Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1227/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 311.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021ci il tarixli qərarından məhkumun müdafiəçisi Nağıyev Faiq Yavər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim Ə.N.Hacıyev, hakimlər T.Q.Hüseynov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) xx xxx 1965-ci il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, xxzit şöbəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xx ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törə tməkdə təqsirli bilinərək 2 (iki) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 23 iyun 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Nağıyev Faiq Yavər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021-ci il tarixli qərarı ilə (hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Nağıyev Faiq Yavər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində vahid niyyətlə istəməklə almışdır. Belə ki, o, 14 avqust 2018-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatla rı İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində işləyərkən həmin Komitə üzrə 2000/012 nömrəli, 24 oktyabr 2018-ci il tarixli sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Tranzit şöbəsi haqqında Əsasnamə”nin 2, 3 və 5.6cı bəndlərinə əsasən, şöbəyə ümumi rəhbərliyin həyata keçirilməsi, gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etməklə bu siyasətin həyata keçirilməsinin təmin edilməsi, dövlət müəssisələri, fiziki və hüquqi şəxslər və digər qeyri-hökumət təşkilatları tərəfindən respublika ərazisindən keçirilən tranzit mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilməsinin həyata keçirilməsinə nəzarət edilməsi, qa nunvericiliklə nəzərdə tutulmuş qaydada ixrac nəzarətinin həyata keçirilməsi, mallar və onlara aid olan sənədlər tranzit xüsusi gömrük proseduru altında daşınarkən qanunvericiliyə əməl olunmasına nəzarət edilməsi və digər səlahiyyətlərə malik gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölmənin rəhbəri kimi təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs qismində Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.19, 174-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”nın 2.1.3, 4.1, 5, 12.2 və 12.3-cü bəndlərinə əsasə n, gömrük nəzarəti altında gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən, bir yerdən başqa yerə daşınması ilə əlaqədar beynəlxalq tranzit xüsusi gömrük proseduru altında olan xarici mallar üzərində gömrük nəzarəti zonalarında və ya gömrük orqanının müəyyən etdiyi digər yerlərdə yük əməliyyatlarının həyata keçirilməsinə icazə verilməsinə dair xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa, yəni daşıma fəaliyyəti ilə məşğul olan “X11” MMC və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Şahid1 8 may 2020-ci il tarixdə işlədiyi həmin Baş Gömrük İdarəsinə rəsmi qaydada ərizə ilə müraciət edərək Bakı-Türkmənistan marşrutu ilə gedəcək FDCU642654 nömrəli konteynerdən HDMU630629 0 nömrəli konteynerə, TCNU4420898 nömrəli konteynerdən CCLU6576850 nömrəli konteynerə, ZCSU8533264 nömrəli konteynerdən WSCU7947986 nömrəli konteynerə, Bakı-Türkiyə marşrutu ilə gedəcək 31NDD28 və 31ALB06 qeydiyyat nişanlı avtomobillərdən HDMU6491388/HDMU6325319 nömrəli konteynerlərə, 31AHP91 və 31AUY92 qeydiyyat nişanlı avtomobillərdən WSCU9467163/HDMU6325319 nömrəli konteynerlərə, WSCU9381814 nömrəli konteynerdən 31AHP91/31AUY92 qeydiyyat nişanlı avtomobillərə, CAXU9381426 nömrəli konteynerdən 38F2269/38F2270 qeydiyyat nişanlı avtomobillərə, 12 may 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək GESU4253660 nömrəli konteynerdən 31NDD28/31ALB96 qeydiyyat nişanlı avtomobillərə, HDMU6300861 nömrəli konteynerdən 31AHP91/31AUY92 qeydiyyat nişanlı avtomobillərə, GESU5067589 nömrəli konteynerdən 33DJU58/33CSM41 qeydiyyat nişanlı avtomobillərə, 22 may 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək UESU4152329 nömrəli konteynerdən 53ABA122/53ABA124 qeydiyyat nişanlı avtomobillərə, nömrəli CAXU9784381 nömrəli konteynerdən 53ABA993/53AAB994 qeydiyyat nişanlı avtomobillərə, 2 iyun 2020-ci il tarixli müraciəti üzrə BakıTürkmənistan marşrutu ilə gedəcək CXRU1564525 nömrəli konteynerdən 4627TAG qeydiyyat nişanlı avtomobilə, 4 iyun 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkmənistan marşrutu ilə gedəcək 61BU510/61K10145 qeydiyyat nişanlı avtomobillərdən 99ZF112 nömrəli konteynerə, 5 iyun 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkmənistan marşrutu ilə gedəcək MSCU7429420 nömrəli konteynerdən NONU5534257 nömrəli konteynerə, GESU9490182 nömrəli kont eynerdən GESU9010690 nömrəli konteynerə, MSCU7391752 nömrəli konteynerdən GESU9014550 nömrəli konteynerə, MEDU9905266 nömrəli konteynerdən GESU9041941 nömrəli konteynerə, CRLU1181141 nömrəli konteynerdən LTPU5957990 nömrəli konteynerə, CXRU1426022 nömrəli konteynerdən NONU5527617 nömrəli konteynerə, CRSU6093352 nömrəli konteynerdən NONU5532866 nömrəli konteynerə, TRİU8804796 nömrəli konteynerdən NONU5528830 nömrəli konteynerə, CAİU5411979 nömrəli konteynerdən FSCU5642419 nömrəli konteynerə, GESU9470530 nömrəli konteynerdən NONU5533923 nömrəli konteynerə, 16 iyun 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək CAXU9576665 və HH436ZZ nömrəli konteynerlərin AA432D qeydiyyat nişanlı avtomobilə, CAXU9349147 və TA404MZ nömrəli konteynerlərin TM404Z qeydiyyat nişanlı avtomobil ə, CAİU8251940 və HA999SN nömrəli konteynerlərin QQ087O qeydiyyat nişanlı avtomobilə, 17 iyun 2020-ci il tarixli müraciəti üzrə Bakı-Türkiyə marşrutu ilə gedəcək CAXU9784381 nömrəli konteynerdən 33EER91/34ZG9726 qeydiyyat nişanlı avtomobilə, 18 iyun 2020-ci il tarixli müraciəti üzrə Ələt-Türkmənbaşı marşrutu ilə gedəcək CRXU6922012, MEDU9031031, TRİU8384625, SZLU9278551, TRİU8191396, TCLU1023816, MEDU9157436, TEMU9580965, MEDU9037678, MSCU7429478, TEMU9589999, MSCU7385174, MSCU7428358 nömrəli konteynerlərin “Mahmud Rahimov” gəmisinə, 23 iyun 2020-ci il tarixli müraciəti ilə əlaqədar 34JE0001/34JE0002 qeydiyyat nişanlı avtomobillərdən CBHU1984890 nömrəli konteynerə, 08K5591/08K5592 qeydiyyat nişanlı avtomobillərdən CBHU6011787 nömrəli konteynerlərə yüklərin yüklənməsinə icazə verilməsinə dair xahişi ilə əlaqədar cəmi 43 sayda konteyner üzrə müvafiq icazənin verilməsi və bununla əlaqədar gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə görə 2020-ci ilin may ayının əvvəllərində özü üçün şəxsən birbaşa yolla Şahid1 aralarında olan şifahi razılıq əsasında hər konteyner üzrə maddi nemət olaraq həmin dövrün rəsmi məzənnəsi ilə 85 manata bərabər 50 ABŞ dolları, 43 konteyner üçün cəmi 3.655 manat məbləğində pul vəsaitini vahid niyyətlə rüşvət qismində istəyib, sonuncunun razılığını alıb gömrük rəsmiləşdirilməsinə verdiyi icazə əsasında həmin mallarla əlaqədar rəsmiləşdirmə, o cümlədən sürətləndirilməklə həyata keçirildikdən sonra 2020-ci ilin iyun ayının əvvəllərində 43 konteyner üzrə 3.655 manat pul vəsaitindən 22 konteyner üzrə həmin dövrün məzənnəsi ilə 1.870 manata bərabər olan 1.100 ABŞ dolları pul vəsaitini Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 15 ünvanının yaxınlığında ƏN-İV № 803107 nömrəli etibarnamə ilə idarə etdiyi “Lada Vesta” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda alıb, eyni niyyətlə 23 iyun 2020-ci il tarixdə həmin ünvanda qalan 15 konteyner üzrə həmin dövrün məzənnəsi ilə 1.275 manata bərabər olan 750 ABŞ dollarını, ümumilikdə vahid niyyətlə cəmi 3.145 manat pul vəsaitini özü üçün şəxsən birbaşa yolla Şahid1 rüşvət qismində almışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum heç bir cinayət əməli törətməmişdir və ona qarşı verilmiş ittiham tamamilə qanunsuz, əsassız və heç bir mötəbər dəlilə dayanmayan, istintaq orqanının mülahizəsindən ibarət ittihamdır. Məhkəmələr də həmçinin əsassız olaraq istintaq orqanının vermiş olduğu ittihamı öz hökm və qərarı ilə təsdiq edərək Məhkum təqsirli bilərək barəsində ittiham hökmü çıxarmışdır. Belə ki, Məhkum qarşı CM-nin 311.1-ci maddəsi ilə irəli sürülən ittihamın əsası olmamışdır, həmin ittiham yalnız Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfındən qanunsuz şəkildə aparılmış əməliyyat axtarış tədbirlərinə və məhkəmə tərəfindən qanunvericiliyin tələbi olan obyektiv məhkəmə istintaqı aparılmadan, müvəkkilimə qarşı irəli sürülmüş ittihamın əsaslılığı hərtərəfli yoxlanılmayan "sübutlar"a əsaslanır. Məhkum ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması üçün əsas olan Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 5(001)-575 /2020 nömrəli qərarı qanuni olmadığı (elektron qaydada vaxtında imzalanmadığı, əl yazma şəklində imzalanaraq iş materiallarına əlavə edilmədiyi) üçün qərara əsasən aparılan əməliyyat axtarış tədbirlərini qanunsuz və əsassız olmuşdur. Bundan başqa, məhkum barəsində onun konstutision hüquqlarının pozulması yolu ilə əldə edilmiş əməliyyat axtarış tədbirləri olan videoçəkiliş bu gün Məhkum qarşı ona ittiham verilməsi üçün istifadə olunur. Lakin, ona qarşı istifadə edilən sübutların qanuniliyi ittiham aktı tərtib edilib məhkəməyə göndərilənədək cinayət işinin materiallarına əlavə edilmiş qanuni yolla əldə edilmiş sübutlar ilə təsbit olunmalı idi. İttihamın əsasını təşkil edən videoçəkiliş isə açıq-aşkar qanunvericiliyin tələblərini pozmaqla əldə edilmişdir ki, bu da məhkuma qarşı verilmiş itt ihamı darmadağın edir. Bütün bunlar onu deməyə əsas verir ki, əməliyyat tədbiri keçirilərkən buna dair məhkəmənin qərarı mövcud olmamış, məhkum barəsində cinayət işinin başlanması üçün əsas olmuş həmin əməliyyat tədbiri qanunvericiliyin tələblərinin pozulması ilə əldə edilmiş və hər iki şahidin ifadələri müstəntiq tərəfindən ittiham üçün sərf edən elektron variantda yığılmış və şahidlərə imza etdirilmişdir. Birinci instansiya məhkəməsində aparılmış məhkəmə istintaqı zamanı məhkum barəsində araşdırılan cinayət işinin hərtərəfli və obyektiv aşdırılmasına xidmət edən əsaslı vəsatətlər təmin edilməməklə, məhkəmənin dövlət ittihamının müdafiəsinə yönəlik hərəkətləri Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyin təməl daşı sayılan "Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabər liyi" prinsipinin pozulması ilə nəticələnmişdir. Bütün bu hallar müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində əsaslandırılsa da və dolayısı ilə apelyasiya baxışının tam istintaqla keçirilməsi xahiş edilsə də əsassız olaraq təmin etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, Məhkum bəraət verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkə məsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmi n maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı mad dəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsini n şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa maddi və sair neməti istəməsi və alması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən m əhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfind ən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Belə ki, iş materiallarında olan 23 iyun 2020-ci il tarixli baxış protokolundan görünür ki, qeyd olunan tarixdə “Lada-Vesta” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Z.Bünyadov prospektində əməliyyat qrupu tərəfindən saxlanılarkən həmin avtomobilin içərisində sükan arxasında oturmuş özünü Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Tranzit şöbəsinin rəisi Məhkum kimi təqdim edən şəxsin üzərinə baxış keçirilməsi üçün əməliyyat qrupunun müşahidəsi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qar şı Mübarizə Baş İdarəsinə aparılmış və orada üzərində baxış keçirilmişdir. Baxış zamanı Məhkum şalvarının sağ cibindən 7 ədəd 100 və 1 ədəd 50 ABŞ dolları, cəmi 750 ABŞ dolları və iş üçün əhəmiyyət kəsb etməyən digər əşyalar aşkar edilmişdir. Məhkum üzərindən aşkar edilən digər əşyaların ona məxsus olmasını bildirsə də, 750 ABŞ dollarının ona məxsus olmadığını bildirmişdir. Məhkum üzərindən aşkar edilmiş həmin 750 ABŞ dolları dəyərində olan əskinaslar ML26293124F, ML26293126F, LL67268371E, ML26293127F, ML26293123F, ML26293125F, LG65898778B, ME02303308A seriyalı və nömrəli olmaqla ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən üzərilərində limuniset qələmlə “Rüşvət 2020” sözlərinin yazıldığı müəyyən edilmiş və həmin pul əskinazları götürülüb müvafiq qaydada qablaşdı rılmaqla protokola əlavə edilmişdir. Həmçinin, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zamanı əldə edilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd “CD” diskə baxış keçirilməsi haqqında 14 iyul 2020-ci il tarixli protokoldan görünür ki, video görüntülərdəki söhbətlər “Lada Vesta” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda aparılır, istintaq materiallarına əsasən görüntülərdəki şəxslərin Məhkum, görüntülərdə üzü görünməyən şəxs isə Şahid1dur. Söhbət zamanı çəkilişin 44-cü saniyəsində Şahid1 pul əskinazlarını Məhkum təqdim edir, 01:08-ci dəqiqədən başlayaraq Məhkum “əvvəl sən gələn`2322də 22 dənəni bağladın, sonra gəldin haqq hesabı elədin, 13 dənə aformutu saxladın, 5 də bir, 2 dənə bir və 1 dənə də tək elədin oldu 21 dənə” sözlərini Şa hid1 deyir, o isə cavabında “5 dənənin pulunu verdiyini, 6 borclu qaldığını” bildirir. Bundan sonra çəkilişin 02:57-ci dəqiqəsində Məhkum Şahid1 ona təqdim etdiyi pulları sayaraq “15 dənənin pulunu verildiyini və 6 ədədinin isə borclu qaldığını” təsdiq edərək Şahid1 “özünüzdə 6 ədədinin borclu qalması barədə qeydiyyat aparmasını” tapşırır. 03:43-cü dəqiqədə Məhkum “2-3 günə yəqinki aformut olacağını” soruşduqda Behzad “olacağını və maşınlarının olduğunu” bildirir. Məhkum “boşaltmaları, yükləmələri edəcəyini” bildirərək təkrar Behzada “6 ədəd borclu qalmasını və gələcəkdə məktubu gətirəndə ona zəng etməyini” bildirir və bundan sonra Behzad tələsdiyini bildirərək sağollaşıb avtomobildən enərək ordan ayrılır. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə t ədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə görə və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində vahid niyyətlə istəməklə alması hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübut ların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilm əsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiy a şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində göstərilən əməliyyat tədbirlərinin keçirilməsinə dair qan unvericiliyin tələblərinin pozulmasına dair dəlillərinə (elektron qaydada vaxtında imzalanmadığı, əl yazma şəklində imzalanaraq iş materiallarına əlavə edilmədiyi) qiymət verən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin dəlillər əsassız olmaqla məhkum edilmiş şəxsə bəraət verilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 51-1.5-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş prosessual sənədlər kağız daşıyıcıda olan sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. CPM-nin 51-1.11-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə, məhkəmə, bu Məcəlləyə müvafiq olaraq qəbul etdiyi hökm, qərar və digər prosessual sənədləri elektron sənəd formasında tərtib edərək bu Məcəllədə həmin prosessual sənədlər üçün müəyyən edilmiş müddətlərdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirir. CPM-nin 51-1.12-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmənin yekun qərarının nəticəvi hissəsi barədə məlumat həmin qərarın elan edildiyi gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir. Azərbaycan Respublikası CPM-nin 447.7.5-ci maddəsinə əsasən hakim bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə müvafiq olaraq vəsatətin təmin və ya rədd edilməsi barədə qərar çıxarır və onu iştirak edən şəxslərə dərhal elan edir. CPM-nin 448.6. İstintaq hərəkətinin məcburi aparılmas ı, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri ilə bağlı hakimin qərarının surəti həmin qərar çıxarıldıqdan sonra 3 (üç) gündən gec olmayaraq aşağıdakı şəxslərə göndərilir.... Qeyd edilən normaların tələblərindən aydın görünür ki, prosessual qanunvericilik yalnız məhkəmənin yekun qərarının nəticəvi hissəsi barədə məlumatın həmin qərarın elan edildiyi gün hakimin elektron imzası ilə təsdiq edilməsini müəyyən etmiş, digər qərarlar üçün belə bir tələb nəzərdə tutulmamış və yuxarıda qeyd edilən normalar çərçivəsində məhkəmənin hərəkət etmək imkanını müəyyən etmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tu tulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar himayəsində bir nəfər azyaşlı uşağın olması, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalət li cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Nağıyev Faiq Yavər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2021ci il tarixli qərarı məhkumun müdafiəçisi Nağıyev Faiq Yavər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1227/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1227/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver