Məhkəmə qərarları › İş №1(102)-1227/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1227/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1227/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, məhkumun müdafiəçiləri X5 və Eynulla Qüdrət oğlu Şahvələdovun, müstəqil tələb irə li sürən şəxs Maraqlı şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarından Məhkum, məhkumun müdafiəçisi E.Q.Şahvələdov tərəfindən verilmiş kassasiya şikayətlərinə və müstəqil tələblər irəli sürən şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və ona əlavəyə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fikrət Qəribov (sədrlik edən və məruzəçi), Novruz Kərimov və Rasim Sadıxov) 13 iyul 2022-ci il tarixli 1(101)-90/2022 nömrəli hökmü ilə xx xxxx 1958-ci ildə Bərdə rayonunun Ayrıca kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 04 may 2022-ci il tarixdən hesablanmışdır. Eləcə də, mülki iddiaçı X6 mülki iddiası vurulmuş maddi zərərin ödənilməsi hissəsində tam təmin edilmiş, Məhkum 290.196,80 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X11 verilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs3 oğlunun mülki iddiası vurulmuş maddi zərərin ödənilməsi hissəsində tam təmin edilməsi, Məhkum vurduğu maddi zərərə görə 55.830 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 oğluna verilməsi, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası vurulmuş maddi zərərin ödənilməsi hissəsində tam təmin edilməsi, Məhkum vurduğu maddi zərərə görə 33.000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 oğluna verilməsi, iş üzrə mülki iddiaçıların mülki iddiaları vurulmuş mənəvi zərərin ödənilməsi hissəsində baxılmamış saxlanılması, mülki iddiaçılara mülki mühakimə icraatı qaydasında məhkəmə müraciət etmək hüquqları izah edilməsi, cinayət işi üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli 5(001)-108/2021 nömrəli qərarı ilə üzərinə həbs qoyulmuş Məhkum mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 68,5 kv.metr yaşayış sahəsi olan 4 otaqlı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməsi, həmin mənzilin satılaraq, satışdan əldə olunan pul vəsaitini mülki iddiaların məbləği nə mütənasib qaydada mülki iddiaçılar X11, Zərərçəkmiş şəxs3 Abasət oğluna və Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakı ələ keçirib vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən 25 noyabr 2011-ci il tarixdə ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin direktoru kimi həmin Cəmiyyət adından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 342.000 manat dəyərdə uçuş geyimlərinin satılması haqqında 30 iyul 2018-ci il tarixli k/49 nömrəli müqaviləni həmin Xidmətin səlahiyyətli nümayəndəsi ilə bağladıqdan sonra özünü işgüzar şəxs kimi təqdim edərək özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qeyd edilən müqaviləni özünün cinayətkar niyyətinə uyğun olaraq istifadə edib, qeyrisində guya həmin müqavilə predmeti üzrə sərmayə qoyuluşunun gəlirli olması görüntüsü yaratmaq üçün nümayiş etdirib yalan vədlərlə sərmayə qoyulmasına və nəticədə həmin sərmayənin ələ keçirilməsinə nail olmaq məqsədilə 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə tanışı – Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 ilə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində görüşərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2018-ci il üzrə olan müvafiq tenderində qalib olaraq göstərilən X idmət ilə 2018-ci ilin iyul ayında bağladığı müqavilə üzrə 342.000 manat dəyərdə olan görülməli işləri faktiki olaraq guya 50.000 manat vəsaitlə görməyin mümkün olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs3 50.000 manat məbləğində sərmayə qoyacağı təqdirdə 01 may 2019-cu il tarixə müqavilə üzrə bütün işlərin yerinə yetirilməsindən sonra 50.000 manatı sonuncudan aldığı sərmayə, 25.000 manatı isə iş birliyindən əldə edilmiş gəlir kimi - ümumilikdə 75.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs3 verəcəyi barədə 25 dekabr 2018-ci il tarixli razılaşmanı müvafiq öhdəlikləri icra etmək niyyəti olmadan sonuncu ilə imzalamaqla onu inandırıb, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin niyyətlə sonuncudan ünvan 3 ünvanında yerləşən ofisdə 26 dekabr 2018-ci il tarixdə həm in dövrün məzənnəsi ilə 15.130 manat təşkil edən 8.900 ABŞ dolları, 10 yanvar 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 15.300 manat təşkil edən 9.000 ABŞ dolları, 15 yanvar 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 20.400 manat təşkil edən 12.000 ABŞ dolları, 2019-cu ilin iyun ayında istintaqla müəyyən edilməyən gündə 3.000 manat, 2019-cu ilin iyul ayında istintaqla müəyyən edilməyən gündə 2.000 manat olmaqla, cəmi 55.830 (əlli beş min səkkiz yüz otuz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, eyn i niyyətlə, 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə tanışı Zərərçəkmiş şəxs1 müraciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2019-cu il üzrə üst geyimlərin istehsalı ilə bağlı tenderinin olacağını, göstərilən tenderdə qalib olmağın zəruri olduğunu, qalib olduğu və 100.000 ABŞ dolları pul vəsaitini sərmayə qismində qoyduqları halda yüksək qazanclarının olacağını yalandan Zərərçəkmiş şəxs1 bildirib sonuncunun inam və etibarını qazandıqdan sonra ona məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə, sonuncudan 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 4 ünvanında 2.500 manat, 2018-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 5 ünvanında 2.500 manat, 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilm əyən gündə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 10 ünvanının qarşısında 20.000 manat, 2019-cu ilin mart ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində istintaqla müəyyən edilməyən yerdə 7.000 manat, 2019-cu ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23C ünvanında 1.000 manat olmaqla, cəmi 33.000 (otuz üç min) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, eyni niyyətlə, 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gü ndə tanışı X11 müraciət edərək sonuncuya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2018-ci il üzrə olan tenderində qalib olduğunu, həmin Xidmət üçün geyim vasitələrinin tikişini həyata keçirdiyini bildirib qoyduğu pul müqabilində əldə edəcəyi gəlirdən ona da qeyri-müəyyən məbləğdə bərabər hissə verəcəyini yalandan bildirib Rövşən Məmmədlinin inam və etibarını qazandıqdan sonra ona məxsus pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə, sonuncudan 21 fevral 2019-cu il tarixdə ünvan 8 ünvanında həmin dövrün məzənnəsi ilə 15.300 manat təşkil edən 9.000 ABŞ dolları pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etdikdən sonra Dövlət Sərhəd Xidmətinin 2019-cu il üzrə hər hansı tenderi üzrə qalib olmadığı halda 2019-cu ilin fevral ayında istintaqla müəyyən edilməyən gündə Rövşən Məmmədl iyə həmin Xidmətin 2019-cu il üzrə xidməti geyimlərinin istehsalı ilə bağlı tenderində guya qalib olduğunu, onun da sərmayə qoyub gəlir əldə edə biləcəyini, müqavilə üzrə görülməli işlərin dəyərinin 1.000.000 manat olduğunu, işin dəyərinin 300.000 manatının avans olaraq 2019-cu ilin aprel ayında ona ödəniləcəyini, guya qeyd edilən işin 2019-cu ilin fevral ayından 2019-cu ilin aprel ayına qədər surətlə görülməsi nəticəsində qoyduğu sərmayədən əlavə göstərilən işdən 70.000 manat qazancı 2019-cu ilin aprel ayında əldə edə biləcəklərini yalandan bildirib, sonuncunun inam və etibarını qazandıqdan sonra ona məxsus külli miqdarda pul vəsaitini vahid niyyətlə ələ keçirmək məqsədilə, Rövşən Məmmədlidən ünvan 8 ünvanında 23 fevral 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 68.000 manat təşkil edə n 40.000 ABŞ dolları, 24 fevral 2019-cu il tarixdən 07 sentyabr 2019-cu il tarixədək həmin dövrün məzənnəsi ilə 203.284,30 manat təşkil edən 119.579 ABŞ dolları, 2019-cu ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə həmin dövrün məzənnəsi ilə 3.612,5 təşkil edən 2.125 ABŞ dolları olmaqla, cəmi 290.196,80 manat (iki yüz doxsan min bir yüz doxsan altı manat səksən qəpik) pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Rövşən Məmmədliyə məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Anar Tanrıverdiyev) 1(103)- 85/2023 nömrəli 25 dekabr 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü mülki iddia hissəsində dəyişdirilmiş, təqsirləndirilən Məhkum Zərərçəkmiş şəxs3 cəmi vurulmuş 55.830 manat maddi ziyandan 14.000 (on dörd min) manat hissəsinin ödənildiyindən, verilmiş mülki iddianın maddi ziyanın ödənilməmiş hissəsi 41.830 (qırx bir min səkkiz yüz otuz) manat təşkil etmiş və mülki iddianın qalan hissəsi dəyişdirilməmiş, məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum və onun müdafiəçiləri Müdafiəçi1 Çərkəz oğlu və Müdafiəçi2, zərərçəkmiş şəxslər X14 və Zərərçəkmiş şəxs1 eləcə də, müstəqil tələblər irəli sürən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək ünvan 2 ünvanda yerləşən 68,5 kv.metr yaşayış sahəsi olan 4 otaqlı mənzilin üzərinə qoyulmuş həbsin və müsadirə hissəsinin, satılması və 80.000 manat Məhkum, 114.500 manat Maraqlı şəxs, qalan pul məbləğinin Fazil Məmmədova ödənilməsi hissəsində ləğv edilməsini və barəsində təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələblər irəli sürən şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 25 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilərək mülkiyyət hüququ əsasında ona məxsus ünvan 9 ünvanında yerləşən mənzilə dair tətbiq edilmiş xüsusi müsadirə növündə cinayət hüquqi tədbirinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki instansiya məhkəmələrinin hökm və qərarı qanunsuz və əsassızdır. Belə ki, o, özünü elan edilmiş ittihamda təqsirli bilməmiş, günahsız olduğunu, heç kəsin pulunu etibardan sui-istifadə etməklə ələ keçirmədiyini, zərərçəkmiş şəxslər ilə şərikli kommersiya fəaliyyəti göstərdiyini, onların razılığı əsasında istehsala vəsait qoyduqlarını, istehsal edilmiş geyim əşyalarının Dövlət Sərhəd Xidməti tərəfindən defektli hesa b edilib qaytarılmasını, pulun ödənilməməsi səbəbindən yığılaraq saxlanıldığını, istehsala pul xərcləmiş Zərərçəkmiş şəxs3, R.Məmmədli və R.Süİevmanovun ona xəbər vermədən anbarın qıfılını sındırıb hazır məhsulları aparmalarına və bununla bağlı şikayət əsasında 20 nəfərədək polis əməkdaşlarının hadisə yerinə gəlmələrini, araşdırma aparılmasını, Nəsimi Rayon Məhkəməsində mülki mühakimə icraatı qaydasında işə baxılmasını, lakin yekun qərar verilmədiyini, bütün bunlar barədə özünün və müdafiəçisinin verdiyi vəsatətlərin istintaqda araşdırılmadığını bildirmişdir. Həmin vəsaitlə iş birliyində istehsal edilmiş malları həmin şəxslərin ona məxsus cəmiyyət tərəfindən icarəyə götürülmüş sexin qapısını sındırıb istehsala qoyduqları pulun dəyərindən bir qədər də artıq məhsulları ondan xəbərsiz götürüb aparmışlar. Məhsulların onlar tərəfindən aparılmasını təsdiq edən şahidlər olsa da, həmin şahidlərin dindirilməsi barədə vəsatətləri əsassız rədd edilmişdir. Məhkum özünü işgüzar şəxs kimi təqdim edib özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi daşıması, qeyd edilən müqaviləni özünün cinayətkar niyyətinə uyğun istifadə etməsi, müqavilə predmeti üzrə sərmayə qoyuluşunun gəlirli olması görüntüsü yaratmaq üçün həmin müqaviləni nümayiş etdirib yalan vədlərlə sərmayə qoyulmasına və nəticədə sərmayənin ələ keçirilməsinə nail olmaq məqsədi daşıması barədə istintaqın və məhkəmənin gəldiyi nəticə əsassızdır, həqiqəti əks etdirmir və iş materialları ilə tam təkzib edilir. İş materialından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3lə Məhkum arasında 25 dekabr 20 18-ci ildə razılaşma müqaviləsi bağlanmış, Zərərçəkmiş şəxs3 razılaşmada olan işlərin görülməsi üçün Rəsula Süleymanov və Məhkum 50.000 manat vermişdir. Həmin pulla Məhkum direktoru olduğu MMC ilə Dövlət Sərhəd Xidməti arasında bağlanmış müqavilənin 6-cı bəndində göstərilən 72.000 manatlıq mal istehsal edilmiş, malın DSX-nə təhvil verilməsində problem yaranmış və bu səbəbdən hazır məhsullar sexin anbarında saxlanılmışdır. 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 satışın baş tutmadığını görüb istehsal olunmuş malları ələ keçirmək qərarına gəlmiş, adam göndərərək sexin qapısını sındırıb malları gizli aparmışlar. İcarə götürülmüş sexin məxsus olduğu səhmdar cəmiyyətin sədri Ələddin Ağayev malların kim tərəfindən aparıldığı barədə məlumat verdikdən sonra R.MəhkumMiriye vlə telefon əlaqəsi yaradaraq malların aparılmasının səbəbini soruşmuş, Zərərçəkmiş şəxs3 malların onun pulu ilə tikildiyini və satılmadığı səbəbindən apardığını bildirmişdir. 2020-ci ilin may-iyun aylarında dəfələrlə Zərərçəkmiş şəxs3lə görüşərək malları geri qaytarmasını, malların satışını təşkil edib onun pulunu ödəməyi bildirdikdə, Zərərçəkmiş şəxs3 malın onda olduğu, lakin pulunu əvvəlcədən almasa qaytarmayacağını demişdir. Malların onda olması barədə səs yazıları var, onlar istintaqa təqdim edilsə də, araşdırılmamışdır. Məhkum Zərərçəkmiş şəxs3 malları geri qaytarmadığını gördükdən sonra, oğurlandığı barədə Xətai polisinə şikayət etmiş, polis tərəfindən oğurluq yerindən Zərərçəkmiş şəxs3 zəng vurmuş, Zərərçəkmiş şəxs3 isə malın onun pulu ilə tikildiyindən malları özünün apardığını bildirmişdir. 36-cı Polis bölməsində təhqiqat aparılmış və Xətai Prokurorluğu şikayət materialını yoxlayaraq işin mülki xarakterli olduğunu təhqiqata tövsiyə etmiş, təhqiqat isə işin mülki xarakterli olduğuna dair qərar qəbul edilmiş, bu hadisə 2020-ci ilin sentyabr ayında baş vermişdir. Sonradan məlum olmuşdur ki, 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs3 DİN-ə yalan məlumat yazaraq onun verdiyi vəsaitin hesabına 25 dekabr 2018-ci il tarixli razılaşmada göstərilən mallar tikilib DSX-nə verilmiş, 2019-ci ilin dekabr ayında pullar alınmış, lakin puldan istifadə edilmiş, pulları ona geri qaytarılmamışdır. Çünki 2019-ci ilin dekabrında gələn pullara görə mallar uçuş geyimi deyil. Məhkum öz pulu ilə istehsal etdiyi qış gödəkcəsi və qış şalvarının satışından əldə edilmiş vəsaiti olmuşdur. Pu lların Zərərçəkmiş şəxs3 və digər şəxslərə heç bir aidiyyəti olmamış, bu barədə məhkəmə prosesi vaxtı sənədlər məhkəməyə təqdim edilmişdir. Müqavilə üzrə işlərin görülməsi üçün Zərərçəkmiş şəxs3 həqiqətən 50.000 manat pul qoyulmuş və məhsul istehsal edilmiş, lakin DSX malda defekt aşkar etdiyindən qəbul etməmiş və mallar anbarda saxlanmışdır. Zərərçəkmiş şəxs3 qoyduğu pulu götürmək üçün anbarda saxlanan malları qanunsuz sexin qapısı sındırıb 72.000 manatlıq mal aparılmışdır. Beləliklə, Zərərçəkmiş şəxs3 qoyduğu 50.000 manatın əvəzinə 72.000 manatlıq mal götürsə də, təqsirləndirilən şəxsdən əlavə pul istəyir və dostlarının təsiri ilə təqsirləndirilən şəxsə qarşı hədə-qorxu qəlib tutdurmağa çalışır. Zərərçəkmiş şəxs3 malları ambarın qapısını sındırmaqla aparmasını təsdiq edən şahidlər və süb utlar barədə istintaqa bildirilsə də, yazılmış vəsatəti rədd edilmişdir. Məhkəmə isə CPM-in 121.2-ci maddəsinin tələblərini pozaraq eyni vəsatətləri təmin etməmişdir. Məhkum istehsalı genişləndirmək məqsədilə Rövşən Məmmədli ilə görüşmüş və qarşılıqlı razılıq əsasında birgə fəaliyyət barədə razılığa gəlmişlər. Məhkum DSX ilə əsgər geyimi satışına dair müqaviləsi olduğunu və yaxşı pul qazanmaq imkanı olduğunu görən Rövşən Məmmədli onunla iş birliyi qurmuş, bağlanmış 19 dekabr 2017-il tarixli müqavilənin icrası üçün 24 fevral 2019-ci ildə oğlu Azərə və Zərərçəkmiş şəxs1 40.000 ABŞ dolları verərək İrandan 15.300 metr parçanın gətirilməsinə həmin ölkəyə göndərmiş, 40.000 ABŞ dolları Məhkum tanışı Tahir Məmmədovun iştirakı ilə parça satan iranlının nümayəndəsinə verilmiş, 2019-cu ilin mart ayın ortaları hamin parçalar Bakıya gətirilmiş, Rövşən Məmmədli Bakıda olmadığından kargo pulunun verilməsini oğlu Azərə tapşırmış, Azər isə 10.000 ABŞ dollara yaxın pulu kargoya vermiş, mallar Məhkum iştirakı ilə götürülüb sexə gətirilərək istehsala başlanmış, malların istehsalı üçün köməkçi materialların alınması və tikiş haqqı Rövşən Məmmədli tərəfindən ödənilmiş, köməkçi materialların Binə bazarından alınmasının bir hissəsi Rövşən tərəfindən, bir hissəsi oğlu Azər, bir hissəsi Zərərçəkmiş şəxs1, bir hissəsi isə Məhkum tərəfindən mal satanlara ödənilmişdir. Bu barədə qaimə fakturalar iş materialında var. Rövşənin pulu ilə gətirilmiş 15.500 metr parçadan istehsal olunmuş 2725 ədəd gödəkcə 2019-cu ilin aprel ayında Rövşən tərəfindən Məhkum məlumat verilmədən aparılmış və onun anbarında saxlan ır. Qalan parçalar yarı-fabrikat formada Məhkum icarə işlətdiyi (Göyçay Tikiş fabrikində istehsal prosesində qalmış, qalan hissəsi isti şalvar tikilib və parça formasında Məhkum məxsus anbarda qalmışdır. Həmin mallar bu gün də oradadır. Rövşən Məmmədlinin apardığı 2725 ədəd gödəkcə Məhkum olan şalvar və gödəkcə ilə komplekt halına salınsa, satışdan 240.000 manat əldə edilər. Malların komplekt halına salınması üçün Rövşənə dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq, satılmasını təşkil etməyə və özünün də qoyduğu pulu götürməyə imkan və şərait yaratmamışdır. Rövşən Məmmədli 20.000 manat dəyərində tikiş maşınları və sair avadanlığı 2020-ci ilin fevral ayında Məhkum icarə ilə işlətdiyi sexdən söküb aparmışdır. Sonradan həmin avadanlıq və tikiş maşınları həmin sexin sahibi O.Ağay evə satılmışdır. X3 Məhkum 280.000 manat pul verməsi barədə yazdıqları həqiqətə uyğun deyil. Rövşən məhsul istehsalına 50 min dolları Rzaya deyil, oğlu Azərə, Zərərçəkmiş şəxs1 verib İrana göndərmiş, tikiş sexinə maşınlar almış, mebellər alıb quraşdırmış və hazır məhsul istehsal edilmişdir. Pulun Rza tərəfindən xərclənməsi barədə istintaq orqanının və məhkəmənin gəldiyi nəticə əsassızdır və iş üzrə toplanmış sübutlarla təkzib edilir. Rövşən Məmmədli pulu birgə iş birliyi ilə məhsul istehsalı üçün qoymuş, istehsal olunmuş 250.000 manat malın gödəkcəsini apararaq özündə saxlamış, şalvarın isə yarısı tikilmiş, yarısı yarı-fabrikat və parça formasında sexdə qalmışdır, Mütəxəssis qiymətləndirmə aktına əsasən, Məhkum məxsus anbarda qalmış malların dəyəri 166.000 manat həcmindədir. Mütəxəssis a ktı məhkəməyə təqdim edilmiş, ittihamın düzgün həll edilməsi üçün zəruri olsa da, əsassız şəkildə araşdırılmamış, ekspertiza keçirilməsi ləmin edilməmişdir. Həmin mallar komplektləşdirilərək satılmalıdır ki, R.Məmmədli birgə istehsala sərf etdiyi vəsaiti götürsün. Malların komplektləşdiriİməsi barədə Məhkum təkidlərini R.Məmmədli qəbul elməkdən imtina etmişdir. Ona görə ki, 180 min manat dəyərində paltarları oğurlayıb aparmış və malları 58 min manata sataraq pulunu xərcləmişdir. Müqaviləyə əsasən həmin gödəkcə və şalvarın bir dəstinin qiyməti 83 manat təşkil edir. Beləliklə, 240.000 manatlıq paltarın 2725 ədəd gödəkcəsi Rövşən Məmmədlidə, 275 ədədi Məhkum qalmış və cəmi 3000 gödəkcə və şalvar komplektləşdirilərsə, malın dəyəri 249.000 manat edir. Rövşənin sexdə quraşdırdığı və sonradan sex in icarədarı O.Ağayevə satdığı ofis mebeli, tikiş maşınları və avadanlıqların dəyəri 20.000 manatdan yuxan təşkil edir. Əlavə 1000 ədəd gödəkcə biçilərək Göyçay Tikiş fabrikində istehsal prosesində qalmış, mütəxəssis rəyinə əsasən, onların dəyəri 166 min manat təşkil edir. 3000 dəstin qiyməti 249.000 manat, 20.000 manat (tikiş maşınlar və sair avadanlıqların dəyəri) və 166 min manat dəyərində (anbarda qalan hazır məhsul) cəmi 269.000 manat təşkil edir. 52.000 manatlıq gödəkcə isə əlavə Göyçay Tikiş fabrikində qalmış, nəticədə Rövşənin pulu ilə gətirilmiş parçadan hazırlanmış malların və tikiş prosesində olan malların ümumi dəyəri 445.000 manat təşkil edir. Belə olan halda, Rövşən Məmmədli və Zərərçəkmiş şəxs3 Məhkum qarşı şər-böhtan ataraq, Korrupsiya ilə mübarizə idarəsinə yazdığı şikayət lər yalan və şər-böhtandan başqa bir şey deyil. İstintaq orqanı və məhkəmə bu epizod üzrə təqsirləndirilən şəxsin və əlaqəli şahidlərin ifadəsini almamış, hadisə yerinə baxış keçirməmiş, aparılan və anbarda qalan malın dəyərini müəyyən etməmiş, bu barədə müdafiə tərəfin verdiyi vəsatətlər əsassız rədd edilmişdir. Zərərçəkmiş şəxs1 2018-ci ilin sentyabr ayında Məhkum telefonuna mesaj yazaraq, mötəbər bir adamın köməkçisi olduğunu və ona zəng etməsini xahiş etmiş, mesaj bu günə kimi Məhkum telefonunda saxlanılır. Məhkum həmin şəxslə tanış olmuş, onun hərbi sifariş yerinə yetirdiyini bildiyini deyib bir neçə dəfə Bakıxanov qəsəbəsində fabrikə gəlib görüşmüşdür. Sonra Məhkumla iş birliyi qurmaq istədiyini demiş, 2019-ci ilin fevral ayının ortası İrandan gələn parçanı karqodan götürüb Rza 13.00 0 manat karqoya vermiş, mallar tikilmiş və Rövşən anbarına yığaraq bu gün də orada saxlanılır. 2019-ci ilin may ayında Zərərçəkmiş şəxs1 5000 manatı Rəsətlə imzalanmış 25 dekabr 2018-ci il tarixli sazişə əsasən istehsal edilmiş uçuş geyimləri üçün köməkçi materialın çatışmayan hissəsini almaq üçün Binə bazarında Rafiq adlı şəxsin dükanına vermiş, köməkçi materiallar sexə göndərilmiş, Məhkum tərəfindən paltarlar sexdə tikilməsi təmin olunmuş və 72.000 manatlıq uçuş geyimləri hazırlanmış, 13.000 və 5000 manat puldan əlavə Zərərçəkmiş şəxs1 bir manat da olsun istehsalata pul qoymamış və Məhkum bir manat da verməmişdir. 5000 manat verib uçuş geyimləri üçün köməkçi materialları aldığı uçuş geyimlərini isə özü Zərərçəkmiş şəxs3 adamları ilə birlikdə Məhkum məlumat vermədən, onun müəssisəsinə məx sus sexin qapısını sındıraraq oradan oğurlamışlar. Bu adamlar Məhkum qarşı şərböhtan atır. 02 il müəssisəsinin iş fəaliyyətini bərbad hala salaraq, fəaliyyət göstərməyə goymamış və ona külli miqdarda ziyan vurmuşlar. Göründüyü kimi, Məhkum müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığından azadlıqdan məhrum edilmişdir. Beləliklə də, iş materialları ilə tam sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və X11 qarşı hər hansı bir formada dələduzluq cinayətini törətməmişdir və onun əməlində ümumiyyətlə həmin zərərçəkmiş şəxslərlə bağlı hər hansı bir cinayətin tərkibi yoxdur. Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi2 onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədaləts iz və qanunsuzdur. Belə ki, qəbul edilmiş qərar işin hallarına uyğun deyil, məhkəmə istintaqı hərtərəfli araşdırılmamış və iş üçün əhəmiyyət kəsb edən əsas hallara hüquqi qiymət verilməmişdir. Kassator şikayətində qeyd etmişdir ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs3 Abasət oğlu gəlir əldə etmək məqsədilə Məhkum ilə işgüzar münasibətlər qurmaqla müqavilə əsasında sərmayə qoyulmasına razılaşmış və ilkin olaraq materiallrın alınması üçün müqavilə əsasında ödəniş etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin yaranmış işgüzar əlqələri mülki xarakterlidir. Belə ki, Məhkum Dövlət Sərhəd Xidmətinin elan etdiyi 72000 manatlıq tenderdə qalib gəlmiş və buna dair ikitərəfli qaydada müqavilə imzalanması məlumatlı şəxslərin qazanc məqsədilə bu sahəyə investis iya qoymaq və birgə iştirak etməklə istehsalı genişləndirmək təklifləri olmuşdur. Hazırkı iş üzrə Zərərçəkmiş şəxs3 25 dekabr 2018-ci il tarixdə müraciət edərək müqavilə bağlamaq və sərmayə qoymaq istədiyini bildirmiş, 25 dekabr 2018-ci il tarixdə onunla razılaşma əldə edilərək müqavilə bağlanılmış, 26 dekabr 2018-ci il tarixdə 15000 manat, (Zərərçəkmiş şəxs1) 09 yanvar 2019-cu il tarixdə 15000 manat, sonrakı mərhələdə isə razılaşmanın şərtlərinə uyğun olaraq 20000 manat (Zərərçəkmiş şəxs1) ödəniş etməklə gəlir əldə etmək məqsədilə sərmayə qoymuşdur. Razılaşma əsasında 72000 (yetmiş iki min) manatlıq mal hazırlanmış və Sabir Həsənov vasitəsilə 25 iyul 2019cu il tarixdə elektron qaimə vurulmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə göndərilmişdir. Lakin, hazır məhsullarda xırda ç atışmazlıqlar olduğundan geri qaytarılmış və anbara təhvil verilmişdir. Zərərçəkmiş şəxs3 müqavilə şərtlərini pozaraq, tanışları Zərərçəkmiş şəxs1, Rövşən Məmmədli və başqa bir şəxslə gödəkcələr hazırlanan sexə gəlmiş, icarəyə götürdüyü sexin sahibi "xxxx" ASC-nin baş direktoru X7 iş otağında çay içdikdən sonra hazır məhsullar olan anbarın qapılarını sındırmaqla X7 gözü qarşısında 72000 manatlıq (yetmiş iki min) 300 dəst hazır geyim əşyalarını aparmışdır. Bu barədə məlumat aldıqda aidiyyəti hüquq mühafizə orqanlarına məlumat verilməmişdir. Lakin, sonradan buna dair əsaslar, səs yazıları və şahidlər olmasına baxmayaraq məhsulu aparmadığını bildirmiş, bundan sonra Məhkum aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinə şikayət etmişdir. Xətai rayon Prokurorluğunda və Xətai Rayon Polis İdarəsində a raşdırma aparılmış mübahisənin məzmunu mülki xarakterli xüsusatlar olduğundan, eyni zamanda Nəsimi rayon Məhkəməsinin icraatında tərəflər arasında mülki mübahisə ilə bağlı iş icraatda olduğuna görə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda da həmin borc tələbi ilə bağlı mübahisə Nəsimi rayon məhkəməsinin icraatındadır (hələlik baxılmamış saxlanılır.) Bu halları təsdiq edən onadək şahid ifadələri, səs yazıları və digər sübutlar vardır. Nədənsə araşdırmalar zamanı səs yazıları birtərəfli qaydada çıxarılaraq işə əlavə olunması araşdırılmayıb və hüquqi qiymət verilməmişdir. Məhkəmənin göstərdiyi 55.830 manat Məhkum Zərərçəkmiş şəxs3 pul alması həqiqəti əks etdirmir. Eyni zamanda Bakı Ağır Cinayətlər Məhkəməsində Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə bildirmişdir ki, əlində nə qədər pul var ver, məndə olan malı sənə qaytarım, sonuncu əlində olan 14.000 min manat pulu Zərərçəkmiş şəxs3 verir, lakin Zərərçəkmiş şəxs3 isə verdiyi sözü yerinə yetirmir, apardığı malları geri qaytarmır və həmin malı artıq satdıqlarını bildirmişdir. Beləliklə müqavilə əsasında Zərərçəkmiş şəxs3 alınan 30.000 min manatın 14.000 min manatı ona qaytarılır, ancaq iş üzrə zərərçəkmişlər hesab olunanlar Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Rövşən Məmmədli hazır məhsul olan sexin qapısını qıraraq oradan 72.000 manatlıq 300 dəst kombinezon və gödəkcəni oradan aparmışlar. Qeyd olunanlar barədə cinayət işinin materiallarında DSX-nin N nömrəli hərbi hissəsindən verilmiş arayış təsdiq edir ki, mallar tikilmişdir. Lakin qəbul edilmədiyi üçün yenidən “Xətai Tikiş 2”-də yerləşən sexdə yığılmış və orada n da oğurlanmışdır. Malların Zərərçəkmiş şəxs3 olması barədə səs yazısı vardır. Lakin nə hüquq mühafizə orqanı və məhkəmə tərəfindən bu səs yazılarına hüquqi qiymət verilməmişdir. Malların tapılması barədə dəfələrlə Daxili işlər orqanına və prokurorluğa şikayətlər edilmiş, lakin mallar tapılmadığına görə müqavilə üzrə borcun qaytarılması mümkün olmamışdır. Eyni zamanda məhkəmə göstərir ki, cinayət işinin materiallarında olan Məhkum əlyazmasından görünür ki, Rövşən Məmmədlidən cəmi 290.196.80 manat pul vəsaitini almışdır və şəxsi ehtiyaclarına xərcləyərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Rövşən Məmmədliyə məxsus pul vəsaitini ələ keçirib ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla bağlı bildir ir ki, təqsirləndirilən şəxs Məhkum Rövşən Məmmədlidən heç vaxt 290.196.80 manat almamış, bu barədə hər hansı əlyazma mövcud deyildir. Bu yalan məlumatdır və həqiqəti əks etdirmir. Məhkəmə öz qərarını 290.196.80 manatın Məhkum əlyazmasına istinad etməklə əsaslandırmağa cəhd etməklə kobud qanun pozuntusuna yol vermişdir. Göründüyü kimi qeyd olunanlar ziddiyyətlidir, lakin məhkəmə tərəfindən ədalətli araşdırma aparılmamış və hüquqi qiymət verilməmişdir. Müstəqil tələblər irəli sürən şəxs Maraqlı şəxs kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, ünvan 10 ünvanında yerləşən yaşayış sahəsi onun mülkiyyətindədir, o, həmin mənzili X4 30 iyul 2020-ci il tarixdə alqı-satqı yolu ilə almış və onun həmin mənzilə mülkiyyət hüququ 13 avqust 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət r eyestrində qeydiyyata alınmışdır. O, nə Məhkum, nə də mənzili aldığı X8 tanımır, onlarla heç bir tanışlıq və qohumluq əlaqələri yoxdur. Həmin mənzilin Məhkum və ya X13 tərəfindən hansı yolla əldə edilməsi barədə heç bir məlumatı yoxdur. Hökmdə göstərilmişdir ki, Məhkum mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil barəsində xüsusi müsadirə tətbiq edilsin. Lakin məhkəmə hökm çıxarılan vaxt həmin mənzilin həqiqətən də Məhkum mülkiyyətində olmasını təsdiq edən reyestr məlumatları əldə etməmiş və qanunsuz olaraq onun mülkiyyətində olan mənzilə xüsusi müsadirə tətbiq etmişdir. Beləliklə, istintaq orqanı tərəfindən heç bir araşdırma aparılmadan, həmin mənzilin hazırkı mülkiyyətçisi ilə bağlı müvafiq dövlət orqanlarına sorğular verilmədən, adı gedən mənzilin hazırkı mülkiyyətçisi kimi isti ntaqa cəlb edilmədən məhkəmədən adı gedən mənzilə xüsusi müsadirənin tətbiq olunması xahiş edilmiş, birinci instansiya məhkəməsi də araşdırma aparmadan, mənzilin hazırkı mülkiyyətçisi barədə məlumatları əldə etmədən və nəticədə mənzilin hazırkı mülkiyyətçisi kimi onu məhkəməyə cəlb etmədən mülkiyyətində olan adı gedən mənzilin müsadirə olunması ilə bağlı qərar qəbul etmişdir. Nəticədə, birinci instansiya məhkəməsi onun mülkiyyətçisi olduğu ünvan 10 ünvanında yerləşən yaşayış sahəsinin müsadirə edilməsi ilə bağlı qərar qəbul etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3.-cü maddəsinin tələblərini və onun mülkiyyət hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Apellyasiya şikayətinə dəlillərinin əsası kimi həmin əmlakın alqı-satqısına dair 30 iyul 2 020-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin, həmin əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial təsdiq olunmuş surətlərini əlavə etmiş (həmin sənədlər bu şikayətə də əlavə olunur) və müvafiq izahatlar vermişdir. Məhkəmə və istintaq orqanı həmin əmlakın üzərinə ondan gizlin şəkildə, onun xəbəri olmadan həbs qoyub. Belə ki, məhkəmə 25 yanvar 2021-ci il tarixdə həmin əmlakın üzərinə həbsin qoyulması barədə vəsatətə və təqdimata baxarkən həmin əmlakın mülkiyyətçisinin Məhkum deyil, onun olduğunu müəyyən etmədən, həmin vəsatət və təqdimata baxılması haqqında ona heç bir məlumat vermədən ondan gizlin şəkildə işə baxmış və qərar qəbul etmişdir ki, bu da Konvensiyanın 6 maddəsinin pozuntusudur. Üzərinə həbs qoy ulan və sonradan müsadirə edilən əmlakın reyestr məlumatlarına baxmaq kifayət edir ki. həmin əmlakın 30 iyul 2020-ci il tarixdən etibarən ona məxsus olması və həmin əmlakın Məhkum heç bir aidiyyətinin olmaması müəyyənləşdirilsin. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Lakin belə sübutlar iş materiallarında mövcud deyil. Lakin iş materiallarında onun tərəfindən təqdim edilmiş, həmin əmlakın 30 iyul 2020-ci il tarixdə X4 aldığına dair müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətlərinin olmasına, eyni zamanda apellyasiya instansiyası məhkəməsində həmin əmlakı satın alarkən onun əvvəlki mülkiyyətçisinin Məhkum olmasının, həmin əmlakın Məhkum tərəfindən hansı yolla, hansı pul vəsaiti hesabına alınması barədə məlumatsız olduğu, həmin mənzilin təqsirləndirilən şəxs Məhkum tərəfindən Fazil Məmmədova satıldığı, sonradan isə həmin mənzilin Fazil Məmmədov tərəfindən mənə satıldığı müəyyənləşdirilsə də, məhkəmə şikayətinin dəlillərinə, müsadirənin qanunsuz olduğunu təsdiq edən tərəfindən təqdim edilmiş sübutlara qiymət vermədən qərarda sadəcə göstərmişdir ki, məhkəmə kollegiyası Bakı şəhəri Azadlıq prospekti 95 mənzil 33də yerləşən 68,5 kv.metr yaşayış sahəli olan 04 otaqlı mənzilin üzərinə birinci instansiya məhkəməsi tərəfindən həbs q oyulduğunu qeyd olunan mənzillə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından müstəqil tələblər irəli sürən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında şikayətinin təkzib edilməsi kimi vurğulanmış “cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlar” kimi həmin əmlakın təqsirləndirilən şəxs Məhkum mülkiyyətində olduğu dövrə aid birinci instansiya məhkəməsində istintaq orqanı tərəfindən əldə e dilmiş və təqdim edilmiş reyestr məlumatlarını nəzərdə tutur. Halbuki, birinci instansiya məhkəməsi cinayət işinə baxarkən və hökm çıxararkən həmin mənzilin hazırkı mülkiyyətçi barədə reyestr məlumatlarını əldə etməsə də, iş materiallarında həmin əmlakın onun tərəfindən satın alması barədə sübutlar olmasa da, onu müstəqil tələblər irəli sürən şəxs kimi işə cəlb etməsə də, apellyasiya instansiyası məhkəməsində onun tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş həmin əmlakın alqı-satqısına dair müqavilənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətlərinin mövcudluğu və həmin əmlakın əvvəlki mülkiyyətçiləri tərəfindən əmlakın hansı yolla, hansı pul vəsaiti hesabına alınması barədə məlumatsız olduğunun, həmin mənzilin təqsirləndirilən şəxs Məhkum tərəfindən Fazil Məmmədova satıldığı, sonradan isə həmin mənzilin Fazil Məmmədov tərəfindən ona satıldığının, nəticədə təqsirləndirilən şəxsə aidiyyəti olmayan və əslində onun əmlakının müsadirə olunmasının, onun mülkiyyət hüquqlarının pozulmasının apellyasiya instansiyası məhkəməsində təsdiq edilməsi (sübuta yetirilməsi) hökmün mənzilin müsadirə olunması hissəsinin qanunsuz və əsassız olmasını təsdiq edir. Bu isə onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsasdır. Lakin, apellyasiya instansiyası məhkəməsi bütün göstərilən dəlillərə, sübutlara və verdiyim izahatlara göz yummuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstəril ənlərə əsasən kassasiya şikayətləri qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışın qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum və məhkumun müdafiəçisi Eynulla Şahvələdovun kassasiya şikayətlərinin başlıca dəlili Məhkum əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığından ona bəraət verilməli olduğu halda barəsində Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılmasının qanunsuz və əsassız olmasıdır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətləri üzrə işə baxıb birinci instansiya məhkəməsinin məhkumun təqsirliliyinin sübut olunması və ona bəraət verilməsi üçün əsasların olmaması barədə mövqeyi ilə razılaşaraq apellyasiya şikayətlərini təmin etməmişdir. Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisi Eynulla Şahvələdovun kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı aşağıda göstərilən səbəblərə görə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il № 7 qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmçinin həmin qərarda məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirl i bilməmiş və kassasiya şikayətlərinin dəlillərinə uyğun ifadə verərək göstərmişdir ki, onun zərərçəkmiş şəxslərə məxsus əmlakını aldatma və ya etibardan suiistifadə etmə yolu ilə ələ keçirməsi məqsədi olmamış və faktiki olaraq o, zərərçəkmiş şəxslərə məxsus heç bir əmlak ələ keçirməmişdir. O, zərərçəkmiş şəxslərlə gəlir əldə etmək üçün birgə kommersiya fəaliyyəti ilə məşğul olması barədə razılığa gəlmiş və həmin razılığa əsasən zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş pul vəsaitləri tam şəkildə kommersiya fəaliyyətə, yəni Dövlət Sərhəd Xidməti ilə bağlanmış müqavilələrə əsasən həmin qurum üçün geyim dəstlərinin tikilməsinə sərf olunmuşdur. Lakin İran İslam Respublikasından parçaların gec gəlməsi, onun direktor olduğu müəssisəsinin istehsalat imkanlarının kifayət qədər olmadığı və aşk ar edilmiş çatışmazlıqla əlaqədar Dövlət Sərhəd Xidməti tərəfindən hazır geyim dəstlərinin qəbul edilməsindən imtina olunması səbəbindən müqavilə üzrə sifarişin yerinə yetirilməsi ləngimişdir. Bunu görən zərərçəkmiş şəxslər razılaşma şərtlərini pozaraq, artıq tikilmiş və anbarda olan hazır məhsulları Məhkum razılıq olmadan aparmışlar. Məhz bu səbəbdən Dövlət Sərhəd Xidməti ilə bağlanmış müqavilələrin şərtlərini yerinə yetirilməmiş və gəlir əldə edilməmişdir. Öz ifadələrdə göstərilən halların təsdiqi üçün təqsirləndirilən şəxs Məhkum məhkəməyə bir sıra sənədlər təqdim etmiş və şahidlərin dindirilməsi barədə vəsatətlər vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərilən hallar faktiki olaraq onun Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsi ilə təqsiri olmasını ist isna edir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər isə həm birbaşa, həm də dolayı həmin halları təsdiq edir. Belə ki, işdə olan 30 iyul 2018-ci il tarixli k/49 nömrəli müqavilənin sürətindən görünür ki, Dövlət Sərhəd Xidməti tərəfindən "xxxx" MMC-dən 342.000 manat dəyərində uçuş geyimlərinin alınması razılaşdırılmış və müqavilənin qüvvədə olma müddəti bil il olmuşdur. Müqavilə üzrə qiymətlərin razılaşdırılması protokolunun 6-cı bəndində 300 texniki istiləşdirilmiş iş kombinizonu və gödəkçələrin istehsal olunmalı olduğu və həmin materiallara görə Xidmət tərəfindən 72.000 manat ödəniləcəyi göstərilmişdir. Cinayət işinin materiallarında olan DSX-nin N nömrəli hərbi hissəsində olan DSXnin Əşya-Geyim Laboratoriyasında aparılmış 30 iyul 2018-ci il tarixli k/49 nömrəli müqavilədə nəzərd ə tutulmuş və "xxxx" MMC tərəfindən təhvil verilmiş uçuş gödəkcəsi və şalvarı üzrə 22 dekabr 2018-ci il tarixli yoxlama nəticəsində həmin geyim vasitələrinin tenderin əsas şərtlər toplusuna cavab vermədiyi müəyyən edilmiş və maddi dəyərlilərin bu səbəbdən qəbulundan imtina edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai RPİ-in 36-cı PB-in təhqiqatçısı polis baş leytenantı F.Q.Şahverdiyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 avqust 2020-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-in direktoru Məhkum ərizəsi üzrə araşdırma aparılmışdır. Məhkum ərizəsində bildirmişdir ki, o müqaviləyə əsasən DSX-nə 72.000 manat dəyərində 300 dəst geyim mallarının tikilməsi üçün Zərərçəkmiş şəxs3 50.000 manat pul almış, həmin pulla 300 dəst geyim tikib DSXnə gö ndərmiş, lakin nöqsanların aradan qaldırılması üçün həmin mallar geri qaytarılmış və "xxxx" ASC-in icarəyə götürülmüş anbarına yerləşdirilərək saxlanılmışdır. Zərərçəkmiş şəxs3 borc verdiyi 50.000 manat pulun geri qaytarılmamasını əsas gətirərək anbardan mal götürüb aparmışdır. Odur ki, Zərərçəkmiş şəxs3 anbardan götürdüyü malın qaytarılmasında köməklik göstərməsini xahiş etmişdir. Araşdırmanın nəticəsində təhqiqat orqanı nəticəyə gəlmişdir ki, material üzrə cinayət tərkibi aşkar olunmamış, tərəflər arasında yaranmış mübahisə mülki xarakter daşıyır və cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ifadəsini mötəbər sübut kimi qəbul etməmiş, təqsirləndirilən şəxs Məhkum tərəfind ən təqdim edilmiş sənədləri tədqiq etmədən və onlara qiymət vermədən, təqsirləndirilən şəxsin ifadəsində göstərilən halların təsdiq edilməsi üçün şahidlərin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətlərini təmin etmədən onun təqsirsiz olması barədə ifadəsini mötəbər sübut kimi qəbul etməmiş və zərərçəkmiş şəxslərin ifadələrinə və zərərçəkmiş şəxslər tərəfindən Məhkum pul verilməsini təsdiq edən sənədlərə əsasən nəticəyə gəlmişdir ki, istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittiham öz təsdiqini tapmış, Məhkum Azərbaycan Respublikası CM-in 178.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Halbuki, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələrdən də görünür ki, onlar tərəfindən təqsirləndirilən şəxsə verildiyi pullarla DSX-in sifarişi ilə geyim dəstlərinin tikilməsi üçün müvafiq avadanlıq alınıb sexlərə quraşdırılmış, İran İslam Respublikasından Azərbaycan Respublikasına 15.000 metr parça alınıb gətirilmiş və geyim dəstlərinin tikilməsində istifadə edilmiş və tikilmiş mallar Məhkum tərəfindən anbara yığılmışdır. Həmçinin həm birinci instansiya məhkəməsi, həm apellyasiya instansiya məhkəmələrin məhkəmə iclas protokollarından görünür ki, müdafiə tərəfi işin bu, habelə məhkumun ifadəsində göstərilmiş, onun əməlində dələduzluq əlamətlərinin olmamasını müəyyən edən digər halları təsdiq etmək üçün məhkəmə qarşısında şahidlərin dindirilməsi, zərərçəkmiş şəxslərin verdikləri pulların hesabına tam və yarımçıq tikilmiş geyim dəstlərinin dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspert hesablamaların keçirilməsi barədə vəsatətlər qaldırmış, lakin məhkəmələr tərəfindən həmin vəsatətlər əsassız hesab edilərək təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı cinayət işi üzrə birinci və apellyasiya instansiya məhkəmələrinin qanun normalarının tələblərinə riayət edilməsini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 10.1-ci maddəsində təsbit edilmiş qanunçuluq prinsipinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə b ağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Azərbaycan Respublikası CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 121.2-ci maddəsinə əsasən vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edil məsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il 15 saylı qərarının 14-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilmiş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin 6 dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM- in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin hallarını və cinayət-prosessual qanunun normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, məhkəmələr təqsirləndirilən şəxsin təqsirini müəyyən edən sübutların tədqiq edilməsi və yoxlanılmasına dair Azərbaycan Respublikası CPM-in 121.2, 144-145-ci maddələri ilə üzərilərinə qoyulmuş vəzifə yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmiş, apellyasiya şikayətinin bu barədə dəlilləri araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhk əmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini də pozmuşdur. Məhkumun kassasiya şikayətinin digər dəlili, habelə müstəqil tələblər irəli sürən Maraqlı şəxs kassasiya şikayətinin və ona əlavənin əsa s dəlilləri ondan ibarətdir ki, dələduzluq nəticəsində cinayət işi üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş ünvan 2 ünvanda yerləşən 68,5 kv.metr yaşayış sahəsi olan 4 otaqlı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməsinin qanunsuz və əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, xüsusi müsadirənin əsasları Azərbaycan Respublikası CM-in 99-1 və 99-2-ci maddələrində müəyyən olunmuşdur. Həmin maddənin məzmunundan görünür ki, qanun xüsusi müsadirə edilməli olan əmlaka aşağıdakıları aid edir. 1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr. (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla). 2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habel ə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Habelə həmin maddə ilə müəyyən edilmişdir ki, cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 991.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əm lakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Azərbaycan Respublikası CM-in 99-2-ci maddəsi ilə həmçinin əmlakın dəyərinə görə xüsusi müsadirə nəzərdə tutulmuşdur. Yeni, CM-in 9-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Yuxarıda qeyd e dildiyi kimi Azərbaycan Respublikası CPM-in 139 və 349.5.1-ci maddələrinin tələblərinə görə işin halları, o cümlədən xüsusi müsadirənin əsaları yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli və R.Axundovun şikayəti üz rə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 fevral 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququna müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil Məhkum tərəfindən 11 oktyabr 2002-ci il tarixdə almışdır. 11 iyun 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Məhkum həmin mənzili X1 və mənzil sonuncunun mülkiyyətinə keçmişdir. 30 iyul 2020-ci il tarixdə X13 qeyd edilən mənzili Maraqlı şəxs satmışdır. Maraqlı şəxs mənzilə mülkiyyət hüququ Əmlak Məsəlləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestrində 13 avqust 2020-ci il tarixdə qeydiyyata alınmış və hal-hazırda mənzil onun mülkiyyətindədir. Göründüyü kim i ünvan 2 ünvanda yerləşən mənzil Məhkum tərəfindən onun təqsirli bilindiyi cinayət əməllərinin törədildiyi dövrdən əvvəl almış və həmin əmlak cinayət yolu ilə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarından həmçinin görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilə həbs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə, yəni mənzilin artıq Maraqlı şəxs mülkiyyətində olduğu zaman qoyulmuşdur. Məhkəmə öz qərarı onunla əsaslandırmışdır ki, mənzil təqsirləndirilən şəxs Məhkum mülkiyyətindədir. İş materiallarından isə görünür ki, mənzilə həbs qoyulması zamanı həmin mənzil təqsirləndirilən şəxsin mülkiyyətində olmamışdır. İşin bu halları onu göstərir ki, ünvan 2 ünvanda yerləşən mənzil hazırkı cinayət işi üzrə Məhkum mülkiyyətində olmamış və CM-in 99-2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə, yəni əmlakın dəyərinə görə xüsusi müsadirə edilə biləcək əmlak kimi də qəbul edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində mübahisələndirən mənzilin cinayət yolu ilə əldə edilmiş əmlak olmadığından həmin mənzili almış Maraqlı şəxs mənzilin cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu da istisna edilir. Müstəqil tələblər irəli sürən Maraqlı şəxs mənzili öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə alınması iş materialları ilə müəyyən olunmur. Beləliklə, hazırkı cinayət işi üzrə müstəqil tələblər irəli sürən Maraqlı şəxs mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilin xüsusi müsadirəsi üçün Azərbaycan Respublikası CM-in 99-1 və 99-2-ci maddələri ilə müəyyən edilmiş əsaslarınd an heç biri müəyyən edilmədiyindən bu barədə birinci instansiya məhkləməsinin hökmü və həmin hökmün qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarı əsaslı və qanuni hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum və müstəqil tələblər irəli sürən Maraqlı şəxs apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğuna dair gəldiyi nəticəni əsaslandırılmamış hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfindən təqdim etdiyi, irəli sürülmüş ittihamın tam, hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədq iq etmədikdə və törətmiş əməlinin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədq iq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı keçirməklə tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar