Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1222/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Fərzəliyeva Nardanə Sədi qızının iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Fərzəliyeva Nardanə Sədi qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1986-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünva nında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ona görə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Məhkum 10 aprel 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda cəmi 2,976 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,113 qram çəkidə kustar üsulla ha zırlanmış psixotrop maddə metamfetamini 70 manata əldə edərək üstündə saxlayaraq daşıyarkən, o, 17 aprel 2021-ci il tarixdə saat 19:30 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 126 saylı evinin yaxınlığında saxlanılaraq, Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən onun sağ əlində olan plastik materialdan hazırlanmış üzərində “DERBY” yazısı həkk olunmuş qara rəngli qutudan cəmi 8 ədəd bükümdə onlardan 05 ədəd şəffaf sellofana 03 ədədi isə qara rəngli kağız bükümə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qr., 0,360 qr., 0,340 qr., 0,873 qr., 0,366 qr., 0,035 qr., 0,035 qr., ümumi təmiz çəkisi 2,976 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 7 ədəd bükümdə onlardan 2-si sellofan bükümdə 05 ədədi isə ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qr., 0,367 qr., 0,048 qr., 0,052 qr., 0,062 qr., 0,058 qr., 0,067 qr. ağ rəngli kristalik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,113 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 10 aprel 2021-ci il tarixdə şəxsiyyəti məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2,976 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,113 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 70 manata əldə edərək üstündə saxlayıb daşıyarkən, 17 aprel 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Binəqədi RPİ 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 126 saylı evinin yaxınlığında saxlanılaraq, Binqəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı Polis bölməsinə gətirilmiş və Polis bölməsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilərkən sağ əlindəki plastik materialdan hazırlanmış üzərində “DERBY” yazısı həkk olunmuş qara rəngli qutudan cəmi 8 bükümdə - onlardan 5 ədəd şə ffaf selofana, 3 ədədi isə qara rəngli kağıza bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qr., 0,360 qr., 0,340 qr., 0,873 qr., 0,366 qr., 0,035 qr., 0,037 qr., 0,035 qr., olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 2,976 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 7 bükümdə-onlardan 2 ədədi sellofan bükümdə, 5 ədədi isə ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qr., 0,367 qr., 0,048 qr., 0,052 qr., 0,062 qr., 0,058 qr., 0,067 qr. ağ rəngli kristalik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,113 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Malışov Rauf Tahir oğlu tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi N.S.Fərzəliyeva tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 01 mart 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi üzrə yeni hökm çıxarılmış, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi N.S.Fə rzəliyeva kassasiya şikayəti verərək, həmin hökmün ləğv edilməsini və Məhkum əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi N.S.Fərzəliyeva kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CinayətProsessual Məcələsinin (bundan sonra mətndə CPM-nin) CPM-nin 28, 125, 144-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilməklə mötəbərliliyi müəyyənləşdirilib qiy mətləndirilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi dəlilləri ətraflı yoxlamadan polis əməkdaşlarının onun ifadəsi ilə eyni məzmunlu ifadələrin mötəbərliyi və mümkünlüyü üzrə düzgün qiymətləndirməyərək öz mülahizəsinə əsaslanıb Məhkum CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi haqda əsassız nəticəyə gəlmişdir. Halbuki, Məhkum narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi olmamış, onun özünün narkotik vasitələrdən istifadə etdiyi üçün həmin vastə və maddəni istifadə etmək məqsədilə almışdır. Göstərilən bu faktlar məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində də öz əksini tapsa da, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillərə düzgün qiymət verməyərək onun əməlinin tövsifində səhvə yol vermişdir.Belə ki, cinayət işinin materiaallarına əlavə edilmiş sənədlərdə - 17 aprel 2021 -ci il tarixdə tərtib olunmuş raportda, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarda, əməliyyat qrupunun təşkil edilməsi haqında protokolda, eləcə də şübhəli şəxs qismində saxlanıldıqdan sonra tərtib olunmuş raportda Məhkum narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etmə, saxlama və daşıma cinayətlərinin törədilməsində şübhəli bilindiyi qeyd olunmamış, əksinə həmin sənədlərdə şəxsin satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Eyni zamanda, həm ibtidai istintaq, həm də məhkəmədə şahid qismində dindirilərkən polis əməkdaşları Şahid3, Şahid1 və Şahid2 bildirmişlər ki, şübhəli şəxs qism ində saxlanılan Məhkum barəsində onun narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edib saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatda Məhkum narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə heç nə deyilməmişdir. Bundan başqa Məhkumin istifadəsində olmuş mobil nömrədən da narkotik vasitənin satışı ilə əlaqədar heç bir danışığın aparılması və ya smsin göndərilməsi müəyyən olunmamışdır. Şərh olunanlardan göründüyü kimi, Məhkum üzərində aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi olmadan saxlaması haqda dəlilinin digər şəxslərin də ifadələri ilə təsdiq edilməsinə baxmayaraq ibtidai istintaq orqanı, sonra isə apellyasiya instansiyası məhkəməsi araşdırılmış sübutlar üzrə dəlilləri təkzib etmədən onla ra əhəmiyyət verməmiş, elan olunmuş ittiham isə aşkar edilmiş heroinin və metamfetaminn külli miqdarda olması ilə əsaslandırılmışdır. Halbuki, heroinin və metamfetaminin ittihamda göstərilən miqdarda olması Məhkum həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyi qənaətinə gəlmək üçün mötəbər və kifayət edən hal kimi hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum həmin iclasda iştirak etmək arzusunu bildirməmiş və bununla bağlı ərizə ilə məhkəmə kollegiyasına müraciət etməmişdir. Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı proses iştirak çılarının rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin CPM-nin 519.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən müdafiəç i N.S.Fərzəliyeva həmin şikayətində sübutlara qanuna müvafiq qaydada qiymət verilməyərək məhkumun əməlinin düzgün tövsif edilməməsini, nəticədə isə onun ağır cəzaya məruz qalmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin töv sifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçi N.S.Fərzəliyevanın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünü yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən e də və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhk əmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instan siyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsi nin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ə dalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər mat eriallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzəri nə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi digər Qərarlarında həmçinin dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349. 3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövs ifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması və məhkumun cinayət əməlinin CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1ci maddəsinə tövsif edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olu nmuş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki, Məhkum 10 aprel 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda cəmi 2,976 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1,113 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 70 manata əldə edərək üstündə saxlayaraq daşıyarkən, o, 17 aprel 2021-ci il tarixdə saat 19:30 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 126 saylı evinin yaxınlığında saxlanılaraq, Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən onun sağ əlində olan plastik materialdan hazırlanmış üzərində “DERBY” yazısı həkk olunmuş qara rəngli qutudan cəmi 8 ədəd bükümdə onlardan 05 ədəd şəffaf sellofana 03 ədədi isə qara rəngli kağız bükümə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qr., 0,360 qr., 0,340 qr., 0,873 qr,., 0,366 qr., 0,035 qr., 0,035 qr., ümumi təmiz çəkisi 2,976 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 7 ədəd bükümdə onlardan 2-si sellofan bükümdə 05 ədədi isə ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qr., 0,367 qr., 0,048 qr., 0,052 qr.. 0,062 qr.. 0,058 qr.. 0,067 qr., ağ rəngli kristalik hissəciklərdən ibarət olan kustar üsulla hazırlanmış ümumi t əmiz çəkisi 1,113 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. İş materiallarının təhlili göstərir ki, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, bu halları müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri həmin məhkəmənin çıxardığı hökmdə əks etdirilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq həmin məhkəmə yekun aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, şahidlər in ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildi yi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq belə qənaətə gəlir ki, işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlü yü və mənsubiyyəti üzrə qiymətləndirib, CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona apellyasiya instansiyası məhkəməsinin hökmündə istinad olunan cinayət əməlinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edilsə də, məhkəmə kollegiyası onların bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir, aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi ü çün əldə etmişdir. Onun narkotik vasitələri satmaq məqsədi olmamış, əvvəllər də heç vaxt bu işlə məşğul olmamışdır. Narkotik vasitəni və psxotrop maddəni aldığı şəxsi o, tanımamış, həmin şəxsin nömrəsini internetdən götürmüş, onun təklifi ilə Əhmədli qəsəbəsinə gedərək onda aşkar edilmiş heroini və metemfetamini almış və cibində gəzdirmiş, bədənində ağrıları olanda aldığı narkotik vasitənin bir hissəsini istifadə etmişdir. Məhkum olunmuş şəxsin ibtdai araşdırma zamanı və məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan onun ilkin ifadələri elan olunmuş və bundan sonra ona verilmiş sualları cavablandıraraq o Məhkum qeyd olunan ifadəni qismən təsdiq etdiyini, polis işçilərinin ona qarşı qərəzli olduqlarını, saxlanılarkən narkotik vasitənin təsiri altında olduğunu, tutula rkən onun üzərindən 2 qrama yaxın heroin və 1 qram metamfetamin çıxdığını, 40-cı Polis bölməsində ona fiziki təsir və təzyiq göstərildiyini, buna görə də məcbur qalıb bir neçə bükümü gödəkçəsinin cibinə qoyaraq özünə məxsus olması kimi təqdim etdiyini, əslində isə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, müstəntiqin onun barəsində olan cinayət işini CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndərəcəyini dediyini, buna görə də inanıb, ona təqdim olunmuş bütün sənədləri oxumadan imzaladığını bildirmişdir. Məhkum btidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, o, dindirilərkən özünü CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, təxminən 2 ilə yaxındır ki, na rkotik vasitə və psixotrop maddələr qəbul edir. 10 aprel 2021ci il tarixdə Bakı şəhəri, Xətai rayonu “Əhmədli” metrosunun yanında tanımadığı, cəmisi ilk dəfə gördüyü, təxminən 25-30 yaşlarında bir cavan oğlandan şəxsi istifadəsi üçün 70 manat dəyərində 8 ədəd ayrı-ayrı bükümdə 3 qrama yaxın narkotik vasitə heroin və 7 ədəd bükümdə isə 1 qramdan bir qədər çox psixotrop maddə metamfetamin almışdır. Həmin narkotik vasitədən və psixotrop maddədən o, gündəlik istifadə etmiş, 17 aprel 2021-ci il tarixdə saal 19:30 radələrində yaşadığı Ünvan 2in yaxınlığında olan zaman 3 nəfər əvvəllər tanımadığı şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşlar olmalarını bildirib onun qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhəli bildikləri üçün polis bölməsinə dəvət etmiş, orada ona hüquq və vəzifələri izah olunmuş və üzərinə videoçəkiliş aparılmaqlagörüntü ilə şəxsi axtarış keçirilməsinə dair qərarla tanış edilmişdir. O, üzərinə müdafiəçinin iştirakı olmadan videoçəkliş aparılmaqla şəxsi axtarış aparılmasına etiraz etməmiş və axtarış zamanı ondan üzərində ola biləcək qanunsuz əşyanın təqdim edilməsi təklif olunmuşdur. O, könüllü olaraq sağ əlində saxladığı “DERBY’' yazısı həkk olunmuş qara rəngli qutunu polis əməkdaşlarına təqdim edərək içərisində narkotik vasitələr və psixotrop maddələr olduğunu göstərmişdir. Qutudan cəmi 8 ədəd bükümdə, onlardan 5 ədəd şəffaf selofana, 3 ədədi isə qara rəngli kağız bükümə bükülmüş ayrı-ayrılıqda müxtəlif çəkilərdə narkotik vasitə - heroin və 7 ədəd bükümdə, onlardan 2-si selofan bükümdə, 5 ədədi isə ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda müxtəlif çək ilərdə ağ rəngli kristalik hissəciklərdən ibarət ümumi təmiz çəkisi 1,113 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin vaxt da o, aşkar edilərək götürülmüş psixotrop maddələrin və narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış aparılarkən ona qarşı heç bir təzyiq və zor işlədilməmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cinayət təqibinin müxtəlif mərəhələlrində verdiyi biri-birinə zidd olan ifadələrinə tənqidi yanaşaraq ümumilikdə isə həmin ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirib onun barəsindəki birinc instansiya məhkəməsinin hökmünün ləğv edlməs və məhkum olunmuş şəxsn CMnin 234.4.3-cü maddəs ilə təqsirli blinərək cəzalandırılması barədə yeni hökm çıxarılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası da Məhkum həm külli miqdarda, həm də çoxlu sayda bükümlərdə qablaşdıraraq heroini və metamfetamini üzərində saxlayıb daşıyaraq həmin narkotik vastəni və psixotrop maddəni satmaq niyyətində olmaması barədə verdiyi ziddiyyətli ifadələrini inandırıcı saymır və öz qənaəti ilə əlaqədar ilk növbədə qeyd edir ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərinə görə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Cinayət qanunvericiliyinin tələblərinə və mənasına əsasən şəxsin əmə linin CM-nin 234.4.3-ci maddəsi ilə tövsif edilməsi üçün aşağıdakı qeyd olunan üç şərt eyni vaxtda mütləq mövcud olmaldır: - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə etməlidir; - şəxs maddələrin dispozisiyasında göstərilən əməlləri qanunsuz etməlidir; - narkotik vasitə və ya güclü təsir edən maddə külli miqdarda olmalıdır. İş üzrə qanun üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərfli və obyektiv araşdırılmış sübutlarla müəyyən edilir ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heronin çəkisi 2,896 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 1,043 qram təşkil etmiş və bu miqdarlar onun ehtiyacının yuxarı həddindən təxminən 19 dəfə, külli miqdarının aşağı həddindən isə təxminən 1,488 dəfədən çox olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar Məhkum əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün dispozitiv əlamətlərinin olmasına, yəni məhkumun göstərilən narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasına dəlalət edir. İş materiallarının təhlili göstərir ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsinin də gəldiyi nəticə iş üzrə araşdırılmış sübutlarla təsdiq edilir. Həmin sübutlar məhkəmənin hökmündə ətraflı şərh edilərək onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət verildiyindən məhkəmə kollegiyası həmin sübutların hazırki qərarında təsvirinə ehtiyac görmür. Məhkəmə kollegiyasının qənaətinə görə, işin fakiki hallarına və bu halların arxasında duran sübutlara qiymət verən apelyasi ya instansiya məhkəməsinin tamamilə haqlı olaraq Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməli məhz satış məqsədilə törtəməsi barədə əsaslı nəticə qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və bunun üçün Ali Məhkəmənin Plenumu tərəfindən 04 mart 2011ci il tarixdə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsas ən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. CM-nin 234.4.3-cü maddəsinin məzmununa və mənasına görə, şəxsin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi haqda nəticəyə gəlmək üçün onun külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri, habelə bunlara aid olmayan güclü təsir edən maddələri satması ilə yanaşı həmçinin belə vasitə və maddələri satış məqsədilə əldə etməsi, saxlaması, daşıması, gəzdirməsi və ya göndərməsi toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmalıdı r. Burada göstərilən maddə və vasitələrin miqdarı, onların daşınması, gəzdirilməsi, saxlanması yerləri, müddəti, şəraiti və üsulu, habelə satışın həyata keçiriməsi üçün müəyyən avadanlığın (məsələn, tərəzinin, qablaşdırmaq üçün üçün avadanlığın) alınması və narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin istifadəçilərinin axtarılması və sair bu kimi halların müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop ma ddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-u bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hə rəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş üzrə müəyyən olunmuş faktiki hallar, yəni məhkum olunmuş şəxsin müxtəlif növ və külli miqdarlarda narkotik vasitəni və psixotrop maddəni ayrı-ayrı bükümlərə qablaşdıraraq üzərində saxlaması onun həmin narkotik vasitələrini məhz satış məqsədi (niyyəti) ilə əldə edib, daşıyıb, saxlaması barədə mötəbər və yekun nəticəyə gəlmə yə əsas verir. Bu baxımdan, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş Məhkum bu əməlləri satış məqsədilə törətməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə kassasiya kollegiyası da razılaşır və hesab edir ki, məhkumun cinayət əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkum barəsində əsassız, qanunsuz hökm çıxarılmaqla onun ağır cəzaya məruz qalması, cəza təyini zamanı onun himayəsində 3 az yaşlı uşaqlarının və heç yerdə işləməyən həyat yoldaşının olmalarının, gələcək taleyinin, ailəsinin ağır bir şəraitdə yaşamalarının nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən, məhkəmə bu məsələni həll edərkən Məhkum törətdiy i cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – əvvəllər məhkum olunmamasını, himayəsində üç azyaşlı uşaqlarının olmalarını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi CM-nin 234.4.3cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəzanın ən aşağı həddində (həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. O, da vurğulanmalıdır ki, cinayət işinin materialları ilə Məhkum barəsində məhkəmə tərəfindən nəzərə alınmamış cəz anı yüngülləşdirən hər hansı halın olması müəyyən edilmir, kassasiya şikayətində də belə hallara istinad olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsinə münasibət bildirərəkən həm də cinayət qanunvericiliyi aşağıdakı normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin izah və tövsiyələrini də kifayət nəzərə almışdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsi n şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəl ərində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edil mişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respubl ikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin krimin allaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılma sı məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə halların a (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törə dilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istə r cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Beləliklə, kassasiya şikayətinin bütün dəlilləri ilə razılaşmayan və həmin dəlilləri qəbuledilməz sayan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-ci maddəsində sadalanan hər hansı pozuntuya yol verildiyini müəyyən etməyərək və kassasiya şikayətinin təmin edil məsi barədə məhkumun müdafiəçisi N.S.Fərzəliyevanın, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli hökmü isə həmin şikayətə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyas iya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2022-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1222/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1222/2022
18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver