Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1222/2024 31.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, zərərçəkmiş şəxslərZərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi11 iştirakları ilə, Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxslər və nümayəndələri tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmü ilə 05 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs2 təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddətinin müəyyən olunması, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında həbsdən azad edilməsi, sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməyin ona bir vəzifə olaraq tapşırılması, Təqsirləndirilən şəxs2 davranışına nəzarətin Bakı şəhər Probasiya İdarəsinə tapşırılması, xx xxxx 1989-cu il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs1 təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunması, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında həbsdən azad edilməsi, sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməyin ona bir vəzifə olaraq tapşırılması, Təqsirləndirilən şəxs1 davranışına nəzarətin Bakı şəhər Probasiya İdarəsinə tapşırılması, xx xxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs3 təyin olunmuş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunması,sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalında həbsdən azad edilməsi, sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməyin ona bir vəzifə olaraq tapşırılması, Təqsirləndirilən şəxs3 davranışına nəzarətin Bakı şəhər Probasiya İdarəsinə tapşırılması, iş üzrə ekspertiza xərcləri cəmi 575 (beş yüz yetmiş beş) manat 52 (əlli iki) qəpiyin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlətin xeyrinə tutulması, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 irəli sürmüş olduqları iddia tələblərinin tam təmin olunaraq, Təqsirləndirilən şəxs2 həmin şəxslərə vurulmuş maddi ziyan olmaqla cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin iş üzrə Təqsirləndirilən şəxs2 onların xeyrinə tutulması, iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: Z ərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs9 hazırkı iş üzrə mülki iddiaçı qismində iştirakları və həmin iş üzrə mülki iddiaları üzrə icraata xitam verilməsi, iş üzrə zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 hazırki cinayət işi üzrə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələblərinin olmadığının nəzərə alınması,maddi sübutlar:-iş üzrə Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 istintaqa təqdim etdikləri dörd ədəd girov biletinin əsilləri, Zərərçəkmiş şəxs9 istintaqa təqdim etdiyi videogörüntüyə dair bir ədəd DVD disk, Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi səs yazılarına dair bir ədəd CD disk və bir ədəd qızıl ların siyahısı, Zərərçəkmiş şəxs11 istintaqa təqdim etdiyi videogörüntüyə dair bir ədəd DVD diskin, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi Whatsapp səs yazılarına dair dörd ədəd CD diskin, Zərərçəkmiş şəxs2 istintaqa təqdim təqdim etdiyi qızılların siyahısının və məxaric qəbzinin iş üzrə əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq iş materiallarında saxlanılması, iş üzrə üzərinə həbs qoyulmuş əmlakın olmamasının nəzərə alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 1(103)-610/2022 nömrəli qərarı ilə iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10, məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi7 Çərkəz oğlu və Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri, eləcə də z ərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi7 Çərkəz oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əlavələr təmin edilməmiş, İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli hökmü məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə, həmin hökmdən “iş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar:Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs10 irəli sürmüş olduqları iddia tələblərinin tam təmin olunaraq, Təqsirləndirilən şəxs2 həmin şəxslərə vurulmuş maddi ziyan olmaqla cəmi 157500 (yüz əlli yeddi min beş yüz) manat məbləğində pul vəsaitinin iş üzrə Təqsirləndirilən şəxs2 onların xeyrinə tutulması” hissəsi xaric edilməklə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmə qərarlarına əs asən Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmiş, bununla yanaşı təkrarən özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə öz tanışı olmaqla istintaq zamanı şəxsiyyəti müəyyən edilmiş digər şəxslə, həmçinin öz tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz növbəsində sonuncu rəsmi qaydada lombard fəaliyyəti ilə məşğul olmaqla öz qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 öz tanışı Təqsirləndirilən şəxs1 və rəfiqəsi Təqsirləndirilən şəxs3 ilə də qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Qeyd olunanlardan başqa öz növbəsində Təqsirləndirilən şəxs1 rəsmi qaydada lombard fəaliyyəti ilə məşğul olmaqla öz qulluq mövqeyindən sui-istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxslər kassasiya şikayətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 1(103)-610/2022 nömrəli qərarının ləğv edilməsini və cinayət işinə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşə kassa siya instansiya məhkəməsində baxılanadək zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 teleqram ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək məhkumlardan heç bir şikayət və tələblərinin olmadıqlarını, özləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürdüklərini bildirmişlər. Zərərçəkmiş şəxslərdən X3 isə teleqram vuraraq təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu, Bakı Apelyasiya Məhkəməsində kassasiya şikayəti olduğu halda onun xəbəri olmadan onun adından şikayətçi olmamağı haqqında teleqram vurduqlarının bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 1(103)-610/2022 nömrəli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şə xs9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 və Bulud Quliyev tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxılması 31 may 2024-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 teleqramları məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin teleqramlarda zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 göstərmişlər ki, özləri tərəfindən verilmiş kassasiya şikayətlərini geri götürürlər və xahiş edirlər ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Zərərçəkmiş şəxslərdən ya lnız Bulud Quliyev məhkumlardan şikayətçi olduğunu bildirmiş və ona dəymiş ziyanın ödənilmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs Bulud Quliyevin şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 1(103)-610/2022 nömrəli qərarı ilə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan zərərçəkmiş şəxs Bulud Quliyev tərəfindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti bilavasitə Bakı Apellyasiya Məhkəməsinin dəftərxanasına verilmiş və şikayətin üzərində olan qeyddən görünür ki, məhkəməyə kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. (Bax: cild 13, i.v. 147-148). Qanunla müəyyən olunmuş müddət daxilində verilmiş kassasiya şikayətlərinə xx.xx.2023-cü il tarixdə mahiyyəti üzrə baxılmışdır. (bax: cild 14, i.v. 184-200). Zərərçəkmiş şəxs B.Quliyev digər zərərçəkmişlərlə birgə 26.12.23-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində qeydiyyatdan keçən kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdir. (bax: cild 14, i.v. 213-214). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədrinin xx.xx.2024-cü il tarixli məktubu ilə cinayət işinin materialları mümkünlük məsələsinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. (bax: cild 14, i.v. 223-224). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti verilməmiş hesab olunmuşdur. (bax: ciıd 14, i.v. 243-254). Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini vermiş şəxs onu geri götürmək hüquna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətləri kassatorlar tərəfindən geri götürüldüyündən, məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 1(103)-610/2022 nömrəli qərarından zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs9, Zərərçəkm iş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1222/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1222/2024
31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver