Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1220/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlundan və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunma larına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2021-ci il tarixli hökmü ilə (hakim Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, Hacıyev Siyavuş Həbib oğlu, Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) xx.xx.1989-cu il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, xx qeydiyyatda olan və həmin ünvanda yaşamış, Məhkum1 Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsin də təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.1988-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Əsədabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum et mə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 8 (səkkiz) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 30 iyun 2021-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş iş üzrə yeni hökm çıxarılmış, Məhkum2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilmiş, Azərbaycan Res publikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, sa xlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, bibisi oğlu Məhkum2 ilə birlikdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək İran İslam Respublikasında olarkən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 4000 manat pul müqabilində əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində hoteldən olarkən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna “Malyar Ustası” adı ilə qeyd etdiyi İran İslam Respublikasına məxsus +**********82 nömrəli mobil nömrə ilə “yaratdığı “Votçap” sosial şəbəkə proqramı vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb onun tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən “İpək” mebel ma ğazasının qarşısında olan üzərində “Soliton-Mebel” “Soliton”, “Neptun” və “Kilim” reklamını əks etdirən lövhənin yanında olan dəmir qutunun içərisində gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri, yəni bir ədəd şəffav rəngli sellofan bağlamada xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 31,265 qram olan külli miqdarda psixiotrop maddə metafetamini və bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2019-cu il tarixdə axşam saatlarında qohumu Məhkum2 ilə birlikdə satış məqsədilə qanunsuz o laraq götürüb əldə etdikdən sonra tanışı X7 idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə daşımış, xx.xx.2019-cu il tarixdə tanışları X13 ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində görüşərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşərək, avtomobildə Elgün Əliyevə həmin narkotik vasitə və psixotrop maddədən bir ədəd şəffav rəngli torbada 31,265 qram çəkidə külli miqdarda psixotrop maddə olan metafetamini hər qramını 40 manata satdıqdan sonra, bir ədəd qara rəngli sellofan bağlamada qalan külli miqdarda narkotik vasitə olan heroini Elgün Əliyevin avtomobilinin salonunda arxa oturacağının üstünə qoyaraq s axlamış, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospektində saxlanılıb, Abşeron rayon polis idarəsinə gətirilərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin salonun arxa oturacağının üstündən ona və Məhkum2 məxsus həmin bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. ittiham aktına əsasən, həmçinin Təqsirləndirilən şəxs Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də, külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, dayısı oğlu Məhkum1 ilə birlikdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək İran İslam Respublikasında olarkən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri 4000 manat pul müqabilində əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində hoteldə olarkən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respub likasının vətəndaşı ilə danışıb razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna “Malyar Ustası” adı ilə qeyd etdiyi İran İslam Respublikasına məxsus +**********82 nömrəli mobil nömrə ilə “yaratdığı “Votçap” sosial şəbəkə proqramı vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayıb tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş, əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında yerləşən “Azpetrol” yan acaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən “İpək” mebel mağazasının qarşısında olan üzərində “Soliton-Mebel” “Soliton”, “Neptun” və “Kilim” reklamını əks etdirən lövhələrin yanında olan dəmir qutunun içərisində gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri, yəni bir ədəd şəffav rəngli sellofan bağlamada xx.xx.2005- ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ağ rəngli kristal formada təmiz çəkisi 31,265 qram olan külli miqdarda psixiotrop maddə metafetamini və bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini xx.xx.2019-cu il tarixdə axşam saat larında qohumu Məhkum1 ilə birlikdə satış məqsədilə qanunsuz olaraq götürüb əldə etdikdən sonra tanışı X8 idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinə daşımış, xx.xx.2019-cu il tarixdə tanışları X13 ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində görüşərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə əyləşərək, avtomobildə Məhkum1 Elgün Əliyevə həmin narkotik vasitə və psixotrop maddədən bir ədəd şəffav rəngli torbada 31,265 qram çəkidə külli miqdarda psixotrop maddə olan metafetamini hər qramını 40 manata satdıqdan sonra, bir ədəd qara rəngli sellofan bağlamada qalan külli miqdarda narkotik vasitə olan heroini Elg ün Əliyevin avtomobilinin salonunda arxa oturacağının üstünə qoyaraq saxlamış, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Abşeron polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospektində saxlanılıb, Abşeron rayon polis idarəsinə gətirilərək Elgün Əliyevin idarə etdiyi “Great Woll” markalı ** PR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilən zaman avtomobilin salonun arxa oturacağının üstündən ona və Məhkum1 məxsus həmin bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 169,384 qram olan tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLAR İNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə işin obyektiv hallarını əks etdirməmiş, Məhkum2 və Məhkum1 törətdiyi əməllərə qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmiş və nəticədə onlara əsassız olaraq CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Belə ki, Məhkum2 və Məhkum1 xx.xx.2019-cu il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmiş, Ərdəbil şəhərində qaldığı otellərin birində tanış olduğu həmin İran vətəndaşı olan bir nəfər şəxsdən narkotik vasitə istəmişlər. Həmin şəxs onlara demişdir ki, “Bakı şəhərində narkotik vasitə satacaq və həmin narkotik vasitənin qiyməti 4000 manatdır, istəsən əlaqə saxlayıb ala biləsən”. Onlar həmin şəxslə həmin şəxsin dediyi qiymətə razılaşmışlar. Azərbaycana qa yıtdıqdan sonra onlar öz təşəbbüsləri ilə İran İslam Respublikasının vətəndaşı olan şəxslə əlaqə yaratmışlar. İran İslam Respublikasından onlara göndəriləcəyi qeyd olunan vasitə və maddələri satacaqları və əldə ediləcək gəlirdən onun pulunu göndərəcəklərini öncədən vəd edərək razılaşdırmaqla özləri ilə işbirliyinə sövq etmişdirlər. Daha sonra aralarndakı vəzifə bölgüsünə əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vəndaşı İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə 31,265 qram çəkidə metamfetamin 169,384 qram çəkidə heroini Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirməklə müəyyən edilmiş yerə qoymuş, bundan sonra Məhkum2 və Məhkum1 həmin narkotik vasitə və psixotrop maddəni götürərək həmin İran vətəndaşı ilə qabaqcadan razılaşdıqları kimi arın satışını həy ata keçirərək əldə edilmiş gəlirdən həm özləri üçün qazanc əldə etməli, həm göndərilən malın dəyərini şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşına göndərməli idilər. Məhkəmə təcrübəsindən də görünür ki, bir sıra hallarda qaçaqmalçılıq cinayətinin iştırakçıları bir-birləri ilə müxtəlif vasitələrlə (hər-hansı şəxsin vasitəçiliyi, telefon əlaqəsi və s.) əlaqə saxlamaqla malların qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə razılığa gəlir və qrupun bir üzvü həmin malları sərhəddən qanunsuz keçirməyi, digər üzvləri isə həmin malları birbaşa keçirilmə yerində və ya razılaşdırılmış başqa yerlərdən götürməyi öz öhdələrinə götürürlər. Bu baxımdan iş üzrə toplanmış sübutlardan görünür ki, Məhkum2 və Məhkum1 öz mobil nömrələri ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam R espublikasının vətəndaşı ilə sonuncunun həmin dövlətə məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışını həyata keçirməsi barədə razılaşmışdırlar. Bundan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işinin materiallarından aydın olur ki, təqsirləndirilən şəxsinl ərin əməli vahid niyyətlə bağlı olub davam edən cinayəti əks etdirir və həmin əməlin başa çatdığı yer Abşeron rayonudur. Belə olan təqdirdə, məhkəmə kollegiyası Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətin aidiyyəti üzrə baxılması üçün göndərməli olduğu halda apellyasiya istansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla cinayət işini icraata qəbul edərək yekun qərar qəbul etmişdir. Bundan başqa, qeyd edilməlidir ki, CPM-nin 353.4.10-cu maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edərək yeni hökm çıxaran zamanı CPM-ni n 298.8.5-ci maddəsinə əsasən ittiham aktına əlavə edilmiş arayışda göstərilən 130 manat məbləğindəki məhkəmə xərclərini ittiham hökmünün nəticəvi hissəsində göstərməmişdir. Məhkəmə kollegiyası digər pozuntuya yol verərək sübut yetirilmiş hesab edilən cinayət əməlinin təsvirini ittiham hökmünün təsvir və əsaslandırıcı hissəsində ümumiiyətlə göstərməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuro ru İbrahimov Elçin Tofiq oğlu kassasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya məhkəməsinin apellyasiya şikayətinə baxarkən aidiyyat qaydalarını pozduğunu, Məhkum2 və Məhkum1 törətdiyi əməllərə qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət vermədiyini və nəticədə onlara əsassız olaraq CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verildiyini bildirib, protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli hökmünün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya i nstansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-nin 143 - 146-cı maddələrinin tələblərini pozmaqla məhkumlara Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, onlara bəraət verdiyini, həmçinin Azərbaycan Respublikası CPM-nin 75.1-ci maddəsinin tələblərini pozaraq apellyasiyası məhkəməsi aidiyyət qaydalarına nəzərə almadığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizl iyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə), maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Kassasiya məhkəmə kollegiyası apellyasiya icraatının adiyyat qaydalarının pountusu ilə aparılmasına dair kassasiya protestində göstərilmiş dəlillərə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 29-cü maddəsinə görə heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilm iş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. CPM-nin 75-ci maddəsində isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların AR-in məhkəmə sisteminə daxil olan məhkəmə orqanlarına aidiyyəti CPM-in 67-77-ci maddələrində müəyyən edilmişdir. Adı çəkilən normalar ərazi, növ (predmet) və şəxslərə görə aidiyyəti, habelə məhkəmə orqanlarının səlahiyyətinə görə aidiyyəti fərqləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət mühakimə icraatını həyata keçirən hər bir məhkəmə orqanının səlahiyyətlərinin şamil edildiyi ərazi CPM-in 67-73-cü maddələrində müəyyən edilmişdir. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi, yer başa düşülür. Eyni zamanda, cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən mütləq yoxlanılmalıdır. Belə yoxlama birinci instansiya və apellyasiya məhkəmələrinin hazırlıq iclası zamanı həll edilməli olan ilk məsələdir. Hər bir məhkəmə ona daxil olmuş cinayət işi və digər materiallar barədə heç bir prosessual hərəkət etməmişdən (hazırlıq iclasınadək olan hərəkətlər istisna olmaqla) əvvəl həmin işin və ya materialların aidiyyətini yoxlamalıdır. CPM-nin 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protes tinin həmin məhkəməyə aid olub-olmadığını araşdırmalıdır. CPM-nin 391.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edə bilər. İş materiallarından görünür ki, apellyasiya məhkəməsinin 26 aprel 2021-ci il tarixli apellyasiya şikayətinə ilkin baxılması qərarında yuxarıda qeyd edilən normaların tələbləri yerinə yetirilməmiş, yəni hökmdən verilmiş apellyasiya şikayətinə əsasən işə baxarkən məhkəmə, ərazi yurisdiksiyanı müəyyən edilməsində səhvə yol vermış, apellyasiya şikayətinə baxılması Sumqayıt Apellyasiya Məhkəməsinə yursdiksiyasına aid olmasına baxmaya raq apellyasiya şikayəti üzrə cinayət işini icraata qəbul edib müvafiq qərar qəbul etmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya protestinndə göstərilmiş “apellyasiya istansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla cinayət işini icraata qəbul etməsinə” dair dəlilləri əsaslı olduğu üçün kassasiya protesti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin hökmü və apellyasiya şikayətinə ilkin baxılmasına dair qərarı cinayət-prosessual normalarına tələblərə uyğun olmadığı üçün ləğv edilməli, apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxılması təyin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli qərarına əsasən, uzanan cinayət əməlin törədilməsi ilə bitmir. Bu cinayət əməlləri yalnız başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Davam edən cinayət isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. CPM-nin 74.2.2-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Buna müvafiq olaraq cinayət işinin ibtidai istintaqı cinayətin başa çatdığı yer üzrə Abşeron RPİ-də aparılmış, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən Abşeron Rayon Prokurorluğu tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi üzrə hökm çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsi adiyyat qaydalarına dair qeyd edilən normaların tələblərinə və Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cü il tarixli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına məhəl qoymadan həmin hökmdən verilmiş apellyasiya şikayətini baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə (Abşeron rayonu Sumqayıt Apellyasiya Məhkəməsinin yursdiksiyasına aid edilmişdir) göndərməli olduğu halda Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi də öz nöbəsində pozuntuya yol verərək aidiyyət məsələsini kifayət qədər araşdırmadan, yuxarıda qeyd edilən prosessual normaları nəzərə al madan apellyasiya şikayətinə ilkin baxılması qərarında məhkəmə aidiyyətının müəyyən edilməsində səhvə yol verərək işi adiyyatı üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərməli olduğu halda bunu etməmiş, apellyasiya şikayəti üzrə məhkəmə baxışını təyin etmişdir. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin qərar cinayət-prosessual normalara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin hökmü və apellyasiya şikayətinə ilkin baxılması qərarı ləğv edilməli, Məhkum2 apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxılması təyin edilməli, adiyyat qaydalarına müvafiq qərar qəbul edilməlidir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə apellyasiya instansiya məhkəməsində məhkəmə aidiyyətinin düzgün müəyyən edilməməsi əsası ilə apellyasiya məhkəməsinin hökmü və apellyasiya şikayətinə ilkin baxılması qərarı ləğv edildiyindən hazırki iş üzrə protestin Məhkum2 və Məhkum1 əsassız olaraq CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməsi və digər pozuntulara dair dəlillərinə qiymət verməyi məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Cinayət Prosessual QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli hökmü və apellyasiya şikayətinə ilkin baxılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. Məhkum2 apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1220/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1220/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver