Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1223/2021 29.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum iştirakı ilə Məhkum barəsindəki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti v erilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Nəcəfov X2 Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 206.3.2-ci maddəsi ilə 05 il 06 ay müddətə, CM-nin 234.4.1 və 234.43-cü maddələri ilə 07 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası na məhkum edilmişdir. Məhkum barəsindəki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin bərpa olunmasını xahiş etmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş vəsatət əsassız olduğundan təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) 08 fevral 2021-ci il tarixli qərarı ilə ap ellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayəti onunla əsaslandırmışdır ki, barəsindəki birinci instansiya məhkəməsinin hökmünün ona 13 yanvar 2020-ci il tarixdə təqdim edilməsi barədə iş materiallarında qəbz olsa da, həmin qəbzdəki imza ona aid deyildir. O, qəbzdə qeyd edilən tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsi nin hökmünü əldə etməmişdir. Lakin, məhkəmələr bu halı araşdırmayaraq, imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Qeyd olunan hökm əgər müəyyən edilmiş vaxtda ona təqdim edilmiş olsa idi, o, məhkəməyə təkrarən hökmün ona təqdim edilməsi barədə ərizə ilə müraciət etməzdi. İş materiallarından görünür ki, o, məhkəməyə ərizə ilə müraciət etdikdən sonra, hökm ona təqdim edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qərarını ləğv etməklə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayə t Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apelly asiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin olunmaması barədə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövl ət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmünün surəti 13 yanvar 2020-ci il tarixdə Məhkuma imza edilməklə təqdim edilmişdir. Həmçinin, iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmiş və həmin qərar məhkəmə iclasında məhkumun özü və müdafiəçisinin iştirakı ilə elan edilmişdir. CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin hökmü ona təqdim edildiyi gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddəti 02 fevral 2020-ci il tarixdə bitmiş, həmin müddət bitdikdən 7(yeddi) aydan çox vaxt keçdikdən sonra Məhkum apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması ilə bağlı vəsatəti məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin hökmü elan edilərkən məhkəmə iclasında iştirak etmiş Məhkum və onun müdafiəçisinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün ona təqdim edilməsi barədə qəbzdə olan imzanın ona aid olmaması barədə qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri əsassızdır. Belə ki, Məhkum 21 avqust 2020-ci il tarixdə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsindən Lənkəran Ağır Cinayətlər Məhkəməsinə ərizə ilə müraciət etmiş və o, ərizədə barəsində olan 28 dekabr 2019-cu il tarixli hökmün surətinin rəsmi qaydada ona verilmədiyini, həmçinin Bakı İstintaq Təcridxanasında olarkən hökmün ona rəsmi qaydada verilməsinə dair qəbzdəki imzanın ona məxsus olmadığı qeyd edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən həmin hökmün surəti təkrarən Məhkum təqdim olunması üçün cəzaçəkmə müəssisəsinə göndərilmiş, eyni zamanda, ərizədə göstərilən halların araşdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət edilmişdir. Bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məktubunda qeyd olunmuşdur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin müraciətinə baxılmış və məsələ ilə bağlı Məhkum verdiyi izahatında qəbzdəki imzanın ona məxsus olduğunu, qəbzi tələsərək imzaladığı üçün öz imzasına oxşada bilmədiyi, sonra isə apellyasiya şikayəti vermə müddətini ötürdüyündən hirsli olduğuna görə imzanın ona məxsus olmaması barədə məhkəməyə müraciət etdiyini bildirmişdir. Beləliklə, göstərilənlərə əsasən, müəyyən olunur ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmünün surətini 13 yanvar 2020-ci il tarixdə qəbzə imza etməklə qəbul etdiyini təsdiqləmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin h ökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsindəki Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 fevral 2021-ci il tarixli qərarı Məhkum kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1223/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1223/2021
29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver