Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1228/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi İsayev Zamiq Fəxrəddin oğlunun iştirakları ilə, Göyçay Rayon Məhkəməsin in 20 avqust 2024-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi müəyyən edilərək CM-in 73.2-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməklə barəsindəki cinayət təqibinə xitam verilməsi, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli hökmü ilə isə Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Musayev Tural Arif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Göyçay Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Qurbanov Elçin Firudin oğlu) Məhk um, xx xxxxxx 1965-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi müəyyən edilərək CM-in 73.2-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməklə barəsindəki cinayət təqibinə xitam verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı yer olan Göyçay şəhəri, Natəvan küçəsində yerləşən Avtovağzalla üzbəüz olan yeməkxanada sərxoş vəziyyətdə onunla eyni masada spirtli içki qəbul edən Zər ərçəkmiş şəxs keçmiş məhbus həyatından söhbət etməsinin xoşuna gəlmədiyini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs kafedə işləyən Şahid1 yanında söyüb-təhqir edərək kafedən qovmuş, bir neçə dəqiqə sonra özünə içmək üçün şüşə butulkada pivə alıb həmin yerə qayıdan Zərərçəkmiş şəxs görüb “əlindəki şüşə pivəsi ilə məni vurmağa gəlmisən ayə” ifadəsini işlədərək öz qərəzli hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ünvanına bir daha nalayiq ifadələr işlədərək heç bir əsas olmadan sonuncunu 2 dəfə yumruqla baş nahiyyəsindən vurmuş, həmin vaxt kafenin sahibi Şahid1 onları aralaşdıraraq Zərərçəkmiş şəxs vurmasına əngəl yaradıb oradan uzaqlaşdırmış, buna baxmayaraq o, sakitləşməyərək Zərərçəkmiş şəxs arxasınca gedərək sonuncuya yaxınlaşıb öz qərəzli hərəkətlərini davam etdiri b Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək heç bir əsas olmadan yenidən onu bir dəfə yumruqla baş nahiyyəsindən vurmuş, həmin vaxt sonuncu da heç bir əsaslı səbəb olmadan qərəzli xuliqanlıq hərəkətləri edərək əlindəki şüşə pivə butulkasını onun baş nahiyyəsinə bir dəfə vurmuş, həmin vaxt o, öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib sonuncuya təpik atmaq istədikdə şüşə pivə butulkasının sınmış hissəsi onun sol ayağını kəsmiş, bundan sonra o daha da kəskin və aqressiv halda insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini davam etməklə, küçədə səs-küy salıb Zərərçəkmiş şəxs əlindəki şüşə pivəsinin sınmış hissəsini alıb sonuncunun sol boyun nahiyyəsindən vurub əlləri ilə əynindəki köynəyindən tutub yerə yıxaraq asfalt örtüyün üzərində 5-6 dəqiqə ərzində yumruq və təpiklə döyüb fiziki güc tətbiq edərək Zərərçəkmiş şəxs boynun sol yan orta şöbəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə nəticələnən qəsdən sağlamlığına yüngül xəsarət və başın sağ alın və sol göz yuvası altı nahiyyələrində qançırlar, hər iki dirsək-hər iki saidin yuxarı 1/3-nin arxa səthlərində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göyçay Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərarı ilə Məhkum törətdiyi bu əməllər CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilmiş və CM-in 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməklə barəsindəki cinayət təqibinə xitam verilmişdir. Göyçay Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Ələkbərova Fidan Vaqif qızı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə) 3 dekabr 2024-cü il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 20 avqust 2024cü il tarixli qərarı l əğv edilmiş, iş üzrə yeni ittiham hökmü çıxarılaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 9 may 2024-cü il tаrixdən 11 may 2024-cü il tаrixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabla hesablanmaqla həmin müddət məhkum olunmuş şəxsə təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli h ökmündən Məhkum müdafiəçisi T.A.Musayev kassasiya şikayəti verərək həmin hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verməklə onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının bəzi Qərarlarına, iş üzrə toplanmış sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən və işin faktiki hallarını mübahisələndirən müdafiəçi T.A.Musayev həmin şikayətini belə əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham və onun barəsindəki apellyasiya instansiyası məhkəməsinin hökmü əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs digər sübutlarla ziddiyət təşkil edən ifadələrinə əsaslanmış, bu ziddiyyətlər ibtidai araşdırma orqanı kimi məhkəmə tərəfindən də aradan qaldırılmamış, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi işə qismən məhkəmə istintaqı aparılmaqla baxsa da, sübutların bir hissəsinə üstünlük verməsini, digər hissəsinin isə qəbul edilməməsini kifayət qədər, inandırıcı şəkildə əsaslandırmamışdır. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların müqayisəli təhlili göstərir ki, baş vermiş münaqişənin kökündə Məhkum sərxoş vəziyyətdə olan zərə r çəkmiş şəxs Zərərçəkmiş şəxsla sonuncunun kafedə ona xoş olmayan mövzuda söhbət aparmamasını tələb etməsi səbəbindən yaranmış mübahisə dayanmışdır. Məhz bu səbəbdən, yəni zərər çəkmiş şəxsin hərəkətləri nəticəsində yaranmış mübahisə sonradan hüquqlarını müdafiə etdiyi şəxsin Zərərçəkmiş şəxs yumruqla baş nahiyyəsindən vurması, sonradan isə yolun kənarında söhbət etdikləri zaman sonuncunun Məhkum baş nahiyyəsinə vurması, cavab olaraq isə Məhkum Zərərçəkmiş şəxs əlində olan sınmış butulka hissəsini alaraq zərər çəkmiş şəxsin boyun hissəsindən vurub, sonradan isə onu yerə yıxaraq əlləri ilə bədəninin müxtəlif hissələrinə vuraraq sağlamlığına yüngül xəsarət yetirməsi ilə nəticələnmişdir. İş üzrə tədqiq edilmiş sübutlardan cinayət hadisəsinin baş verdiyi zamanı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi müəyyən olunmamışdır. Belə ki, cinayət hadisəsinin ictimai yer hesab edilən Göyçay şəhəri, Natəvan küçəsində olmasına baxmayaraq həmin vaxt ictimai qayda kobud surətdə pozulmamış və Məhkum cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan heç bir hərəkət etməmiş, bu halları təsdiq edən edən sübutlar isə ibtidai araşdırma aparan orqan tərəfindən əldə olunmayaraq məhkəmələrə təqdim edilməmişdir. Belə olan halda isə Məhkum əməlində xuliqanlıq cinayət tərkibinin yaranması istisna edilir. Həmçinin, Məhkum qarşı irəli sürülmüş ittihamda da onun müstəsna olaraq onun zərər çəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş, xuliqanlıq cinayətinə aid əlamətlər isə formal olaraq sadalanmışdır. Bundan başqa, ittiham tərəfinin istinad etdiyi hadisə yerində olmuş Şahid1 ifadələri də cinayətin törədildiyi yerdə ictimai qaydanın kobud şəkildə pozulması haqqinda nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir. Digər Şahid2 hadisə yerində dava-dalaşı görməsini göstərmiş, hadisə yerini əks etdirən videogörüntüyə baxış keçirilərkən isə ictimai qaydanın kobud surətdə pozulması, yəni avtomobillərin hərəkətinin məhdudlaşdırılması, küçədə olan obyektlərin normal iş fəaliyyətinin pozulması, insanların orada toplaşması və sair bu kimi hallar müəyyən olunmur. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində ittiham hökmü çıxararkən zərər çəkmiş şəxsi xarakterizə hallara da diqqət yetirməmişdir. Belə ki, iş materiallarına əsasən sonuncu rayon ərazisində tez-tez söz söhbətə səbəb olan hərəkət lər edən, rayon əhalisi arasında davaya meyilli olan şəxs kimi tanınır və əvvəllər məhkum olunaraq məhbus həyatı sürmüş, 2012-ci ildən psixoloji problemlərinin olması səbəbindən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatdadır, həmçinin o, narkomaniya xəstəliyindən əzab çəkir. Təəssüf ki, apellyasiya instansiyası məhkəməsi bu halları təsdiq edən və iş üzrə toplanmış və məhkəmə iclaslarında toplanmış sübutlara qanuna müvafiq qaydada düzgün qiymət verməmiş, Məhkum əməlinin hüquqi tövsifində səhvə yol vermiş, bunun da nəticəsində sonuncu törətmədiyi cinayətə görə əsassız olaraq təqsirli bilinib məhkum edilmişdir. Qeyd olunan dəlillərə əsaslanaraq məhkumun müdafiəçisi T.A.Musayev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respu blikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 3 iyun 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkumun digər müdafiəçisi T.A.Musayev naməlum səbəblərdən məhkəməyə gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Məhkum və onun digər müdafiəçisi T.A.Musayevin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkə məsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi T.A.Musayevin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, apellyasiya instansiyası məhkəməsi toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verməmiş, bunun nəticəsində sonuncunun əməlinin xuliqanlıq cinayəti kimi qiymətlən dirməklə həmin əməlin hüquqi tövsifində səhvə yol vermiş, Məhkum isə əsassız olaraq törətmədiyi cinayətə görə təqsirli bilinərək məhkum olunmuşdur. Bununla da müdafiəçi T.A.Musayev apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda, yaxud da törədilmiş əməlin hüquqi tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi T.A.Musayevin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan ma ddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə ö z münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qa ydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassa siya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının ü zərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəs in hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsini, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsası nda cinayət əməlləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməlirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata k eçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəf li və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqət in müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və Siyasi Hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və b u barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxs ə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin tə qsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməs ini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət v ə humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırı lmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən ci nayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tər əfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirə n orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olm ayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1 -33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, ə şyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya tə qsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış b ütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələ binə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onu n xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qər arı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hö kmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyə ti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Milli qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası Məhkum barəsindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla müəyyən edilmiş hallara müraciət edərək onları təhlil etməyi zəruri bilir. İlk növbədə bu müraciətlə bağlı cinayət işinin materiallarının, o cümlədən həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, Məhkum qarşı CM-in 221.3-ci maddəsi ilə ittiham irəli sürülsə də, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, o, Zərərçəkmiş şəxs qarşı onun sağlamlığına yüngül zərər vurulması ilə nəticələnmiş zorakı əməlləri törədərkən ictimai qaydanın pozulmasına yönələn və cəmiyyətə qarşı açıqca hörmətsizlikdə ifadə olunan hərəkətlər etməmiş, buna görə də onun əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirən obyektiv və subyektiv cəhətlərini zəruri elementləri müəyyən edilmədiyindən törətdiyi əməl şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməklə CM-in 128-ci maddəsi ilə tövsif olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə toplanmış və həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya protestinə məhkəmə baxışı iclasında araşdırılmış sübutlara əsasən Məhkum məhz xuliqanlıq cinayət əməlini törətməsini müəyyən etmiş və buna əsasən onun CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi haqda nəticəyə gələrək onun həmin maddə ilə təqsirli bilinərək məhkum olunması barədə kassasiya qaydasında mübahisələndirilən hökmü çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşıb həmin nəticənin şübhə altına alınması üçün əsaslar görməyərək qeyd etməyi lazım bilir ki, məhkəmə belə nəticəyə gəlməzdən əvvəl özü də toplanmış sübutların bir hissəsini apellyasiya protestinə məhkəmə baxışı iclasında tətqiq etmiş, çıxardığı hökmdə isə həmin sübutları həm ayrı-ayrılıqda, həm də onların məcmusu üzrə CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və bu qiymətləndirməyə əsasən Məhkum əməlinə münasibətdə maddi hüquq normasını tətbiq edərkən heç də həmin əməlin tövsifində səhvə yol verməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum məhz xuliqanlıq, yəni CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmaya n, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla – Məhkum qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələri, cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 30 aprel 2024-cü il tarixli 262 nömrəli və 1 may 2024-cü il tarixli 267 nömrəli rəyləri ilə, DVD diskə yazılaraq cinayət işinin materiallarına əlavə olunmuş videogörüntülərlə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə tam təsdiq edilir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplan ması və araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində ictimai yer hesab edilən və vətəndaşların sıx toplaşdığı yer olan Göyçay şəhəri, Natəvan küçəsində yerləşən Avtovağzal ilə üzbəüz olan yeməkxanada sərxoş vəziyyətdə onunla eyni masada spirtli içki qəbul edən Zərərçəkmiş şəxs keçmiş məhbus həyatından söhbət etməsinin xoşuna gəlmədiyini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs kafedə işləyən Şahid1 yanında söyübtəhqir edərək kafedən qovmuş, bir neçə dəqiqə sonra özünə içmək üçün şüşə butulka pivəsi alıb həmin yerə qayıdan Zərərçəkmiş şəxs görüb “əlindəki şüşə pivəsi ilə məni vurmağa gəlmisən ayə” ifadəsini işlədərək öz qərəzli hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ünvanına bir daha nalayiq ifadələr işlədərək heç bir əsas olmadan sonuncunu 2 dəfə yumruqla baş nahiyyəsindən vurmuş, həmin vaxt kafenin sahibi Şahid 1 adlı şəxs onları aralaşdıraraq Zərərçəkmiş şəxs vurmasına əngəl yaradıb oradan uzaqlaşdırmış, buna baxmayaraq o sakitləşməyərək Zərərçəkmiş şəxs arxasınca gedərək sonuncuya yaxınlaşıb öz qərəzli hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək heç bir əsas olmadan yenidən onu bir dəfə yumruqla baş nahiyyəsindən vurmuş, həmin vaxt sonuncu da heç bir əsaslı səbəb olmadan qərəzli xuliqanlıq hərəkətləri edərək əlindəki şüşə pivə butulkasını onun baş nahiyyəsinə bir dəfə vurmuş, həmin va xt o, öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib sonuncuya təpik atmaq istədikdə şüşə pivə butulkasının sınmış hissəsi onun sol ayağını kəsmiş, bundan sonra o daha da kəskin və aqressiv halda insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini davam etməklə, küçədə səs-küy salıb Zərərçəkmiş şəxs əlindəki şüşə pivəsinin sınmış hissəsini alıb sonuncunun sol boyun nahiyyəsindən vurub əlləri ilə əynindəki köynəyindən tutub yerə yıxaraq asfalt örtüy ün üzərində 5-6 dəqiqə ərzində yumruq və təpiklə döyüb fiziki güc tətbiq edərək Zərərçəkmiş şəxs boynun sol yan orta şöbəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə nəticələnən qəsdən sağlamlığına yüngül xəsarət və başın sağ alın və sol göz yuvası altı nahiyyələrində qançırlar, hər iki dirsək-hər iki saidin yuxarı 1/3-nin arxa səthlərində sıyrıqlardan ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İşin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar həm birinci instansiya məhkəməsinin qərarında, həm də apellyasiya protestinə baxılmasına dair apellyasiya instansiyası məhk əməsinin hökmündə ətraflı şərh edilmiş, bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilmiş və məhkəmə kollegiyası buna görə həmin sübutların təkrarən hazırki qərarda təsvir edilməsinə ehtiyac görmür. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum Zərərçəkmiş şəxs şüşədən hazırlanmış butulka sınığından istifadə etməklə, həbelə onun başının və bədəninin müxtəlif hissələrinə çoxsaylı zərbələr vurmaqla ona qarşı zorakı hərəkətləri ictimai yer olan Göyçay şəhəri Avtovağzalının qarşısında etmiş, bu vaxt həmin ərazidən keçən avtomaşınların sərbəst hərəkət etmələrinə də maneələr yaratmış, eyni zamanda onun etdiyi hərəkətlər ərazidə olan başqa şəxslərin də diqqətini cəlb etmiş və sonuncular dayanaraq hadisəni kənardan müşahidə etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, təkzib edilməz sübutlarla təsdiq olunan bu hallar, Məhkum bunu etiraf etməsə də onun zorakı əməlləri törətməsi ilə yanaşı, həm də ictimai qaydanı pozan və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətləri törətməsinə dəlalət edir və bu hallar onun əməllərinin məhz xuliqanlıq cinayəti kimi qiymətləndirilməsinə əsas yaradır. Araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki hallarının isə həm xuliqanlıq cinayətinə aşağıda verilən təfsirlə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 221-ci maddəsində nəzərdə tutulmuş cinayətə verdiyi şərhə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin maddə ilə cinayət işlərinə baxılması zamanı vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün məhkəmələrə ünvanlandığı izah və tövsiyələrlə uzlaşdığı müəyyən edilir. İlk növbədə, məhkəmə kollegiyası vurğulayır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-in 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 may 2020-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə isə CMin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində görə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, CM-in 221.3-ci maddəsinin mənasına görə, şəxsin bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi, yəni əməlin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə qərəzli xuliqanlıq kimi qiymətləndirilməsi üçün birinci növbədə onun CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməsi müəyyən edilməlidir. Belə ki, xuliqanlıq cinayətinin tərkib əlamətləri nəzərdə tutulmuş CM-in 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zo r tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozul masına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymət ləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsb it edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli Qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli Qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün s pesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qa ydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqlə ndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzər ində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda onun həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Bu Qərarın 2 və 3-cü bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinas ızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. İctimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi mün asibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmçinin, təhlil edilən Qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çu buq, zəncir, çəkic və s.) başa düşülür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 30-cu bəndində qeyd edilir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların Məhkum barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü ilə müqayisəli təhlili göstərir ki, hadisə ictimai yerdə baş vermiş, Məhkumla Zərərçəkmiş şəxs arasında mübahisə kafedə başlamış, Məhkum Zərərçəkmiş şəxs əvvəlcə kafedə, sonra isə avtomobil yolunun kənarında döyərək ona xəsarətlər yetirmişdir. Bu vaxt kafeni işlədən Şahid1 iş fəaliyyəti pozulmuş, daha sonra kafedən kənarda davam edən hadisə nəticəsində səs-küyə sonunc u və digər şəxslər gəlmiş, hadisə nəqliyyat vasitələrinin hərəkət etdiyi yolun kənarında baş vermiş, Məhkum nəqliyyat vasitələrində, hətta dayanaraq onlara baxanların olmasına məhəl qoymadan onlara laqeydlik və əxlaq və mənəviyyat normalarına saymazlıqla qanunsuz hərəkətlərini davam etdirmiş, nalayiq ifadələr işlətməklə zərər çəkmiş şəxsi döymüş, yəni Məhkum hərəkətləri nəqliyyatın və müəssisənin normal fəaliyyətinin pozulmasına səbəb olmaqla qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli olaraq pozulmasına səbəb olmuşdur. Müdafiəçi T.A.Musayevin kassasiya şikayətində Məhkum təqsirli olmadığı halda barəsində qanunsuz ittiham hökmü çıxarıldığı, ibtidai istintaqın kobud prosessual pozuntularla həyata keçirildiyi və məhkəmələrin bu pozuntulara hüquqi qiymət vermədikləri iddia edilsə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanmış və apellyasiya baxışı zamanı tədqiq edilmiş həqiqiliyi, yaranma mənbəyi şübhə doğurmayan, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusuna əsasən Məhkum ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və odlu silahdan istifadə etməklə zərər çəkmiş şəxslərə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməsi tam sübut olunmuşdur. İş üzrə sübutların əldə edilməsi zamanı qanunsuzluqlara yol verilməsi, hadisə yerinə baxış protokolunun, ekspertiza rəylərinin və digər sübutların qeyri-mötəbər sübutlar olması barədə kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası həmçinin vurğ ulayır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar və bu hallar üzrə törədilmiş əmələ verilən qiymətləndirmə iş üzrə qanuni üsullarla, yəni CPM-in 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış başqa sübutlarla da tam təsdiq olunur, belə olan halda isə apellyasiya məhkəməsinin qəbul etdiyi yekun məhkəmə aktının mülahizələrə əsaslanmasından, yəni CPM-in 28.5-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasından söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan işdə CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini tələb edən CPM-in 416.1-ci maddəs ində göstərilən hallardan hər hansı biri müəyyən edilmədiyindən müdafiəçi T.A.Musayevin kassasiya şikayətində irəli sürdüyü tələbin təmin edilməsi mümkün deyil. Kassasiya şikayətində hadisənin şəxsi münaqişə zəminində, zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi də iddia olunsa da, işin faktiki hallarından və hər iki məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların məzmunundan görünür ki, Məhkumla Zərərçəkmiş şəxs arasında münaqişə hər ikisinin bir masa arxasında oturub spirtli içki qəbul etdikdən sonra baş vermiş narazılıq səbəbindən başlansa da, Məhkum bundan sonrakı ictimai yerdə törətdiyi əməllərin təhlili göstərir ki, həmin əməllər təkcə Zərərçəkmiş şəxs qarşı deyil, həmçinin ictimai qaydanın pozulmasına yönəlmiş və onun bu əməlləri cəmiyyətə qarşı açıqca hörmətsiz liklə müşaiyət olunmuşdur. Məhkəmə kollegiyası həm qanunvericiliyin tələblərindən, həm də Azərbaycan Respublikası Konstitusiya Məhəkəmsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək hesab edir ki, bu halları təkzib edilməz şəkildə müəyyən etmiş apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq Məhkum təsvir edilən əməllərini qərəzli xuliqanlıq kimi qiymətləndirərək onun həmin əməllərini CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif etmişlər. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən hesab olunduğundan, cinayət hadisəsinin hərəkətin intensiv olduğu Göyçay şəhəri “Avtovağzal dairəsi” deyilə n yerdə nəqliyyat vasitələrinin hərəkət etdiyi yolun kənarında törədilməsi, Məhkum nəqliyyat vasitələrində, hətta dayanaraq onlara baxanların olmasına məhəl qoymadan etdiyi hərəkətlər nəqliyyatın və müəssisənin (kafenin) normal fəaliyyətinin pozulması ilə nəticələndiyindən ibtidai istintaq orqanı və apellyasiya instansiyası məhkəməsi əməlin tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmişlər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həm Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi, həm də onun törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmaqla qeyd edir ki, iş üzrə hər hansı başqa nəticəyə gəlmək üçün heç bir əsas yoxdur və bu baxımdan kassasiya şikayətində irəli sürülmüş dəlillər qəbul edilməz sayılmalıdır. Bununla yana şı, məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbiri seçilərkən onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, şəxsiyyətini səciyyələndirən halları, o cümlədən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halı – CM-in 59.1.12-ci maddəsinə əsasən onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzər almış və bu zaman CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə əməl etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğ v edilməsini şərtləndirən CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi Z.F.İsayevin, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1228/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1228/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver