Məhkəmə qərarları › İş №1(102)-1229/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1229/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1229/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkum X6 müdafiəçisi Müdafiəçi iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1848/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarından məhkum X6 müdafiəçisi Müdafiəçi tərəf indən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum X10 04 avqust 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat olmaqla həmin ünvanda yaşamışdır. 2. 04 noyabr 2021-ci il tarixli ittiham aktına görə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 25 noyabr 2021-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X10 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci insta nsiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X10 26 iyul 2021-ci il tarixdə, saat 09:40 dəqiqələrində Bakı şəhəri, Nizami rayonu, K.Balakiyev küçəsi, 2436 nömrəli binanın 199 saylı mənzilində birgə yaşadığı qardaşı Zərərçəkmiş şəxs ilə sonuncunun anaları Şahid3 xəstə halda evdə tək qoyub ailəsi ilə birlikdə rayona getməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu əli ilə vuraraq xəsarət yetirməsinə əsəbləşib qisas almaq məqsədi ilə masanın üzərindən götürdüyü məişət təyinatlı mətbəx bıçağı ilə dörd dəfə qardaşı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq, sonuncuya daxili qanaxma, sol böyük və kiçik döş əzələlərinin hematoması, divar aralığının hematoması ilə müşayiət olunan divararalığı (mediastinum) daxili mag istral arteriyanın zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin daxilə (divararalığına) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ saidin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ saidin ön səthinin 2 ədəd səthi kəsilmiş yarasından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1881/2022 nömrəli, 14 dekabr 2021ci il tarixli hökmü ilə X6 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş 3 (üç) il müddətə azadl ıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm icraya yönəldiyi vaxtdan hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxs X11 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə apellyasiya şikayəti verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1010/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1881/2022 nömrəli, 14 dekabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə dair müd dəaların xaric edilməsi, X6 üzərində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26 iyul 2021-ci il tarixdən 14 dekabr 2021-ci il tarixədək həbsdə qaldığı 4 ay 18 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 7 ay 12 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 iyun 2022-ci il tarixdən hesablanması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. Məhkum edilmiş şəxs X6 müdafiəçisi Müdafiəçi 05 iyul 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1881/2022 nömrəli, 14 dekabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti vermişdi r. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Emil Abıyevin əməlində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin tərkib əlaməti yoxdur, ibtidai istintaq orqanının ona qarşı irəli sürdüyü ittiham sübuta yetirilməsə də, məhkəmə qanunsuz olaraq irəli sürülmüş saxta ittihamı təsdiq etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1848/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs X6 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1010/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs X11 və onun nümayəndəsi Nümayəndə tərəfindən, eləcə də məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı ayrılıqda kassasiya şikayətlə ri verilmişdir.

11. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)534/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1010/2022 nömrəli, 16 iyun 2022-ci il qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1848/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarından məhkum X6 müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

13. Kassasiya şikayətində məhkum X6 törətdiyi əməlin səhv tövsif edildiyi iddia edilərək, həmin əməlin tövsifinin Azərbaycan Respublikası CM-nin 130.1-ci maddəsinə dəyişd irilməsi və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya ape llyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səla hiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum X6 müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi əməlin tövsifini və təyin edilən cəzanı mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15, 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri bax ımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1848/2022 nömrəli, 04 oktyabr 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə i şin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

25. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiəçinin məhkum X6 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

26. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, X6 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsinin təsdiqi onun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadəsi, zərərçə kmiş şəxsin və şahidlər X3, Şahid1 və Şahid3 ifadələri, iş üzrə toplanmış digər sübutlar, o cümlədən məhkəmə-tibb, məhkəməbioloji, məhkəmə-tibbi kriminalistik, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizalarının rəyləri, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib e də biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum X6 cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

28. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin məhkuma təyin edilən cəzа ilə bağlı dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin həmin məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin bu hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalara uyğundur. Məhkəmə məhkum X8 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini səciyyələndirən halları, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraiti nə təsirini nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza müddəti seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Öz növbəsində məhkəmə kollegiyası məhkum X10 barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

29. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, hər iki kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1848/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı dəy işdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X6 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1848/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar