Məhkəmə qərarları › İş №1(102)-1227/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1227/2019

08.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1227/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəs i ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2017-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017-ci il tarixli hökmü ilə (hakimlər: Ş.İ.Məmmədov (sədrlik edən), X.H.Səmədov və R.İ.Hüseynovdan ibarət tərkibdə) xx.xx.1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda daimi qeydiyyatda olan, ünvan 2 ünvanda faktiki yaşamış Məhkum, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib doqquz il altı ay müddətə azadlıqdan məhru m etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 21 avqust 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin X15 da təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə) 07 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2017ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2017-ci il tarixli qərarından müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilərək, işin apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsini xahiş etmişdirlər. İşin halları: Hökmə əsasən, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusi mülkiyyətində olan külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, X15 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə Məhkum ilə qabaqcadan razılaşmaqla bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Qax, Zaqatala və Balakən rayonlarının ərazisində yaşayan vətəndaşlara özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib, 2012-ci ildə həmin bölgələrdə baş vermiş zəlzələdən özləri və qohumlarına məxsus zərər dəymiş yaşayış evlərinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin komissiyası tərəfindən qeydə alınıb qəzalı olmasına dair rəylər veriləcəyi və nəticədə onlara yeni evlər tikdirəcəyini yalandan vəd edib aldatmaqla, 2013-2015-ci illər ərzində Bakı şəhərində, həmçinin Qax,Balakən və Zaqatala rayonlarının ərazisində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə, o cümlədən, Qax rayon sakinləri - Zərərçəkmiş şəxs69 5000 (beş min), Zərərçəkmiş şəxs70 4000 (dörd min), Zərərçəkmiş şəxs32 Hacıhümməd qızından 10000 (on min), Zərərçəkmiş şəxs71 5300 (beş min üç yüz), Zərərçəkmiş şəxs33 10000 (on min), Zərərçəkmiş şəxs43 4000 (dörd min), Zərərçəkmiş şəxs44 6000 (altı min), Zərərçəkmiş şəxs45 3000 (üç min), Zərərçəkmiş şəxs19 6000 (altı min), Zərərçəkmiş şəxs46 5000 (beş min), Zərərçəkmiş şəxs47 5000 (beş min), Zərərçəkmiş şəxs48 5000 (beş min), Zərərçəkmiş şəxs37 5000 (beş min), Zərərçəkmiş şəxs38 3000 (üç min), Zərərçəkmiş şəxs39 həmin dövrə olan məzənnə ilə 784 manat 50 qəpik təşkil edən 1000 (bir min) ABŞ dolları və 4000 (dörd min), Zərərçəkmiş şəxs40 4000 (dörd min), Zərərçəkmiş şəxs49 4000 (dörd min), Zərərçəkmiş şəxs41 3000 (üç min), Zərərçəkmiş şəxs42 4000 (dörd min), Zərərçəkmiş şəxs5 3000 (üç min), Zərərçəkmiş şəxs6 5000 (beş min), Zərərçəkmiş şəxs7 6000 (altı min), Zərərçəkmiş şəxs8 3000 (üç min), Zərərçəkmiş şəxs9 5000 (beş min), Zərərçəkmiş şəxs10 2500 (iki min beş yüz), Zərərçəkmiş şəxs11 3000 (üç min), Zərərçəkmiş şəxs12 4000 (dörd min), Zərərçəkmiş şəxs13 3000 (üç min), Zərərçəkmiş şəxs14 7000 (yeddi min), Zərərçəkmiş şəxs27 5000 (beş min), Zərərçəkmiş şəxs28 İskəndər oğlundan 5750 (beş min yeddi yüz əlli), Zərərçəkmiş şəxs29 6500 (altı min beş yüz), Zərərçəkmiş şəxs15 2000 (iki min), Zərərçəkmiş şəxs30 5000 (beş min), Zərərçəkmiş şəxs31 6000 (altı min), Zərərçəkmiş şəxs20 3000 (üç min),Zərərçəkmiş şəxs34 4000 (dörd min), Zərərçəkmiş şəxs24 5000 (beş min), Zərərçəkmiş şəxs25 5000 (beş min),Zərərçəkmiş şəxs26 5000 (beş min),Zərərçəkmiş şəxs35 4000 (dörd min) və Zərərçəkmiş şəxs16 7000 (yeddi min), Balakən rayon sakini Zərərçəkmiş şəxs36 2000 (iki min), Zaqatala rayon sakinləri - X1 1500 (bir min beş yüz), Zərərçəkmiş şəxs51 2500 (iki min büş yüz), Zərərçəkmiş şəxs53 3000 (üç min),Zərərçəkmiş şəxs52 3000 (üç min), Zərərçək miş şəxs54 2000 (iki min),Zərərçəkmiş şəxs67 6000 (altı min), Zərərçəkmiş şəxs61 7000 (yeddi min),Zərərçəkmiş şəxs62 3000 (üç min),Zərərçəkmiş şəxs55 3000 (üç min),Zərərçəkmiş şəxs56 Şamsun qızından 7000 (yeddi min), Zərərçəkmiş şəxs57 8000 (səkkiz min), X5 5000 (beş min),Zərərçəkmiş şəxs59 17000 (on yeddi min),Zərərçəkmiş şəxs60 3000 (üç min), Zərərçəkmiş şəxs63 2000 (iki min),Zərərçəkmiş şəxs64 4000 (dörd min),Zərərçəkmiş şəxs66 5000 (beş min), Zərərçəkmiş şəxs68 5000 (beş min),Zərərçəkmiş şəxs2 5000 (beş min),Zərərçəkmiş şəxs1 2000 (iki min), Zərərçəkmiş şəxs4 3000 (üç min),Zərərçəkmiş şəxs3 2000 (iki min),X2 7700 (yeddi min yeddi yüz), Zərərçəkmiş şəxs17 2500 (iki min büş yüz),Zərərçəkmiş şəxs21 6500 (dörd min beş yüz), Zərərçəkmiş şəxs22 2000 (iki min) və Zərərçəkmiş şəxs18 2000 (iki min) manat olmaqla, ümumilikdə 322534 (üç yüz iyirmi iki min beş yüz otuz dörd) manat 50 (əlli) qəpik pullarını alıb zərərçəkmiş şəxslərin əmlakını vahid qəsdlə ələ keçirməklə külli miqdarda ziyan vuraraq, əldə edilmiş pulları Məhkum ilə öz aralarında qarşılıqlı razılığa əsasən bölüşdürüb şəxsi ehtiyaclarına xərcləməklə dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən cinayət işi səthi, qeyri-obyektiv və bir tərəfli aparılmışdır. Belə ki, Məhkum dələduzluq yolu ilə aldığı iddia olunan vəsaitlərin hamısını iş üzrə digər təqsirləndirilən şəxs X11 bank vasitəsi ilə göndərmiş və ya nağd vermişdir. Məhkum iş üzrə zərərçəkmiş şəxslərdən aldığı vəsaiti bütövlükdə bank vasitəsi ilə X11 göndərməsi iş materiallar ında olan kassa mədaxil orderlərindən görünür. Qeyd olunur ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmişdir və onun həmin cinayətlə heç bir əlaqəsi yoxdur. Məhkum həqiqətən qeyd olunan cinayəti törətmiş olsa idi belə, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilməsi düzgün olmamışdır. Həqiqətdə Məhkum bu cinayəti törətsə belə onun əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilməli idi. Nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi cinayətin hansı səbəbdən vahid qəsdlə törədilməsi qənaətinə gəlindiyini əsaslandırmamış və təkrar törədildiyi məlum olan əməli qanunsuz və əsassız olaraq vahid qəsdlə külli mi qdarda törətmə kimi qiymətləndirmişdir. Sonda məhkəmələr tərəfindən qanunsuz və əsassız nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respubli kası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kollegiya hesab edir ki, İşin məhkəmələr tərəfindən tədqiq edilmiş halları ilə müəyyən olunur ki, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq olunmuş, məhkumun istinad edilən cinayət əməlini törətməsi mötəbər sübutlarla təsdiq olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2 015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndinin 2-ci abzasında göstərilir ki, “törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun”. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, “Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam ve rmək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həm in işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir”. Cinayət işi üzrə materiallardan, zərərçəkmiş şəxslər və şahid ifadələrindən aydın olur ki, Həsənov X12 Toğrul Rza oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusi mülkiyyətində olan külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. İşin müəyyən edilmiş bu faktiki halları məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla heç bir ehtimal olmadan bir mənalı olaraq təsdiq edilmişdir. Belə ki, Məhkum və T.Adıgözəlov vahid niyyətlə zəlzələdən zərər görmüş şəxslərə qarşı tamah niyyəti ilə dələduzluq cinayəti edərək ümumilikdə 322534 (üç yüz iyirmi iki min beş yüz otuz dörd) manat 50 (əlli) qəpik pull arını alıb zərərçəkmiş şəxslərin əmlakını vahid qəsdlə ələ keçirməklə külli miqdarda ziyan vurmuşlar. Kollegiya hesab edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış və məhkəmələrdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək, haqlı olaraq bu nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və onun əməlinin tövsifində səhvə yol verməmişdir və Məhkum ittiham olunduğu 178.3.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və ci nayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2017-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 dekabr 2017-ci il tarixli qər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar