Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1228/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2021-cı il tarixli hökmü ilə (hakim İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə,) xx.xx.1978-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, xx qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçə kmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi) Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) 09 fevral 2022ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, məhkum X8 əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsindən CM-nin 127.2.3-cü maddəsinə tövsif edilmiş, CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. “8 Noyabr-Zəfər Günü münasibətilə A mnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkum X10 hazırki qərar əsasında Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 1 il 6 müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və onun üzərində qəti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2021-cı il tarixli hökmü ilə X13 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qısqanclıq niyyətilə qisas almaq məqsədilə ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd cinayət əməlini törətmişdir. Belə ki, o, Şəmkir rayon məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(076)277/2021 nömrəli qətnaməsinə əsasən Şahid2 ilə arasında xx.xx.2006-cı il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində bağlanmış və 41 nömrə ilə qeydiyyata alınmış nigah pozulduqdan sonra və əvvəllər birgə nigah dövründə də arvadı Şahid2 həmkəndliləri Zərərçəkmiş şəxs1 ilə ona xəyanət etməsindən şübhələnərək, sonuncunu qısqanclıq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, Məhkum bu məqsədilə 09 may 2021-ci il tarixdə, saat 18 radələrində idarə etdiyi “VAZ 2106” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir-Seyfəli avtomobil yolunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində «Asiman Petrol» yanacaq doldurma mənətqəsindən təxminə n 1 km aralı məsafədə Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən hərəkətdə olan dayısı oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili görərək qəsdən əks istiqamətdə yola çıxıb avtomobili ilə sonuncunun hərəkətdə olan avtomobilinin ön bufer hissəsindən vuraraq hərəkətinin qarşısını alıb dayandırmış, toqquşma nəticəsində avtomobilin ön oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmadığından ağırlıq dərəcəsi təyin edilməyən sol gicgah nahiyəsinin şişkinlik və ağrı halında əzniyi xəsarətləri almış, bundan sonra o, qeyri şəxsdən əldə etdiyi, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, «3k» modelli, “8745” nömrəli, xarici çaxmaqlı, Rusiya Federasiyası istehsallı, təklülə li yivsiz odlu ov silahı olan tüfəngi avtomobilin arxa oturcağının söykənəcək hissəsinin arxa hissəsindən götürərək, Zərərçəkmiş şəxs1 nümayiş etdirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 və onunla birgə avtomobildə oturmuş Zərərçəkmiş şəxs2 Məhkum əlinə silah götürməsindən və onlara real atəş açacağından qorxub avtomobildən düşməklə qaçmağa başlamış, Məhkum qısqanclıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə ov tüfəngindən eyni istiqamətdə qaçan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arxasından təxminən 30 metr məsafədən ümumi təhlükəli üsulla bir dəfə atəş açaraq Zərərçəkmiş şəxs1 sağlamlığa az ağır zərər vurduğundan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sol oturaq sinirinin neyropatiyası ilə müşayiət olunan sol budun yuxarı üçdə birinin arxa-bayır səthinin, sol budun o rta üçdə birinin arxa səthinin, sol budun aşağı üçdə birinin, sol diz oynağının və sol baldırın yuxarı üçdə birinin bayır səthinin yumşaq toxumalarının kor və dəlib keçən qırma yaraları ilə müşayiət edilən, cəmi 7 (yeddi) ədəd xəsarət yetirmiş, ikinci dəfə atəş açmaq üçün patronu silahın yuvasına yerləşdirmək istəyən zaman hadisə yerində olan Zərərçəkmiş şəxs1 atası Şahid1 Məhkum tutub yerə yıxaraq əlindən ov tüfəngini alması, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində Məhkum, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən qısqanclıq niyyətilə ümumi təhlükəli üsulla adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməli CM-in 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə əsassız olaraq tövsif edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsinin hökmündə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış bir-birini tamamlayan mümkün, mötəbər, aidiyyəti və ümumilikdə kifayətedici sübutların məcmusu əsasında baş vermiş cinayət hadisəsinin tam mexanizmi müəyyən edilmişdir. Lakin, apellyasiya məhkəməsi əsassız olaraq, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin ölümündən ibarət nəticəni arzu etsə idi, həmin məsafədən zərərçəkmiş şəxsin digər daha öldürücü nahiyəsindən nişan alaraq atəş aça bilməsi və ya sonradan təkrarən atəş aça bilməsi, onun belə bir imkanı olduğu halda bunu etməməsi, eyni zamanda təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin ölümünü arzu etməsi və bu arzusunu reallaşdırmaq üçün də heç bir əsaslı səbəb mövcud olmaması nəticəsinə gəlmişdir. Necə ola bilər ki, bir şəxs seçdiyi alətin, seçdiyi üsulun və əməlinin ümumi təhlükəli olduğunu dərk edir, şəxsə odlu silahla atəş açac ağı halda onun təhlükəli nəticələrini görür, lakin baş verə biləcək nəticəni arzu etmir. Cinayətə cəhdin mümkün formaları əsasında qeyd olunmalıdır ki, şəxsin zəruri saydığı əməlin müəyyən hissəsini yerinə yetirə bilməməsi, buna görə də cinayətin başa çatmaması ilə xarakterizə olunan “cinayətə bitməmiş cəhd”dən fərqli olaraq, şəxs cinayəti başa çatdırmaq üçün zəruri saydığı və obyektiv olaraq cinayətin başa çatması üçün kifayət hesab edilən hərəkətləri edir, lakin onun iradəsindən asılı olmayaraq ictimai təhlükəli nəticə baş vermirsə bu hal “cinayətə cəhdin bitmiş forması”nı göstərir. Araşdırılan halda Məhkum tərəfindən bilavasitə cinayətin törədilməsinə yönəlmiş hərəkət tam və ya qismən hər bir halda icra olunmuş və həmin andan onun əməlində qəsdən adam öldürməyə cəhd cinayət tərkibi mö vcud olmuşdur. Bundan sonra baş verənlər onun iradəsindən asılı olmamışdır və o, hadisənin bilavasitə cinayətin törədilməsinə yönəlmiş hərəkətdən sonrakı gedişinə nəzarət edə bilməzdi. Məhkum və Zərərçəkmiş şəxs1 arasındakı əvvəlki qarşılıqlı münasibətləri, arvadı Şahid2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə ona xəyanət etməsindən şübhələnməsi, zərərçəkmiş şəxsi odlu silahla vurması, Zərərçəkmiş şəxs1 sağlamlığa az ağır zərər vurduğundan sağlamlığın uzun müddət pozulmasına səbəb olan cəmi 7 (yeddi) ədəd xəsarət yetirməsi, ikinci dəfə atəş açmaq üçün patronu silahın yuvasına yerləşdirmək istəyən zaman hadisə yerində olan Zərərçəkmiş şəxs1 atası Şahid1 Məhkum tutub yerə yıxaraq əlindən ov tüfəngini alması, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq həkim lər tərəfindən ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində Məhkum, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən qısqanclıq niyyətilə ümumi təhlükəli üsulla adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsini təsdiq edir. Məhkəmə kollegiyası isə, hadisədən uzun müddət keçməklə hal-hazırda barışmış zərərçəkmiş şəxs və onun qohumlarının apellyasiya məhkəməsində verdikləri Məhkum müdafiəsinə yönəlmiş ifadələrini əsas götürmüşdür. Halbuki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum dayısı oğlu, Şahid1 dayısı, Zərərçəkmiş şəxs2 isə xalası oğlu olmaqla cinayət işinin nəticəsinə maraqlıdırlar. Həmçinin, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 atası Şahid1 hadisə baş verən zam an oraya gəlməsini inandırıcı qəbul etməmiş, onun hadisə baş verəndən sonra həmin yerə gəlməsi və bu zaman Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə yerində olmaması qənaətinə gəlmişdir. Əslində isə Şahid1 ibtidai istintaq və birinci instasiya məhkəməsində verdiyi ifadələrində hadisə günü oğlu Zərərçəkmiş şəxs1 ona bacısı oğlu Zərərçəkmiş şəxs2 telefonu ilə zəng edib Məhkum avtomobilini vurduğunu bildirdiyini, dərhal şəxsi avtomobili ilə hadisə yerinə getdiyini, həmin vaxt Məhkum hadisə yerində, oğlu isə hadisə yerindən uzaqlaşmaqda olduğunu, dərhal Raminə müdaxilə etdiyini, lakin, Məhkum qarşı heç bir zorakılıq tətbiq etmədiyini, heç bir zərbə endirmədiyini, silahı və iki ədəd patronu Ramindən götürdüyünü və daha sonra Seyfəli kəndinin sahə rəisinə zəng edib hadisə ilə bağlı məlumat v erdiyini bildirmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq kassasiya protestini müdafiə etdiyini bildirib, kassasiya protestinin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələ blərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiy a protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü-cü maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci madd əsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir k i, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və q iymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hə r bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edil məsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, m əhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilərək, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən R.Mahdixanova qarşı irəli sürülmüş və birinci instansiya məhkəməsinin ittihamla razılaşdığı CM-nin 29,120.2.4-cü maddəsinin dispozisiyası - qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi üm umi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmə kimi müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin Məhkum əməlini tövsif etdiyi CM-nin 127.2.3-cü maddəsinin dispozisiyası isə - ümumi təhlükəli üsulla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma kimi müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyərək, işdəki sənədləri araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum qəsdən adam öldür məyə cəhd etməsi məhkəmə iclasında tam sübuta yetirilmişdir. Lakin, işə baxan apellyasiya məhkəmə kollegiyası Məhkum CM-nin 29,120.24-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış, onun əməlini CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməli olması barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə müqayisəli təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş və Məhkum əməlinin tövsifi ilə bağlı düzgün olmayan hüquqi nəticəyə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öl dürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayətə cəhd etməyə yol verən şəxsin şüurunda törədiləcək cinayətin bütün ünsürləri əhatə olunur. Lakin şəxs törədilməsi qət edilən cinayətin başa çatmayacağını əvvəlcədən dərk etmir. Cinayət etməyə cəhdin ən mühüm obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəx si öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Məhkəmə kollegiyasi qeyd edir ki, əməlin ümumi təhlükəli üsulla adam öldürmə (Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi) kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin cinayətkar qəsdinin həyata keçirilməsi üçün seçdiyi üsulun dəqiqləşdirilməsi zəruridir, yəni təqsirləndirilən şəxs digər şəxsi öldürməyə yönəldilmiş qəsdi həyata keçirərkən tətbiq etdiyi üsulun zərərçəkmiş şəxslə yanaşı digər şəxsin və ya şəxslərin həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk etməlidir. Aydın məsələdir ki, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan f aktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Baxılan iş üzrə müəyyən olunmuş işin faktiki hallarını araşdıran kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum əməlini CM-nin 29,120.2.4-cü maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif etməsi işin faktiki hallarına uyğun olan, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan nəticə hesab edilə bilməz. Belə ki, apellyasiya məhkəməsinin qərarında, Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 ibtidai istintaq və birinci instansiya məhkəməsində vermiş olduqları ifadələrlə apellyasiya instansiya məhkəməsində vermiş olduqları ifadələr arasında əhəmiyyətli ziddiyyətlər mövcud olduğu, qeyd olunan şəxslər həmin ifadələri ibtidai istintaqda vermədikləri, m üstəntiqin hansı sənədlərə deyibsə həmin sənədlərə qol çəkdiklərini bildirdikləri, həmçinin onların apellyasiya instansiya məhkəməsində verdikləri ifadəyə uyğun birinci instansiya məhkəməsində də eyni məzmunla ifadə verdikləri, hökmdə onların ifadələrinin təhrif olunduğu qeyd edilmişdir. Apellyasiya instansiya məhkəməsi qərarında Məhkum “Zərərçəkmiş şəxs1 öldürmək istəməsi ilə” əlaqədar ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsini, məhkəmə hökmünə olduğu kimi köçürülməsinə istinad edərək həmin ifadənin həqiqəti əks etdirmədiyi məhkum tərəfindən verilmədiyi nəticəsinə gəlmişdir. Lakin qeyd edilən hal üzrə iş materiallarına əsasən müəyyən olunur ki, Məhkum ilkin izahatında (cild 1. səh.30) Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə “silah əldə etdiyini”, “avtomobilini bu məqsədlə sürətli şəkil də arxasınca sürdüyünü”, müstəntiqin verdiyi suala isə cavab olaraq “atəş açmaqda məqsədi öldürmək olduğunu” bildirmişdir. Daha sonra Məhkum şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində də (cild 1. səh.68-69) yuxarıda göstərilənləri bir daha təsdiq etməklə yanaşı, bu barədə verilən suallara cavab olaraq “mənim məqsədim Zərərçəkmiş şəxs1 öldürmək idi.....mən Zərərçəkmiş şəxs1 öldürmək üçün öz qəsdimi başa çatdırmaq niyyətimdə idim. Buna görə də Musaya tuşlayıb atəş açdım.” Həmin ifadədə eyni məzmunlu təkrar verilən suala Məhkum oxşar məzmunlu cavab vermişdir. İş materiallarında olan hadisənin yerində yoxlanması protokoluna (cild 1. səh.102) əsasən müdafiəçisinin iştirakı ilə Məhkum əvvəlki ifadələrini hadisə yerində bir daha təsdiq etmişdir. Həmçinin Zərərçəkmiş ş əxs1 öz əli ilə yazdığı ifadəsində (cild 1. səh.144) Zərərçəkmiş şəxs1 məqsədi onu öldürmək olduğunu qeyd etmişdir. Müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində (cild 1. səh.175) Zərərçəkmiş şəxs1 verilmiş ittiham üzrə CM-nin 29.120.2.4-cü maddəsi ilə özünü tam təqsirli bilmiş, yuxarıda qeyd edilən ifadələrini bir daha təsdiq etmişdir. Daha sonra Məhkum təkrar verdiyi ifadələrində, həmçinin Şahid1la, Zərərçəkmiş şəxs1la üzləşməsi zamanı müxtəlif məzmunlarda bir daha “məqsədim Zərərçəkmiş şəxs1 öldürmək” olduğunu təsdiq etmişdir. Nəhayət birinci instansiya məhkəməsinin hökmündə məhkumun ifadəsi əvvəlki ifadələrlə eyni məzmunlu göstərilsə də, 03 sentyabr 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən müəyyən olunur ki, dövlət ittihamçısının sualına cavab o laraq Zərərçəkmiş şəxs1 “mən Murad istiqamətində atəş açdım, lakin onun harasına dəydiyini bilmədim”, sədrlik edənin sualına cavab olaraq isə ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir.(cild 04. səh.48) Eyni ilə məhkəmə iclasının protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 sərbəst verdiyi ifadəsində hökmdə qeyd edilənlərə uyğun çıxış etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq apellyasiya məhkəmə kollegiyası məhkuma CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirliyi sübuta yetirilmədiyinə görə onun əməlini CM-nin 127.2.3-cü maddəsinə tövsif edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, məhkəmə əsassız olaraq Şahid1 ifadələrini və beləliklə də işdə olan məhkum, zərərçəkmiş şəxslər və şahidlər arasından yalnız ittiham tərəfin in xeyrinə olan sübutları sübut kimi qəbul etmiş, ifadələr arasındakı ziddiyyətləri aydınlaşdırmağa belə səy göstərməmiş, müdafiə tərəfinin sübutlarını əsaslı səbəb göstərmədən sübut kimi qəbul etməmişdir. Belə ki, apellyasiya məhkəmə kollegiyası Şahid1 hadisə yerinə gəlməsi ilə razılaşmış, lakin Məhkum qəsdini məhz Şahid1 dayandırması ilə bağlı ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamasını hesab etmiş, daha sonra isə Şahid1 hadisə yerində dərhal necə peyda olması, onun Məhkum ikinci atəş açmasına mane olması ilə bağlı iş materiallarında kifayət qədər ziddiyyətli məqamlar olduğunu qeyd etmişdir. İş materiallarında əsasən müəyyən olunur ki, apellyasiya məhkəmə kollegiyasının iclasında Şahid1 hadisə yerinə Zərərçəkmiş şəxs2 telef onla məlumat verdikdən sonra təxminən 10 dəqiqəyə gəldiyini göstərmişdir. İstintaq zamanı isə o, bir ifadəsində hadisə yerinə 02 dəqiqəyə, digərində 05 dəqiqəyə gəlməsini göstərmişdir. Lakin zərərçəkmiş şəxslərin ifadələrinə (Şahid1 hadisə yerində görməmələrinə dair) və işin həqiqi hallarına əsaslanaraq apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Şahid1 hadisə yerinə Zərərçəkmiş şəxs2 telefonla məlumat verdikdən sonra 10 dəqiqəyə gəlməsi daha inandırıcı, həqiqətə daha uyğun olmuşdur. Lakin, iş materiallarına əlavə olunmuş və birinci instansiya məhkəmə baxışında tədqiq edilmiş 19 may 2021-ci il tarixdə təqsirləndirilən şəxs Məhkumla Şahid1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 istintaqa şahid qismində vermiş olduğu ifadəsini təsdiq edərək bir daha Məhkum üzünə qarşı 09 may 2021-ci il tarixdə saat 18 radələrində oğlu Musanın ona zəng edərək Məhkum sonuncunun avtomobilinə xəsarət yetirdiyini bildirmiş və o, dərhal hadisə yerinə gələrək Raminin əlində olan ov tüfəngini və 2 (iki) ədəd dolu patronu əlindən almaqla onun cinayətkar əməlini başa çatdırmağına mane olmuşdur. Şahid1 üzləşdirmə zamanı qeyd etdiyi xüsusatlar Məhkum tərəfindən təsdiq edilmişdir. Qeyd edilən araşdırılmayan ziddiyyətli məqamlarla yanaşı, verilən ifadələrdən sahə nəfəri polisinə nə vaxt məlumat verildiyi, həmin polis əməkdaşının hadisə yerinə nə vaxt gəldiyi, nə gördüyü müəyyən olunmamış, hadisənin qarşısının kim tərəfindən və necə alınması, həmçinin zərərçəkmiş şəxsi xəstəxanaya kim tərəfindən aparılması (Zərərçəkmiş şəxs2 yoxsa Şahid1 tərəfindən), hadisənin 18 radələrində ba ş verməsinə baxmayaraq iş materiallarında olan arayışa əsasən (cild 1. səh.15) niyə saat 20.20-də zərərçəkmişin xəstəxanaya daxil olması barədə məlumat verilməsi kimi iş üzrə çox saylı hallar ziddiyyətli hallar kimi qalmışdır. Yuxarıda göstərilənlərlə bağlı kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası bu xüsusastlara dair yetərincə araşdırma aparmadığı üçün törədilmiş cinayət hadisəsinin faktiki hallarını belə dəqiq müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr ən azından hadisə yerində olmuş və ya sonradan gəlmiş şəxslərin telefon danışıqlarının anten dairəsini və zəng vaxtlarını müəyyən etməklə iş üzrə çox saylı hallara aydınlıq gətirə bilərdi. Apellyasiya məhkəmə kollegiyası əslində yuxarıda qeyd edildiyi kimi iş üzrə bir çox z iddiyyətli məqamların olduğunu qeyd etmiş sadəcə həmin ziddiyyətli məqamların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığını qeyd etməklə kifayətlənərək həmin ziddiyyətli halları məhkumun xeyrinə təfsir etmək qərarına gəlmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik (CPM-i 145.3) ittihamın sübut olunmasında yaranan şübhələrin digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini müəyyən etməklə bərabər, istənilən şübhənin aradan qaldırılmasını digər sübutların məcmusu ilə mümkün hesab edib. Yəni ziddiyyətli məqamlar, sübhələr barədə məhkəmənin apardığı araşdırma nəticəsində həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmağı təqdirdə qeyd edilən normaya istinad m ümkündür. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan sübutlar prosessual qanunvericiliyə uyğun tam, hərtərli və obyektiv araşdırılmadığı üçün apellyasiya məhkəmə kollegiyasının iş üzrə müəyyən etdiyi ziddiyyətli məqamlara dair məhz hansı araşdırmanın nəticəsinə əsasən şübhələri aradan qaldıra bilmədiyini müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan sübutlar (həmçinin ziddiyyətli hallar) apellyasiya məhkəmə kollegiyası tərəfindən prosessual qanunvericiliyə uyğun tam, hərtərli və obyektiv araşdırılmamışdır. Halbuki apellyasiya instansiyada icraat cinayət prosessinin müstəqil mərhələsi olmaqla vəzifəsi yalnız birinci instansiya məhkəməsinin aktlarına yenidən baxmaqdan, həmin aktların qanuniliyinin yoxlamasından ibarət olmayıb, həmçinin birinci i nstansiya məhkəməsinin bütün səlahiyyətlərinə malik olmaqla ədalət mühakiməsinin məqsəd və vəzifələrinin tam yerinə yetirilməsinə yönəlməlidir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetiril miş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolund a onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələrinə yaranan mübahisəli, bəzi hallarda ziddiyyətli məqamlar apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz m ülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəl diyi aydın görünməlidir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumi təhlükəli üsulla qəsdən sağlamlığana az ağır zərər vurması ilə bağlı gəldiyi nəticə sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən kifayət qədər yoxlanılmış, qiymətləndirilmiş və əsaslandırılmış nəticə hesab edilə bilməz. Mübahisəsizdir ki, bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı da qanuni və əsaslı hesab edilə bilməz, bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, cinayət işinə təkrarən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddəsində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1228/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1228/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver