Məhkəmə qərarları › İş №1(102)-1232/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1232/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1232/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Abduləzizli Şair Abbas oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-496/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədov Rihat Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 06 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 150.2.5 və 150.3.3cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 28 noyabr 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Məhkum 2020-ci ilin ortalarına aid naməlum tarixdən başlayaraq 05 sentyabr 2022-ci il tarixədək olan vaxt ərzində təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan qonşusu Gəncə şəhəri, Kimyaçılar küçəsi ev 11, mənzil 1 ünvanında yaşayan azyaşlı xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 hədiyyə verəcəyi və onunla şaşki oynayacağı bəhanəsi ilə aldadıb, onu yaşadığı ünvan 1 ünvanına və iki dəfə isə qonşusu Şahid4 yaşadığı ünvan 2 ünvanına gətirib, mütəmadi olaraq, təkrarən, ümumilikdə 8-9 dəfə onun köməksiz vəziyyətindən istifadə edərək, qışqırmasına məhəl qoymayaraq ağzını əli ilə bağlayıb, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs3 dodağından, boynunda n öpdükdən sonra sonuncunun cinsiyyət orqanını əli ilə oynadıb, gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun arxa nahiyyəsinə sürtməklə cinsi ehtirasını təmin edib, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən, 2021-ci ilin ortalarından 2022-ci ilin ortalarınadək məlum olmayan ay və günlərdə təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan qonşusu, Gəncə şəhəri, Kimyaçılar küçəsi ev 11, mənzil 1 ünvanında yaşayan azyaşlı xx.xx.2015- ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 hədiyyə verəcəyi bəhanəsi ilə aldadıb, onu birinci dəfə yaşadığı ünvan 1 ünvanına və iki dəfə isə qonşusu Şahid4 yaşadığı ünvan 3 ünvanına gətirib, təkrarən, ümumilikdə 3 dəfə onun köməksiz vəziyyətindən ist ifadə edərək, qışqırmasına məhəl qoymayaraq ağzını əli ilə bağlayıb, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə, evin otağının qapısını bağlayıb, özü də olmaqla Zərərçəkmiş şəxs2 lüt soyundurub dodağından, boynundan öpdükdən sonra gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını sonuncunun uşaqlıq yoluna sürtməklə ona ağrı verib, cinsi ehtirasını təmin etməklə, sperma ifraz edib, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən, 2022-ci ilin ortalarına aid naməlum tarixdən başlayaraq həmin ilin sentyabr aynının əvvəllərinədək təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan qonşusu, Gəncə şəhəri, Kimyaçılar küçəsi ev 11, mənzil 1 ünvanında yaşayan azyaşlı xx.xx.2013-cü il təvəllüdlü Zə rərçəkmiş şəxs4 hədiyyə verəcəyi bəhanəsi ilə aldadıb, onu yaşadığı ünvan 1 ünvanına gətirib, mütəmadi olaraq, təkrarən, ümumilikdə 78 dəfə onun köməksiz vəziyyətindən istifadə edərək, qışqırmasına məhəl qoymayaraq ağzını əli ilə bağlayıb, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə Zərərçəkmiş şəxs4 dodağından, boynundan öpdükdən sonra sonuncunun cinsiyyət orqanını əli ilə oynadıb, sonra əlini onun arxa nahiyyəsinə salıb çıxartmaqla cinsi ehtirasını təmin edib, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən, 2022-ci ilin avqust ayında məlum olmayan gündə təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan qonşusu, Gəncə şəhəri, Kimyaçılar küçəsi, ev 11, mənzil 1 ünvanında yaşayan a zyaşlı xx.xx.2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 hədiyyə verəcəyi bəhanəsi ilə aldadıb, onu yaşadığı ünvan 4 ünvanına gətirib, onun köməksiz vəziyyətindən istifadə edib, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə əlini Zərərçəkmiş şəxs1 alt paltarına salıb onun cinsiyyət orqanını əlləşdirib, sonra öz cinsiyyət orqanını gərilmiş vəziyyətə gətirərək sonuncunun uşaqlıq yoluna toxundurmaqla, cinsi ehtirasını təmin edib, zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir.

5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-133/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 13 (on üç) il müddəti nə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Məmmədov Rihat Tahir oğlu apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-496/2023 nömrəli, 13 sentyabr 2023-cü tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-133/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıl mışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Məmmədov Rihat Tahir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilir ki, zərərçəkmiş şəxslərin və onların qanuni nümayəndəsinin Məhkum barəsində həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələr, həm də məhkəmə-tibbi ekspertizasının rəyləri arasında kəskin dərəcədə ziddiyyətlər mövcud olduğundan iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrin kənar şəxslərin müdaxiləsi və öyrətməsi olub-olmamasını dəqiq müəyyən etmək üçün həmin şəxslər barəsində təkrar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yeniyetmələrlə iş üzrə məhkəmə-psixoloji ekspertizası aparılmasına dair qərar qəbul edilməsinə dair vəsatətlə birinci instansiya və apellyasiya məhkəməsinə müraciət etsə də vəsatəti təmin edilməmişdir. Hesab edir ki, Şahid1 Məhkumlə əvvəllər arasında ədavət olmasına görə azyaşlı uşaqlarını Məhkum qarşı öyrətməsi üçün kifayət qədər şübhələr mövcud olduğundan və həmin şübhələr aradan qaldırılmadığından həm birinci instansiya məhkəməsinin hökmünü, həm də apellyasiya məhkəməsinin qərarını şübhə altına salır. Halbuki, ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-496 /2023 nömrəli, 13 sentyabr 2023-cü tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunil iyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu mür aciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-496/2023 nömrəli, 13 sentyabr 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməli ndə cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçinin dəlillərini əsassız hesab edir.

22. Belə ki, birinci instansiya məhkəməsi ibtidai istintaq dövründə toplanmış və məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun təqsiri zərərçəkmiş şəxslərin, onların qanuni nümayəndəsinin, şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri bir-biri ilə uzlaşan və cinayət işinin materiallarında olan digər sübutlar la təsdiq olunan ifadələri, baxış keçirilməsi haqqında protokol, məhkəmə-tibbi, məhkəmə-genetik və məhkəməpsixoloji ekspertizalarının rəyləri, istintaq hərəkəti protokolları və işdə olan digər təkzibolunmaz mötəbər sübutların məcmusu ilə müəyyən edilir. Belə olan halda məhkəmə haqlı olaraq Məhkum özünümüdafiə xarakterli ifadəsini həqiqətə uyğun olmaqla ittihamı təkzib edən sübut növü kimi qəbul etməmişdir.

23. Məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında yuxarıda sadalanan sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla nəzərdən keçirib, Məhkum Azərbaycan Respublika sı CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti əməlini törətməkdə təqsirli olması qənaətinə gəlmişdir.

24. Müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanıldıqda, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bil inməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

26. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhk əmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəmə kollegiyası ç ıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-496/2023 nömrəli, 13 sentyabr 2023-cü tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-496/2023 nömrəli, 13 sentyabr 2023-cü tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar