Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1225/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 1(101)-188/2021 nömrəli (hakimlər: Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1983-cü il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, XXX-də qeydiyyatda olan, XXX-də yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 6 mart 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Atakişiyev Gursel Firəddin oğlu və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021- ci il tarixli 1(105)-299/2021 nömrəli (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrliyi və məruzəsi ilə), Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qərardan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu və Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət məhkəmə tərkibində) 27 iyul 2022-ci il tarixli 1(102)-1105/2022 n ömrəli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli 1(105)-467/2022 nömrəli (hakimlər: Cəfərov Vidadi Cəfər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət məhkəmə tərkibində) qərarı ilə Təqsirləndirilən şəxs, onun müdafiəçisi Atakişiyev Gursel Firəddin oğlu və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsi nin 23 fevral 2021-ci il tarixli, 1(101)-188/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Məhkum tanışları X30, X18 ilə qabaqcadan əldə olunmuş razılaşmaya əsasən özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 4-cü mikrorayon ev 13/15 mənzil 4-ə tamah niyyəti ilə qanunsuz daxil olmaq məqsədi ilə binanın blokunda gözləyərək kənar şəxs gəldikdə məlumat vermək üçün ətrafı müşahidə etmişlər. X18 mənzilin qapısın ı döyüb, Zərərçəkmiş şəxs qapını açmasına nail olduqdan sonra Təqsirləndirilən şəxs və X30 əlində olan silah qismində istifadə etdiyi beşbarmaqla mənzilə qanunsuz daxil olaraq sonuncu Zərərçəkmiş şəxs baş nahiyəsindən bir zərbə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirdikdən sonra, mənzilin qonaq otağında saxlanc yeri olan dolabin rəfindən 1 ədəd 50 (əlli) manat dəyəri olan üzərində “LUÇ-Quartz” sözləri yazılmış qol saatı, 1 ədəd 700 (yeddi yüz) manat məbləğində qol saatı, dəyəri 60 (altmış) manat olan pul kisəsi və 1450 manat (min dörd yüz əlli) manat nağd pulu, Təqsirləndirilən şəxs isə həmin dolabın digər rəfindən 1 ədəd 35 (otuz beş) manat dəyəri olan üzərində “Roza de Prive” yazıları olan 50 faiz istifadə edilmiş ətiri, evin giriş qap ısında isə sonuncuya məxsus olan 1 cüt 80 (səksən) manat dəyərində Türkiyə Respublikası istehsallı ayaqqabını götürərək evdən çıxıb getmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2375 (iki min üç yüz yetmiş beş) manat məbləğində əmlakını ələ keçirərək, quldurluq etmişlər. Bu hərəkətləri ilə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumun barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi işə təkrar baxarkən AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tari xli qərarını ümumiyyətlə nəzərə almamış, Ali Məhkəmənin göstərdiyi pozuntulara qiymət verməmişdir. Ali Məhkəmə öz qərarında Məhkum quldurluq cinayətində bilavasitə iştirak etməməsini xüsusi vurğulamış, zərərçəkmiş şəxsin bu barədə ifadəsini zəruri hesab etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı Məhkum onun mənzilinə daxil olmamasını bir daha təsdiq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi bütün bunlara qiymət verməmiş, həmçinin Məhkum quldurluq cinayətində bilavasitə iştirak etməməsi qənaətinə gəlməsinə baxmayaraq onun barəsində yüngülləşdirilən halları tətbiq etməmiş, hətta həmin iş üzrə digər iştirakçı X18 barəsində tətbiq edilmiş AR CM-nin 62-ci maddəsini də nəzərə almamışdır. İstər istintaq dövrü, istərsə də məhkəmə baxışı zamanı müəyyən edildi ki, şəxs mənzilə daxil olmamış, heç kimə qarşı quldurluq etməmişdir. Zərərçəkmiş ilə hər hansı bir formada təması olmamışdır. Zərərçəkmişdən götürülmüş hər hansı bir əşya şəxsə verilməmişdir. Məhkum biləvasitə quldurluq cinayətində iştirak etməmişdir. Zərərçəkmişə hər hansı bir formada xəsarət yetirməmiş, ona maddi və mənəvi ziyan vurmamışdır. O, həmin mənzilə narkotik vasitənin alınması məqsədi ilə getmiş, həmin narkotik vasitədən də istifadə etmişdir. Lakin, həmin narkotik vasitənin dəyərini ödənilməklə alındığını zənn etmişdir. Məhkum heç vaxt məhkum olunmamış, orta təhsilli, ailəlidir, himayəsində 2 az yaşlı övladı var, fərdi əməklə məşğul olur, yaşadığı yerdə müsbət xarakterizə edilir. Məhkəmə baxışı zamanı isə atası bütün bu hallara dözməmiş və vəfat etmişdir. Bütün bu halları nəzərə alan iş üzrə ittihamçı prokuro r 8 il 6 ay müddətinə cəza istəmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmə kollegiyası yüngülləşdirici halları hökmdə göstərməklə ittihamçının istədiyi cəzadan da artıq cəza təyin etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən bütün bu hallar öz təsdiqini tapmış, Məhkum əməlinin quldurluq cinayətinə aid olması öz təsdiqini tapmamışdır. Yekun məhkəmə iclasında iş üzrə iştirak edən dövlət ittihamçısı da verdiyimiz apellyasiya şikayətini Məhkum barəsində qismən müdafiə etmiş və göstərmişdir ki, birinci instansiya məhkəməsində ittihamçının digər müttəhimlərə münasibətdə daha aşağı həddə cəza istəməsi işin halları ilə bağlı olmuşdur ki, birinci instansiya məhkəməsi də bunu nəzərə almamışdır. Bu baxımdan dövlət ittihamçısı Məhkum barəsində olan cəzanın "sərt olduğu" ifadəsini işl ətmişdir. Lakin, yenə də ədalət mühakiməsi adını daşıyan məhkəmə, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla ədalət prinsipinə zidd nəticəyə gəlmişdir. Hətta dövlət ittihamçısının fikirlərini hökmdə təhrif etmişdir. Qanunun bu tələbindən də göründüyü kimi zərərçəkmişin həyatı üçün heç bir real təhlükə mövcud olmamışdır, işdə olan bir çox ifadələr istintaqı aparmış müstəntiqin təqsirləndirilən şəxslərə qarşı qərəzli mövqeyinin nəticəsidir. Belə ki, bıçaqla bağlı ifadələr, zərərçəkmişin əl-qolunun bağlanması və s. məsələlər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Hətta zərərçəkmişin yüngül xəsarət alması məsələsinin ekspert rəyi ilə möhkəmləndirilməsi də müstəntiqin səyi nəticəsində baş vermişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş iştirak etməmiş, yalnız Sumqayıt Apellyasiya Məhkəməsi işə baxarkən qısa müddətə Azərbaycana gəlib qayıtmış zərərçəkmişlə bağlı təkrar ekspertiza keçirilməsi mümkün olmadığı üçün həmin xəsarətlərin olub-olmaması mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən, Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən CM-in 180.2.1-ci maddəsinə tövsif edilməsini və bu maddənin sanksiyası həddində cəza təyin edilməsini, həmçinin Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahi mov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi mü əyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin CM-nin 180.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, o cümlədən yüngülləşdirici hallara düzgün qiymət verimədiyini, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkə mə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunm uşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibini n müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ict imai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “O ğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 23-cü bəndində qeyd olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn z ərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 7-ci bəndində isə qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Qərarın 25-ci bəndində isə göstərilmişdir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər ( məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkum Təqsirləndirilən şəxs və tanışları X30, X18 ilə birlikdə silah qismində istifadə edilən əşya hesab olunan beşbarmaq tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edərək ona məxsus ümumilikdə 2375 (iki min üç yüz yetmiş beş) manat dəyərində əmlakı ələ keçirməklə quldurluq etməsi, Zərərçəkmiş şəxs cinayət təqibi üzrə icraatın işin apellyasiya instansiyası məhkəməsində baxılm ası mərhələsinə qədər bütün mərhələlərdə məhkum edilmiş şəxsdə beşbarmaq olması, Rauf adlı şəxsin o qapını açan anda onun qulaq və üz nahiyyəsinə iki zərbə vuraraq digər şəxslərlə birgə evə daxil olması, yekunda 1 ədəd 50 (əlli) manat dəyəri olan üzərində “LUÇ-Quartz” sözləri yazılmış qol saatı, 1 ədəd 700 (yeddi yüz) manat məbləğində qol saatı, dəyəri 60 (altmış) manat olan pul kisəsi və 1450 manat (min dörd yüz əlli) manat nağd pulu, 1 ədəd 35 (otuz beş) manat dəyəri olan üzərində “Roza de Prive” yazıları olan 50 faiz istifadə edilmiş ətiri, 1 cüt 80 (səksən) manat dəyərində Türkiyə Respublikası istehsallı ayaqqabını götürərək evdən çıxıb getmələrinə dair ifadələri və bir-biri ilə uzlaşan, biri-birini tamamlayan digər mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir. Kassasiya məhkəmə ko llegiyası sübutlara qiymət verərək qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunmuş, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mötəbərliyi heç bir şübhə doğurmaması və işin faktiki hallarına uyğun olanması barədə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu gəlinmiş nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə istintaqında verdiyi ifadələr cinayət işinin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən və tədqiq edilmiş digər mötəbər s übutlarla təkzib edildiyindən özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, cinayət işinin materiallarına nəzər yetirdikdə, təqsirləndirilən şəxslərin və şahid X7 ifadələrindən müəyyən olunur ki, Məhkum mənzilə edilən basqında birbaşa iştirak etməsə də, basqın edilməsi ilə bağlı qabaqcadan əldə edilmiş razılıqda iştirak etmiş və bu niyyətlə həmin yerə gələrək aşağıda X ilə gözləmişdir. Bu hal da Məhkum bu cinayətin törədilməsində iştirakını sübuta yetirir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətində əməlin soyğunçuluq kimi tövsif edilməli olduğu iddia edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, soyğunçuluq obye ktiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluq cinayətinin xarakterik cəhəti ondan ibarətdir ki, təqsirkar cinayəti açıq şəkildə, yəni zərərçəkmiş şəxsin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir və bu cinayət çox hallarda şəxsiyyətə fiziki və ya psixi zor tətbiq edilməklə müşayiət olunur. Quldurluq cinayətinin mahiyyəti isə xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Şikayətin dəlillərini iş materialları ilə müqayisə li təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ictimai təhlükəli əməli zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə girməklə və silah qismində istifadə edilə bilən əşya tətbiq etməklə zərərçəkmişin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə hədəsi ilə (hansı ki soyğunçuluq cinayətinin obyektiv cəhətinin zəruri əlaməti kimi zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi nəzərdə tutulmamışdır) məhz basqın etməklə törədilmişdir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərb aycan Respublikası CMnin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün süb utların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbay can Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında t ətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxslə barışması, himayəsində iki azyaşlı uşaqlarının (xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X15) olması) olmasını, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məq sədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətində həmçinin, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha y üngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalı, müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməli dir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Məhərrəmov Polad Müseyib oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1225/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1225/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver