Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1232/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, -Məhkum2 müdafiəçisi-vəkil Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, Gəncə Ağı r Cinayətlər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 315.2-ci maddələri ilə, Məhkum1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisivəkil Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli hökmü ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən və məruzəçi), F.N.Mahmudov və E.İ.Rüstəmovdan ibarət tərkibdə) Məhkum2 - xx.xx.1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbayca n Respublikasının vətəndaşı, ailəli və 2 övladı var, orta təhsilli, əvvəllər məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olub, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 315.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzasına, CM-nin 315.2-ci maddəsilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunm uş cəzalar qismən toplanmaqla ona qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Məhkum2 barəsində Yevlax Rayon Məhkəməsinin 30.11.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddətilə müəyyən edilmiş şərti məhkum etmənin ləğv edilməsi, CM-nin 67.1-ci maddəsinə əsasən 2 (iki) il azadlıqdan məhrum etmə cəzasının yeni hökm üzrə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 27 mart 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 - xx.xx.1973-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və Ünvan 3 ünvanında yaşamış Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində ç əkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 28 mart 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum2 vahid niyyətlə maddi gəlir əldə etmək üçün satış məqsədilə külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla əldə edib Azərbaycan Respublikası ərazisində realizə etmək üçün gətirilməsi barədə sifarişinə əsasən 2018-ci ilin mart ayının ortalarında onun Ukrayna Respublikasında yaşayan tanışları Məhkum1 və qeyrisi tərəfindən Ukrayna Respublikasında istintaqa məlum olmayan mənbədən qanunusuz əldə edilib külli miqdarda, yəni təmiz halda çəkisi 1 kiloqram 271,30 qram narkotik vasitə olan qurudulmuş marixuananı uşaq yeməkləri qutularının içərisində qablaşdırılaraq müxtəlif ərzaq və qida məhsulları olan çantanın içərisində gizlədilib Ukrayna-Azərbaycan-Ukrayna marşrutu ilə törədilən cinayət əməlindən xəbəri olmadan sürücü X13 tərəfindən etibarnamə əsasında idarə olunan “Volkswagen” markalı BH-****-HP qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının ərazisinə gətirilməsi təşkil edilərək həmin avtomobillə 26 mart 2018-ci il tarixdə qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən “Şıxlı” sərhədgömrük keçid məntəqəsindən X10 vasitəsi ilə keçməklə Azərbaycan Respublikasının ərazisinə daşınaraq gətirilmiş və burada Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saat 22:00 radələrində X10 tərəfindən idarə olunan a vtomobil Qazax rayonu ərazisində Bakı-Qazax avtomobil yolunun 501-ci kilometrliyində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 727-ci postunda saxlanılaraq baxış keçirilən zaman avtomobildən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qabaqcadan əldə edilmiş razılaşma əsasında vəzifə bölgüsünə əsasən 27 mart 2018-ci il tarixdə gecə saat 02 radələrində Ukrayna Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının dövlət sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirilmiş yuxarıda qeyd edilən uşaq yeməklərinin qutularının içərisində qablaşdırılaraq müxtəlif ərzaq və qida məhsulları olan çantanın içərisində gizlədilmiş külli miqdarda, yəni təmiz halda çəkisi 1 kiloqram 271,30 qram narkotik vasitə olan qurudulmuş marixuananı qarşılayıb götürmək üçün Gor anboy rayonu Goran qəsəbəsi ərazisində yerləşən avtomobil dayanacağına gəlib burada cinayət əməlinin iştirakçılarının ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirinin davamı olaraq sürücü X10 vasitəsi ilə nəzarət altında həmin dayanacağa gətirilmiş qeyd edilən narkotik vasitəni sonuncudan qəbul edərək əldə edib, daşıyıb apararkən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldıqda cinayət məsuliyyətindən yayınmaq üçün xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı X2 qanuni tələbinə məhəl qoymadan ona qarşı həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə şalvarının sol cibindən çıxartdığı təsər rüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı ilə sağ bazu nahiyəsinə zərbə endirib ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər - sağ deltaya bənzər əzələsinin 3/2 hissəsinin, sağ üç başlı əzələnin qismən kəsilməsi, İ dərəcəli hemorragik şokla müşaiyət edilən sağ bazu nahiyəsinin kəsilmiş yarası xəsarətləri yetirərək müqavimət göstərmişdir. Bundan başqa Məhkum2 yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış zamanı sonuncuya məxsus 2017-ci ilin təxminən oktyabr ayında X5 qanunsuz olaraq əldə edərək saxladığı qatlanmayan, zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı "AK-47. “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan soyuq silah hesab edilən süngübıçağı aşkar edilərək götürülmüşdür. Məhkum1 vahid niyyətlə maddi gəlir əldə etmək üçün satış məqsədilə külli miqdarda narkotik vasitə sayılan qurudulmuş marixuananı qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yolla əldə edib Azərbaycan Respublikası ərazisində realizə edilməsi məqsədi ilə gətirilməsi barədə Məhkum2 sifarişinə əsasən qeyrisilə birlikdə 2018ci ilin mart ayının ortalarında Ukrayna Respublikasında istintaqa məlum olmayan mənbədən qanunusuz əldə edilib külli miqdarda, yəni təmiz halda çəkisi 1 kiloqram 271,30 qram narkotik vasitə olan qurudulmuş marixuananı uşaq yeməkləri qutularının içərisində qablaşdıraraq müxtəlif ərzaq və qida məhsulları olan çan tanın içərisində gizlədib UkraynaAzərbaycan-Ukrayna marşrutu ilə törədilən cinayət əməlindən xəbəri olmadan sürücü X13 tərəfindən etibarnamə əsasında idarə olunan “Volkswagen” markalı BH-****-HP qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının ərazisinə gətirilməsini təşkil edərək həmin avtomobillə 26 mart 2018-ci il tarixdə qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının dövlət sərhədində yerləşən “Şıxlı” sərhəd-gömrük keçid məntəqəsindən X10 vasitəsi ilə keçirilməklə Azərbaycan Respublikasının ərazisinə daşınaraq gətirilməsini təmin etmiş, eyni zamanda narkotik vasitənin pulunu Məhkum2 qəbul etmək üçün 17 mart 2018-ci il tarixdə Ukrayna Respublikasından Azərbaycan Respublikasına gəlmiş, lakin qeyd edilən narko tik maddə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saat 22 radələrində Qazax rayonu ərazisində Bakı-Qazax avtomobil yolunun 501-ci kilometrliyində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 727-ci postunda saxlanılaraq baxış keçirilən həmin avtomobildən aşkar edilərək götürülmüş və keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 mart 2018-ci il tarixdə Məhkum1 Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hökmdən məhkumlar və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: S.B.Hüseynov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Muxtarovdan ibarət tərkibdə) 04 mart 2021-ci il tari xli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarından Məhkum1 kassasiya şikayəti verərək barəsində daha yüngül cəza təyin edilməsini və ona verilmiş ittihamdan CM-nin 206.3.2-ci maddəsinin müəddalarının çıxarılması barədə qərar qəbul edilməsini, Məhkum2 müdafiəçisi-vəkil Məmmədov Fərhad Möhübbət oğlu isə kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarını ləğv edərək əməlində CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 315.2-ci maddələri ilə cinayət tərkibi olmadığından barəsində bəraət verilməsini, CM-nin 228.4-cü maddəsinə müvafiq qaydada Ye vlax Rayon Məhkəməsinin 30.11.2016-cı il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmənin ona təyin ediləcək əsas cəzaya qismən birləşdirilməklə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi-vəkil Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi müdafiə etdiyi şəxs Məhkum2 barəsində mövcud olan sübutların hazırkı ittihamı tamamlamadığını nəzərə almamış, təqsirlilik məsələsini həll etməklə, şəxs barəsində əsassız olaraq ittiham hökmü çıxarmışdır. Hüquqlarını müdafiə etdiyi şəxs Məhkum2 AR CM-nin 206.3.2, 228.4, 234.4.1, 234.4.3, 315.2-ci maddələri ilə təqsirli bilinmiş, lakin o, məhkəmə prosesinin ilk günündən sonunadək qaldırılan Cinayət Məcəlləsinin normalarından 228.4-cü maddəsi istisn a olmaqla yerdə qalanları rədd etmişdir. Məhkum2 işin hallarının məhkəmə qaydasında sübut edilməsi üçün çoxsaylı vəsatətlər vermiş, ancaq aparılan bütün proseslər məhkəmə baxışında qaldırılan ittihamı təsdiq etməmişdir. Məhkəmə prosesində iki hal şahidi iştirak etmişdir. X3, eləcə də X6 heç biri hökmdə qeyd etdiyi kimi ifadələr verməmiş, fərqli ifadələr verərək hansısa saxta pul məbləğinin baxışında iştirak etdiyi, digəri isə sərhəd-keçid məntəqəsində hansısa bir bu işə aid olmayan prosesdə iştirakı ilə bağlı ifadələr vermiş, hazırkı işin mahiyyəti ilə bağlı tam məlumatsız olduqları, verilən suallara cavab verə bilməmələri, mübahisələndirilən narkotik vasitənin sumkadan çıxarılması zamanı bıı işdən xəbərdar olmadıqlarını ortaya qoymuşdurlar. Məhkum2 AR CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 315.2-ci maddələri üzrə təqsirsiz olduğundan barəsində ədalətli qərar qəbul edilməsi və bu maddələr üzrə ona bəraət verilməsi xahiş edilmişdir. Məhkum1 cəzaçəkmə müəssisəsindən ərizə göndərərək kassasiya şikayətini geri götürdüyünü bildirdiyindən onun kassasiya şikayətinin dəlilərinə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, Məhkum2 müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, Məhkum1 barədə kassasiya şikayətinin geri qaytarılması barədə müdafiəçi-vəkil Məmmədov Fərhad Möhübbət oğlunun, Məhkum2 barəsindəki kassasiya şikayətinin təmin edilməməsi, digər məhkum barəsindəki kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hü quqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəm əsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkumun cinayət əməli birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, Məhkum2 məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ilkin ifadəsi və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, cinayət işində olan digər materiallar və işin faktiki halları ilə tam təsdiq olunur. Məhkəmə istintaqı zamanı Məhkum2 ona elan edilmiş ittihamlarla özünü qismən, yalnız CM-nin 228.4-cü madd əsilə təqsirli bilsə də, onun cinayət əməli cinayət işində olan sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 CM-in 206.3.2, 228.4, 234.4.1, 234.4.3, 315.2-ci maddələrinin dispozisiyasında əks olunmuş əməlləri törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edildiyindən cinayət əməlinin hüquqi tövsifi apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq dəyişdirilmədən saxlanmışdır. Kassasiya şikayətində göstərilən dəlillər əsasında hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və məhkum barəsində bəraət qərarı çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən ci nayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutları isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmış, iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini CM-in 206.3.2, 228.4, 234.4.1, 234.4.3, 315.2-ci maddələri ilə dü zgün tövsif etmişdir. Məhkum2 cinayət əməlləri məhkəmə iclasında tədqiq olunmuş özünün və digər təqsirləndirilən şəxsin ibtidai istintaqdakı etirafedici ifadələri, şahid X10 həm ibtidai istintaqda və həm də məhkəmə iclasındakı eyni məzmunlu ifadələri digər şahidlərin ifadələri üzləşdirmə protokolu, digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, məhkəmə iclasında tədqiq edilmiş telefon danışıqları barədə əldə edilmiş audioyazıların fonoskopik ekspertizalarının rəyləri ilə tam sübut olunmuşdur. Məhkum2 müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində 28 mart 2018-ci il tarixli, həmin tarixli təqsirləndirilən şəxs qismində ifadələrində özünü elan edilmiş bütün ittihamlar üzrə tam təqsirli bilmiş, 05 sentyabr 2018-ci il və 10 oktyabr 2018-ci il tarixli ifadələrində özünü CM-nin 228.4-cü maddəsi ilə tam, CM-nin 315.2-ci maddəsi ilə qismən təqsirli bilsə də cinayət işinin faktiki hallarına uyğun etirafedici ifadələr vermişdir. Narkotik vasitələrin külli miqdarda qaçaqmalçılığı, qanunsuz dövriyyəsi, təhlükəsizlik xidmətinin əməkdaşına müqavimət göstərməsi barədə elan edilmiş ittihamda göstərilən hərəkətlərini ilkin ifadələrində təsdiq etsə də sonrakı ifadələrində qismən inkar etmiş məhkəmə iclasında isə narkotik vasitənin qaçaqmalçılığı və satış məqsədi ilə qanunsuz dövriyyəsi ilə bağlı, eləcə də təhlükəsizlik xidmətinin əməkdaşına müqavimət göstərmə epizodlarda özünün təqsirliliyini təkzib etmişdir. İbtidai istintaqdakı ifadələrində narkotik vasitələrin aşkar edilməsi zamanı hal şahidlərinin iştirakını təsdiq etmiş, onunla Məhkum1, X17 arasındakı səs yazıları barədə C D diskdəki audioyazılardakı səslərin ona, X17a və Məhkum1ə məxsus olmasını da təsdiq etmişdir. 06 sentyabr 2018-ci il tarixdə müdafiəçisinin iştirakı ilə zərərçəkmiş şəxs X7 ilə üzləşdirmə zamanı təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən 27 mart 2018-ci il tarixdə saxlanılarkən ona bıçaqla xəsarət yetirdiyini də təsdiq etmişdir. Hal şahidləri X1 və X4 ifadələrinin məhkəmə iclası protokolunda düzgün yazılmaması barədə müdafiəçisinin kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokoluna qeyd verilmədiyindən, eləcə də bu dəlili təsdiq edən hər hansı başqa mötəbər sübuta istinad edilmədiyindən, həmin dəlil əsaslı hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, istər ibtidai istintaqda və istərsə də məhkəmə iclasında toplanmış sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq məhkəmə iclasında tədqiq edilərək, qiymətləndirilmiş və sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən ittiham hökmü qəbul edilmişdir. Ona görə də məhkuma bəraət verilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasi ya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum2 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Əksinə kassasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, habelə sair iş materialları ilə tamamilə təkzib edilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası sübutları tədqiq etmədiyindən həmin sübutları yenidən qərarda şərh etməyə lüzum görmür. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 cinayət əməllərinin Azərbaycan Respublikası CM-nin CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 315.2-ci maddələrinə tövsif edilməsində məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, onun barəsindəki məhkəmə qərarlarının ləğv edilərək, gö stərilən maddələrlə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə müdafiəçinin kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə Kollegiyası müdafiəçi-vəkil Məmmədov Fərhad Möhübbət oğlunun kassasiya şikayətinin Məhkum2 CM-nin 228.4-cü maddəsinə müvafiq qaydada Yevlax Rayon Məhkəməsinin 30.11.2016-cı il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetmənin ona təyin ediləcək əsas cəzaya qismən birləşdirilməklə yeni qərar qəbul edilməsi barəsində olan dəlilinə münasibət bildirərək qeyd edir ki, Məhkum2 əməli CM-nin 228.4-cü maddəsi ilə yanaşı, CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 315.2-ci maddələri ilə də öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi tərəfindən məhkuma ədalətli cəza təyin edilmiş, apellyasiya məhkəməsi də işə baxarkən birinci insta nsiya məhkəməsinin məhkuma cəza təyini ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-c i maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, c əzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlili də əsassız olduğundan təmin edilməməlidir. Kassasiya şikayətinin dəlillərinin yoxlanması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Cinayət işi üzrə digər Məhkum1 barəsində də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarından kassasiya şikayəti verilmiş, lakin cinayət işinə kassasiya qaydasında baxılanadək məhkum cəzaçəkmə müəssisəsindən ərizə göndərərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiy a şikayətini geri götürmək hüququna malikdir. Kassasiya şikayətlərinin geri qaytarılması barədə Məhkum1 ərizəsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, onun vəsatəti qanuna uyğun olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci və 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 müdafiəçisi-vəkil Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum2 oğlunun Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.4, 234.4.1, 234.4.3 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2021-ci il tarixli qərarı onun müdafiəçisinin kassasi ya şikayətinə münasibətdə dəyişikliksiz saxlanılsın. Məhkum1 barəsində kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1232/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1232/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver