Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1229/2024 21.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxx 1982-ci ildə Zaqatala rayonu Lahıc kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, x qeydiyyatda olmaqla yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli kassasiya şikayətinin baxılmamış saxlanılmasına dair qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər R.Əliyev (sədrlik edən), hakimlər B.Məmmədov və N.Mirzəyevdən ibarət tərkibdə) 20 oktyabr 2022-ci il tarixli 1(091)219/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddətin ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli, 1(107)-28/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin olunmamış və hökm dəyi şdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(107)-28/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(102)1463/2023 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(107)-28/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum 12 oktyabr 2023-cü il tarixdə yenidən kassasiya şikayəti vermiş, həmin kassasiya şikayəti 17 oktyabr 2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 1(107)-28/2023 nömrəli qərarı ilə (sədrlik edən: A.M.Eyvazov, hakimlər: E. Ş.Hüseynov və İ.H.Şükürov) Məhkum tərəfindən verilmiş kassasiya şikayəti baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 1(107)-28/2023 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işinin materiallarında sənədlər və sübutlar saxtalaşıdırılmış, özünü təqsirli bilmir, günahsız olduğu üçün onun işinə yenidən baxılmalı, göstərilən əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il qərarının ləğv edilməsini və kassasiya şikayətinin mümkün sayılmasını xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericiliyi kassasiya şikayəti və kassasiya protestini vermək hüququ olan şəxslərin dairəsi müəyyən etməklə yanaşı, həmin şəxslərin prosessual statuslarını və kassasiya müraciətləri ilə üçün prosessual müddətlər təsbit etmişdir. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 408-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər. Eyni zamanda Cinayət-Prosessual Məcəllənin 4091.1-ci maddəsinə əsasən məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi kassasiya şikayəti vermək hüququna malikdirlər. Öyrənilmiş cinayət işinin materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(107)-28/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 1(102)-1463/2023 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(107)28/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hal-hazırda kassasiya şikayəti vermiş Məhkum bundan əvvəlki kassasiya şikayətinə əsasən kassasiya instansiyası məhkəməsi tərəfindən eyni məsələ üzrə artıq bir dəfə baxılmış və kassasiya şikayətində irəli sürülmüş dəlillərə uyğun olaraq yekun məhkəmə qərarının qəbul edilmışdir ki, bu da məhkumun apellyasiya instansiyası məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 1(107)-28/2023 nömrəli qərarından təkrarən kassasiya şikayəti vermək hüququnu istisna etməklə, sonu ncunu kassasiya şikayətini vermək hüququna malik olmayan şəxs kimi qiymətləndirilməsinə əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.5-ci maddəsinə əsasən hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz. Həmin Məcəllənin 415.1.1-ci maddəsinə əsasən isə şəxs kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququna malik olmadıqda verilmiş şikayət və ya protest baxılmamış saxlanılır. Məhz bu səbəbdən, apellyasiya məhkəməsi Məhkum bundan əvvəlki kassasiya şikayətinə əsasən kassasiya instansiyası məhkəməsi tərəfindən eyni məsələ üzrə artıq bir dəfə baxılmasını nəzərə alaraq, həmçinin sadalanmış cinayət prosessual qanunvericiliyini normalarından çıxış edərək, düzgün olara q məhkumun həmin məhkəmənin 25 yanvar 2023-cü il tarixli, 1(107)-28/2023 nömrəli qərarından təkrarən verdiyi kassasiya şikayətinin baxılmamış saxlanılması barədə nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli kassasiya şikayətinin baxılmamış saxlanılmasına dair qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli kassasiya şikayətinin baxılmamış saxlanılmasına dair qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1229/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1229/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver