Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1227/2021 02.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum müdafiəçisi – XXX35nun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi – XXX35nun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.A.Cəbrayılov) Məhkum (xxx xx xxx 1985-ci il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan3ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əsas cəzasının müddəti artırılaraq ona Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, o, məhkəmə iclas zalında dərhal həbsə alınmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 aprel 2021-ci il tarixdən hesablanması, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum xxx xx xxx 2020-ci il tarixdə saat 21 radələrində qanuni əsaslarla idarə etdiyi “VAZ 2106” markalı **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan4 ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsi daxilində saatda 60 km/saat-dan çox olan sürətlə hərəkətdə olarkən hə min Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı və hərəkətin təhlükəsizliyini təmin etməli olduğu halda bunları etməyərək ehtiyatsızlıqdan yolun sağ kənarı ilə hərəkətdə olan piyada X6 avtomobilin ön hissəsi ilə vurmuş, onun ehtiyatsızlığından piyada X80un açıq kəllə-beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, sağ təpə-gicgah sümüyünün sınığı, baş beyin toxuma və qişalarına qansızma, baş beyin qişalarının cırılması, başın sağ təpə nahiyəsində əzilmiş yara, başın sağ gicgah-alın, sağ ənsə-təpə, sağ kürək, sağ diz oynağı nahiyələrində sıyrıqlar, sol göz yuvası ətrafında qançırla müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik bədən xəsarətləri alaraq 13 avqust 2020-ci il tarixdə X3 Mərkəzində ölməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandrımışdır ki, birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum cinayətin törədilməsindən dərhal sonra zərərçəkmiş şəxsə tibbi və digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə bilcək zərərin azaldılması Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi müəyyən olunduğundan və bu hal, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 60-cı maddəsinə müvafiq olaraq Məhkum 4 il 6 aydan artıq olmayan müddə tə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini tələb etdiyindən, apellyasiya instansiyası məhkəməsi əsassız və qanunsuz olaraq dövlət ittihamçısının apellyasiya protestinə əsasən hökmü dəyişdirib Məhkum 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Müdafiəçi Məhkum daha az müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə əsas verən hallar kimi həmçinin baxılan iş üzrə digər cəzanı yüngülləşdirən halların müəyyən edilməsinə, o cümlədən Məhkum himayəsində iki azyaşlı uşağının olmasına, əməlindən səmimi peşman olmasına, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasına, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsinə istinad etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 21 aprel 2021-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin (6 ilin) dördə üçündən artıq olmayan müddətə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərində n asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən hökmlə Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində göstərilməklə Məhkum Cinayət Məcəlləsinin 60. 1-ci maddəsinin müyyən etdiyi həddə cəzanın təyin edilməsini tələb edən cəzanı yüngülləşdirən halın müəyyən edilməsinə, cəzanı ağırlaşdıran halların isə olmamasına əhəmiyyət verilmədiyini, nəticədə Məhkum şəxsiyyətinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzanın təyin edildiyini iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Məhkum cəzasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə müvafiq olaraq azaldılması barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məc əlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində xüsusi olaraq göstərilmiş cəzanı yüngülləşdirən haldır. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cina yət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində təsbit olunmuşdur ki, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son hə ddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, şikayətin əsaslı olduğu müəyyən edilir. Belə ki, hökmdən görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş, digər (təqsirləndirilənin himayəsində iki azyaşlı uşağının olması, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd göstərməsi kimi) cəzanı yüngülləşdirən hallarla yanaşı, Məhkum tərəfindən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə müvafiq ol araq cəzanı yüngülləşdirən hal qismində müəyyən edilmiş və Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə istinad olunmasa da, Məhkumə cəza həmin maddənin qaydaları əsasında (2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə) təyin edilmişdir. Dövlət ittihamçısı Məhkum təyin olunmuş cəzanı yüngül hesab etdiyi üçün birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti vermiş və protestdə yalnız aşağıdakı cəzanı yüngülləşdirən halları mübahisələndirmişdir: _ Məhkum himayəsində azyaşlı uşaqların olması; _ əməlindən səmimi peşman olması; _ yaşayış yeri üzrə müsbət xarakterizə olunması; _ zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd göstərməsi. Beləliklə, apellyasiya protestində CM-in 59.1.11-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal nə fakt olaraq, nə də hüququn tətbiqi kontekstində mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də müstəsna olaraq apellyasiya protestində göstərilənlərdən çıxış edərək cəzanın təyin edilməsi məsələsi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təhlil etmiş, CM-in 59.1.11-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən halın fakt olaraq müəyyən edilməsinin və hüquqi məsələ olaraq həllinin düzgün olub-olmamasına ümumiyyətlə toxunmamışdır. Araşdırma nəticəsində apellyasiya məhkəməsi nəinki CM-in 59.1.11-ci maddəsinə müvafiq olaraq müəyyən edilmiş cəzanı yüngülləşdirən halın, hökmdə və apellyasiya protestində göstərilən digər cəzanı yüngülləşdirən halların da əsassız və qanunsuz olaraq müəyyən edilməsi haqqında nəticəyə gəlməmiş, h eç bir cəzanı yüngülləşdirən halı hökmdən xaric etməmiş, eyni zamanda hər hansı bir halı cəzanı ağırlaşdıran hal kimi qiymətləndirməmişdir. Məhkəmə hökmlə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının həddindən artıq yüngül, 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasının isə daha məqsədəuyğun olması haqqında qənaətini zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmaması və sonuncunun Məhkum ağır cəzanın təyin edilməsini tələb etməsi, habelə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, sosial ədalətin bərpası, cəzanın xəbərdaredici rolunun təmin edilməsi kimi dəlillərlə əsaslandırmışdır. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hala birinci instansiya məhkəməsinin hökmü i lə müəyyən edilmiş, cinayət prosesi iştirakçıları tərəfindən mübahisələndirilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən də mövcudluğu təkzib edilməmiş hal kimi yanaşır və məhz bundan çıxış etməklə müdafiəçinin kassasiya şikayətində qaldırdığı cəzanın yüngülləşdirilməsi haqqında məsələnin həll edilməli olduğunu hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın həm faktiki, həm də hüquqi aspektlərdən düzgün müəyyən edilmiş hal olmasından çıxış etmək barədə qənaətə gələrkən yuxarıda istinad olunmuş Cinayət-Prosessual Məcəllənin kassasiya instansiyası məhkəməsinin baxılma predmetini hüquqi məsələlərlə məhdudlaşdıran normalarının tələblərini, CPM-in 122.9-cu maddəsində təsbit edilmiş şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyi naminə onun özü və ya başqa şəxs tərəfindən verilmiş şikayətdən cinayət prosesini həyata keçirən orqana bu şəxsin əleyhinə istifadə etməyi qadağan edən müddəanı da nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və iş üzrə müəyyən edilmiş başqa cəzanı yüngülləşdirən və təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə, eyni zamanda Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbi gözlənilməklə nəzərə alınmalı və Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarı ilə Cinayət Məcəl ləsinin 263.2-ci maddəsi ilə CM-in 60.1-ci maddəsinin tələbi pozulmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 2 (iki) aydan 4 (dörd) il 6 (altı) aya (maddənin sanksiyasında nəzərdə tutulmuş 6 il müddətə azadlıqdan məhrum etmənin dörddə üçü həddinə) endirilməli, əlavə cəza isə dəyişdirilmədən saxlanılmalıdır. Ehtiyatsızlıqdan törədilən (o cümlədən, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş) cinayətə görə təyin olunmuş əsas cəzanın – azadlıqdan məhrum etmənin müddəti 5 ildən artıq olmadıqda, azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Odur ki, Məhkum cəzaçəkmə yeri olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsi müəyyən olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanları kassasiya şikayətinin təmin edilməsini, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halın müəyyən olunması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Res publikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 21 aprel 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum X7 Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Məhkum cəzasını mən təqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Məhkum cəzaçəkmə müddəti o, apellyasiya instansiyası məhkəməsi tərəfindən həbsə alındığı vaxtdan – 21 aprel 2021-ci il tarixdən hesablansın. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1227/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1227/2021
02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver