Məhkəmə qərarları › İş №1(102)-1220/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1220/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1220/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, məhkumun müdafiəçisi X6 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respu blikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: F.N.Mahmudov (sədrlik edən), E.İ.Rüstəmov və X.H.Səmədovdan ibarət tərkibdə) 30 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib, ona 7 (yeddi) il 10 (on) ay 15 (on b eş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, və həbsdə saxlandığı müddətin cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 04 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: X9 (sədrlik edən), X4 və X1 ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum rəsmi nikah olmadan ailə həyatı qurduğu arvadı X2 qısqanclıqla bağlı aralarında baş verən mübahisələr nəticəsində ondan ayrılıb atası evinə qayıtmasınd an sonra Ş1nın sinif yoldaşı, həmçinin ailə qurmamışdan əvvəl arvadına qarşı sevgi hissləri bəsləyən Zərərçəkmiş şəxs vəziyyətdən istifadə edib Ş1 ilə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamasını Ş1dan öyrəndikdən sonra bunu öz namusunun ləkələnməsi və nüfuzuna xələl gəlməsi kimi qiymətləndirərək qısqanclıq zəmnində Zərərçəkmiş şəxs qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədilə istintaqla müəyyən olmayan bıçağı üzərində götürüb Zərərçəkmiş şəxs adətən Gəncə şəhəri, N.Nərimanov prospekti 196 ünvanında yerləşən “Panda” marketin ətrafında vaxt keçirdiyini bilərək 03.12.2019-cu il tarixdə, saat 20:00 radələrində həmin ünvana gedib sonuncunun orada yerləşən çayxananın qarşısında olmasını gördükdən sonra ona yaxınlaşıb yumruq zərbələri endirərək əlbəyaxa olduğu vaxt üstündə gətirdiyi bıçaqla qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə ardıcıl zərbələr endirməklə ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, qarının ön səthinin, mədənin və piyliyin zədələnməsi, piyliyin eventrasiyası deşilmişkəsilmiş yaralar kimi ümumilikdə iki ədəd xəsarət yetirdikdən sonra ona aktiv müqavimət göstərərək xilas olmaq üçün qaçmağa çalışan Zərərçəkmiş şəxs arxasınca qaçıb cinayətkar niyyətini baş çatdırmaqdan ötrü sonuncuya yenidən bıçaq zərbəsi vurmaq istəməsinə ətrafda olan şəxslərin müdaxiləsi, eyni zamanda Zərərçəkmiş şəxs hadisədən dərhal sonra qısa müddət ərzində ətrafda olan şəxslər tərəfindən Gəncə şəhər 3 saylı X16 Xəstəxanasına çatdırılaraq vaxtında ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində həyatı xilas olduğun dan bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum əməli AR CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməsi tamamilə qanunsuz və əsassızdır, ibtidai istintaq orqanı və həmçinin birinci və apellyasiya instansiya məhkəmələri təqsirləndirilən şəxs Məhkum əməlini düzgün qiymətləndirməyərək, əməlin tövsifində səhvə yol vermiş və son nəticədə o, əsassız olaraq uzun müddətli azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi və apelyasiya məhkəməsi işin faktiki hallarına uyğun nəticəyə gəlməmiş gəldikləri nəticə işin faktiki hallarına uyğun olmamaışdır. Belə ki,qeyd edildiyi kimi məhkum edilmiş şəxs Məhkum oğılu ilə zərərçəkmiş şəxs ararısında mübahisə baş vermiş ilkin olaraq təqsirləndirilən şəxs zərərçəkmiş şəxs əlbəyaxa dava etmiş sonra zərəçəkmiş şəxs yerdən daş götürüb məhkum edilmiş şəxsi vurmaq istəyən zaman təqsirləndirilən şəxs bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirmişdir. İstintaq orqanı və məhkəmələr qarşısında müdafiə tərəfi qaldırdıöı məsələlərdən biri ondan ibarət idi ki,məhkum edilmiş şəxs videodiskdə göründüyü kimi ilkin olaraq zərərçəkmiş şəxsi vurmamışdır. Bu işdə olan vide odisk ilə yanaşı həmin vaxt hadisə yerinə baxış keçirolın zaman hadisə yerindən hər hansı bir qan ləkəsi aşkar edilməmişdir. Əgər ilkin olaraq məhkum edilmiş şəxs zərərçəkmiş şəxsi vurmuş olsa idi bu zaman o hərəktədə olması nəticəsində və müəyyən zaman keçdiyindən hadisə yerində qan ləkələrinin olması qaçılmaz idi. Lakin göründüyü kimin məhkum edilmiş şəxs ilkin olaraq zərərçəkmiş şəxsi əli ilə vurmuş sonradan isə qarşı tərəfin onun üzərinə daş götürüb gəlməsi nəticəsində o zərərçəkmiş şəxsi bıçaqla vurmuşdur. Əgər məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsi öldürmək fikri olmuş olsa ilkin olaraq bıçaqla onu vurub öldürə bilərdi. Məhkəmə prosesində şahidlər fərqli ifadə vermiş lakin məhkəmə onların ifadələrini təhrif etmişdir. Məhkəmə tərəfindən ibtidai istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs adlı şahdin ifadəsinə eyni zamanda zərərçəkmiş şəxsin ifadəsi ilə işdə olan video disk arasında kəskin ziddiyyət vardır Belə ki, diskdən görünür ki, məhkum edilmiş şəxs zərərçəkmiş şəxsin arxasınca düşür lakin həmin vaxt onun əlində hər hansı bir alət görünmür eyni zamanda həmin vaxt zərərçəkmiş şəxsin hər hansı bir xəsarət alması hiss edilmir. Bu hal da onu göstərir ki, ibtidai istintaq orqanı və məhkəmələr işin faktiki hallarını düzgün qiymətləndirməmiş hadisənin baş vermə mexanizmi dəyişdirilmişdir. Məhkəmə istintaqı zamanı isə şahidlər və zərərçəkmiş şəxs fərqli ifadə vermiş və şahidlər həmin vaxt məhkum eidlmiş şəxsə hər hansı bir maneə göstərmədiklərini bildirmişlər. Beləliklə birinci instansiya və apellyasiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış sonda əsasız olara q şəxsin əməlini düzgün tövsif etməmişlər İş üzrə toplanmış və tədqiq edilmiş sübutların müqayisəli şəkildə təhlili onu göstərir ki, Məhkum zərərçəkmiş şəxs Bəxtiyar Allahverdiyevi öldürmək niyyətində olması, onun qəsdinin məzh buna yönəldiyi və iradəsindən asılı olmayan səbəblərdən buna nail ola bilməməsi, yəni Bəxtiyar Allahverdiyevi qəsdən öldürməyə cəhd etməsi barədə işdə hər hansı bir təkzib olunmaz sübutlar mövcüd deyil. İbtidai istintaq və məhkəmələrin gəldiyi nəticə yalnız mülahizə və ehtimallardan ibarət olmuşdur. Müdafiəçi kassasiya şikayətində qeyd olunanların nəzərə alınmasını, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərarının dəyişdirilərək, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında müəyyən edilmiş minimum həddə cəza təyin edilməsi xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikay ətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində mübahisələndirilən məsələlə məhkumun əsassız olaraq CMnin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinməsidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsin in şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun əsassız olaraq CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, möt əbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir Məhkum həmin Məcəllənin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinmiş, yəni, qəsdən adam öldürməyə cəhd cinayətini törətməyə görə cinayət məsuliyyəti cəlb olunmuşdur. İş materiallarında olan, birinci instansiya məhkəmə sində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,... o, 03.12.2019-cu il tarixdə axşam saat 20:00 radələrində bibisi oğlu X8 ilə Gəncə şəhəri, N.Nərimanov küçəsində, “Panda” marketin yaxınlığında olan “MilliÖn” vasitəsilə telefona kontur yükləmək istəmiş, həmin vaxt M1 orada olan yol ayrıcısından çıxaraq onun üzərinə hücum etmiş və onun bədən nahiyəsinə əli ilə bir neçə zərbə endirmiş, o, M1a müqavimət göstərdikdə, M1 belindən bıçaq çıxardaraq onu özünə tərəf çəkib qara rəngli dəstəkli bıçaqla qarın nahiyəsinə iki dəfə vuraraq ona xəsarət yetirmiş, bundan sonra M1 yenidən əl çəkməyərək onu bıçaqla vurmaq istədikdə orada olan Ş2 M1a mane olaraq yenidən ona xəsarət yetirməsinə imkan verməmiş, həmin vaxt M1la ora gəlmiş digər üç şəxs M1u tutaraq kənara itələmiş, bu zaman o, geri çəkilərək özünü müdafiə etməyə çalışmış, lakin M1 yenidən onun üzərinə gəlmiş, orada olan tanımadığı şəxslər müdaxilə edərək M1u saxlamış, həmin vaxt o, M1un çox əsəbi olduğunu və onu təkrar vurmaq istədiyini düşündüyü üçün oradan aralaşaraq yaxınlıqda olan maşının başında fırlanmağa başlamış, M1 da onun əlində olan bıçaqla arxasınca düşmüş və ondan əl çəkməyərək yenə də bıçaqla xəsarət yetirmək istəmiş, bu zaman orada olan şəxslər M1u tutaraq qırağa çəkmiş və onu vurmağa mane olmuş, M1 isə çıxıb getmişdir. Xəsarət aldığı üçün Ş2 onu tanımadığı şəxsin avtomobili ilə TTYX-na gətirmişdir. Məhkum onu bıçaqla vurmasına səbəb onun M1u arvadı Ş1a mesaj yazaraq onun namusuna sataşmağını zənn etməsi olmuşdur.... İş materiallarına əlavə edilmiş, birinci instansiya məhkəməsində dindirilmiş şahid X 8 ifadəsində göstərmişdir ki,... 03.12.2019-cu il tarixdə Z1 ilə birlikdə Gəncə şəhəri N.Nərimanov prospektində olan “Panda” marketin yaxınlığında “Milli Ön” vasitəsilə Z1 telefonuna kontur yükləmək istəmiş, bu zaman yaxınlıqda olan yol ayrıcısından “Dodu” ləqəbi ilə tanınan M1 adlı əvvəllər tanıdığı şəxs Z1 üzərinə gələrək Z1 nalayiq ifadələr işlətmiş və yumruqla Z1 bədən nahiyəsinə bir neçə zərbə endirmiş, həmin vaxt Z1 M1a müqavimət göstərmək istədikdə M1 belindən qara rəngli dəstəkli bıçaq çıxardaraq həmin bıçaqla Z1 qarın nahiyəsinə iki dəfə vurmuş, bundan sonra M1 Z1 əl çəkməyərək ona yenidən xəsarət yetirmək istədikdə o, əynində olan qara rəngli qış gödəkcəsini çıxardıb həmin gödəkcə ilə M1a mane olmuş, bu zaman M1un əlində olan bıçaq onun sağ əlinin üzərini sıyıraraq kəsmiş, həm in vaxt M1 ilə birlikdə gəlmiş, bir qədər aralı dayanmış əvvəllər tanımadığı digər üç nəfər şəxs yaxınlaşaraq M1un paltarından tutaraq geri çəkmiş, Z1 isə M1dan qaçaraq yaxınlıqda olan maşının başına fırlanmağa başlamış, M1 da əlində bıçaqla onu tutan şəxslərin əlindən qaçaraq Z1 arxası ilə maşının başına fırlanmağa başlamış, ancaq həmin vaxt yaxınlıqda olan şəxslər M1u tutub saxlamış və yenidən Z1 bıçaqla xəsarət yetirməsinə mane olmuşdur. Bundan sonra isə M1 və yanında olan digər üç nəfər şəxs qaçaraq hadisə yerindən uzaqlaşmışdır.... İş materiallarında olan, məhkəmə-tibbi ekspertizasının 05.12.2019-cu il tarixli 2001 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- qarının ön səthinin iki ədəd daxilə edən deşilmiş-kəsilmiş yaraları, mədə nin və piyliyin zədələnməsi, piyliyin eventrasiyası-deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 03.12.2019-cu il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarında olan 14 dekabr 2019-cu il tarixli sənədə baxış keçirilməsi haqqında protokolda görünür ki, 03.12.2019-cu il tarixdə saat 19:50 radələrində Gəncə şəhəri, N.Nərimanov prospekti ilə Puşkin küçəsinin kəsişməsində bir neçə nəfər şəxs orada dayanmışdır. Görüntünün 6-cı dəqiqəsindən sonra orada dava düşür və bir nəfər şəxs digərindən qaçaraq orada olan avtomobilin başında fırlanır. Digər şəxs isə orada olan şəxslər ona mane olsa da o, həmin şəxslərin əlindən qaçaraq digərinin arxas ında düşür. Bundan sonra isə orada olan digər şəxslər dava edən şəxsləri aralayıb saxlamağa çalışır və görüntünün sonlarında isə bir neçə nəfər şəxsin orada olan ağ rəngli “VAZ 21015” markalı avtomobilin yanına toplaşdığı və avtomobilə mindiyi görünür. Baxış zamanı baxış iştirakçısı Zərərçəkmiş şəxs orada avtomobilin başında fırlanaraq qaçan şəxsin onun özü olduğunu, onunla dava edən və onun arxası ilə avtomoblin ətrafında fırlanan şəxsin Məhkum olduğunu bildirdi. Həmçinin həmin vaxt M1un ona bıçaqla xəsarət yetirdikdən sonra orada olan şəxslərin köməyi ilə Ş2 birlikdə tanımadığı şəxsə məxsus “VAZ 21015” markalı avtomobillə xəstəxanaya getdiyini bildirir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli ola n və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayət əməli nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa ç atdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında isə izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bəndi). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmu ş cinayətin ictimai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkumun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səvi yyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar