Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1223/2019 27.08.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1223/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 27 avqust 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Ənvər Əhməd oğlu Şadiyevin və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, Məhkum müdafiəçisi X9 iştirakları ilə, Şirv an Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin (hakim H.Əzizov) 1(071)-7/2018 nömrəli 11 yanvar 2018-ci il tarixli hökmü ilə 28 oktyabr 1988-ci il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəz a çəkmə müddətinin əvvəli 11 yanvar 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 21 avqust 2017-ci il tarixdə saat 10.55 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Land Cruıser» markalı AZ**-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən Bakı-QazaxGürcüstan sərhədi yolunun 147-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başq a əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib Bakı istiqamətində 100 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və idarə etmədən ayıraraq, sürətə uyğun hərəkətin təhlükəsizliyini təmin edən zəruri idarə etmə əməliyyatlarını vaxtında və düzgün aparmayaraq, hərəkətə heç bir maneçilik olmadığı vəziyyətdə avtomobilin yolun hərəkət hissəsi ilə təhlükəsiz və dayanaqlı hərəkətini təmin etməyib yolun sağ kənarına çıxararaq aşırmış, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan sərnişin 1966-cı il təvəllüdlü X16 baş-beyin maddəsinə, qişaları altına və mədəciklərinə qansızma, başın ənsə-təpə nahiyəsinin yumşaq toxumalarının iç səthinə qansızma, sağ bazu sümüyü boyunun sınığı, qab ırğaların ikitərəfli çoxsaylı sınıqları, hər iki kürək sümüklərinin sınıqları, sağ körpücük sümüyünün sınığı, Xİ döş qəfəsinin kompression sınığı, sol aşıq-baldır oynağında hər iki topuğun sınıqları, iki tərəfli hemotoraks, ağ ciyərlərin əzilməsi, qansızması, sifətin, sağ kürək bel nahiyəsinin, sağ dizin, sağ budun və baldırın, qarının ön səthinin sıyrıqları kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərər çəkmiş şəxsin ölümünə, digər sərnişinlər 1982-ci il təvəllüdlü X11 müştərək travma, döş qəfəsinin qapalı travması, hər iki ağ ciyərin əzilməsi, hər iki tərəfli hemotoraks, sol kürək sümüyünün qəlpəli yerdəyişmiş sınığı, sağ bazu sümüyünün qapalı yerdəyişən sınığı, L1 fəqərəsinin kompression s ınığı, L4, L5 fəqərələrinin köndələn sınıqları, oma sümüyünün qapalı sınığı, sol oturaq sümüyünün qapalı yerdəyişmiş sınığı, sağ sirkə kasasının dibinin qapalı yerdəyişən sınığı xəsarətləri almaqla həyat üçün təhlükəli olan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, 1995-ci il təvəllüdlü X2 sol çanaq tini nahiyəsinin çapıq toxuması (cırılmış yaranın yeri) xəsarəti almaqla sağlamlığın qısa müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına, 1990-cı il təvəllüdlü X12 sol bazunun yan səthinin yuxarı 1/3 hissəsinin piqmentasiyası (sıyrığın sağalma izi) ilə müşayiət edilən zərər çəkmiş şəxsin sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, 2013-cü il təvəllüdlü X20 gövdənin arxa səthinin piqmentasiyası (sıyrığın sağalma yeri)ilə müşayiət edilən zərərçəkmiş şəxsin sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, 2015-ci il təvəllüdlü X13 sol diz oynağının ön səthinin piqmentasiyası (sıyrığın sağalma izi) ilə müşayiət edilən zərər çəkmiş şəxsin sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, «Toyota Land Cruıser» markalı AZ**-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin zədələnməsi nəticəsində həmin avtomobilin sahibi X4 9.270 (doqquz min iki yüz yetmiş) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət tərkibdə) 08 may 2018-ci il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.S.Seyfəliyev (sədrlik edən və məruzəçi), H.Q.Nəsibov və T.L.Kazımovdan ibarət tərkibdə) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 08 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 08 may 2018-ci il tarixli qərarından narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi X5 verdiyi kassasiya şikayətində xahiş edir ki, qərar ləğv edilsin və Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 5 (beş) ilə endirilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin hüquqi varisi X5 onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsiz olmaqla əsassızdır. Belə ki, iş üzrə Məhkum və onun yaxın qohumları ona vurulmuş ziyanı tam həcmdə ödəyiblər. Onun təqsirləndirilən şəxs Məhkum qarşı heç bir iddiası yoxdur. Hesab edir ki, təqsirləndirilən şəxs Məhkum artıq islah olunmuşdur və onun cəzasının ağırlaşdıran hallar mövcud deyildir. Bu baxımdan məhkum edilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası daxilində minimum həddə, yəni 5 il müddətə cəza verilməlidir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araş dırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi X5in kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Zərərçəkmiş şəxsin hüqu qi varisi X5in kassasiya şikayətinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəs inə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Digər tərəfdən, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli qanunu ilə Azərbaycan Respublikası CM-in 59 və 60-cı maddələrinə dəyişiklik edilmişdir. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə edilmiş dəyişikliyə görə cəzanı yüngülləşdirən halların siyahısına zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi halı da əlavə edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin mətnində “59.1.9 və 59.1.10 -cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda” sözləri “59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda” sözləri ilə əvəz edilmişdir. Kassasiya şikayəti üzrə işə baxılarkən məhkəməyə zərərçəkmiş şəxsin hüquqi varisi X3 və zərərçəkmiş şəxs X11 Məhkum tərəfindən dəymiş zərərin ödənilməsi, ona qarşı heç bir şikayət və tələbinin olmaması barədə notariat qaydasında təsdiq edilmiş ərizələri daxil olmuşdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmu ş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-in 263.2ci maddəsinin sanksiyasında isə daha ciddi cəza növü kimi 6 (altı) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin maddəyə CM-in 60.1-ci maddəsi tətbiq edildiyi halda cəzanın son həddinin dörddə üçündən artıq olmayan müddət 4 (dörd) il 6 (altı) ay təşkil edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbindən, eləcə də yuxarıda qeyd edilmiş qanunun normalarından görünür ki, Məhkum təyin edilmiş cəza ağırdır. Belə ki, cinayət qəsdən deyil, ehtiyatsızlıqdan törədilmişdir, Məhkum əməlində cinayətlərin nəinki xüsusi təhlükəli residivi, heç adi residivi də yoxdur, o, əvvəllər məhkum edilməmişdir, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə edilir, əməlindən səmimi peşmandır. Kassasiya kollegiyasının qənaətinə görə işdə kifayət qədər cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxsin hüquqi varisi X5in və zərərçəkmiş şəxsin Məhkuma qarşı şikayət və tələbinin olmaması kimi hallar nəzərə alındıqda aydın olur ki, Məhkum təyin edilmiş cəzanın dəyişdirilmədən qüvvəsində saxlanılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipinə zidd sayılmalıdır. Belə ki, ədalət prinsipini özündə təsbit edən Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmal ı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinin tələbinə görə məhkəmə məsuliyyəti və ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 kassasiya şikayətinin dəlilləri əsaslıdır, ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2018-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum təyin olunmuş cəzanın müddəti azal dılmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 08 may 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum təyin edilmiş 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) aya endirilsin. Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 kassasiya şikayəti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1223/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1223/2019
27.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver