Məhkəmə qərarları › İş №1(102)-1222/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1222/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1222/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 1(107)-319/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXX tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 13 may 2023-cü il tarixli ittiham aktına görə Məhkumna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 8,390 qram külli miqdarda narkotik vasitə olan heroini is tintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, 01 fevral 2023-cü il tarixdə, saat 14 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Nizami prospektində yerləşən Yevlax şəhər 7 nömrəli tam orta məktəbin qarşısında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 14:50-dən 15:20-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərinə keçirilmiş şəxsi-axtarış nəticəsində əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan quru vəziyyətdə təmiz çəkisi 8,390 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilmiş və qablaşdırılıb götürülmüşdür. 3. 25 may 2023-cü i l tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum satış məqsədi olmadan qanunsuz olaraq 8,390 qram külli miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamış, 01 fevral 2023-cü il tarixdə, saat 14 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, Nizami prospektində yerləşən Yevlax şəhər 7 nömrəli tam orta məktəbin qarşısında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gəti rilmiş, orada saat 14:50-dən 15:20-dək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərinə keçirilmiş şəxsiaxtarış nəticəsində əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan və təmiz çəkisi 8,390 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilmiş və qablaşdırılıb götürülmüşdür.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-14/2024 nömrəli, 01 may 2024-cü il tarixli hökmü ilə Məhkumnun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəzaçəkmə müddətinin əvvəlinin 01 fevral 2023-cü il tarixdən hesablanması hökm edilm iş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkumnun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsiri sübuta yetirilmədiyindən təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılması və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6 və 9-cu maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-319/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-14/2024 nömrəli, 01 may 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibə tdə cəzaya aid hissədə dəyişdirilmiş, Məhkumna Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkum barəsində çıxarılmış ittiham hökmü qanunsuz və əsassızdır. Məhkəmə şəxsi təqsirli bilərkən hər hansı bir mötəbər sübuta deyil, əksinə biri digərini təkzib edən sübutlara istinad etmişdir. Məhkəmə hökmündə məhkum edilmiş şəxsin xeyrinə olan sübutla rı və müdafiə tərəfinin əsaslı arqumentlərini hansı səbəbdən nəzərə almamasına dair heç bir cavab öz əksini tapmamışdır. Bundan başqa məhkəmə prosesinin istintaqla aparılması ilə bağlı müdafiə tərəfinin xahişi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-319/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, təqsiri sübuta yetirilmədiyindən məhkum barəsində cinayət işi üzrə icraata xitam verilməsi, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6 və 9-cu maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüy ü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində müdafiəçi Məhkumun təqsirliliyinin sübuta yetirilmədiyi iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-319/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təs bit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respubli kası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub- olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkumun təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçisinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətlərinin dəlillərini araşdıran apellyasiya instansiyası mə hkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, Məhkumnun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəməyədək və məhkəmə qarşısında verdikləri ifadələri, videoçəkilişdən istifadə edilməklə tərtib edilmiş şəxsi axtarış və götürmə protokolu, digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və cinayət işinin materiallarında o lan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

23. Birinci instansiya məhkəməsinin yekun qənaətinin düzgünlüyünü yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilən Məhkumnun hərəkətlərinin tədqiqindən, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eləcə də onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində tə sbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkumun cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

25. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhk uma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət- hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası çıxışl arı dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)319/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun müdafiəçisi Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-319/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar