Məhkəmə qərarları › İş №1(102)-1225/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1225/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1225/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Novruzov X8 və X3 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum1 müdafiəçisi Müdafiəçi2, məhkum Seyidəliyev Bakıxan Zahir oğlunun müdafiəçisi Müdafiəçi5 Manaf oğlunun, Məhkum2 müdafiəçisi Müdafiəçi7, Məhkum4 və zərərçəkmiş hüquqi şəxs X13 Təsərrüfatı Mərkəzinin nümayəndəsi, vəkil Nümayəndə iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli hökmündən Məhkum1 və müdafiəçisi Müdafiəçi2, məhkum Seyidəliyev Bakıxan Zahir oğlu və müdafiəçisi Müdafiəçi5 Manaf oğlu, Məhkum2 və müdafiəçisi Müdafiəçi7 və Məhkum4 özü tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin R.Əliyev (sədrlik edən), X9 (məruzəçi) və X5 ibarət tərkibdə) 30 iyul 2021-ci il tarixli hökmü ilə, xx xxxxx 1966-cı ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, X13 təsərrüfatı mərkəzinin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmayan, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olmaqla hazırda X4 cəza çəkən, Məhkum1 Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum1 Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3cü maddələri ilə cinayət təqibinə xitam verilməklə həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməsi, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə aza dlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum1 təyin edilmiş cəzaların qismən toplanması yolu ilə üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum1 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alınaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməsi, Məhkum1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, Məhkum1 təyin edilmiş əlavə cəza olan 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə or qanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, xx xxxxxx 1968-ci ildə Xocalı rayonu Kosalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Oğuz Meşəbəyliyində meşəbəyi işləmiş, Xocalı rayonu Qaragəv kəndində qeydiyyatda olan, hazırda X4 cəza çəkən, Məhkum4 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum4 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməsi, Məhkum4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, Məhkum4 təyin edilmiş əlavə cəza olan 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, xx xxxxxx 1977-ci ildə Oğuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, Oğuz rayonu Xaçmaz-Qışlaq Meşəbəyliyində meşəbəyi vəzifəsində işləmiş, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində qeydiyyatda olan, hazırda X4 cəza çəkən, Seyidəliyev Bakıxan Zahir oğlu Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3, 308.1 və 314.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 731.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməklə həmin maddələrlə cinayət məsuliyyətindən azad edilməsi, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci ma ddəsinə əsasən Məhkum3 təyin edilmiş cəzaların qismən toplanması yolu ilə üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.5 və 69.3-cü maddələrinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Məhkum3 təyin edilmiş hər ay qazancından 20% dövlət nəfinə tutulmaqla islah işləri cəzasının 1 (bir) günü 4 (dörd) gün hesabı ilə hesablanmaqla həmin hökmlə ona təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə hər ay qazancından 20% dövlət nəfinə tutularaq 1 (bir) il islah işl əri cəzası hazırki hökmlə təyin edilən cəzalarla qismən toplanması yolu ilə üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum3 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4(dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilməsi, Məhkum3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, Məhkum3 təyin edilmiş əlavə cəza olan 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutm aq hüququndan məhrum etmə cəzasının başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmasımüəyyən edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı1 apellyasiya protesti, təqsirləndirilən şəxslər Məhkum2, Təqsirləndirilən şəxs, Məhkum4 və müdafiəçilər Müdafiəçi2, Müdafiəçi5 Manaf oğlu isə apelyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X1 ibarət tərkibdə) 2021-ci il 3 noyabr tarixli 1(107)-399/2021 nömrəli qərarı ilə apelyasiya protesti və apelyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi, Seyidəliyev Bakıxan Zahir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 314.1-ci maddələri, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2021-ci il 03 noyabr tarixli 1(107)-399/2021 nömrəli qərarından Dövlət ittihamçısı3 kassasiya protesti və Məhkum4, Məhkum2 müdafiəçisi Müdafiəçi7, məhkum Təqsirləndirilən şəxs, Məhkum1 müdafiəçisi Müdafiəçi2 və Məhkum3 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətləri vermi şlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Nazim Mövsümov və İlkin Rəcəbovdan ibarət tərkibdə) 2022-ci il 20 sentyabr tarixli 1(102)-985/2022 nömrəli qərarı ilə Kassasiya protesti tam, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti isə qismən təmin Edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3-cü maddləri ilə cinayət məsuliyyətindən azad edilməsi və CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Məhkum4 CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Məhkum3 CM-nin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsinə və CM-nin 308.1 və 314.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Məhkum2 CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və Təqsirləndirilən şəxs CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X12 sədrliyi və məruzəsi ilə, hakimlər Ələddin Məcidov və Elçin Mehdiyevdən ibarət tərkibdə) 2023-cü il 7 dekabr tarixli 1(107)-15/2023 nömrəli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum1, müdafiəçisi Müdafiəçi2, məhkumlar Məhkum2, Təqsirləndirilən şəxs, Məhkum4 və Məhkum3 müdasfiəçisi Müdafiəçi5 Manaf oğlu tərə findən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021ci il tarixli, 1 (091)-76 2021 nömrəli hökmü məhkumlar Məhkum1, Məhkum2, Məhkum4 və Məhkum3 münasibətdə ləğv edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 46.2-ci maddəsinə əsasən 3 (üç) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 10 mart 2020-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alınaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 7 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 308.1-ci maddəsilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilmiş, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməmiş, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum3 10 mart 2020-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyir mi) gün həbsdə olması nəzərə alınsın və həmin müddət hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 7 (yeddi) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş ci nayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən Məhkum4 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum4 10 mart 2020-ci il tarixdən 3 0 iyul 2021-ci il tarixədək, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 7 (yeddi) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbə r və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddərinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən Məhkum2 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddərinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi mə sul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 10 mart 2020-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün həbsdə olması nəzərə alaraq, hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddərinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 1 (bir) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs münasibətdə Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 1 (091)-76 2021 nömrəli hökmü cəzaya aid hissədə dəy işdirilmiş, Həmin hökmlə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 mart 2020-ci il tarixdən 02 fevral 2022-ci il tarixədək, yəni 1 (bir) il 10 (on) ay 22 (iyirmi üç) gün həbsdə, ev dustaqlığında olması və azadlıqdan məhrumetmə növündə cəzanı çəkməsi nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası artıq çəkilmiş hesab olunsun və icraya yönəldilməmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 314.2ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası icraya yönəldilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 7 dekabr tarixli hökmündən Məhkum1 və müdafiəçisi Müdafiəçi2, məhkum Seyidəliyev Bakıxan Zahir oğlu və müdafiəçisi Müdafiəçi5 Manaf oğlu və Məhkum4 özü tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkumlar Məhkum1 və müdafiəçisi Müdafiəçi2, məhkum Seyidəliyev Bakıxan Zahir oğlu və Məhkum2 məhkəməyə teleqram vuraraq verdikləri kass asiya şikayətlərinin geri götürdüklərini bildirmişlər. Sonradan Məhkum2 təkrar teleqram vuraraq əvvəlki teleqramın etibarsız hesab edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi xahiş etmişdir. Məhkum4 məhkəmə iclasında iştirak etmiş və ərizə verərək tərəfindən verilmiş kassasiya şikayətinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Kassasiya kollegiyası kassasiya şikayətlərinin geri qaytarılması barədə Məhkum1, məhkum Seyidəliyev Bakıxan Zahir oğlunun teleqramlarını, Məhkum4 məhkəmə iclasında çıxışını və ərizəsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşavi ri Ayxan Hüseynlinin məhkəmə çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayətləri geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 dekabr 2023-cü il tarixli hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi2, məhkum Seyidəliyev Bakıxan Zahir oğlunun müdafiəçisi Müdafiəçi5 Manaf oğlu və Məhkum4 özü tərəfindən verilmiş kassasiya şikayətləri məhkumların müraciətlərinə əsasən geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar