Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1220/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3, 222-2.1, 320.1 və 320.2-ci maddələri ilə, Məhkum2 CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3, 222-2.1 və 2222.1-ci maddələri ilə və Məhkum3 CM-in 32.5,188.1, 32.5,188.2 və 32.5, 222-2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi Yusifov Ceyhun Salman oğlu, məhkum X2nin müdafiəçisi Mirzəyev Fikrət Mustafa oğlu və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Hü seynov Cavid İbadulla oğlu (sədrlik edən və məruzəçi) İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum1, 1 mart 1975-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməmiş, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014-cü il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3, 222-2.1, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-in 32.3,188.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 32.3,188.2-ci maddəsi ilə 2 (iki) il müddətə, CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə 5 (beş) il müddətə, CM-in 32.3, 222-2.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğu l olma hüququndan məhrum etmə növündə əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 75.1.1-ci maddəsinə əsasən isə CM-in 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə ona cəza təyin edilməmişdir. CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 may 2014cü il tarixli hökmü ilə Məhkum1 barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv edilərək həmin hökmlə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəz ası CM-in 67-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı hökmlə təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən isə onun 18 noyabr 2021-ci il tarixdən 20 noyabr 2021-ci il tarixədək şübhəli şə xs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunmuş həmin cəzadan çıxılaraq üzərində qəti olaraq əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2, xx xxxxx 1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, rəsmi olaraq heç yerdə işləməmiş, əvvəllər Xəzər Rayon Məhkəməsinin 2 dekabr 2015-ci il tarixli hökmü ilə CM-in 188-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, “28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edi lmiş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3, 222-2.1 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə, CM-in 32.3,188.4.1 və 188.4.1-ci maddələri ilə 6 (altı) il müddətə, CM-in 32.3, 222-2.1 və 2222.1-ci maddələri ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə, CM-in 66.3 və 66.4-cü maddələrinin tələblərinə uyğun olaraq təyin edilmiş cəzaları qismən topl amaq yolu ilə qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən isə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, həmçinin CMin 75.1.1-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs3 5.000 (beş min) manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirməsi cinayət epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə həmin epizod üzrə ona cəza təyin edilməmiş, Məhkum3, xx xxxxxx 1974-cü il tarixdə Tərtər rayonunda an adan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, İİ qrup əlil olan, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Buruc kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, CM-in 32.5,188.1, 32.5,188.2 və 32.5, 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-2in 32.5,188.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-in 32.5,188.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 32.5, 222-2.1-ci maddəsi ilə 2 (iki) il müddətə islah işləri cəzasına, CM-in 66.2 və 68.3-cü maddələrinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə yaşayış yerini saat 23: 00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, cəzanın icrası isə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 32.5,188.1, 32.5,188.2 və 32.5, 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 66.2 və 68.3-cü maddələrinə əsasən qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmün ə əsasən, Məhkum1 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasını təmin etmək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli hökmlərinə əsasən məhkum edilmiş Şahid3, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş Şahid4, həmçinin X13 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək Zərərçəkmiş şəxs6 tərəfindən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialı ilə bağlanılmış AKL-008/12P nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 70.000 manat dəyərində 2012-ci il buraxılışlı “Lexus LX 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs6 tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış mərkəzinə satışa qoyulması barədə məlumat əldə edib Zərərçəkmiş şəxs6 etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan “Mir” avtomobil satış mərkəzində satıcı işləyən Şahid12 həmin dövrün məzənnəsi ilə 22355,4 manat təşkil edən 28500 ABŞ dollarını ödəyərək Zərərçəkmiş şəxs6 Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialından götürdüyü 88032 manat kreditin qalıq məbləğini bir ay müddətində banka ödəyəcəklərinə inandırmaqla aldadıb Şahid12 Bakı şəhəri 19 saylı notariat kontorunda Zərərçəkmiş şəxs6 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 17 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 5 Şahid11 verilməsinə nail olaraq avtomobili etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs6 70.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Şahid3 təhvil vermiş, Şahid3 də öz növbəsində həmin avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məq sədi ilə 25 sentyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X5 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs X5in qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 25 senty abr 2014-cü il tarixdə saat 02:52 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Şahid3 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması təmin etm ək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli hökmlərinə əsasən məhkum edilmiş Şahid3, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş Şahid4, həmçinin X13 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək Zərərçəkmiş şəxs5 tərəfindən "xxxx" İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialı ilə bağlanılmış 23-A-1-0-70-13 nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 80.000 manat dəyərində 2013-cü il buraxılışlı “Lexus LX 570” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan Şahid13 tərəfindən satışa qoyulması barədə məlumat əldə edib Şahid13 həmin dövrün məzənnəsi ilə 15688 manat təşkil edən 20000 ABŞ dollarını ödəyərək Zərərçəkmiş şəxs5 "xxxx" İnvestisiya Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin 11 saylı filialından götürdüyü 108200 ABŞ dolları məbləğində kreditin qalıq məbləğini qısa müddətdə banka ödəyəcəklərinə inandırmaqla aldadıb Şahid13 Bakı şəhəri 6 saylı notariat kontorunda Zərərçəkmiş şəxs5 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqlar ın 24 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 5 X15 verilməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs5 80.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Şahid3 təhvil vermiş, Şahid3 də öz növbəsində avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 1 oktyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X5 xidmətdə olduğu Tovuz Gömrü k İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs X5in qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 1 oktyabr 2014-cü il tarixdə saat 13:27 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Şahid3 adına “müvəqqəti ixrac” gömrük p rosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması təmin etmək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il və 10 iyun 2019-cu il tarixli hökmlərinə əsasən məhkum edilmiş Şahid3, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş Şahi d4, həmçinin X13 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək Zərərçəkmiş şəxs4 tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə bağlanılmış 419 nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 69.000 manat dəyərində 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan Şahid1 tərəfindən satışa qoyulması barədə məlumat əldə edib Şahid1 23000 manat ödəyərək Zərərçəkmiş şəxs4 Azə rbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialından götürdüyü 70400 manat kreditin qalıq məbləğini qısa müddətdə banka ödəyəcəklərinə inandırmaqla aldadıb Şahid1 Bakı şəhəri 6 saylı notariat kontorunda Zərərçəkmiş şəxs4 tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 6 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 5 X18 verilməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 69.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Şahid3 təhvil vermiş, Şahid3 də öz növbəsində avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 8 oktyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən X5 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs X5in qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilə n nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 8 oktyabr 2014-cü il tarixdə saat 02:20 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Şahid3 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən suiistifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keç irib qaçaqmalçılıq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 600 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 187 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 300 kvadrat metrini sonuncuya satacağına dair yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirm ək niyyəti olmadan 8 may 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005ci il tarixli 187 saylı sərəncamını bilə-bilə istifadə edərək ayrılmış 600 kvadrat metr torpaq sahəsinin 300 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs2 etibarnamə verib onun inamını qazanaraq qeyd olunan notariat ofisinin qarşısında 9000 manat, 2020-ci ilin avqust ayının ortalarında isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində 2500 manat olmaqla ümumilikdə 11500 manat pulunu götürdükdən sonra 20 avqust 2020-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 8 may 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs2 11500 manat pulunu vahid niyyətini ə hatə edən qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 800 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 150 kvadrat metrini sonuncuya satacağına dai r yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 20 oktyabr 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını bilə-bilə istifadə edərək ayrılmış 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verib onun inamını qazanaraq notariat ofisinin qarşısında 6500 manat pulunu götürdükdən sonra 9 avqust 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 20 oktyabr 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs1 6500 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başq a, Məhkum1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüquq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 800 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 150 kvadrat metrini sonuncuya satacağına dair vəd verib etibarından sui-istifadə etməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti ol madan 28 oktyabr 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 7 saylı notariat ofisində saxtalaşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını bilə-bilə istifadə edərək ayrılmış 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verib onun inamını qazanaraq notariat ofisinin qarşısında 6700 manat pulunu götürdükdən sonra 9 avqust 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 28 oktyabr 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs1 6700 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə hüq uq verən və rəsmi sənəd hesab edilən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 800 kvadrat metr torpaq sahəsinin ayrılması haqqında Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını istifadə etmək məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə saxtalaşdırıb hazırladıqdan sonra həmin sərəncamı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 göstərib etibarından sui-istifadə edərək sərəncamda qeyd edilən torpaq sahəsinin özünə məxsus olmasına dair yalan məlumat verib inandırmaqla ona ayrılmış həmin torpaq sahəsindən 150 kvadrat metrini sonuncuya satacağına dair vəd verib etibarından sui-istifadə etməklə aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 3 noyabr 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 7 saylı notariat ofisində saxta laşdırdığı Buzovna Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 208 saylı sərəncamını bilə-bilə istifadə edərək ayrılmış 800 kvadrat metr torpaq sahəsinin 150 kvadrat metr hissəsi üzərində sərəncam verməklə bağlı Zərərçəkmiş şəxs1 etibarnamə verib onun inamını qazanaraq notariat ofisinin qarşısında 7000 manat pulunu götürdükdən sonra 9 avqust 2021-ci il tarixdə Bakı şəhəri 7 saylı notariat ofisinə təkrar müraciət edərək 3 noyabr 2020-ci il tarixli etibarnaməyə xitam verib Zərərçəkmiş şəxs1 7000 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum1 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə tanışı, baxılan iş üzrə digər təqsirləndirilən şəxs Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “H.Z.Tağıyev” adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin daxilində yerləşən torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə alacağını vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2021-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “H.Z.Tağıyev” adına Neft və Qaz Çıxarma İdarəsinin 1220 saylı işlək neft buruğunun yanında 3000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 maddi ziyan v urmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum1 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft buruğunun mühafizə zonasında yerləşən torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə tanışları – baxılan cinayət işi üzrə təqsirləndirilən şəxslər Məhkum2, Məhkum3, Təqsirləndirilən şəxs, həmçinin X20 və şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021-ci ilin mart ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi) t ərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417936, y-4486104 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq həmin ərazi hüdudları daxilində işlək vəziyyətdə olan 1220 saylı neft buruğundan 20 metr məsafədə yerləşmiş neft buruğunun mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan özbaşına tikinti işləri aparmaq məqsədilə qrupun digər təşkilatçısı Məhkum 2la birlikdə cinayətin törədilməsini təşkil edərək özbaşına aparılan tikinti işlərinin dayandırılması ilə bağlı müvafiq dövlət qurumlarının qanuni tələb və müdaxiləsinin qarşısını alıb maneələri aradan qaldırmaqla cinayətkar niyyətlərini həyata keçirməsinə kömək etmək məqsədi ilə cəmiyyət tərəfindən həssas qrup kimi qəbul edilən Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları olan Məhkum3, Təqsirləndirilən şəxs, həmçinin X20 və şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyrilərini cəlb edib müəyyən məbləğdə pul müqabilində ələ alaraq yuxarıda qeyd olunan qanunsuz özbaşına tikinti işləri aparılan ərazidə dayanıb səs-küy salmaqla guya tikilən evin yaşayış yeri olmayan Qarabağ müharibəsi əlili Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Zərərçəkmiş şəxs7 üçün ti kildiyini bildirərək özbaşına aparılan tikinti işlərinin başa çatdırılmasına nail olub qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasını təşkil etmişlər. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Məhkum2 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən 4 sot torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi təqdim edib inandırmaqla ona satacağını vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 2012-ci ilin iyul ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində 5000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, X2 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2018-ci ilin iyun ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzar əti Dövlət Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417920, y-4485909 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmaqla üzərində tikinti işləri aparmışdır. Bundan başqa, X2 təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əl aqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2018-ci ilin avqust ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417919, y-4485922 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülki yyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmaqla üzərində tikinti işləri aparmışdır. Daha sonra, X2 təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “H.Z.Tağıyev” adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin daxilində yerləşən torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi təqdim edib inandırmaqla ona satacağını vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 22 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yol u 1 ünvanında yerləşən 17 saylı notariat ofisinin qarşısında 5500 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Daha sonra, X2 təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin iyun ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi) tərəfindən veri lmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417838, y-4485992 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmaqla üzərində tikinti işləri aparmışdır. Daha sonra, X2 təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft buruğunun mühafizə zonasında yerləşən torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayə t əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin avqust ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x417936, y-4485859 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmi ş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına hasarlamaqla tutaraq həmin ərazi hüdudları daxilində 1040 saylı neft buruğundan 150 metr məsafədə yerləşmiş neft buruğunun mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan özbaşına tikinti işləri aparmışdır. Bundan başqa, X2 təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft buruğunun mühafizə zonasında yerləşən torpaq sahəsini özbaşına tutmaqla üzərində tikintinin aparılması barədə şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021-ci ilin mart ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarə t və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x-417994, y-4486159 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına hasarlamaqla tutaraq həmin ərazi hüdudları daxilində işlək vəziyyətdə 1220 saylı neft buruğundan 20 metr məsafədə yerləşmiş neft b uruğunun mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan özbaşına tikinti işləri aparmışdır. Həmçinin, birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Məhkum3 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə alınmadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasında köməklik etmişdir. Belə ki, Məhkum3 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan neft buruğunun mühafizə zonasında yerləşən torpaq sahəsini özbaşına tutmaqla üzərində t ikintinin aparılması barədə tanışları Məhkum2, Məhkum1, Təqsirləndirilən şəxs, X20 və şəxsiyyəti araşdırılmaqda davam etdirilən qeyriləri ilə razılaşaraq cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2021-ci ilin mart ayında keçmiş Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (hazırkı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi) tərəfindən verilmiş 18 may 1999-cu il tarixli, 186 nömrəli Dağ-Mədən ayırması haqqında aktla Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış Bakı şəhəri Xəzər rayonu Buzo vna qəsəbəsi Buzovna-Maştağa yolunun sol tərəfində 39 T x417936, y-4486104 koordinatlarda yerləşən sənaye təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq həmin ərazi hüdudları daxilində işlək vəziyyətdə olan 1220 saylı neft buruğundan 20 metr məsafədə yerləşmiş neft buruğunun mühafizə zonasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan tikinti sahəsində dayanıb müharibə iştirakçıları olmalarından sui-istifadə edərək aparılan tikinti işlərinin dayandırılması ilə bağlı müvafiq dövlət qurumlarının qanuni tələb və müdaxiləsinin qarşısını almaqla səs-küy salıb guya tikilən evin yaşayış yeri olmayan Qarabağ müharibəsi əlili Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətlərin də olduğu Zərərçəkmiş şəxs7 üçün tikildiyini bildirərək özbaşına aparılan tikinti işlərinin başa çatdırılmasına nail olub qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruğunun mühafizə zonasında tikinti işlərinin aparılmasında köməklik etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Mehrəliyev Vüsal Bəhram oğlu tərəfindən verilmiş apellyasiya protestinə, Məhkum1 müdafiəçisi C.S.Yusifov və Məhkum3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Q araqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 29 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti isə təmin edilərək, hökm Məhkum2 aid hissədə dəyişdirilmiş, X2un barəsində CM-in 70-ci maddəsinə əsasən şərti məhkum etmənin tətbiq olunması barədə müddəalar və bununla bağlı göstərişlər hökmdən xaric edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 23 aprel 2021-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 1 (bir) il 7 (yeddi) ay müddət ona CM-in 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq əsas cəzasını üm umi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 5 (beş) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi C.S.Yusifov, məhkum X2un müdafiəçisi F.M.Mirzəyev və Məhkum3 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: - müdafiəçi C.S.Yusifov - həmin qərarın Məhkum1 aid hissədə ləğv edilməsini, ona bəraət verilməsi barədə qərar qəbul olunmasını və eyni zamanda Bakı Apellyasiya M əhkəməsinin hakimi M.Ə.Abbasovun barəsində xüsusi qərarın çıxarılmasını; - müdafiəçi F.M.Mirzəyev - hüquqlarını müdafiə etdiyi şəxsə təqsirli bilindiyi maddələrlə bəraət verilməsini və ya apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək Məhkum2 barəsindəki birinci instansiya məhkəməsinin hökmünün təkrarlanmasını; - Məhkum3 - apellyasiya instansiyası məhkəməsinin qərarının ona aid hissədə ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi C.S.Yusifov kassasiya şikayətində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddə sinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” 29 noyabr 2022-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” müvafiq o laraq 11 iyun 2015-ci il və 2 iyun 2016-cı il tarixli Qərarlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara, əsasən Məhkum1 və şahidlərin ifadələrinə, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirli bilindiyi ittihama və bu ittiham üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək və işin faktiki hallarını mübahisələndirərək həmin şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, bəzi sübutları saxtalaşdırmış və nəticədə Məhk um1 təqsirliliyi sübuta yetirilmədiyi halda sonuncu qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Müdafiəçinin fikrincə Məhkum1 ona qarşı irəli sürülmüş ittihamda təqsirliliyi sübuta yetirilməmiş, buna görə də onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları tamamilə qanunsuz və əsassız, həmin ittiham isə yalnız ehtimallar və fərziyyələr üzərində qurulmuş, məhkəmələr isə buna diqqət yetirməmiş, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə çoxsaylı şahidlərin ibtidai araşdırma zamanı verdikləri və həqiqətə uyğun olmayan ifadələri təşkil etmiş, həmin şahidlər məhkəmə iclaslarında başqa məzmunda ifadələr vermələrinə baxmayaraq həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi heç bir əsaslandırma aparmadan bu ifadələrə üstünlük verməkdən imtina etmiş, faktiki olaraq isə həm hökmü n, həm də kassasiya qaydasında mübahisələndirilən qərarın əsası kimi ittiham aktında təsvir edilmiş ifadələri qəbul etmişlər. Kassasiya şikayətində daha geniş şəkildə təsvir olunmuş dəlillərə əsaslanaraq müdafiəçi C.S.Yusifov onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində sübutların toplanmasına, araşdırılmasına, qiymətləndirilməsinə və sübutetməyə dair tələblər nəzərdə tutulmuş CPM-in, habelə cəza təyin etmənin qaydaları, şərtləri, prinsipləri və şərti məhkum etmənin tətbiqi əsasları təsbit edilmiş CM-in müvafiq maddələrinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, Məhkum2 təqsirli bilindiyi ittihama, iş üzrə toplanmış və araşdırılmış bəzi s übutlara, göstərilən ittiham üzrə çıxarılmış hökmə və həmin hökmün sonuncunun barəsində seçilmiş cəza tədbirinin dəyişdirilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərarına istinad etməklə işin faktiki hallarını mübahisələndirən Məhkum X2un müdafiəçisi F.M.Mirzəyev iş üzrə toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməməsini iddia edərək öz şikayətini onunla əsaslandırmışdır ki, həmin sübutlarla hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyi sübuta yetirilməmiş və o, törətmədiyi cinayət əməllərinə görə əsassız olaraq məhkum edilmişdir. Halbuki, araşdırılmış sübutlara əsasən X2 qanuni olaraq torpaq alqı-satqısı ilə məşğul olaraq zərərçəkmiş şəxslərə də torpaq sahələrini satarkən onlara qarşı dələduzluq etməmiş, habelə başqa şəxslərə məxsus olan torpaq sahələrini zəbt etməmiş və həmin torpaq sahələrində qanunsuz olaraq tikinti işləri aparmamışdır. Buna baxmayaraq, Məhkum2 zərərçəkmiş şəxslərə ehtimal olunan ziyanı tam ödəmiş, hal hazırda onun 67 yaşı var və birinci instansiya məhkəməsi bu halları nəzərə alaraq ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə hökm çıxarmış, lakin həmin hökmdən verilmiş əsassız apellyasiya protestinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi qanunsuz olaraq, cəzanı ağırlaşdıran heç bir hala istinad etmədən bu haqda müddəaları hökmdən xaric edərək məhkumun ona təyin edilmiş cəzanın real çəkməsini məqsədə uyğun hesab etmişdir. Hərçənd, belə nəticəyə gəlmək üçün heç bir əsas olmamışdır. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi F.M.Mirzəyev də onun kassasiya şikayətinin tə min edilməsini xahiş edir. Məhkum3 da CPM-in bir sıra maddələrinə, cəza təyin etmənin qaydalarını, şərtlərini və prinsiplərini nəzərdə tutan CM-in müvafiq normalarına, özünün verdiyi ifadələrə, təqsirli bilindiyi ittihama və iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə ailə vəziyyətini və sağlamlığını səciyyələndirən hallara istinad edərək kassasiya şikayətini belə əsaslandırmışdır ki, işə baxan məhkəmələr CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl etməyərək toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş, o, hər hansı torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsində və orada tikinti aparılmasında heç kimə köməklik göstərməmiş, lakin buna baxmayaraq o, törətmədiyi cinayətə görə qanunsuz olaraq təqsirli bilinib məhkum edilmiş və cəzalandırılmışdır. Məhkəmələrin bu haqda gəldikləri nəticənin əsası kimi şahidlərin ifadələri olmuşdur ki, bu ifadələrə görə onun hansısa cinayət əməlini törətməsi təsdiq olunmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi ona cəza təyin edərkən, apellyasiya instansiyası məhkəməsi isə bu hissədə də hökmün dəyişdirilmədən saxlanılması haqda qərar qəbul edərkən həm onun, həm də oğlunun Vətən müharibəsi iştirakçıları olmalarını, özünün isə həmçinin gözündən əlil olmasını, arvadının onkoloji xəstəlikdən əzab çəkməsini və cəzanı yüngülləşdirən başqa halları nəzərə almamış, nəticədə o, ağır cəzaya məruz qalmışdır. Bütün göstərilənlərə əsaslanaraq Məhkum3 da onun kassasiya şikayətinin təmin edilməsi barədə tələb irəli sürür. Kassasiya şikayətlərinə məhkəmə baxışı Ali Məhkəmənin Cinayət Kollegiyasının 15 oktyabr 2024-cü il t arixli iclasına təyin olunmuş və bu haqda proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum1 məhkəmə iclasında iştirak etməkdən imtina etmiş, məhkum X2 həmin iclasda iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, müdafiəçilər C.S.Yusifov və F.M.Mirzəyev isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və Məhkum3 rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə məhkumlar Məhkum1 və X2un, habelə müdafiəçilər C.S.Yusifovun və F.M.Mirzəyevin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və h ansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, işə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum1 27 sentyabr 2024-cü il tarixli vəsatəti daxil olmuşdur. Vəsatətində o, müdafiəçisi C.S.Yusifov tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkum1 vəsatəti 13 saylı Cəzaçəkmə Müəssisəsinin rəi si tərəfindən imzalanmış 27 sentyabr 2024-cü il tarixli 3-16-17/29/2-4221 saylı məktubla müşaiyət edilmişdir. Məhkum1 müraciəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin tələbindən görünür ki, məhkum və ya bəra ət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələbinə görə, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum1 vəsatətini nəzərdən keçirib onun müdafiəçisi C.S.Yusifov tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması haqda cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum1 CM-in 178.3.2, 32.3,188.1, 32.3,188.2, 20 6.3.1, 206.3.2, 32.3, 222-2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi C.S.Yusifov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, həmin müraciət üzrə kassasiya icraatına xitam verilməli, məhkum X2un müdafiəçisi F.M.Mirzəyev və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətlərinə isə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum X2un müdafiəçisi F.M.Mirzəyevin və Məhkum3 hər birisinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin əsas dəlilləri ondan ibarətdir ki, işə baxmış məhkəmələr adları çəkilən məhkumlara elan olunmuş ittihamlar üzrə təqsirli olmalarına dair əldə olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, yolverilməz sübutlar əsasında onların barəsində qanunsuz məhkəmə aktları qəbul etmiş, nəticədə həmin məhkumlar əsasız olaraq bu ittihamlar üzrə təqsirli bilinərək məhkum olunmuş və eyni zamanda onlara cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ağır cəzalar təyin edilmişdir. Beləliklə də, müdafiəçi F.M.Mirzəyev və Məhkum3 apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-in 416.1.2, 416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv e tmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası məhkum X2un müdafiəçisi F.M.Mirzəyevin və Məhkum3 kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və həmin şikayətlərlə bağlı hazırki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının əsaslığının və qanuniliyini y oxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya insta nsiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar q əbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrə əsaslanaraq məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə, cəza tədbiri seçilərkən maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsin ə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudu r. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxsl ərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsi nəticəsində zərərçəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün cinayət təqibini aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, is tərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkin lik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yal nız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli o lan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə ö z əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterl i tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qal masına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstə rilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, m əhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ə dalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-in 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiy yət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şə xsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM- in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsas lana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mü hakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayə tin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üz rə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyi n tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə ed ilmiş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq norm alarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. X2un və Məhkum3 barələrindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adları çəkilən məhkumların hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətmələri barədə nəticəyə gəlmi ş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların bir qismini özü araşdıraraq, araşdırılmış sübutların isə sonunculara qarşı irəli sürülmüş ittihamlar üzrə cinayətləri törətməkdə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Müdafiəçi F.M.Mirzəyevin və Məhkum3 kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum2n və Məhkum3 təqsirliliklərinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 138-146-cı maddələrini n tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni onların heç bir təsir və təzyiq göstərilmədən müdafiəçilərinin iştirakları ilə ibtidai araşdırma zamanı verdikləri etiraf edici ifadələri ilə yanaşı (birinci instansiya məhkəməsinin məhkəmə iclasında həm X2, həm də Məhkum3 ümumiyyətlə ifadə verməkdən imtina etmişlər), hazırki iş üzrə məhkum olunmuş Məhkum1 və Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və çoxsaylı şahidlərin ifadələri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutlarla və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanun çuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, ibtidai araşdırma zamanı sübutlar toplanılarkən, o cümlədən məhkum olunmuş şəxsin və şahidlərin ifadələri alınarkən, müvafiq sənədlər əldə edilərkən və iş üzrə zəruri ekspertizalar təyin olunub keçirilərkən CPM -in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmiş və yolverilməz deyil, məhz qanuni yolla toplanmış sübutlar məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsasını təşkil etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına istinad edərək daha sonra vurğulayır ki, ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş həmin sübutların hamısı, eyni zamanda müdafiəçi F.M.Mirzəyevin və Məhkum3 kassasiya şikayətlərində istinad etdikləri sübutların araşdırılması, tədqiq edilməsi və qiymətləndirilməsi birinci instansiya tərəfindən təmin edilmiş, həmin məhkəmə hər hansı əhəmiyyətli sübutun tədqiqindən imtina etməmiş, buna görə birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə məhkəmə baxışı nəticəsində qəbul edilmiş qərarda apellyasiya instansiyası məhkəməsi həm birinci instansiyası məhkəməsinin, həm də özünün araşdırdığı sübutlara əsaslanaraq X2un və Məhkum3 onlara qarşı irəli sürülmüş ittihamlar üzrə mötəbər nəticəyə gəlmiş, həmin qərarın əsasını isə məhz qanun pozuntularına yol verilmədən əldə olunmuş, yəni yolverilməz olmayan sübutlar təşkil etmişdir. Araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvirinə ehtiyac görmür və hesab edir ki, qanuna müvafiq qaydada tədqiq olunmuş, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş bu sübutlar əsasında X2un cinayət əməlləri CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3, 222-2.1 və 222-2.1-ci maddələri ilə, Məhkum3 törətdiyi əməllər isə CM-in 32.5,188.1, 32.5,188.2 və 32.5, 222-2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq onu qeyd etməyi lazım bilir ki, müdafiəçi F.M.Mirzəyev və Məhkum3 kassasiya şikayətlərində məhkəmələrin əsaslandıqları bir sıra sübutların yolverilməz sübutlar olmasını iddia etsələr də, bunu təsdiq edən öz sübutlarını məhkəmələrə, o cümlədən kassasiya instansiyası məhkəməsinə təqdim etməmiş və onların iddialarının əsaslı olmasına məhkəmə kollegiyasını inandıra bilməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən, Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üz ərinə düşür. Yuxarıda təsvir olunanlara əsaslanaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş və onun qəbul etdiyi qərarın ləğv edilməsini şərtləndirən pozuntulara yol vermədiyindən kassasiya şikayətlərinin bununla bağlı dəlilləri qəbul edilməz sayılmalı, həmin dəlillər X2un və Məhkum3 cinayət məsuliyyətindən yayındırılmasına yönəlmiş dəlillər kimi dəyərləndirilməli və kassasiya şikayətləri sonuncuların onlara qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirliliklərinin sübuta yetirilmədiyi halda əsassız olaraq məhkum edilməsinə dair hissədə təmin olunmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarının Məhkum2 və Məhkum3 aid hissələrdə ləğv edilməsi və onların barələrindəki cinayət işinin icraatına hər hansı əsasla, o cümlədən bəraətverici əsasla xitam verilməsi mümkün deyil. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X2un barəsində tətbiq edilmiş şərti məhkum etmənin əsassız olaraq ləğv edilməsi və heç bir əsas olmadan onun təyin olunmuş cəzanın real çəkməsinin məqsədə uyğun hesab olunması barədə müdafiəçi F.M.Mirzəyevin, Məhkum3 təyin olunmuş cəzanın isə açıq-aşkar ağır olması barədə sonuncunun kassasiya şikayətlərində irəli sürdükləri dəlillərə cavab olaraq məhkəmə kollegiyası əvvəla vurğulayır ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüq uqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması de dikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Belə tələblər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının müddəalarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmən in Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqs irli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cüml ədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təs iri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin mü vafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda istinad oluna n CPM-in 144, 145 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə cinayət-mühakimə icraatını aparan orqanlar, o cümlədən məhkəmələr cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamalı, yoxlama zamanı toplanmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, onları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməli, hökm isə məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı dedikdə təkcə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə dəlalət edən deyil, həmçinin onun barəsində bu ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə əsas olan və bu məsələnin də düzgün həllinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni ci nayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın ş əxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin Qər arın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM -in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən cinayət qanunu normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarındakı izah və tövsiyələrdən çıxış edərək kassasiya şikayətlərinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən edilmiş aşağıdakı hallara müraciət etməyi zəruri sayır. Əvvəla, iş materiallarından göründüyü kimi, məhkumlar X2un və Məhkum3 onlara qarş ı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilinmələri və onların əməllərinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə Məhkum3 onun təqsirli bilindiyi CM-in 32.5,188.1, 32.5,188.2 və 32.5, 222-2.1-ci maddələri ilə (CM-in 188.1-ci maddəsinin sanksiyasında səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 188.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 222-2.1-ci maddəsinin sanksiyasında isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur) adı çəkilən məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə sonuncunun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” gözündən ikinci qrup müddətsiz əlil olmasını, oğlunun Vətən Müharibəsi iştirakçısı olmasını, həyat yoldaşının İİ qrup əlil olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək həmin halları, habelə CM-in 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və CM-in 32.5, 188.1 və 32.5, 188.2-ci maddələri ilə azadlığın məhdudlaşdırılması, CM-in 32.5, 222-2.1-ci maddəsi ilə islah işləri, CM-in 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq isə cinayətlərin məcmusu üzrə azadlığın məhdudlaşdırılması, yəni azadlıqdan məhrum etməklə əlaqədar olmayan kifayət qədər qanuni və ədalətli cəza təyin etmişdir. Həmin cəzanı açıq-aşkar ağır hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum3 özü də ona təyin olunmuş cəzanın ağır olması barədə dəlillər irəli sürərkən, məhkəmənin nəzərə almadığı hər hansı əlavə hallara istinad etməmiş, belə halları təsdiq edən sübutlar onun tərəfindən məhkəmələrə, o cümlədən kassasiya instansiyası məhkəməsinə təqdim olunmamışdır. Halbuki, yuxarıda qeyd olunduğu kimi, CPM-in 139.0.5-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da müvafiq sübutlar vasitəsilə təsdiq olunmalı və bu kimi sübutlar cinayət təqibini aparan orqana və ya məhkəməyə təqdim olunmalıdır. Odur ki, məhkəmə kollegiyası Məhkum3 ona açıq-aşkar ağır olan cəzanın təyin edilməsi barədə də onun kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və bütövlükdə həmin şikayətin təmin edilməsi üçün əsaslar görmür. Müdafiəçi F.M.Mirzəyevin kassasiya şikayətində irəli sürdüyü ikinci tələbə - X2a təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının təkrarən şərti olaraq tətbiq edilməsi barədə tələbə gəldikdə isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çə kmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər (CM-in 70.1-ci maddəsi). İmperativ olmayan qanunun bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında vu rğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlər inə nail olmasına xidmət edir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdir ən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çı xış edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumları şəxs barəsində CM-in 7 0-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. İş materiallarından göründüyü kimi, faktları araşdıran və sübutları tədqiq edən apellyasiya instansiyası məhkəməsi işə baxarkən birinci instansiyası məhkəməsindən fərqli olaraq X2un cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və düzgün olaraq ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etməkdən imtina etmiş, gəldiyi nəticəni isə həm qanunvericiliyin tələblərinə, həm Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyə lərə istinad edərək öz qərarını belə əsaslandırmışdır ki, X2 əvvəllər də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2 dekabr 2015-ci il tarixli hökmü ilə CM-in 188-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuş, “28 MayRespublika Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmiş və onun məhkumluğu ödənilmişdir. Bununla belə, X2 islah olunmayaraq və əvvəlki məhkumluğundan özü üçün nəticə çıxarmayaraq həm buna qədər, həm də bundan sonra təkrarən digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək və zərərçəkmiş şəxslərdən birinə xeyli ziyan vuraraq dələduzluq, təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahələrini özbaşına tutma və hasarlama, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan neft buruqlarının mühafizə zonalarında tikinti işləri aparma cinayət əməllərini, yəni CM-in 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3,222-2.1 və 222-2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş və apellyasiya instansiyası məhkəməsi bu adı çəkilən məhkumun şəxsiyyətini səciyyələndirən bu hallara əsaslanaraq onun cinayət törətməyə meylli şəxs olması və cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünsüzlüyü, həmçinin onun barəsində şərti məhkum etmənin tətbiq edilməsinin cəzanın məqsədlərinə xidmət etməməsi barədə qanuni və əsaslı qənaətə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyas ı məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşaraq müdafiəçi F.M.Mirzəyevin təhlil edilən məsələyə həsr olunmuş kassasiya şikayətinin dəlillərini əsassız sayır və buna görə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya da yol verilməməsini qeyd edərək, göstərilən kassasiya müraciətinin təmin edilərək 29 noyabr 2023-cü il tarixli qərarın X2a aid hissədə dəyişdirilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası özü və məhkum X2un müdafiəçisi F.M.Mirzəyev tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum3, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, baxılmış kassasiya şikayətləri təmin edilməmə li, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı isə məhkumlar X2a və Məhkum3 aid hissədə və həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 vəsatəti təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3, 222-2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi C.S.Yusifov tərəfindən verilmiş kassasiya şikay əti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin. Məhkum2 müdafiəçisi Mirzəyev Fikrət Mustafa oğlunun və Məhkum3 kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 32.3,188.4.1, 188.4.1, 32.3, 222-2.1 və 222-2.1-ci maddələri ilə və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,188.1, 32.5,188.2 və 32.5, 222-2.1-ci maddələri təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2023-cü il tarixli qərarı məhkumlar X2a və Məhkum3 aid hissələrdə və onların barələrində verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1220/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1220/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver