Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1225/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Həsənov Kamran Asəf oğlunun, Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2019-cu il tarixli hö kmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), D.H.İmanov və N.T.Əliyevdən ibarət tərkibdə) Məhkum - 15.10.1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, çəzaçəkmə müddətinin əvvəlinin 03 fevral 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən tamah və satış məqsədi ilə külli miqdarda, yəni 1080 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda 407,952 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki, həmçinin istintaqa məlum olmayan tarixdə və mənbədən zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibirli, nömrəsi silinmiş, atəş üçün yararlı “Makarov” (“PM”), konstruksiyalı yivli odlu silah hesab edilən tapançanı, həmin tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş, 08 ədəd 9 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissə hesab edilən zavod istehsalı olan bir ədəd sandıqçanı və 5 ədəd 9x18mm kalibirli “Makarov” (“PM”), “RA63”, “R64”, “RK”59” “CESKA ZBROJOVKA” konstruksyalı tapançalarda, “Steçkin” (”APS”) konstruksiyalı avtomat tapançalarda və sair uyğun kalibirli odlu silahlarda istifadə edilmək üçün nəzər də tutlan zavod üsulu ilə istehsal edilmiş atəşə yararlı döyüş sursatı hesab edilən patronları qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə daşıyan zaman 03 fevral 2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhər Nizami rayonu Nizami Gəncəvi prospektində yerləşən “Ramada Plaza” otelinin yaxınlığında Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin gün saat 13:30 radələrində Baş Polis İdarəsinin inzibati binasında onun üzərinə keçirlən baxış zamanı əynindəki bel kəmərinin arxa hissəsində qanunsuz olaraq əldə edib üzərində daşımaqla gəzdirdiyi 9 mm kalibirli, nömrəsi silinmiş, “Makarov” (“PM”), konstruksiyalı yivli odlu silah hesab edilən tapança, həmin tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş, 08 ədəd 9 mm kalibrli patron tutumlu, funksional əhəmiyyət daşımayan komplekt hissə hesab edilən zavod istehsallı bir ədəd sandıqça və 5 ədəd 9x18mm kalibirli “Makarov” (“PM”), “RA63”, “R64”, “RK”59” kostruksyalı tapançalarda, eləcə də uyğun kalibirli digər odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutlan zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən atəşə yararlı patronlar, həmçinin əlində olan polietilen torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxladığı külli miqdar hesab edilən 1080 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdar hesab edilən 407,952 qram çəkidə xaş-xaş bitkisindən kustar üsu lla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 07 noyabr 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2019-cu il tarixli hökmü məhkumun apelyasiya şikayətinə münasibətdə, təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası endirilərək ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 66.3-cü maddələrinə əsasən Məhkum qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində törətmədiyi cinayət əməlinə görə məhkum edildiyini, əvvəllər tanıdığı Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı X1 ona qarşı törətdiyi ədalətsizliyin qurbanına çevrildiyini, ailəsinin maddi durumunun çox aşağı olmasını bildirərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qərarını ləğv edərək barəsində daha humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiall arını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində törətmədiyi cinayət əməlinə görə məhkum edildiyini, əvvəllər tanıdığı Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı X1 ona qarşı törətdiyi ədalətsizliyin qurbanına çevrildiyini, ailəsini n maddi durumunun çox aşağı olmasını bildirərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qərarını ləğv edərək barəsində daha humanist qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində məhkum cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, yalnız barəsində humanist qərar verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, onun cinayət əməllərini təsdiq edən sübutların toplanması, məhkəmə iclasında tədqiqi, qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin pozulması halları müəyyən edilməmiş, Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallara uyğun mümkünsüz sübutlardan istifadə edilməmiş, hökmdə istinad edilmiş sübutların məcmusu sübut etmə pre dmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2019-cu il tarixli hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum əvvəllər Bakı şəhəri Xətai rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 177.1-ci maddəsi ilə təqsirli bilinib 04 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12.01.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Onun əvvəlki məhkumluğu böyük ictimai təhlükə törətməyən cinayətlə bağlı olduğundan onun əməlində cinayətlərin residivi yoxdur, lakin cəzanı çəkib qurtardığı vaxtdan (12.01.2019-cu il) bir il keçmədiyindən, Məhkumluğu olan şəxs hesab edilir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirlən dirilən Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Göstərilənlərlə əlaqədar olaraq birinci instansiya məhkəməsi təqsirləndirilən Məhkum törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq mümkündür. Bu əsaslarla hökmlə Məhkum təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cə zasının orta həddlərində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə qərarında göstərilmişdir ki, Məhkum cəzasını ağırlaşdıran hal yoxdur, onun yaşayış yeri üzrə nümayəndəliyə Məhkum heç bir şifahi və yazılı şikayət daxil olmamışdır, o əməlindən səmimi peşimandır. Birinci instansiya məhkəməsi onun yaşını, səhhətini ailə vəziyyətini kifayət qədər nəzərə almamışdır. Bu halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş yekun azadlıqdan məhrum etmə cəzasını 7 ilə endirməklə yüngülləşdirmişdir. Cinayət işinin materiallarından məhkumun cəzasını yüngülləşdirən başqa halların mövcudluğu müəyyən edilməmiş, kassasiya şikayətinin dəlillərində də belə halların mövcudluğu göstərilməmişdir. ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1225/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1225/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver