Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1224/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü i lə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X.H.Səmədov (sədrlik edən), F.N.Mahmudov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) 24 sentyabr 2020-ci il tarixli hökmü ilə, Məhkum - xx.xx.1970-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış, Şəki rayon məhkəməsinin 26.07.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 228.1-ci maddəsi ilə məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 02 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, кustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 8,974 qram heroini əldə edib 1 ədəd sellofan bükümdə üzərində saxlamış, 02 fevral 2020-ci il tarixdə saat 13 radələrində Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, Tərtər şəhəri E.Hüseynov küçəsində saxlanılaraq Tərtər rayon PŞ- nə gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 8,974 qram narkotik vasitə olan heroin onun üzərindən aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti və apelyasiya protesti təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanlmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən kassasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, işin hallarından görünür ki, Məhkum onun barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı əsasında saxlanılmış, onun üzərindən ümumi çəkisi 8,974 qram heroin aşkar edilib götürülmüşdür. İşdə olan 02.02.2020-ci il tarixli raportlardan və “təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” həmin tarixli qərardan görünür ki, Ünvan 2 ünvanında yaşayan Məhkum qanunsuz narkotik vasitəni əldə edərək üzərində saxlaması və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə səl ahiyyətli subyekt tərəfindən müvafiq qərar qəbul edilmişdir ( İ cild i.v.6-8). Həmçinin qeyd edilən raportu tərtib edən və qərarı qəbul edən Tərtər Rayon PŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X6, onunla yanaşı, Teymur Mikayılovun saxlanılmasında iştirak edən Tərtər Rayon PŞ-nin İTB-nin sahə polis nəfərləri X4, X2 ibtidai istintaq zamanı, raportda göstərilən məlumatları bir daha təsdiq etmişlər. (İ cild i.v. 86-88, 91-93, 95- 97). Tərtər Rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili X6 və polis nəfəri X2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Məhkum narkotik vasitənin satışı ilə deyil, üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı olmasını göstərsələr də, istintaq zamanı verdikləri ifadə elan edildikdən sonra bildirmişlər ki, Ünvan 2 ünvanı nda yaşayan Məhkum qanunsuz narkotik vasitəni əldə edərək üzərində saxlaması və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, sonradan aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum narkotik vasitələrin Tərtər rayonu ərizəsində hər hansı şəxsə satması müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş şahid X1 ifadəsindən görünür ki, Ünvan 2 ünvanında yaşayan Məhkum qanunsuz narkotik vasitəni əldə edərək üzərində saxlaması və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iş materiallarında olan yuxarıda qeyd edilən raportlar, "təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçiril məsinə dair" qərar və iş üzrə şahid qismində ibtidai istintaq zamanı dindirilmiş polis əməkdaşlarının ifadələri nəzərə alınmadan və həmin sübutların təkzib edilməsi əsaslandırılmadan, məhkəmə yalnız X6 və X2nin ifadələrində “Məhkum narkotik vasitənin satışı ilə deyil, üzərində narkotik vasitə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı olması” qeyd edilmiş, lakin, məhkəmə istintaqı zamanı müəyyən edilmiş halların tədqiqi aparılmamış və “Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini haradan əldə etməsi və həmin narkotik vasitəni Tərtər rayonu ərazisində kimə satmasının müəyyən olunması istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmaması” barədə Tərtər Rayon Polis Şöbəsinin 01,02.2020-ci il tarixli xxx-xxxxxx-xxxx saylı əməliy yat tapşırığına cavab məktubuna da birmənalı istinad edilməklə məhkəmə tərəfindən gəlinmiş nəticə əsaslandırılmışdır. Məhkəmə istinad edilən əməliyyat tapşırığına cavab məktubunda qeyd edilən halların Məhkum tərəfindən narkotik vasitəni hər hansı şəxsə satmasının müəyyən edilməməsi ilə bağlı olması, lakin, Məhkum həmin narkotik vasitəni məhz satış məqsədi ilə üzərində gəzdirməsi xüsusatını təkzib edilməməsi məhkəmə tərəfindən təhlillər aparılmaqla nəzərə alınmamışdır. Eyni zamanda, Məhkum özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə külli miqdarda narkotik vasitə heroini yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitəni kiməsə satmaq, yaxud həmin narkotik vasitədən kiməsə vermək niyyəti olmadığını, bununla bağlı heç kimlə sövdələşmədiyi ni, uzun müddət narkotik vasitə olan heroindən istifadə etdiyindən həmin narkotik vasitəni yalnız öz istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Lakin, məhkəmə Məhkum ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünü müdafiə xarakterli olmasını nəzərə almadan həmin ifadəyə əsaslanaraq sonuncunun narkotik vasitələri satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının 28.06,2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq e dilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin, narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram hesab olunur. Göründüyü kimi, Məhkum aşkar edilmiş heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 60 dəfə, külli miqdardan isə təxminən 4.5 dəfə çoxdur. Narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə çox olması da, öz növbəsində, satışı ehtiva edən əlamətlərdəndir. Habelə, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması mümkündü r və istisna olunmamışdır. Məhkəmə hökmündə qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satacağı şəxsin, yəni istehlakçının müəyyən edilməməsi, bununla bağlı hər hansı razılaşmanın olmaması, həmin narkotik vasitənin çəkilərək xırda bağlamalara bükülməməsi, Məhkum barəsində polis şöbəsinə daxil olmuş əməliyyat məlumatının narkotiklərin satışı ilə bağlı deyil, üzərində saxlamasına dair olması, onda heroindən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması və digər bu kimi hallar onun tərəfindən həmin narkotik vasitəni satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamasını təsdiq edir. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, Məhkum aşkar olunmuş narkotik vas itələrin şəxsi istehlak miqdarından dəfələrlə çox olması, külli miqdar təşkil etməsi, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatlarının olması məhkəmənin gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edir. Məhkəmə Məhkum əməlini tövsif etməklə düzgün olmayan nəticəyə gəlmiş, əməlin tövsif edilməsini əsaslandırmamış, iş materiallarında olan ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların məhkəmə tərəfindən rədd edilməsinin motivləri göstərilməmişdir. Sadalananlara baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan və bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1 -ci maddəsinə tövsif etmiş, apelyasiya instasiya məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 03 mart 2021 -ci il tarixli qərarını ləğv edərək işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəl mişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Protest müəllifi Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 03 mar t 2021 ci il tarixli qərarını ləğv edərək işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satı ş məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından plenum qərarının göstərilən izahında sadalanan hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından təxminən 60 dəfə, külli miqdardan isə təxminən 4.5 dəfə çox olması faktı onun satış məqsədi ilə əldə edilməsinə dəlalət e dən ehtimallardan biridir. Lakin, narkotik vasitələrin göstərilən miqdarı onun başqa məqsədlər üçün (məsələn şəxsi istifadə üçün) əldə edilməsini istisna etmir. Ona görə də şəxsin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlinməsi üçün Plenum qərarının izahlarında göstərilən başqa halların da müəyyən edilməsi vacibdir. Eyni zamanda polisə daxil olmuş əməliyyat məlumatı da narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsində göstərilən sübutlar sırasında əməliyyat məlumatları göstərilməmişdir. Digər tərəfdən daxil olmuş əməliyyat məlumatının həqiqi məzmunun müəyyən edilməsi üçün əməliyyat-qeydiyyat işinə nə ibtidai istintaq müddətində və nə də məhkəmə iclasında baxış keçiri lməsi üçün təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməllərində кustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 8,974 qram heroin narkotik vasitəsini satış məqsədi ilə əldə etməsinə dəlalət edən mötəbər sübutlar müəyyən edilməməsi, ona görə də onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən, CM-nin 234.1-ci maddəsinə töfsif edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya protestinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə apellyasiya instansiyası məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanmalıdır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil e tdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 ma rt 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1224/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1224/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver