Məhkəmə qərarları › İş №1(102)-123/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-123/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-123/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X19 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafi əçi tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər S.Ə.Əzizov (sədrlik edən və məruzəçi), F.N.Mahmudov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxx 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, xxxxnın Gəncə şəhər X35 şöbəsinin baş mütəxəssisi vəzifəsində işləmiş, ünvan 1 də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib ona CM-in 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidar ə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 179.2.2 və 179.2.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 313-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının başlanğıcının xx xxxxx 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, ona təyin ed ilmiş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzasının əvvəlinin əsas cəzanın çəkilib qurtardığı andan hesablanması; zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı “xxxx” ASC-nin mülki iddiası təmin edilərək, təqsirləndirilən şəxs Məhkum 1500 (bir min beş yüz) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” ASC-yə ödənilməsi; zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X20 nümayəndəsi Etibar Musayevin ərizəsi nəzərə alınaraq Sevil Musayevanın mülki iddiasının baxılmamış saxlanılması; zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X3 mülki iddiası təmin edilərək təqsirləndirilən şəxs Məhkum 16350 (on altı min üç yüz əlli) manat məbləğində pul tutularaq X4 ödənilməsi; zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X5 mülki iddiası təmin edilərək, təqsirləndirilən şəxs Məhkum 25500 (iyirmi beş min beş yüz) manat məbləğində pul tutularaq X8 ödənilməsi; zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X6 mülki iddiası təmin edilərək təqsirləndirilən şəxs Məhkum 2800 (iki min səkkiz yüz) manat məbləğində pul tutularaq X9 ödənilməsi; zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X12 mülki iddiası qismən təmin edilərək təqsirləndirilən şəxs Məhkum 14000 (on dörd min) ABŞ dolları (pulun alındığı günə məzənnəsi ilə -14700 manat) vurulmuş zərərin əvəzi, eyni zamanda ona dəymiş mənəvi zərərə görə təqsirləndirilən şəxs Məhkum 1000 (min) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq X17 ödənilməsi, iddia tələbinin qalan hissədə təmi n edilməməsi; zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X7 mülki iddiasının təmin edilərək, təqsirləndirilən şəxs Məhkum 3000 (üç min) manat məbləğində vurulmuş zərərin əvəzi və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq X10 ödənilməsi; zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X11 mülki iddiası qismən təmin edilərək, təqsirləndirilən şəxs Məhkum 30000 (otuz min) manat məbləğində vurulmuş zərərin əvəzi, eyni zamanda ona dəymiş mənəvi zərərə görə təqsirləndirilən şəxs Məhkum oğlundan 500 (beş yez) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X13 ödənilməsi; zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X14 ərizəsi nəzərə alınaraq onun mülki iddiasının baxılmamış saxlanılması hökm edilmiş, həmçinin hökmlə maddi subutların taleyi və məhkəmə məsrəfləri məsələsi hə ll edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını təkrarən mənimsəmə yolu ilə talamış, tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, onlar ın həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2006-cı il tarixdən xxxxnın Gəncə şəhər X35 şöbəsinin müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, tanışı Gəncə şəhər sakini X17 “FOREX” beynəlxalq valyuta bazarına müəyyən məbləğdə pul yerləşdirərək üzərində qazanc götürəcəyini vəd edib aldadaraq, sonuncunun 2015-ci ilin mart ayından 2015-ci ilin may ayınadək olan müddətdə 24000 ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun olaraq 25183,20 manat məbləğində pulunu ünvan 2 a ünvanında yerləşən xxxxnın Gəncə şəhər X35 şöbəsinin inzibati binasının qarşısında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib Ayfər Abbasovanın xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, xx.xx.2016-cı il tarixdən xxxxnın Gəncə şəhər X35 şöbəsinin baş mütəxəssis-əməliyyatçısı vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, tanışı Gəncə şəhər sakini X21 X29 X35 şöbəsində olan ******************** saylı depozit hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan xx.xx.2017-ci il tarixdə 30000 manat və 30000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 51075 manat olmaqla, cəmi 81075 manat məbləğində pul vəsaitini xxxxnın Gəncə şəhər X35 şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə e dib Abil Əliyevin külli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, həmin tarixdə pulların guya Abil Əliyevin ******************** saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli eyni, yəni 500 nömrəli 2 ədəd bank mədaxil qəbzlərini hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə Abil Əliyevə təqdim edib vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, xx.xx.2016-cı il tarixdən xxxxnın Gəncə şəhər X35 şöbəsinin baş mütəxəssis-əməliyyatçısı vəzifəsində işləyərkən təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən tanışı X9 adına depozit hesabı açıb həmin hesaba müəyyən məbləğdə pul yerləşdirərək üzərində qazanc götürəcəyini vəd edib aldadaraq vahid niyyətlə 2017-ci ilin iyul ayında 2000 manat, 2018-ci ilin mart ayında isə ABŞ dollarına dəyişdirəcəyi adı ilə 1500 manat, cəmi 3500 manat məbləğində pulu xxxxnın Gəncə şəhər X35 şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə təkrarən öz qulluq mövqeyindən istifadə edib əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək Gülmira Ələkbərovaya qarşı dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən tanışı X25 adına depozit hesabı açıb həmin he saba müəyyən məbləğdə pul yerləşdirərək üzərində qazanc götürəcəyini vəd edib aldadaraq vahid niyyətlə xx.xx.2017-ci il tarixdə 7000 ABŞ dolları müqabilində həmin dövrün məzənnəsi ilə 11906.30 manat və 3000 manat olmaqla ümumilikdə 14906.30 manat məbləğində pulu xxxxnın Gəncə şəhər X35 şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə təkrarən öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək Elza Əmirovaya qarşı dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən X20 X32 X35 şöbəsində olan ******************** saylı depozit hesabına pul vəsaiti yerləşdirmə k adı ilə sonuncudan xx.xx.2017-ci il tarixdə 22.000 manat məbləğində pul vəsaitini xxxxnın Gəncə şəhər X35 şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib Sevil Musayevanın xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, həmin tarixdə pulların guya sonuncunun ******************** saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2017-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə Sevil Musayevaya təqdim edib vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən X1 X29 X3 5 şöbəsində olan **********591258255 saylı depozit hesabına xx.xx.2017-ci il tarixdə qoyduğu 1500 manat pulu vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edib talama məqsədilə, guya həmin məbləğdə pulun Tinatin Hüseynova tərəfindən hesabdan çıxarıldığı görüntüsü yaratmaqla tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək, yalan məlumatların əks olunduğu xx.xx.2017-ci il tarixli 502 nömrəli kassa məxaric orderi tərtib edib, sənədlərdə Tinatin Hüseynovanın əvəzindən imzalamaqla, işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə həmin saxta sənədlər əsasında şöbənin kassasından 1500 manat pul vəsaitini götürüb şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş özgə, yəni Azərbaycan Beynəlxalq Bankının sahibliyində olan əmlakı öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənims əmə yolu ilə talamış və təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən tanışı X1 X29 X35 şöbəsində olan **********591258255 saylı depozit hesabına pul yerləşdirmək adı ilə xx.xx.2018-ci il tarixdə 1000 manat məbləğində pulu xxxxnın Gəncə şəhər X35 şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib Tinatin Hüseynovanın əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, həmin tarixdə pulların guya Tinatin Hüseynovanın **********591258255 saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasın da tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2018-ci il tarixi 500 nömrəli bank mədaxil qəbzini hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə Tinatin Hüseynovaya təqdim edib təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən tanışı X10 adına depozit hesabı açıb həmin hesaba müəyyən məbləğdə pul yerləşdirərək üzərində qazanc götürəcəyini vəd edib aldadaraq xx.xx.2018ci il tarixdə 3000 manat məbləğində pulu ünvan 4 ünvanında yerləşən Gəncə Telekommunikasiya idarəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə təkrarən öz qulluq mövqeyindən ist ifadə edib əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək Sevinc Hüseynovaya qarşı dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən tanışı X13 ABŞ dollarının məzənnəsinin kəskin bahalaşacağını bildirib Azərbaycan manatını ABŞ dollarına dəyişdirəcəyini vəd edib aldadaraq xx.xx.2018-ci il tarixdə sonuncudan 30000 manat məbləğində pulu Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Milyanerka” adlı qadın geyim mağazasında alaraq öz şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib Aytən İbrahimovanın xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdi r. Eyni zamanda o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən tanışı X4 ABŞ dollarının məzənnəsinin kəskin bahalaşacağını bildirib Azərbaycan manatını ABŞ dollarına dəyişdirəcəyini vəd edib aldadaraq, 2018-ci ilin mart ayında xxxxnın Gəncə şəhər X35 şöbəsinin inzibati binasında 12000 manat, xx.xx.2018-ci il tarixdə isə eyni vədlə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 2-ci mkr, ev 6, mənzil 16-da 4350 manat məbləğində olmaqla vahid niyyətlə cəmi 16350 manat məbləğində pulu öz şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib Validə Seyidovanın xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Eyni zamanda o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyinə görə ona olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən tanışı X8 ABŞ dollarının məzənnəsinin kəskin bahalaşacağını bildirib Azərbaycan manatını ABŞ dollarına dəyişdirəcəyini vəd edib aldadaraq 2018-ci ilin mart ayının sonlarında 27000 manat pulu qulluq mövqeyinə və münasibətlərinə görə ona olan inam və etimaddan istifadə edərək, Gəncə şəhəri Nizami rayonu A.M.Əhmədov küçəsi dalan 16, ev 1-də alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib Tahir Səfərəliyevin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Həmçinin o, həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyinə görə o na olan inam və etimaddan istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən Göygöl rayon sakini X14 X32 X35 şöbəsində olan X16 **********34566555 saylı hesabına pul vəsaiti yerləşdirmək adı ilə sonuncudan xx.xx.2018-ci il tarixdə 20000 manat məbləğində pul vəsaitini xxxxnın Gəncə şəhər X35 şöbəsinin inzibati binasında alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib Teyyub Hüseynovun xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmiş, həmin tarixdə pulların guya sonuncunun **********34566555 saylı depozit hesabına mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2018-ci il tarixli 500 nömrəli bank mədaxil qəbzi hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə Teyyub Hüseynova təqdim edib vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən vəzifə təlimatına əsasən hüquqi şəxslərin hesabları üzrə əməliyyatların aparılması üçün müvafiq tədbirlər görmək, nağd vəsaitlərin qəbul edilməsi və verilməsi üzrə əməliyyatlar aparmaq və sair səlahiyyətləri həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mövqeyinə qarşı istifadə etməklə, qohumluq münasibəti olan X18 2014-2015-ci illərdə birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün aldığı 500000 ABŞ dolları məbləğində pulu Elçin Abbasov ondan qazanc kimi vəd etdiyi aylıq faiz məbl əğləri ilə birlikdə tələb edən zaman, həmin borc öhdəliyinin təminatı kimi tamah niyyətilə Elçin Abbasovun guya xx.xx.2018-ci il tarixdə ******* ABŞ dolları məbləğində pulunun əmanət kimi banka mədaxil edilməsi görüntüsü yaratmaq üçün bankın inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan xx.xx.2018-ci il tarixli klassik əmənat hesabı haqqında müqaviləni və eyni tarixli 500 nömrəli bank mədaxil qəbzini hazırlayaraq imzası və işlədiyi şöbənin möhürü ilə təsdiq etməklə Elçin Abbasova təqdim edib təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli Azərbaycan Respublikası Beynəlxalq Bankının işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şamil Rzaquliyev (səd rlik edən və məruzəçi), Salman Hüseynov və Teyyub Muxtarovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzası və zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X12 mülki iddiasına dair hissədə dəyişdirilməmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum et mə cəzası 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə endirilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən hazırkı qərarla təyin edilmiş əsas və əlavə cəzaları CM-in 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X12 mülki iddiası qismən təmin edilmiş, Məhkum 14000 (on dörd min) ABŞ dolları (ödən iş anında ödəniş yerinin məzənnə qiyməti) alınıb zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X17 verilmiş, Məhkum və onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X22 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və Məhkum barəsində cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətini dəlillərini kassator Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarı qanun suz və əsassızdır. Belə ki, hökmlə nəticələrin işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, cinayət qanunu normasının düzgün tətbiq edilməmiş və nəticədə qanunsuz ittiham hökmü çıxarılmışdır. Məhkəmələr iş üzrə zərərçəkmiş şəxslər Abel Əliyev, Validə Seyidova, Aytən İbarhimova, Elza Əmirova və Tahir Səfərəliyev ilə bağlı epizodlarla birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilməkdə haqlı olmamışdır. İş materiallarına diqqət yetirdikdə digər şəxslərdə pulları təqsirləndirilən şəxsə sələmə vermişlər. X30 hər hansı məbləğdə pul ödənilməmişdir. Digər şəxslər isə verdikləri pulu faiz ilə vermiş və həmin faizlər təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ödənilmişdir. Belə olan halda təqsirləndirilən şəxsin əməlində dələduzluq cinayətinin olması istisna edilir. Baş verən hadisə mülki hüquqi mübahisə olmuşdur. Həmçinin kassator Məhkum Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə verilən ittihamı da əsassız və qanunsuz hesab edir. Maddənin də mənasından göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən hansı sənədin məzmunu təhrif edilməsi verilən ittihamdan görünmür. Onun əməlini qeyd edilən maddə ilə tövsif edilməsi qanunsuzdur. Eyni zamanda şəxsin həm Cinayət Məcəlləsinin 179 həm də 308.1-ci maddəsi ilə təqsirli bilinməsi doğru olmamışdır. Bundan başqa təqsirləndirilən şəxsin əməli həm də 178.2.3-cü maddəsi ilə də təqsirli bilməsi hesab edilmişdir ki, doğru olmamışdır. Qeyd edilən maddələrin dispozisiyasına diqqət yetirdikdə onların hər üçün ilə təq sirləndirilən şəxsin təqsirli bilinməsi yolverilməzdir. Yuxarıda qeyd edilən məsələlər Apellyasiya Məhkəməsi qarşısında qaldırsa da lakin apellyasiya məhkəməsi əməlin tövsifinə heç bir hüquqi qiymət verməmiş yalnız şəxsin cəzasının azaltmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. K assasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblə rdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiy ası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası məhkumun bu dəlilini əsassız sayır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili Məhkum hazırkı cinayət işində təqsirinin sübuta yetirilməməsi, təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının və icraata xitam verilməməsinin qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublika sı CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum Tarverdiyeva Qədəm Möhbəli qızı məhkəmə istintaqında özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi onun özünün verdiyi ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Birinci və apellyasiya instansiya məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, təqs irləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan digər dəlillər qarşılıqlı təhlil edilib qiymət verilmişdir. Həmçinin iş materiallarında olan qərardan görünür ki, məhkəmə epizodların mülki xarakterli mübahisələrdən ibarət olması barədə dəlillərini nəzərdən keçirmiş, bu epizodlar zahirən mülki xarakterli münasibətlərə bənzəsə də, təqsirləndirilən şəxsin demək olar ki, əksər epizodlarda torpağı bir neçə şəxsə satması, hüququ olmadığı aldatma yolu ilə torpaqları zərərçəkmiş şəxslərə müəyyən pul müqabilində verməsi onun əməlində dələduzluq cinayətinin əlamətlərinin olmasına dəlalət edir. Bundan başqa Məhkum qeyd olunan cinayət epizodlarından irəli gələn mübahisələri həll etmək üçün mülki qaydada məhkəmələrə müraciət etməsi hələ bu münasibətlərin mülki xarakterli ol ması demək deyildir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə Məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixi, 1 saylı qərarında göstərilmişdir ki, şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması haqda məlumatları gizlətməsi onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Bundan başqa həmin Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Eyni zamanda həmin Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, dələduzluq etibardan sui-istifadə yolu ilə törədildikdə təqsirləndirilən şəxsin özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək niyyətinin, əmlakın və ya əmlaka olan hüququn ona etibar edildiyi ana qədər yaranması sübuta yetirilməlidir. Hökm və qərardan görünür ki, məhkum Cəlil X15 şəxsi borcunu ödəmək üçün xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib h üquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, həmçinin vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını təkrarən mənimsəmə yolu ilə talamış, tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa zərərçəkmiş şəxslərin Gəncə Ağır Cinayətlər Məhkəməsinə ünvanladıqları ərizələrlə onlara dəymiş maddi ziyanın tam şəkildə ödənildiyi barədə xüsusatı nəzərdən keçirərək hesab edir ki, z ərərçəkmiş şəxslərə ziyanın ödənilməsi Məhkum əməlini etiraf etməsi kimi qiymətləndirilə bilər və birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticə əsaslıdır. Məhkəmə istintaqı zamanı Məhkum özünü təqsirli bilməsə də, bir çox zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməsini etiraf etməsi, məhkəmə zamanı həmin epizodları mübahisələndirməməsi və toplanmış sübutların məcmusu ilə onun bu epizodlar üzrə təqsirinin tam subuta yetirilməsi birinci instansiya məhkəməsinin bu xüsusatları onun təqsirliliyini təsdiq edən hallar kimi qəbul etməkdə haqlı olduğunu göstərir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həm in sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvaf iq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellya siya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının Məhkum barəsindəki xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar