakterli əməldir. Birinci instansiyası məhkəməsi həmin xüsusata da əhəmiyyət verməmişdir. Belə ki, Zərərçəkmiş şəxs ilkin ərizə və izahatında yalnız Məhkum onu itələdiyini, ayağı sürüşərək isə arxa yıxıldığını bildirmişdir. Onu müayinə et miş məhkəmə-tibbi eksperti isə özü hündürlükdə məsafədən yıxıldığına görə sol 9-cu qabırğasının xəsarət almasını göstərmişdir. Yəni, bununla da Zərərçəkmiş şəxs sinəsindən yumruqla xəsarət alması halının onun soldan 9-cu qabırğasının xəsarət almasına heç bir aidiyyəti yoxdur. Məhkəmə-tibbi eksperti öz rəyində də həmin hissəyə izah verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs özü hündürlükdə məsafədən yıxılmaqla sol 9-cu qabırğasının yerdəyişən sınığı ilə müşayiət olunan xəsarət almışdır. Belə olan halda birinci instansiya məhkəməsinin Məhkum barəsində CM-in 127.2.3-cü maddəsi ilə ittihamverici hökm çıxarması maddi hüquq pozuntusudur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli elan edilmiş ittihamda göstərilən cinayətlərin tərkibini yaratmır. Lakin məhkəmələr işin hallarına və sübutlara əhəmiyyət verməyərək əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışlar. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirlili yi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, Zərərçəkmiş şəxs Azaxdan oğlunun, şahidlər Şahid1, Şahid2 Təzəxan oğlu, Şahid3, Şahid4 ifadələrini, məhkəmə tibbi ekspertizasının rəylərini və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməsi tam təsdiq olunmuşdur. Məhkəmə məhkumun cinayətlərin törətməməsi barədə ifadəsi digər sübutlarla təkzib olduğundan həqiq ətə uyğun olmayan və özünü müdafiə xarakter daşıyan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi işə müdafiə tərəfinin, habelə zərərçəkmiş şəxsin apellyasiya şikayətlərinə və apellyasiya protestinə əsasən baxıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya müraciətlərini təmin etməmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittiham üzrə təqsirliyinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkum təqsirini müəyyən edən sübutlar məhkəmələrin hökm və qərarında ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkum haqqında qərar qəbul edərkən onun cinayətlərin törədilməsində iştirakını istisna ed ən sübutların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarında məhkumun cinayətdə iştirakını istisna edən hər hansı bir sübut yoxdur. Həmin dəlil müdafiə tərəfinin apellyasiya şikayətində də göstərilmiş və apellyasiya baxışının predmeti olmuşdur. Apellyasiya məhkəməsi həmin dəlillə əlaqədar ətraflı araşdırma aparılmış və onun əsassız olmasına dair nəticəyə gələrək öz mövqeyini qərarda əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə iş materiallarına uyğun olduğundan razılaşır. Kassasiya şikayətində məhkum həmçinin zərərçəkmiş şəxs tərəfindən 9-cü qabırğanın yerdəyişmə sınığı bədən xəsarətinin alınmasını mübahisələndirilir. Azərbaycan Respublikası CPM-in 140.0.1-ci maddəsinə əsasən cina yət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs aldığı bədən xəsarətlərinin mövcudluğu, onların ağırlıq dərəcəsi və xarakteri müəyyən etmək üçün istintaq orqanı tərəfindən məhkəmə-tibbi və əlavə məhkəmə-tibbi ekspertizasları təyin etmişdir. Hər iki ekspert rəyində qeyd edilmişdir ki, zərərçəkmiş şəxs L.Şahid4 28 iyul 2022-ci il tarixdə 9-cü qabırğanın yerdəyişmə sınığı bədən xəsarəti almışdır. Ağırlıq dərəcəsinə görə qeyd olunan sınıq sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və sağlamlığın az ağır zərərvurmaya aiddir. Məhkum kassasiya şikayətində ekspertlər tərəfindən verilmiş rəylərin şübhə doğurduğ unu qeyd etsə də, məhkəmə kollegiyası həmin ekspertizaların cinayətprosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq təyin edildiyini və keçirildiyini, ekspert rəylərinin isə kifayət qədər əsaslandırıldığını nəzərə alaraq kassasiya şikayətində bu məsələyə dair irəli sürülən dəlilləri əsassız hesab edir. Eyni zamanda, məhkəmələr tərəfindən məhkəmə-tibbi ekspertiza rəylərinin mötəbər sübut kimi qəbul edilməsi əsaslı və qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyy əti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, məhkəmə-tibbi ekspertizalarının rəyləri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum ifadəsini özünü müdafiə xarakterli hesab etməklə, işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmamas ını qeyd etmiş, onun törətdiyi əməl iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətini onun elan edilmiş ittihamda təqsirsiz olması, ona elan edilmiş ittiham üzrə nəzərdə tutulan cinayət əməllərini törətməməsi ilə əsaslandırsa da, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Məhkum kassasiya şikayətinin əsaslandırılması üçün qeyd etdiyi hallar iş materiallarındakı sübutlarda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlləri CM-in 127.2.3 və 221.1-ci maddələri ilə düzgün tövsif olunmuş və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişd ir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkum kassasiya şikayətinin dəlillərindən digəri apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hə r hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Cinayət işi üzrə yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Cinayət işi üzrə apellyasiya icraatında CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsindən sonra həmin Məcəllənin 75.1.1-ci maddəsində müəyyən edilmiş cinayət məsuliyyətinə cəlbetmə müddəti – 2 il keçdiyindən, apellyasiya instansiyası məhkəməsi CPM-in 44.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkuma bu maddə üzrə cəza təyin etməmişdir. Məhkəmələr Məhkum CM-in 127.2.3 -cü maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən ilk dəfə cinayət əməli törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə almışdır. Məhkum Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alıb Məhkum Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinin sanks iyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiya həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd ed ilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2024-cü il tarixli 1(106)-403/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 avqust 2024-cü il tarixli 1(106)-403/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar