Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1228/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, X və onun müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Quliyeva Nurlanə Nazim qızının iştirakları ilə Şəki Ağır C inayətlər Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmünə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Quliyeva Nurlanə Nazim qızı tərəfindən verilmiş kassasiya şikayətinə və əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X13 (sədrlik edən), X11 və X6 ibarət tərkibdə) 17 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxx 1977-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, X olmaqla, yaşamış, hal-hazırda həbsdə ol an X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 29 mart 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət tərkibdə) 22 fevral 2023-cü il tarixli qərarı ilə təqsirlənd irilən şəxs X5 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-180/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanının mövqeyinə görə 2022-ci ilin mart ayının əvvəllərində istintaqla müəyyən edilməyən gündə və vaxtda istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda–155,378 qram çəkidə psixotrop maddə olan metamfetamini və külli miqdarda-645 qram çəkidə narkotik vasitə olan heroini əldə etməklə psixotrop maddə olan metamfetaminin 6,531 qram olan hissəsini üzərində, 148,847 qram olan hisəsini və 645 qram miqdarında narkotik vasitə olan h eroini yaşadığı Yevlax şəhəri, ünvan 1 ünvanında saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:00- da Elsəvər Qurbanov narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, istehlakı və satışında şübhəli bilindiyinə görə Yevlax şəhəri, Füzuli küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 18:45-dən 19:00- dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxladığı 6,531 qram psixotrop maddə olan metamfetamin aşkar olunub, qanuna müvafiq qaydada qablaşdırılıb götürülmüş, həmin günü saat 19:25-dən 19:45-dək olan müddət ərzində müdafiəçini n iştirakı ilə və video çəkilişlə Elsəvər Qurbanovun yaşadığı Yevlax şəhəri ünvan 2 ünvanında yerləşən evə və həyətə keçirilmiş baxış zamanı həyətdə olan göyərçinlərin saxlanıldığı tikilinin içərisindən qəsdən satış məqsədilə əldə edib saxladığı külli miqdarda - 148,847 qram çəkidə psixotrop maddə olan metamfetamin və külli miqdarda - 645 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və əlavədə göstərilir ki, aparılmış istintaq və məhkəmə araşdırılması zamanı sübutlar öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə əsas ittihamedici sübutlar qismində çıxış etmiş şəxsi axtarış, mənzilə baxış, axtarış və götürmə istintaq hərəkətləri nəticəsində Yevlax rayon Polis əməkdaşları tərəfindən tərtib olunmuş müvafiq protokollarda şəxsin mənzilində kimyəvi maddə xassələrinə malik olan heroin və metamfetamin aşkar edildiyi qeyd edilmişdir. Polis əməkdaşları tərəfindən aşkar edilməsi sənədləşdirilmiş maddələrin həqiqətən də narkotik vasitə hesab olunub-olunmamağı ilə bağlı xüsusi bilik tələb edən halların aydınlaşdırılması “məhkəmə-kimyəvi ekspertizası”nın səlahiyyətlərinə aid olan məsələ olmasına baxmayaraq, Yevlax rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən işin ilkin istintaqı zamanı həmin maddələrin tərkibinin müəyyən edilməsi məqsədilə, aidiyyəti olmadan, “məhkəmə-bioloji ekspertizası” təyin edilmiş və onun nəticələri əsasında şəxsə qanunsuz şəkildə ittiham irəli sürülmüş, bu ittiham və müvafiq ekspertiza rəyi birinci instansiya məhkəməsi tərəfindən mötəbər hesab edilmiş və nəticədə şəxsin qanunsuz və əsassız şəkildə məhkum edilməsinə dair hökm qəbul edilmişdir. Şikayətdə qeyd edilir ki, işin apellyasiya instansiyası məhkəməsində araşdırılması zamanı məhkəmə tərəfindən ittiham tərəfinin narkotik vasitə kimi irəli sürdüyü müvafiq maddələr üzrə təktrar ekspertiza keçirilməsi qərara alınmış, lakin yenə də aidiyyəti üzrə “məhkəmə-kimyəvi ekspertizası” deyil, “məhkəmə-bioloji ekspertizası” təyin edilmiş, yeni alınan rəy isə əvvəlki rəyin məzmunu ilə eyniyyət təşkil etmiş, bununla da işin tam, hərtərəfli və obyektiv araşdırılması prinsipi kobud şəkildə pozulmuşdur. Həmçinin qeyd edilir ki, X9 barəsində keçirilmiş əməliyyat axtarış tədbirlərinin və onların nəticələrinin qanun iliyinə və əsaslılığına dair hər hansı məhkəmə qərarı mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 243-cü maddəsinin tələblərinə müvafiq olaraq, axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Eyni zamanda, müvafiq istintaq hərəkətləri üzrə video-görüntüləri ehtiva edən CD disklərə baxış keçirildikdə müəyyən edilir ki, polis əməkdaşları tərəfindən şəxsi və mənzili axtarış və götürmə hərəkətləri icra edilərkən guya polis əməkdaşları tərəfindən aşkar edilmiş və narkotik vasitə hesab edilmiş maddələrin real çəkisinin tərəzi vasitəsilə ölçülməsi video qeydə alınmamış və həmin maddələrin real çəkisi yalnız müvafiq istintaq hərəkətlərinin protokolları ilə müəyyən edilmişdir. Eyni zamanda ekspert tərəfindən ilkin olaraq polis əməkdaşının ona təqdim etdiyi və sonuncunun heroin və metanfetamin adlandırdığı maddənin təhvil almasına dair müvafiq akt və tərəzidə çəkməsinə dair müvafiq aktlar əlavə edilməmiş və məhkəmələr tərəfindən həmin hallar tədqiq edilməmişdir. Bununla yanaşı, şikayətdə nəzərə çatdırılır ki, X9 2022-ci ilin mart ayında saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun cinayət əməli hesab edilən hərəkətləri həmin tarixdə müəyyən edilmiş olsa da, şəxsin ifadəsinin yerində yoxlanması istinta q hərəkəti xx.xx.2022-ci il tarixdə, şəxs polis şöbəsinə gətirildikdən və onun ifadəsi alındıqdan təxminən 3 ay sonra keçirilmişdir. Həmçinin əlavədə qeyd edilir ki, iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin məktubundan müəyyən edilmişdir ki, Elsəvər Qurbanovun barəsində əmməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair Yevlax Rayon PŞ-nin xx.xx.2022-ci il tarixli qərarı əsasında Yevlax Rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında hər hansı qərar qəbul edilməmişdir. Kassasiya şikayətində və ələvədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarını ləğv edərək bəraət verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlilləri ni müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin olunması barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin və əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düz günlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstəril ən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bənd inə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandı rılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qər arın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göst ərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü ma ddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətm əkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətinin və əlavənin məzmunundan görünür ki, məhkumun təqsirlilik məsələsi mübahisələndirilərək ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi X5 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsus atların qeyd edilməsi qənaətindədir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin tədqiq etdiyi: Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə Yevlax şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü X5 narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, yaşadığı evdə saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, iş vər. 04) Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Yevlax şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü X5 cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, Yevlax şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü X3 şəhəri Füzuli küçəsində yolun kənarında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir (cild 01, iş vər. 09). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə X5 üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 6,531 qram psixotrop maddə olan metamfetamin aşkar o lunaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 24-32). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Ərizə”dən görünür ki, X9 yaşadığı Yevlax şəhəri, ünvan 3 ünvanında yerləşən evinə və evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir (cild 01, iş vər. 36). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə X5 yaşadığı Yevlax şəhəri, ünvan 3 ünvanında yerləşən evinə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətdə olan göyərçinlərin saxlanıldığı tikilinin içərisindən qəsdən satış məqsədilə əldə edib saxladığı külli m iqdarda - 148,847 qram miqdarında psixotrop maddə olan metamfetamin və külli miqdarda - 645 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunub, qanuna müvafiq qaydada qablaşdırılıb götürülmüş, çəkilişin əks olunduğu CD disk protokola əlavə olunmuşdur (cild 01, iş vər. 37-41). Cinayət işinin materiallarında olan materialların məhkəmə eskpertizasının xx.xx.2022-ci il tarixli 17/285 saylı rəyindən görünür ki, X5 üstündən aşkar edilib götürülmüş bir ədəd sellofan bükümdə çəkisi 6,531 qram olan maddə kustar üsulla hazırlanmış, pisixotrop maddə metamfetamindir. X5 yaşadığı evin həyətyanı sahəsindəki yardımçı tikilidən aşkar olunaraq götürülmüş 1 ədəd sellofan torbada çəkisi 645 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd sellofan bükümdə çəkisi 148,847 qra m olan maddə isə kustar üsulla hazırlanmış, pisixotrop maddə metamfetamindir (cild 01, iş vər. 49-51). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 943 nömrəli rəyindən görünür ki, X9 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 105). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “İfadənin yerində yoxlanması” istintaq hərəkətinin protokolundan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X5 ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, Elsəvər Qurbanov üstündən və evində n aşkar edilmiş metamfetamini və heroini telefonda tanış olduğu İran vətəndaşının verdiyi ünvana əsasən Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən «Ləki» marketin qarşı tərəfində Bakı şəhəri istiqamətində yolun sağ kənarındakı çökəklikdəki çay daşının altından götürdüyünü bilavasitə göstərmiş, müvafiq foto şəkillər çəkilməklə protokola əlavə olunmuşdur (cild 01, iş vər. 109-114). Apellyasiya məhkəməsi iclasında müdafiə tərəfinin vəsatəti əsasında təkrаr məhkəmə bioloji ekspertizаsı təyin edilmiş, Аzərbаycаn Respublikаsı Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional bölməsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 17/152 saylı, 08 fevral 2023-cü il tarixli rəydən görünür ki, təqdimata təqdim edilmiş, üzərində “şübhəli şəxs X5 fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış sellofan torbanın içərisindəki 01 (bir) ədəd sellofan bükümdə olan metafetamin ilə üzərində “şübhəli şəxs X5 üzərinə şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə olan metafetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, X5 CM-in 234.4.3-cü maddəsi ilə təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi X7, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində və əlavədə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanun pozuntuları ilə həyata keçirilməsi barədə dəlillərlə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsinin məhkəmə istintaqında araşdırılmış sübutlara əsasən müəyyən etdiyi və apellyasiya instansiya məhkəməsinini razılaşdığı hallara əsasən xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə Yevlax şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1977-ci il təvəllüdlü X5 narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, yaşadığı evdə saxlaması, istehlakı və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, daha sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsin yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı külli miqdarda narkotik vasitə olan heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da, gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddə lərin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10), həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8), qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (maddə 1.0.11) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq X5 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsini obyektiv həqiqət kimi qəbul etməmiş, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirmiş, ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab etmişlər. Belə olan halda, məhkum X5 üzərində aşkar edilmiş narkotik maddənin ona məxsus olmamasına dair mülahizələr təkzib olunur, narkotik maddənin növü və miqdarı həmin maddənin satış məqsədi ilə saxlanılması barədə ittihamın dəlillərini təsdiqini edir. Məhkəmələr qanunun tələblərinə, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun tövsiyyələrinə riayət etməklə məhkum X5 əməlini düzgün olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib saxlanılması və daşıması kimi qiymətləndirmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində və əlavədə irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, onun barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəz ərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, X5 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilm iş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1 44-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmiş dir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qan ununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətlən dirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, X5 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, ka ssasiya şikayətinin və əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum X5 müdafiəçisi Quliyeva Nurlanə Nazim qızı tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. X5 Azərbayc an Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1228/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1228/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver