Məhkəmə qərarları › İş №1(102)-1232/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1232/2019

15.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1232/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Elnur Nizami oğlu İsa-zadənin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X6) Məhkum- xx xxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, ali təhsilli, subay, Abşeron rayonunun Masazır kəndində qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5 maddəsinə əsasən ona Abşeron Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 5 ay 24 gün müddətinə islah işləri cəzası, həmin Məcəllənin 68.1 maddəsinə əsasən 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən, 4000 AZN məbləğində cərimə cəzası isə tamamilə toplanılmaqla ona cinayətlərinin məcmusu üzrə qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə və 4000 manat məbləğində cərimə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 08 may 2018-ci ildən hesablanmışdır. İşin halları: Hökmə əsasən Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə 18 aprel 2018-ci ildə saat 18 radələrində Bakı şəhəri, *************************** saylı üvanda yerləşən “İrem”' gözəllik salonuna müştəri qismində daxil olaraq Zərərçəkmiş şəxs3 məxsus əl çantasından 450 manat və milli məzə nnə ilə 170 manat təşkil edən 100 ABŞ dolları məbləğində pulları 20 manat dəyərində olan pul qabı ilə birlikdə gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 640 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 25 aprel 2018-ci ildə saat 17:15-də ünvan 1 ünvanda yerləşən “ Santa Monika ” gözəllik salonuna müştəri qismində daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus əl çantasından 74 manat və milli məzənnə ilə 170 manat təşkil edən 100 ABŞ dolları məbləğində pulları 30 manat dəyərində olan “ARMANİ” markalı pul qabı ilə birlikdə gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 274 manat məbləğində; 05 may 2018-ci ildə saat 13:20-də ünvan 2 ünvanda yerləşən “ Salon Lady” gözəllik salonuna müştəri qismində daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus ə l çantasından 100 manat, milli məzənə ilə 17 manat təşkil edən 10 ABŞ dolları və 10 manat 18 qəpik təşkil edən 05 Avro məbləğində pulları 350 manat dəyərində “X13” markalı pul qabı ilə birlikdə gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 477 manat 18 qəpik məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə) 27 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməs ini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum azyaşlı övladını tək başına böyütdüyünü, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmadığını nəzərə alaraq cəzsının çəkilməmiş hissəsini həbslə bağlı olmayan alternativ cəza növü ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestin ə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərinin əsaslılığını, cinayət işinə baxmış birinci və apellyasiya instansiy ası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlamışdır. Kassasiya şikayətində məhkum ona təyin edilmiş cəzanın yüngülləşdirilərək, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində olduğu kimi apellyasiya şikayətində də eyni məzmunda cəzasının yüngülləşdirilməsini xahiş etmiş və apellyasiya instansiya məhkəməsi bu dəlilin əsaslılığını yoxlamışdır. Məhkum bu cinayət işi üzrə üç epizod üzrə oğurluq cinayətləri törətmiş və ona görə də Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yəni Azə rbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində ona cəza təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə ona digər hökmlə təyin edilmiş cəzalar qismən bu cəza ilə birləşdirilmişdir. Əvvəlki Abşeron Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilsə də, eyni xarakterli cinayət əməllərinin dəfələrlə təkrar törədilməsi onun ictimai təhlükəliliyinə dəlalət edən hal kimi və onun belə cinayət əməlləri törətməyə meyilliliyi nəzərə alınaraq birinci instansiya məhkəməsi düzgün olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin etmiş və apellyasiya instansiya məhkəməsi tərəfindən hökm dəyişdirilmədən saxlanmışdır. Kassasiya şikayətində göstə rilən cəzanı yüngülləşdirən hallar birinci instansiya məhkəməsi tərəfindən cəza təyini zamanı nəzərə alınmışdır. Bu hallar cəzanın daha da yüngülləşdirilməsinə əsas vermir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cəzanın yüngülləşdirilməsi istiqamətində apellyasiya instansiya məhkəməsinin cinayət işi üzrə qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cə maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsi barədə cinay ət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2019-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar