Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1221/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Zərərçəkmiş şəxs iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 06 fevral 2025-ci il tarixli 1(105)-6/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aynur Rzayeva (sədrlik edən və məruzəçi) Hafiz Əliyev və Fəhmin Hümbətov) 04 iyun 2024-cü il tarixli 1(124)-164/2024 nömrəli hökmü ilə xx xxx 1992-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.2 və 182.2.4cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəl i 19 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, hədə-qorxu ilə tələb etmə məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid ilə arasında 2019-cu ildən etibarən müxtəlif yerlərdə olduğu intim münasibətlər zamanı sonuncunun onun tərəfindən çəkilmiş çılpaq fotoşəkillərin və video görüntülərin Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** GSM mobil nömrələrin “Whatsapp” proqram təminatına göndərərək həmin fotoşəkilləri və video görüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələmiş, 26 dekabr 2021-ci il tarixdə axşam radələrində Bakı şəhəri, “Koroğlu” metrostansiyasının qarşısındakı ərazidə 2000 manat pulunu alıb həmin videoların köçürüldüyü yaddaş kartını son uncuya verərək, zərərçəkmiş Zərərçəkmiş şəxs əmlakını hədə-qorxu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmə məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid ilə arasında 2019-cu ildən etibarən müxtəlif yerlərdə yaşadığı intim həyatın sonuncunun onun tərəfindən çəkilmiş çılpaq fotoşəkillərini və video görüntülərini özünə məxsus mobil telefonun yaddaşında saxlayaraq silmədiyini bildirib, həmin çılpaq fotoşəkilləri və video görüntüləri internet sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyi ilə hədələyərək, 05 yanvar 2022-ci il tarixdən başlayaraq müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** saylı GSM mobil nömrələrə zənglər edərək həmin çılpaq fotoşəkillərin və video görüntülərin sosial şəbəkələrdə yaymaması mü qabilində zərərçəkmiş Zərərçəkmiş şəxs 10.000 manat məbləğində xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Afiq Hüseynzadə) 06 fevral 2025ci il tarixli 1(105)-6/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 1(124)-164/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum, təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli 1(105)-6/2025 nömrəli qərarının ləğv edilməsini v ə cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli 1(105)-6/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 25 iyun 2025-ci il tarixə təyin edilmiş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək yəni, 24 iyun 2025-ci il tarixdə Məhkum ərizəsi Ali Məhkəməyə daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, o, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bər aət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum vəsatəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 fevral 2025-ci il tarixli 1(105)-6/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın. Kassasiya şikayətinin baxılmasına xitam veril
Məhkəmə qərarları › İş №1(102)-1221/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1221/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver