Məhkəmə qərarları › İş №1(102)-1226/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1226/2025

07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1226/2025 07.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Əraz i Vergilər Baş İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 1(104)-7/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş hüquqi şəxs- mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X10 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X 12 02 iyun 1988-ci il tarixdə Kəlbəcər rayonu, Bağlıpəyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Bağlıpəyə kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Zümürxan kəndində yaşayır.

2. İbtidai istintaq orqanı tərəfindən X9 CM-in 213.3-cü maddəsi ilə ittiham elan olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, X12 (VÖEN: **********) öz adından, eyni zamanda digər vergi ödəyiciləri, o cümlədən fiziki şəxs X13 (VÖEN:**********) və X19 (VÖEN:**********) adından Azərbaycan Respublikasından meyvə və tərəvəz məhsullarının ixracı fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla rəsmiləşdirmiş və bun unla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 96.1, 97.1, 101.3, 130.1, 130.2, 152.1-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi gəlir vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil edərək, külli miqdar təşkil edən 2457005,94 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

3. Belə ki, X12 fərdi sahibkar olaraq həyata keçirdiyi fəaliyyətdən 2016-cı il üzrə ümumi gəliri 23192057,28 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 19326714,40 manat, vergiyə cəlb olunmalı gəliri 3865342,88 manat və bu gəlirdən dövlət büdcəsinə hesablan malı və ödənilməli gəlir vergisi 773068,58 manat olduğu halda, təqdim etdiyi gəlir vergisi bəyannaməsində qeyd olunan vergini 15000,0 manat məbləğində bəyan edib ödəməklə, külli miqdar təşkil edən 758068,58 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

4. Bundan əlavə, o, fərdi sahibkar olaraq həyata keçirdiyi fəaliyyətdən 2017-ci il üzrə ümumi gəliri 28485391,50 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 23737826,25 manat, vergiyə cəlb olunmalı gəliri 4747565,25 manat və bu gəlirdən dövlət büdcəsinə hesablanmalı və ödənilməli gəlir vergisi 949513,05 manat olduğu halda, təqdim etdiyi gəlir vergisi bəyannaməsində vergi tutulan dövriyyəsinin olmadığını bəyan edib, 1800,0 manat ödəməklə, külli miqdar təşkil edən 947713,05 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır.

5. Bundan əlavə, o, X6 adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə ümumi gəliri 6732035,82 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 5610029,85 manat, vergiyə cəlb olunmalı gəliri 1122005,97 manat və bu gəlirdən dövlət büdcəsinə hesablanmalı və ödənilməli gəlir vergisi 224401,19 manat olduğu halda, təqdim etdiyi gəlir vergisi bəyannaməsində dövriyyəsinin olmadığını bəyan edib, 95,32 manat ödəməklə, 224305,87 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır.

6. Bundan əlavə, o, X19 adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə ümumi gəliri 15814500,40 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 13178750,34 manat, vergiyə cəlb olunmalı gəliri 2635750,06 manat və bu gəlirdən döv lət büdcəsinə hesablanmalı və ödənilməli gəlir vergisi 527150,01 manat olduğu halda, təqdim etdiyi gəlir vergisi bəyannaməsində dövriyyəsinin olmadığını bəyan edib, 231,57 manat ödəməklə 526918,44 manat məbləğində gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır.

7. Bərdə Rayon Məhkəməsinin (sədrlik edən hakim: X23) 14 dekabr 2021-ci il tarixli, 1(021)-1/2021 nömrəli hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, cəzasını iş yeri üzrə çəkməsi, hökmün icrasının Bərdə Rayon İcra və Prob asiya Şöbəsinə tapşırılması, X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın qismən təmin edilərək cavabdeh X5 191.587,45 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələri də həll edilmişdir.

8. Həmin hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X20 və X4 ibarət məhkəmə t ərkibində) 04 aprel 2022-ci il tarixli, 1(104)193/2022 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş mülki iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bərdə Rayon Məhkəməsinin 1(021)-1/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli hökmünün apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Həmin qərardan Dövlət ittihamçısı3 Arif oğlu tərəfindən kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X10 tərəfindən kassasiya şikayəti verilmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X26 (sədrlik edən və məruzəçi), X15 və X1 ibarət məhkəmə tərkibində) 18 yanvar 2023-cü il tarixli, 1(102)-48/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X12 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi, kassasiya protesti və kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X27 (sədrlik edən və məruzəçi), X17 və X2 ibarət tərkibdə) 19 noyabr 2024-cü il tarixli, 1(104)7/2024 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və 11 saylı Ər azi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 1(021)-1/2021 saylı hökmünün ləğv edilməsi, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsi, onun Azərbaycan Respublikası adından təqsirsiz elan edilməsi, X7 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv olunması, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilmiş X9 onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs q ismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi, barəsində qanunsuz hökm çıxarılması, barəsində qanunsuz qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, iş üzrə məhkəmə ekspertizası aparılmasına çəkilmiş 819 (səkkiz yüz on doqquz) manat məbləğində məhkəmə xərcinin dövlət büdcəsinin hesabına ödənilməsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin X9 qarşı vermiş olduğu 2.457.005.94 manat məbləğində mülki iddiasının baxılmamış saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 1(104)-7/2024 nömrəli hökmündən Dövlət ittihamçısı4 tərəfin dən kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X10 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar:

14. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində X7 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli hökmünün ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş edilir.

15. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X10 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(104 )-7/2024 nömrəli hökmünün ləğv edilməsi və mülki iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir.

16. Kassasiya şikayətinə və kassasiya protestində qarşı bəraət almış şəxs Y.R.Hidayətovun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş yazılı etiraz ərizəsində hər iki müraciətin dəlillərinə etiraz edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 1(104)-7/2024 nömrəli hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X10 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və hökmün dəyişdirilmədən qüvvəsində saxlanılması xahiş edilir.

17. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs çıxış edərək, tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və onun dəlillərinə etirazının olmadığını bildirmişdir.

19. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək təmin olunmasını xahiş etmiş və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən v erilmiş kassasiya şikayətinə etirazının olmadığını bildirmişdir. İV. Hüquqi məsələlər:

20. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

21. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

22. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

23. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydası nda ləğv və yaxud dəyişdirilə bilər.

24. Dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi isə kassasiya şikayətində qanunsuz və əsassız bəraət hökmünün çıxarılmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir.

25. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

26. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 28. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qan ununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.

29. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır.

30. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilməlidir.

31. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri və mahiyyəti eyni olduğundan məhkəmə kollegiyası hər iki müraciətə eyni məzmunda münasibət bildirilməsini mümkün hesab edir.

32. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi hazırkı cinayət işi üzrə mübahisə obyekti olan əsas məsələ ekspert rəyləridir.

33. Apellyasiy a instansiya məhkəməsi X7 əməlində cinayət tərkibinin olmaması barədə qənaətə gələrkən öz nəticəsini onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə riayət edilməmiş, vergi ödəyicisi olan X12 tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməmiş, birbaşa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»na uyğun) şərti 20 faiz dərəcə ilə rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Beləliklə məhkəmə kollegiyası səyyar vergi yoxlaması zamanı X7 2016-2017-ci illər üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablanması barədə nəticəyə gəlir bu hal isə onu göstərir ki, o, əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmışdır. Səyyar vergi yoxlaması zamanı X7 2016-2017-ci illər üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablandığından məhkəmə kollegiyası hesab edir ki, “alış aktlarını” nəzərə alaraq onun tərəfindən gəlir vergisinin tam ödənilib-ödənilməməsini araşdırılmasına lüzum yoxdur. Bu baxımdan da məhəkəmə kollegiyası ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticələri qanuni və əsaslı hesab etmir. Həmçinin, məhkəmə kollegiyası Vergi qanunvericiliyinin tələblərinin pozulduğu vəziyyətdə alış aktlarının mötəbərli olubolmamasına qiymət verməyi zəruri hesab etməmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işləri üzrə məhkəmə araşdırmasının əsas vəzifəsi və məqsədi obyektiv gerçəkliyi müəyyən etməkdir. İstintaq orqanının əsaslandığı ibtidai istintaq dövründə əldə edilən sübutlar məhkəmələr tərəfindən tam, hərtərəfli və ədalətli araşdırılmalı, lazım gəldikdə obyektiv həqiqəti müəyyən etmək üçün əlavə sübutları tədqiq etməlidir.

35. İstintaq orqanının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən vergi borcunun hesa blanması, şəxslərin vergi borcunun tamamilə mövcud olmaması anlamına gəlmir. Obyektiv həqiqətin müəyyən edilməsi prinsipinə əsasən, məhkəmə işdə olan sübutlardan, sənədlərdən, cinayət işinin digər materiallarından çıxış edərək, vergidən yayınmanın müəyyən edilməsi istiqamətində bütün imkanlardan istifadə etməlidir.

36. Belə olan halda, işin hərtərəfli, tam və obyektiv qaydada araşdırılması üçün ekspert rəylərini verən ekspertlər dəvət edilərək dindirilə bilər, ziddiyyətli məqamlara aydınlıq gətirilə bilər, məhkəmə zəruri hesab edərsə əlavə və ya təkrar ekspertizalar təyin edə, ekspertlər qarşısına işdə olan ziddiyyətli məqamlarla bağlı konkret suallar qoya bilər, bu zaman cinayət prosesi tərəflərinin sualların tərtibində iştirakı təmin edilə bilərdi. Lakin cinayət işinin materiallarından g örünür ki, araşdırılması zəruri olan halların olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hallar araşdırılmamışdır.

37. Hazırki hökmün əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmadığından və qarşıya qoyulmuş suallara əsaslandırılmış, inandırıcı cavablar verilmədiyindən apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə hökmünü qanuni və əsaslı məhkəmə aktı kimi qəbul etmək mümkün deyil.

38. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 1(104)-7/2024 nömrəli hökmü ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yen idən baxılmağa təyin edilməlidir.

39. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əsaslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamların ətraflı araşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur.

40. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqca dan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.

41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2024-cü il tarixli, 1(104)-7/2024 nömrəli hökmü ləğv olun sun və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilsin. Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Zərərçəkmiş hüquqi şəxs - mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X10 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar