Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1221/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 1(103)-569/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX XX 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, x 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 31 may 2022-ci il tarixli ittiham aktına görə məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 iyun 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qəra rı ilə məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, məhkum 2 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı məhkum “Milad” adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində mütəmadi olaraq “Milad” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 2022-ci ilin yanvar ayının əvvəllərindən Bakı şəhəri Sabunçu rayonu ərazisində müxtəlif yerlərə şəxsiyyəti istintaqa məlum olmayan şə xs tərəfindən qoyulmuş külli miqdarda ümumi təmiz çəkisi 2285 qram narkotik vasitə olan tiryəki, külli miqdarda ümumi təmiz çəkisi 1505 qram narkotik vasitə olan heroini, külli miqdarda ümumi çəkisi 1460 qram narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda ümumi sayı 350 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 14,0 qram olan narkotik vasitə metadonu, külli miqdarda ümumi təmiz çəkisi 100,786 qram olan psixotrop maddə metafetamini qanunsuz olaraq əldə edib yaşadığı x saylı mənzilə daşıyaraq həmin narkotik vasitələri və psixotrop maddəni öz aralarında bölməklə saxlamış, 30 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotİklərlə Mübarizə İda rəsinin (BNMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qrupun üzvü məhkum 1 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 14 saylı ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 saylı ünvanda yerləşən BNMİ-nə gətirilib orada sonuncunun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 200 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 100 qram olan külli miqdarda ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 20:15-də BNMİ-nin əməkdaşları tərəfindən məhkumun yaşadığı x1 saylı mənzilə keçirilmiş baxış zamanı mənzilin qonaq otağında olan taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd bükümdə ümumi çəkisi 1390 qram olan külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 925 qram və 580 qram, ümumi təmiz çəkisi 1505 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 680 qram, 575 qram, 440 qram, 200 qram və 85 qram, ümumi təmiz çəkisi 1980 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda metadonun təsir maddəsin in ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 14,0 qram (1 ədəd həbdə 0,04 qram) olan ümumi sayı 350 ədəd qəhvəyi rəngli dairəvi formalı həb halında olan narkotik vasitə metadon və üzərində narkotik vasitə heroin izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bundan sonra 30 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkum 2 x 2 evin qarşısında şübhəli şəxs qismində saxlanılaraq BNMİ-nə gətirilib orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə məhkum 1 üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə tiryəklə eynilik təşkil edən 1 ədəd bükümdə, 105 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, həmin tarixdə saat 23:30 radələrində BNMİ-nin əməkdaşları tərəfindən onun yaşadığı x1 saylı mənzilə keçirilmiş baxış zamanı mənzilin mətbəx otağında olan taxta konstruksiyalı dolabın içərisindən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə məhkum1 üzərindən və yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrlə eynilik təşkil edən 1 ədəd bükümdə təmiz çəkisi 0,786 qram ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd bükümdə ümumi çəkisi 70 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində metamfetam in izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1252/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin məhkum 2 da Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs məhkum və onun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsi və Məhkumun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişlər.
8. Apellyasiya baxışında müdafiəçi Abbasov Murtuzəli Aydın oğlu verilmiş apellyasiya şikayətinin dəlilləri qismində göstərmişdir ki, təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsindən fərqli ifadə verməsinə, ibtidai istintaqda ifadə verərkən ona təsir göstərilməsinə baxmayaraq birinci instansiya məhkəməsi bilavasitə məhkəmədə verdiyi ifadəsini mötəbər hesab etməyib əvvəlki ifadəsinə üstünlük vermişdir. Həmçinin, məhkəmə icraatı zamanı şahidlərin ifadə verməsi və həmin ifadələr ilə də Məhkumun dediklərinin təsdiq edilməsinə baxmayaraq, bunlar məhkəmə tərəfindən nəzərə alınmamış, eləcə də narkotiklərin aşkar edildiyi mənzilin Məhkumla əlaqəsinin nədən ibarət olması araşdırılmamışdır.
9. Hökmdən məhkum 2 da apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-569/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1252/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verib əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən eyni Məcəllənin 234.1-ci madd əsinə tövsif edilməsi və həmin maddənin sanksiyasına uyğun aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)274/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı ilə məhkum Məhkum 2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-569/2023 nömrəli, 23 may 2023-cü il tarixli kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-569/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
14. Kassasiya şikayət inin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçi onları təkrarlamaqla, məhkum edilmiş şəxsin əməlində cinayət tərkibi olmadığına görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-569/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. 15.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və p rosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Müdafiəçi kassasiya şikayətində Məhkumun əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud də yişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-569/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
22. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbay can Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
23. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
24. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, Məhkumun və müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətlərin araşdırması nəticəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında bu dəlillərə bütövlükdə müvafiq əsaslandırma təmin edilməklə cavab verilmişdir.
25. Kassasiya şikayətinin müəllifi hazırda mübahisəsini apardığı qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni v ə diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
26. Hazırkı kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan heç biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
27. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qe yd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmi şdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
29. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-569/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı dəyişdi rilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun müdafiəçisi Abbasov Murtuzəli Aydın oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-569/2023 nömrəli, 23 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.