Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1232/2025 25.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(103)-2664/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Gültəkin Əsədova) 17 oktyabr 2024-cü il tarixli 1(005)-344/2024 nömrəli hökmü ilə xx xxxxxxx 1983-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 18 mart 2024-cü il tarixdə, saat 15:50-də ünvan 2 ünvanının yaxınlığında saxlanıl araq ünvan 3ında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 17:36-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 10 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,68 (üç tam yüzdə altmış səkkiz) qram, 2,86 (iki tam yüzdə səksən altı) qram, 2,33 (iki tam yüzdə otuz üç) qram, 2,77 (iki tam yüzdə yetmiş yeddi) qram, 3,18 (üç tam yüzdə on səkkiz) qram, 2,22 (iki tam yüzdə iyirmi iki) qram, 1,97 (bir tam yüzdə doxsan yeddi) qram, 2,04 (iki tam yüzdə dörd) qram, 1,90 (bir tam yüzdə doxsan) qram və 1,86 (bir tam yüzdə səksən altı) qram olmaqla ümumi təmiz çəkisi 24,81 (iyirmi dörd tam yüzdə səksən bir) qram yaşıl rəngli maddə, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən k ustar üsulla hazırlanmış, xarici əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elbəy Allahverdiyev) 12 dekabr 2024-cü il tarixli, 1(103)-2664/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul olunmasını x ahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana ümumilikdə 24, 81 qram təşkil etməklə 10 ədəd bükümdə (3, 68 qram, 2,86 qram, 2,33 qram, 2,77 qram, 3,18 qram, 2,22 qram, 1,97 qram, 2,04 qram, 1,90 qram ve 1,86 qram) olmuşdur. Məhkum birinci instansiya məhkəməsində aparılmış icraat zamanı özünü təqsirli bilməyərək narkotik vasitənin ona məxsus olmadığını, hətta axtarışdan az əvvəl həmin bükümlərin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir. Həmin ifadə məhkəmələr (həm birinci, həm də apellyasiya instansiyası) tərəfindən qəbul edilməmiş, müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Belə olan halda təqsirlə ndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadənin təhlil edilməsi zəruridir. Birinci növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs həmin ifadədə özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş və göstərmişdir ki, narkotik vasitəni şəxsi istifadə üçün 15 mart 2024-cü il tarixdə Kamal adlı şəxsdən 500 manat müqabilində əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni 15 mart 2024-cü il tarixdə əldə etmişdirsə, onun bu həcmdə (24,81 qram) 3 gün ərzində (18 mart 2024-cü il tarixədək) üzərində gəzdirməsi hansı məqsədlə olmuşdur? Niyə narkotik vasitə 10 ədəd fərqli çəkidə (1,86 qramdan 3,68 qramadək) olan bükümlərdə olmuşdur? Məntiqlə yanaşsaq, narkotik maddəni əldə etmiş hər bir şəxs gün ərzində istifadə üçün nəzərdə tutduğu hissəsini üzərində saxlayıb, digər hissəsini evdə və ya başqa etibarlı bir yerdə saxlayar. Digər tərəfdən məhkəmə-narkoloji ekspertizasının 06 may 2024-cü il tarixli rəyə əsasən Məhkum narkomaniya xəstəliyi aşkar edilməmiş, lakin onda kannabioidlərdən istifadə etmə halları olmuşdur. Bu o deməkdir ki, təqsirləndirilən şəxs narkotik maddələrinin daimi istifadəçisi deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli "əməliyyat-axtarış tədbirlərin keçirilməsi haqqında" qərardan görünür ki, həmin qərar Məhkum qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edərək daşıması, satışı ilə məşğul olması (qanunsuz dövriyyəsi) barədə daxil olmuş məlumat əsasında qəbul edilmişdir. Həmçinin Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 may 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər də CM-in müxtəlif maddələri ilə məhkum olunmuşdur ki, bu hal da onun cinayət törətməyə meylli şəxs kimi xarakterizə olunması üçün əsas verir. Belə ki, məhkəmə Məhkum aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində gəzdirdiyi qənaətinə gəlsə də, onun hansı səbəbdən həmin narkotik vasitəni xırda bükümlərdə, yəni 10 ədəd bükümlərdə üzərində gəzdirməsi məsələsinə toxunmamış və nəticədə əsassız qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərar ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 18 mart 2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik maddələrin 500 manata şəxsi istifadəsi üçün əldə etməsi, məhkəmə istintaq zamanı isə üzərindən aşkar olunmuş narkotik maddələrin ona aid olmaması və polis əməkdaşları tərəfindən cibinə qoyulması barədə verdiyi ifadələri qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, məhkəmə qeyd olunan hala tənqidi yanaşmamış, əksinə hökmdə onun “narkotik maddələri şəxsi i stifadəsi üçün əldə etməsi” kimi fikirlərini əsas götürmüşdür. Məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilsə də, həmin cinayət əməlinə görə azadlıqdan məhrum etmə növündə cəzanı da aşağı həddə təyin etməklə ona əsassız olaraq humanist mövqedən yanaşılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmay araq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin ( hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satılması və ya onların satış məqsədi ilə əldə etməsi, saxlaması, hazırlaması, daşıması və göndərməsinə görə yaranır. Göründüyü kimi “satış” və ya “satış məqsədi” CM-in 234.2-ci maddəsinin cinayət tərkibində zəruri əlamət kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinci inst ansiya, həm də apellyasiya instansiyası məhkəmələri hazırkı cinayət işi üzrə toplanmış biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxs Məhkum cinayət işi üzrə Kamal adlı tanıdığı şəxsdən qanunsuz olaraq 24,81 qram çəkidə narkotik vasitə marixuana əldə edib üzərində saxlamaqla daşımışdır. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsini Məhkum cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadə, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertiza rəyləri, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhkum qanunsuz olaraq xeyli miqdarda – 24,81 qram narkotik vasitə olan marixuananın əldə edilməsini və saxlamasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materialları ilə təsdiq olunmur. Həmçinin Məhkum tərəfindən onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin satışı barədə hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “14” iyun 2024 -cü il tarixli qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Göründüyü kimi, plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin və ya psixotrop maddənin bir neçə bükümdə olması həmin maddənin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. İşdən görünür ki, Məhkum götürülmüş 24,81 qram marixuananın 10 bükümdə olması müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumda aşkar edilmiş marixuananın miqdarı (24,81 qram) həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyinə dair birmənalı nəticəyə gəlmək üçün kifayət qədər əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq da aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitələrinin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü m addəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında ya ranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salıb nəticəyə gəlir ki, həmin sübutlarla Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması təsdiq olunmur, həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyas iya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəmə si də apellyasiya protesti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kass asiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 1(103)-2664/2024 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2024-cü il tarixli 1(103)-2664/2024 nömrəli Məhkum barəsində qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1232/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1232/2025
25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver