Məhkəmə qərarları › İş №1(102)-1223/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1223/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1223/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs X3 iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28/21 ünvanında qeydiyyatda olan, ünvan 1də yaşamış və hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respub likası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Musayev Xəqani Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən), Ə.M.Abasov və E.Ə.Mikayılov) Məhkum1 – Azərbaycan Respublikası CM-in 170.3, 177.2.1 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək, CM-in 170.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2. 4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, 29 avqust 2019-cu il tarixdən 31 avqust 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadllıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 dekabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Məhkum3 və X5 da məhkum edilmişlər. Məhkəmənin həmin hökm ündən məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), Ə.S.Seyfəliyev və R.M.Abdulov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası CM-in 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Məhkum3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü Məhkum2 aid hissədə dəyişdirilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Az ərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, Məhkum2 həmin hökmlə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, təyin edilməklə üzərində saxlanılan 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının 06 ay hissəsindən azad olunmuş və üzərində çəkməsi üçün 01 (bir) il 07 (yeddi) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum1 özgənin əmlakını gizli olaraq talama məqsədilə Məhkum3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında və xx xxxxx 2004-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan şəxs Məhkum2 ona pul verəcəyini vəd vermə yolu ilə onu cinayətkar qrupa cəlb edərək 29 iyul 2019-cu il tarixdə saat 2 radələrində Zərərçəkmiş şəxs2 məxs us ünvan 2 Məhkum2 hasardan aşma yolu ilə qanunsuz daxil olub darvazanı arxadan açmasından istifadə edərək bağ evinə keçməyə nail olduqlarından, Məhkum1 və Məhkum3 evin plastik pəncərəsinin cəftəsini qıraraq evə daxil olub Zərərçəkmiş şəxs2 evindən bir ədəd 1400 manat dəyərində termet firmasından olan kombini, bir ədəd 300 manat dəyərində termet firmasından olan su qızdırıcısını, doqquz ədəd on bölmədən ibarət hər biri 33 manat dəyərində kombi radiatorunu, iki ədəd on altı ədəd bölmədən ibarət hər birinin dəyəri 55 manat olan kombi radiatorunu, iki ədəd hər biri 160 manat dəyərində olan su nasosunu, simon firmasına məxsus hər biri 15 manat dəyərində olan 50 ədəd elektrik birləşdiricisini, otuz səkkiz ədəd komplekt 300 manat dəyərində işıq spotunu, kv. metri 17 manat olan 55 kv.metr laminan tı, iki ədəd hər biri 100 manat dəyərində olan laqondanı, 3 ədəd drel, hər biri 150 manat dəyərində, bir ədəd 1510 manat dəyərində peraparatoru, bir ədəd 60 manat dəyərində olan dərman nasosunu, bir ədəd 100 metr uzunluğunda olan 115 manat dəyərində olan rezin su borusunu, doqquz ədəd hər birinin dəyəri 33 manat olan divar kağızını, on ədəd dəyəri 8 manat olan divar kağızının yapışdırıcısını, 3 manat dəyərində olan bir ədəd bağ qayçısını, bir ədəd «Yato» firmasına məxsus 15 manat dəyərində olan taxta mişarı, on beş ədəd hər biri 6 manat dəyərində olan kafel yapışdırıcısını, bir ədəd 25 kilo Fab boyasına məxsus 62 manat dəyərində olan emulsiyanı, altı ədəd hər biri 6 manat dəyərində olan astarı, dörd ədəd hər biri 6 manat dəyərində olan üzü, üç ədəd Norm 400 markalı 8 manat dəyərində olan s ementi, 20 metr uzunluğunda metri 1 manat 10 qəpik dəyərində olan «Lan» kabeli, yeddi ədəd hər biri iki manat dəyərində olan elektrik qutularını, 30 metr uzunluğunda metri 1 manat 50 qəpik dəyərində olan elektrik naqilləri, bir ədəd 70 manat dəyərində olan kombi elektrik tənzimləyicisini, bir ədəd dəyəri 50 manat olan su filtrini, bir ədəd 5 manat dəyərində olan qıfılı, üç ədəd hər biri 4 manat olan elektrik droselini, üç ədəd hər biri 6 manat dəyərində olan elektrik ayırıcısını, bir ədəd 30 manat dəyərində olan su çaynikini, bir ədəd 40 manat dəyərində olan yük qaldırma qurğusunu oğurlayaraq xeyli miqdarda, ümumilikdə 7974 manat maddi ziyan vurmuşlar. Bundan sonra, o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 6 noyabr 2019-cu il tarixdə saat 1 radələrində Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi hesab edilən ünvan 3 dəmir darvazanın açarını sındırıb İdarə etdiyi «Mercedes E250» markalı **NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qanunsuz daxil olub evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırıraraq yaşayış sahəsindən 100 manat dəyərində «Termet» markalı su qızdırıcısı, 300 manat dəyərində «LG» markalı 32LC7R modelli 32 düyümlü televizoru, 800 manat dəyərində «Baykan» markalı Moon 24sc modelli kombi aparatını oğurlayıb, zərərçəkən Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il il tarixli qərarının ləğv edilməsi və Məhkum1 barəsində olan cinayət işinin bəraətverici əsasl arla xitam edilməsinə dair qərarın qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum1 əməlinə düzgün hüquqi qiymət verilməmiş, həm oğurluq hadisəsində, həm də yetkinlik yaşına çatmayan şəxs Məhkum2 Kərim oğlunun cinayətkar fəaliyyətə cəlb olunmasında təqsirliliyi sübut olunmadığı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri araşdırma aparılmadan onun təqsirli olması nəticəsinə gəlinmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materia lları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Zərərçəkmiş şəxs2 və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya b əraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum1 kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş k

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar