Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1231/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlunun iştirakları ilə, B akı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi M.B.Süleymanov tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə)13 dekabr 2022-ci il tarixli hökmü ilə Məhkum2, xx xxxx 1974-cü il tarixdə Laçın rayonunun Qarıqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, Laçın rayonunun 23 saylı tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyən, Laçın rayonunun Qarıqışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 nömrəli evdə faktiki yaşayan, və Məhkum1, 25 avqust 1976-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunun, Biçənək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Biçənək kəndində qeydiyyatda olmaqla ünvan 2də faktiki yaşayan, hər birisi CM-in 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək: - Məhkum2 - CM-in 29,178.2.1, 29,1 78.2.4, 178.2.1, 178.2.4-cü maddələri ilə - 3 (üç) il müddətə, CM-in 32.4, 312.1-ci maddəsi ilə - 3 (üç) il müddətə, CM-in 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına; - Məhkum1 - CM-in 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4-cü maddələri ilə - 3 (üç) il müddətə, CM-in 32.4, 312.1-ci maddəsi ilə - 3 (üç) il müddətə, CM-in 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Hökmlə Məhkum2 və Məhkum1, hər birisinin üzərinə yaşayış yerləri olan, birincinin Ağcabədi rayonunun, ikincinin isə - Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerlərini saat 23:00-da n saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, onların üzərinə qoyulmuş vəzifələri yerinə yetirmələrinə nəzarətin həyata keçirilməsi isə yaşayış yerləri üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 29,178.2.1, 29,178.2.4, 178.2.1, 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat miqdarında, CM-in 32.4, 312.1-ci maddəsi ilə 5000 (beş min) manat miqdarında, CM-in 66.2-ci maddəsinə əsasən isə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum ol unmuşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum1 və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin may ayında özünə Ağcabədi şəhərində görüşləri zamanı müraciət etmiş Zərərçəkmiş şəxs Məhkum1 və Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya əsasən guya özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çox şaxəli əlaqələrə malik şəx s kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq şəxsən yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs, özü və Məhkum1 vasitəsilə maddi nemət olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını şəxsən Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə razı laşmaqla sövdələşib, həmin niyyətlə sonuncudan 2021-ci ilin may ayının ortalarında yaşadığı ünvan 1 nömrəli evdə şəxsən 1.000 (bir min) manat və 2021-ci ilin iyul ayının əvvəllərində həmin ünvanda şəxsən 6.000 (altı min) manat, 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən “Cafe Park” adlı kafedə qabaqcadan əlbir olduğu Məhkum1 vasitəsi ilə 1.000 (bir min) manat pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, 2021-ci ilin avqust ayının ortalarında ünvan 1 ünvanında yerləşən "Araz" adlı kafedə Zərərçəkmiş şəxs məxsus 500 (beş yüz) manat pul vəsaitini sonuncunun oğlu Şahid1 qabaqcadan əlbir olduğu Məhkum1 vasitəsi ilə alıb, əldə etdikləri həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Məhkum1 və Təqsirləndirilən şəxs ilə aralarında bölə rək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Təqsirləndirilən şəxs və Məhkum1 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu oğlu Şahid1 işə düzəlmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan sə bəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, Məhkum1 və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkum1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin may ayında Məhkum2 Ağcabədi şəhərində görüşləri zamanı müraciət etmiş Zərərçəkmiş şəxs Məhkum2 və Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya əsasən guya özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çox şaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsi ilə yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası il ə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla Təqsirləndirilən şəxs, özü və Məhkum2 vasitəsilə maddi nemət olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsilə Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə sonuncudan 2021-ci ilin may ayının ortalarında Məhkum2 vasitəsilə sonuncunun yaşadığı ünvan 1 nömrəli evdə 1.000 (bir min) manat və 2021-ci ilin iyul ayının əvvəllərində həmin ünvanda 6.000 (altı min) manat, 2021-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən "Cafe Park" adlı kafedə şəxsən 1.000 (bir min) manat pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, 2021-ci ilin avqust ayının ortalarında ünvan 3 ünvanında yerləşən “Araz" adlı kafedə Zərərçəkmiş şəxs məxsus 500 (beş yüz) manat pul vəsaitini sonuncunun oğlu Şahid1 şəxsən alıb, əldə etdikləri həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Məhkum2 və Təqsirləndirilən şəxs ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Təqsirləndirilən şəxs və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Təqsirləndirilən şəxs və Məhkum2 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu oğlu Şahid1 işə düzəlmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, Məhkum2 və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib övladı Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin may ayında Məhkum2 Ağcabədi şəhərində görüşləri zamanı müraciət etmiş Zərərçəkmiş şəxs Məhkum2 və Məhkum1la aralarında olan razılaşmaya əsasən guya özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çox şaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yük sək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsi ilə yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla Məhkum1, özü və Məhkum2 vasitəsilə maddi nemət olan 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını qabaqcadan əlbir olduğu Məhkum2 vasitəsilə Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə sonuncudan 2021-ci ilin may ayının ortaların da Məhkum2 vasitəsilə sonuncunun yaşadığı ünvan 1 nömrəli evdə 1.000 (bir min) manat və 2021-ci ilin iyul ayının əvvəllərində həmin ünvanda 6.000 (altı min) manat, 2021-ci ilin iyul ayının ortalarında qabaqcadan əlbir olduğu Məhkum1 vasitəsilə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsində yerləşən “Cafe Park” adlı kafedə 1.000 (bir min) manat pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, 2021-ci ilin avqust ayının ortalarında Məhkum1 vasitəsilə ünvan 3 ünvanında yerləşən “Araz" adlı kafedə Zərərçəkmiş şəxs məxsus 500 (beş yüz) manat pul vəsaitini sonuncunun oğlu Şahid1 alıb, əldə etdikləri həmin pul vəsaitlərini qabaqcadan əlbir olduğu Məhkum2 və Məhkum1 ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus cəmi 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, Məhkum1 və Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü, Məhkum1 və Məhkum2 vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu oğlu Şahid1 işə düzəlmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmündən məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 9 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 202 3-cü il tarixli qərarından məhkumlar Məhkum2 və Məhkum1 müdafiəçisi M.B.Süleymanov ayrı-ayrılıqda eyni məzmunlu kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxslərin əməllərində CM-in 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri sübuta yetirilmədiyindən bu hissədə cinayət işinin icraatına xitam verilməsi, onlara CM-in 29,178.2.1, 29, 178.2.4, 178.2.1, 178.2.4-cü maddələri ilə təyin olunmuş cəzaların isə CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti və apellyasiya instansiyası məhkəməsinin qərarından kass asiya şikayəti verməmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Yuxarıda qeyd edildiyi kimi, eyni məzmunlu kassasiya şikayətlərində müdafiəçi M.B.Süleymanov CM-in, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) bir sıra maddələrinə, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il İİ iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarına, Məhkum2 və Məhkum1 təqsirli bilindikləri ittihama, onların barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi M.B.Süleymanov həmin şikayətini belə əsaslandırmışdır ki, istinad olunan Plenum Qərarının tələbindən açıq şəkildə görünür ki, həm Məhkum2, həm də Məhkum1 əməllərində CM-in 32.4,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibin əlamətləri sübuta yetirilməmiş, yəni onlar yalnız zərərçəkmiş şəxsdən aldıqları pul vəsaitini hər hansı vəzifəli şəxsə rüşvət qismində verməmiş, son olaraq həmin pul məhkum Təqsirləndirilən şəxs çatdırılmış, zərərçəkmiş şəxsin oğlunu da işə düzəltməyi də məhz sonuncu vəd etmişdir. Müdafiəçi hesab edir ki, belə olan halda hüquqlarını müdafiə etdiyi şəxslərin əməllərində cinayət tərkibinin əlamətlərinin olması sübuta yetirilmədiyinə görə onların CM-in 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair hissədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək bu hissədə cinayət işinin icraatına xitam verilməli, onlara digər maddələrlə təyin olunmuş cəzalar i sə şərti olaraq tətbiq edilməlidir. Məhkum2 və Məhkum1 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı heç bir dəlil irəli sürməyən və bu haqda tələbini hər hansı şəkildə əsaslandırmayan müdafiəçi M.B.Süleymanov yalnız qeyd olunan dəlillərə əsaslanaraq onun kassasiya şikayətlərinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətlərinə məhkəmə baxışı iclasının keçiriləcəyi yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, məhkumlar Məhkum2, Məhkum1 və Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq müdafiəçi M.B.Süleymanovun və dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətlə rinə məhkumlar Məhkum2, Məhkum1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi M.B.Süleymanovun kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, o, həmin şikayətlərində hüquqlarını müdafiə etdiyi Məhkum2 və Məhkum1 əməllərində CM-in 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi əlamətlərinin olmadığı halda onların qanunsuz və əsassız olaraq həmin maddə ilə təqsirli bilinib məhkum olunmalarını və eyni zamanda onlara ağır cəzaların təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin 9 fevral 2023-cü il tarixli qərarının ləğv edilməli və yeni qərar qəbul edilməli olması haqqında kassasiya tələblərini CPM-in 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.6 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi M.B.Süleymanovun kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs məhkum olunmalarına dair cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunilyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətin ə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, h abelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegi yası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıd a göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tə ləblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərərçəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyi n) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxarda bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qə rarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, o nun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgü n tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-i n 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilm ir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-pr osessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiym ətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əmə ldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-in 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əm əlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutları n mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ic lasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsin in tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübut lara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanu nvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eyni lə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi mü əyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünü n əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübut un digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisə etməklə Məhkum2 və Məhkum1, eləcə də Təqsirləndirilən şəxs, hər birisinin CM-in 178.2.1, 178.2.4, 29,178.2.1, 29,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinməsi ilə raz ılaşaraq hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktının ümumilikdə yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci insta nsiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla, yəni sübutların tədqiqindən imtina etməməklə və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum2 və Məhkum1 ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamlar üzrə təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin həm sübutlar ın tədqiqi, həm də onların qiymətləndirilməsi ilə bağlı gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Bundan başqa, cinayət işi üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında cinayət mühakimə icraatının şərtlərinə və prinsiplərinə uyğun olaraq işə baxılması təmin edildiyindən, apellyasiya instansiyası məhkəməsində artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac olmamış, buna görə işə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmış və birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün həmin məhkəmə də bu sübutlara əsaslanmaqla şikayətin dəlillərinə qanuna müvafiq qaydada əsaslandırılmış cavab vermişdir. Məhkum2 və Məhkum1 törətdikləri əməllərin hüquqi tövsifi ilə bağlı isə məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri bilir ki, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr toplanmış və araşdırılmış sübutlara əsasən belə nəticəyə gəlmişlər ki, onlar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin may ayında əldə edilmiş razılaşmaya əsasən guya özlərinin müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özlərini işgüzar və çox şaxəli əlaqələrə malik şəxslər kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək guya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Şahid1 işə düzəlməsini təmin etmək imkanına malik olduqlarını aralarındakı cinayətkar niyyətə uyğun olaraq şəxsən yalandan bildirib, həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə, yəni onun müvafiq vəzifəyə təyin edilməsi üçün zəruri tədbirləri görülməsinə görə Zərərçəkmiş şəxs 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməs inin zəruri olmasını sonuncuya onu aldatmaqla bildirərək ondan əvvəl 1.000 (bir min) manat, 2021-ci ilin iyul ayının əvvəllərində 6.000 (altı min) manat, 2021-ci ilin iyul ayının ortalarında 1.000 (bir min) manat pul vəsaitini almaqla, 2021-ci ilin avqust ayının ortalarında 500 (beş yüz) manat, cəmi isə 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, 14.000 (on dörd min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə isə cəhd etmişlər. Məhkəmə kollegiyası Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs, hər birisinin hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilmiş əməllərinin həmin dövrdə mövcud olmuş təcrüb əyə uyğun olaraq dələduzluq cinayəti kimi qiymətləndirilərək CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə yanaşı, həm də CM-in 32.4, 312.1-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşır, lakin aşağıda göstərilənlərə əsaslanaraq qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr adları çəkilən məhkumların törətdikləri dələduzluq əməlinin tövsifində səhvə yol vermişlər, buna görə də kollegiya ilk növbədə CPM-in 419.1-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq onların həmin əməlinə münasibətdə cinayət qanunu normasının tətbiq edilməsi məsələsinə münasibət bildirməklə bu haqda qanuni qərarın qəbul edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan və bu ittiham üzrə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hökmdən görünür ki, Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs dələduzluq və dələduzluğa cəhd etmə əməllərini törətdiklərinə görə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə yanaşı, həm də CM-in 29,178.2.1 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşlar ona görə ki, onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs oğlu Şahid1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi ilə bağlı vəzifəli şəxslərə 14.000 (on dörd min) manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitinin rüşvət qismində verilməsini n zəruri olmasını bildirərək 2021-ci ilin may-avqust aylarında Zərərçəkmiş şəxs yalnız 8.500 (səkkiz min) manat məbləğində pulun ələ keçirməklə yenə də ona xeyli miqdarda ziyan vurmuşlar. Göründüyü kimi, Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs təsvir olunan dələduzluq etməyə yönəlmiş hərəkətləri edərkən Zərərçəkmiş şəxs 14.000 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etsələr də, faktiki olaraq sonuncunun yalnız 8.500 manat məbləğində pulunu ələ keçirmiş və onların hər birisinin bu əməlləri həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayəti kimi qiymətləndirilərək CM-in 178.2.1, 178.2.4, 29,178.2.1 və 29, 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir, adları çəkilən məhkumların törətdikləri dələduzluq cinayəti ilə bağlı əməl lərinin həm başa çatmış, həm də başa çatmayan cinayət kimi qiymətləndirib həmin əməlləri yuxarıda göstərilən qaydada tövsif edən ibtidai araşdırma orqanı və məhkəmələr cinayət qanunu normalarını düzgün tətbiq etməməklə yanaşı həm də “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında əksini tapmış izahı da nəzərə almamışlar. Əvvəla, təsvir edilən hərəkətləri ilə Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs ələ keçirmələrinə cəhd olunmuş 14.000 manat məbləğində pul vəsaitindən 8.500 manat məbləğində pulu ələ keçirilmələri ilə bağlı zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin miqdarına dair məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə müraciət etməyi zəruri bilir və vurğulayır ki, CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Dələduzluq cinayətlərinə dair işlər üzrə təqsirkarın əməlinin tövsif edilməsi ilə əlaqədar cinayət qanunu normalarının tələblərinə və mənasına, habelə bu məsələyə dair formalaşmış vahid məhkəmə təcrübəsinə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirkar zərərçəkmiş şəxsin xeyli və ya külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə ondan həmin miqdarlarda əmlakının verilməsini tələb və ya xahiş etsə də, sonradan özündən asılı olmayaraq bu məbləğlərdə deyil, lakin yenə də xeyli və ya külli miqdarda əmlakını ələ keçirdikdə, onun əməli zərər çəkmiş şəxsə müvafiq olaraq xeyli və ya külli miqdarda ziyan vurmaqla başa çatmış dələduzluq kimi qiymətləndirilərək CM-in 178.2.4 və ya 178.3.2-ci maddələri ilə tövsif edilməli və bu kimi əməlin xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd kimi ixtisaslaşdırılmasına və CM-in 29, 178.2.4, yaxud da CM-in 29, 178.3.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar yaranmır. Məhkəmə kollegiyası hazırki iş üzrə müəyyən olunmuş faktiki hallardan və cinayət qanunu normalarına yuxarıda göstərilən şəkildə verdiyi təfsirdən çıxış edərək belə qənaətə gəlir ki, Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını (14.000 manat məbləğində pulunu) ələ keçirməyə cəhd edərək xeyli miqdarda da əmlakını (8.500 manat məbləğində pulunu) ələ k eçirdiyinə görə onların əməllərinin zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla başa çatmış dələduzluq cinayəti kimi qiymətləndirilməsi və həmin əməllər CMin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi kifayət etmiş və bu halda onların bu əməllərinin həm də CM-in 29, 178.2.1 və 29, 178.2.4-cü maddələri ilə tövsif edilməsi üçün əsaslar olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, törədilmiş dələduzluq əməli yalnız həmin cinayəti törətməyə cəhd kimi o, halda qiymətləndirilə bilər ki, təqsirkar zərərçəkmiş şəxsin xeyli və ya külli miqdarda əmlakını ələ keçirmək niyyəti izləyərək buna müvafiq hərəkətlər etmiş olsun, məsələn yalançı vədlər versin, lakin onun iradəsindən asılı olmayan səbəblərə görə zərərçəkmişin xeyli və ya külli miqdarlarda əmlakını deyil, bundan az məbləğlər də əmlakını ələ keçirmiş olsun. Məsələyə bu mövqedən yanaşma həmçinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 11 iyun 2015-ci il tarixli Qərarında da əksini tapmışdır. Belə ki, həmin Qərarın 33-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə, xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təş kil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-in 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Hazırki işin faktiki hallarına görə, M.M.İbrahimovun, Məhkum1 və Təqsirləndirilən şəxs qəsdləri dələduzluq yolu ilə Zərərçəkmiş şəxs 14.000 manat məbləğində, yəni xeyli miqdar hesab olunan miqdarda pulunun ələ keçirməyə yönəlsə də, onlar sonradan yalnız 8.500 manat məbləğində, yəni yenə də xeyli miqdar hesab edilən məbləğdə pulunu dələduzluq yolu ilə ələ keçirməyə müvəffəq olmuşlar. Məhkəmə kollegiyası cinayət qanunu normalarının tələblərindən və mənasından, bu normalara yuxarıda verilmiş təfsirindən və Ali Məhkəmənin Plenumunun izahından çıxış edərək hesab edir ki, bu halda Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs, hər birisinin törətdiyi bu dələduzluq əm əllərinin həm başa çatmamış cinayət, yəni xeyli ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilməsi və bir əməlin CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə yanaşı, həmçinin CM-in 29, 178.2.1 və 29, 178.2.4-cü maddələri də tövsif edilməsi əsassızdır, çünki qanunun mənasına və Ali Məhkəmənin Plenumunun izahına görə, bu kimi hallarda əməl yalnız başa çatmış cinayət kimi qiymətləndirilməlidir. Buna görə, məhkəmə kollegiyası şərh edilənlərə əsaslanaraq və Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs, hər birisinin yuxarıda təsvir edilən dələduzluq cinayətinin düzgün tövsif edilməməsini müəyyən edərək, belə qənaətə gəlir ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli qərarında və onunla bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 deka br 2022-ci il tarixli hökmündə dəyişiklik edilərək, onların Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlini törətdiklərinə görə CM-in 29,178.2.1 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair müddəalar həmin qərardan və hökmdən xaric edilməlidir. Məhkumlar Məhkum2 və Məhkum1 törətdikləri dələduzluq əməllərinin əsassız olaraq həm də təqsirli bilindikləri ittihamda göstərilən müvafiq hərəkətin edilməsi üçün Zərərçəkmiş şəxs rüşvət verməyə təhrik etmə kimi qiymətləndirilməsi və həmin əmələ görə də əsassız və qanunsuz olaraq CM-in 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələri barədə kassasiya şikayətlərinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının əvvəlki redaksiyasının (məhkum olunmuş şəxslərin onlara istinad olunan əməlləri törədərkən qüvvədə olmuş) 36-cı bəndində məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyacların a sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Həmçinin izah edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna gör ə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hü quq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-in 32.4, 312-ci madd əsi) kimi qiymətləndirilir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və b urada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddəsi) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuz dan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Palatasının şərh olunan hüquqi mövqeyinə əsaslanaraq kassasiya şikayətində də istinad olunan “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: “36. Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edils in. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci mad dəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əs asən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Q ərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-in 29, 312-ci maddəsi ilə tövsif edilir. CM-in 312-ci maddəsinin “Qeyd”ində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə zər ərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat ver diyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə bərabər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Hazırki işin materiallarından göründüyü Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs 2021-ci ilin may-avqust aylarında Zərərçəkmiş şəxs xeyli məbləğdə pul vəsaitlini ələ keçirmək məqsədilə ona verdikləri vəd üzrə xeyrinə heç bir iş görməyib etibardan suiistifadə və aldatma yolu ilə həmin şəxsin ona xeyli miqdarda ziyan vurmaqla 8.500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirsələr də, faktiki olaraq hər hansı vəzifəli şəxsə pul və ya digər maddi nemət şəklində rüşvət verməmiş, rüşvət verməyə təhrik etmə hərəkətlərindən isə yalnız dələduzluq əməlini törətməsinin üsulu kimi istifadə etmişdir. Buna görə, məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il t arixli Qərarının 36-cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, hazırki iş üzrə Məhkum2 və Məhkum1 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmündən həm Məhkum2 və Məhkum1, həm də Təqsirləndirilən şəxs CM-in 32.4, 312.1-ci maddəsi təqsirli bilinib məhkum olunmalarına dair müddəalar xaric edilməli, onların üzərlərində isə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş cəzalar saxlanılmalıdır. Məhkəmə kollegiyası Məhkum2 və Məhkum1la yanaşı, kassasiya şikayəti verməmiş Təqsirləndirilən şəxs barəsində də yuxarıda göstərilən qaydada, yəni onun da CM-in 29,178.2.1, 29,178.2. 4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair müddəaların Xətai Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmündən xaric edilməsini mümkün bilərkən, CPM-in 419.1-ci maddəsinin tələblərinə əsaslanır və qeyd edir ki, həmin maddənin ikinci cümləsinə görə, kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Məhkum2 və Məhkum1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzalarının CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə kassasiya şikayətlərində irəli sürülmüş tələbə gəldikdə isə məhkəmə kollegiyası bu tələbin təmin edilməsini mümkün bilmir ona görə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Göründüyü kimi, göstərilən normada iki növ cəzaların - azadlığın məhdudlaşdırılması cəzasının şərti olaraq tətbiq edilməsi mümkünlüyü nəzərdə tutulmamış və belə cəzaya məhkum olunmuş şəxslər onun çəkilməsi qaydaları təsbit edilmiş qanunvericiliyin tələblərinə müvafiq olaraq, habelə üzərlərinə qoyulmuş vəzifələri yerinə yetirməklə real çəkməlidirlər. Belə olan halda məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 barələrində CM-in 70.1-ci maddəsinin tətbiq edilməsi barədə müdafiəçi M.B.Süleyma novun kassasiya tələbini qəbul edilməz sayır və bununla bağlı kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar görmür. Eyni zamanda, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq həmçinin adları çəkilən məhkumların barəsindəki apellyasiya instansiyası məhkəməsinin 9 fevral 2023-cü il tarixli qərarının onların hər birisinin CM-in 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilərək cinayət işinin icraatına bu hissədə xitam verilməsini mümkün bilmir və bununla da bağlı kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin dəlillərə əsaslanan tələbin təmin olunmasına zərurət görmür, çünki artıq Ali Məhkəmənin Cinayət Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə, şəxs dələduzluq cinayəti ilə yanaşı eyni əmələ görə həm də rüşvət ver məyə təhrik etməkdə, yəni CM-in 32.4, 312.1 və ya 32.4, 312.2-ci maddələri ilə ittiham olunduqda və ya təqsirli bilinib məhkum edildikdə işə mahiyyəti üzrə baxan məhkəmə, yaxud apellyasiya və ya kassasiya instansiyası məhkəmələri həmin maddənin ittihamdan və ya qəbul edilmiş yekun məhkəmə aktlarından xaric edilməsi barədə qərar qəbul edirlər. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətlərinin dəlilləri və həmin şikayətlərdə irəli sürülmüş tələblə birgə müqayisəli şəkildə təhlil edərək, həmin şikayətlərin tam təmin edilməsi barədə müdafiəçi M.B.Süleymanovun, kassasiya şikayətlərinin qismən təmin edilməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, müdafiəçi M.B.Süleymanovun kassasiya şi kayətləri qismən təmin edilməklə və həmin şikayətlərin dəlillərindən asılı olmayaraq Məhkum2 və Məhkum1 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli qərarında dəyişiklik edilməli, həmin qərardan və onunla bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmündən Məhkum2, Məhkum1, habelə Təqsirləndirilən şəxs, hər birisinin CM-in 29,178.2.1, 29,178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair müddəalar xaric edilməli və onların üzərində CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin olunmuş cəzalar saxlanılmalı, mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.4, 178.2.1, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2023-cü il tarixli qərarı dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsinin 9 fevral 2023-cü il tarixli qərarından və onunla bağlı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli hökmündən Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs, hər birisinin Azərbay can Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair müddəalar xaric edilsin. Məhkumlar Məhkum2 və Məhkum1 üzərində onlara ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, məhkum Təqsirləndirilən şəxs üzərində isə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 4000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılsın. Qərar kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1231/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1231/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver