Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1226/2023 20.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Tumasov Vüqar Əjdər oğlunun iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkə məsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Tumasov Vüqar Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 01 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu (məruzəçi) və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə) Məhkum, 12 avqust 1995-ci il tarix Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olu nmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 240.1-ci maddəsi ilə 1 (bir) il (bir) 6 (altı) ay müddətə, CM-nin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə, CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 625,364 qram çəkidə qəhvəyi rəngdə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini, 2,417 qram çəkidə ağ rəngli, kristal hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamini, təsir maddəsinin ü mümi miqdarı 0,32 qram təşkil edən 1 ədəd "Methadone 40” göstəricilər olan dərman konvolyutunda 8 ədəd açıq-qəhvəyi rəngli "F\M 40” göstəricili metadon dərman preparatlarını satış məqsədi ilə əldə edib, daşıyaraq sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasında saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 17:40-da Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb, Sumqayıt ŞPİ-nin Pİ-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, sol çiynindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasının içərisindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 1 ədəd üzərində "Al Market” yazıları olan sellofan torbada təmiz çəkisi 610 qram, 1 ədəd qızılı rəngli siqaret bükümündə təmiz çəkisi 0,032 qram, 4 ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı- ayrılıqda təmiz çəkiləri 2,750 qr, 5,405 qr, 3,259 qr, 3,918 qram, ümumilikdə 625,364 qram külli miqdarda qəhvəyi rəngli, tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 10 ədəd sellofan və bir ədəd ağ rəngli kağız bükümdə, ümümilikdə isə 11 ədəd olan bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,410 qr, 0,423 qr, 0,359 qr, 0,352 qr, 0,355 qr, 0,082 qr, 0,080 qr, 0,093 qr, 0,081 qr, 0,092 qr, 0,090 qr ümumi təmiz şəkisi 2,417 qram külli miqdarda ağ rəngli kristallardan ibarət, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotr op maddə metamfetamin, tərkibində ümumi miqdarı 0,32 qram çəkidə narkotik vasitə metadon maddəsi olan, üzərində "Methadone 40” markalanma yazısı həkk edilmiş konvalyutda, ümumilikdə 8 (səkkiz) ədəd qəhvəyi rəngli, dairəvi formalı, tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eyni olan metadon tərkibli dərman preparatları, 2 ədəd üzərində "Mydrax 0,5 %...10ml” göstəriciləri olan zavod üsulu ilə qablaşdırılmış eyni tərkibli dərman flakonlarındakı ümumi miqdarı 0,100 qram çəkidə güclü təsir edən maddə olan tropikamid aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Ruslan Mustafazadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və mə ruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 19 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.Ə.Tumasov kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, Məhkum cinayət təqibi zamanı verdiyi ifadələrinə is tinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi V.Ə.Tumasov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai araşdırma orqanı tərəfindən, həm də ki, işə məhkəmələrdə baxılarkən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş, CPM-nin 143-146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, nəticədə Məhkum qarşı CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə əsassız ittiham irəli sürülmüş və o, qanunsuz olaraq həmin ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, Məhkum həmin maddələr ilə özünü təqsirli bilmir və hesab edir ki, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktları qərəzli və qanunsuzdur. İşin hallarını mübahisələndirən müdafiəçi bildirir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma orqanının gəldiyi nəticəyə əsasən belə hesab etmişdir ki, guya onu 08 iyun 2021-ci il tarixdə saat 17:40 radələrində yaşadığı 1-ci mk ərazisində tutmuşlar. Lakin məhkəmə istintaqı zamanı tədqiq edilən videçəkilişdən saat 12:30 radələrində tutulduğu müəyyən edilir və bu halı təqsirləndirlən şəxslə yanaşı həmçinin şahidlər X5, X8 və digərləri məhkəmədə verdikləri ifadələrində bildirmişlər. Bundan əlavə, X8 ifadəsində Məhkumun anası X xanımla birlikdə ofisdə olan müşahidə kamerasına baxarkən hadisənin günorta radələrində baş verdiyini, o, tutulan zaman əlində ancaq telefon, qulağında qulaqcıq və əlində pul qabı olduğunu, belində və ya çiynində isə çanta olmadığını bildirmişdir. Sonradan həmin videogörüntülər qərəzli qaydada silinərək, ədalətin bərpa olunmasına mane olunmuşdur. Bundan başqa məhkəmə icl ası zamanı Məhkum hüquqlarını qoruyan müdafiəçi dəfələrlə vəsatət verərək onun Emin adlı şəxslə tutulduğunu sübut etmək məqsədi ilə Eminin, Şahid5 dindirilmələrini, eyni zamanda Şahid5la Məhkumun anası ilə olan telefon danışığına dair səs yazısının sübut kimi qəbul edilib qulaq asılmasını və işə əlavə edilməsini, onu saxlayan polis əməkdaşları Şahid1 (***-***-**-**), Şahid2 (***-***-****), Şahid3 (***-***-**-**) və Şahid4 (***-***-**-**) telefonlarının anten dairələrinin müəyyən edilməsinə dair vəsatət versədə məhkəmə qanunsuz olaraq həmin vəsatətləri təmin etməmişdir. Bundan əlavə, araşdırılmış sübutlarla Məhkum tutulduqdan sonra polis idrarəsinə gətirildiyi, bir müddət sonra evində axtarış aparılması üçün yaşadığı mənzilə aparıldığı, polis əməkdaşlarının qanunsuz olaraq onun şübhəli şəxs qismində tutulmadan bu istintaq hərəktini aparmaları, eyni zamanda Məhkum hüquqlarının pozulması təsdiq olunur. Kassasiya şikayətində göstərdiyi bu dəlillərə əsaslnaraq müdafiəçi V.Ə.Tumasov sonda həmin şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının isə ləğv edilməklə Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin digər iştirakçıları ilə yanaşı Məhkum də qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum 12 iyun 2023-cü il tarix li ərizəsi daxil olmuşdur. Ərizəsində o, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarından müdafiəçisi V.Ə.Tumasov tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun ərizəsi 06 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış müvafiq olaraq 12 iyun 2023-cü il tarixli 3-16-17/21/2-2130/2023 saylı məktubla müşaiyət edilmişdir. Məhkəmə kollegiyası Məhkum kasasiya instansiyası məhkəməsinə ünvanladığı ərizəsi ilə bağlı qeyd edir ki, CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəs inin müddəalarına görə isə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-nin 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib kassasiya şikayətinin geri qaytarılması barədə müdafiəçi V.Ə.Tumasovun və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab edir ki, CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi V.Ə.Tumasov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi V.Ə.Tumasov tərəfindən ve rilmiş kassasiya şikayəti geri qaytarılsın və kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1226/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1226/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver