Məhkəmə qərarları › İş №1(102)-1233/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1233/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1233/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 12 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Samir Sabir oğlu İsmayılov tərəfindən verilmiş kassasiya protesti və Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Müşfiq Məmmədov, hakimlər Cəlil Nəbiyev və İlkin Abdullayevdən ibarət tərkibdə) 1(099)231/2020 nömrəli, 17 avqust 2020-ci il tarixli hökmü ilə 12 avqust 1990-cı ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Musaküçə kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edi lmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq bir ədəd bükümdə təmiz çəkisi 10,244 qram narkotik vasitə olan heroini əldə edərək üzərində daşıyıb saxlamış, 01 fevral 2020-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Seybətin dairəsi ərazisində saxlanılaraq şöbəyə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sol yan cibində üstündə “Winchester” sözləri yazılmış siqaret qutusunun içərisində, bir ədəd polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 10,244 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)64/2021 nömrəli 12 mart 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2020-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il 6 (altı) aya endirilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum tər əfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı S.S.İsmayılov verdiyi kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini, Məhkum isə verdiyi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı S.S.İsmayılov onunla əsaslandırır ki, məhkəmələrin mövqeləri əsassız və qanunsuzdur. Belə ki, iş üzrə Məhkum üzərində aşkar olunaraq götürülmüş narkotik vasitə məhz satış məqsədi ilə əldə edib saxlanılmışdır. Məhkəmə kollegiyası Məhkum işin faktiki hallarına uyğun gəlməyən və məsuliyyətdən yayınmaq məqsədi ilə verdiyi ifadələrinə digər sübutlarla müqayisəli yanaşmamış, yekun nəticəyə gələrkən onun ifadələrini əsas götürmüşdür. Məhkəmələr təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni əldə etdikdən dərhal sonra nə üçün Xırdalan şəhərinə qayıtmadığını, bunun üçün məhz gecə vaxtını gözlədiyini araşdırmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşlarından əməliyyat məlumatını əldə etmiş şəxs X4 ifadəsində (səh 43-48) Məhkum aşkar edilmiş narkotik vasitənin sonuncunun satış məqsədilə əldə etdiyini bildirmişdir. İdarənin digər əməkdaşları X7 (səh 137-140) və X 6 (səh 141-144) da Nəsimi Ağayevlə eyni məzmunlu ifadələr vermişlər. Həmçinin cinayət işinin materiallarında olan əməliyyat tapşırığına Masallı RPŞ-nin cavab məktubundan da görünür ki, (səh136) Məhkum götürülmüş narkotik vasitəni sonuncu satış məqsədilə əldə etmişdir. Məhkum özünün müdafiəsi üçün işin obyektiv hallarına uyğun gəlməyən, satış məqsədilə külli miqdarda narkotik vasitə heroini əldə etməsindən ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr verərək, ondan aşkar olunmuş narkotik vasitəni yalnız öz şəxsi istifadəsi üçün əldə etdiyini, bu zaman satış məqsədinin olmadığını göstərmişdir ki, məhkəmə kollegiyası da öz növbəsində Məhkum ifadəsində göstərdiyi qeyd olunan xüsusatların özünümüdafiə xarakterli olmasını nəzərə almadan, sonucunun ifadəsinə tənqidi yanaşmayaraq həmin ifadəyə əsaslanmaqla onun narkotik vasitəni satış məqsədi olmadan şəxsi istehlakı üçün əldə etməsi kimi yanlış nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən 68 dəfədən çox olmuşdur. Bundan başqa, narkotik vasitəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edibetməməsi, narkotik vasitəni hazırlaması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, bunun üçün gecə vaxtı saxlanıldığı yerə gəlməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin külli miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Bundan başqa məhkəmə Məhkum fəhlə işlədiyi və əlavə gəlir mənbəyinin olmadığı halda maddi və narkotikə olan tələbatını sonuncunun hansı yolla təmin etdiyini, üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəyə 280 manat pul verdikdən sonra narkotik vasitə ilə yanaşı üzərindən 2 ədəd mobil telefon və 150 manat pulun aşkar edildiyini (taksi vasitəsilə müvəqqəti gəldiyi Masallı rayonundan Lənkəran şəhərinə gəlib qayıtmaq üç ün nəzərdə tutulmuş gediş haqqı istisna olmaqla) həmin pulu hansı yolla əldə etdiyini araşdırmamışdır. Ümumiyyətlə, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinin 2-ci hissəsində təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması ilə yanaşı başqa sübutların, narkotik vasitənin miqdarının və işin digər hallarının nəzərə alınması məhkəmələrə tövsiyə edilsə də, hazırki cinayət işi üzrə məhkəmə kollegiyası yalnız “hər hansı istehlakçı ilə razılıq əldə edilməsi fa ktlarının aşkar edilməməsi, narkotik vasitənin hazırlanması üçün hər hansı bir avadanlıq olmaması, narkotik vasitənin xırda bükümlərə bölünməməsi” kimi hallara əsaslanmış. Məhkum üzərində aşkar olunmuş narkotik vasitə heroinin miqdarını, sonuncunun telefonunda olan “sms”ləri və başqa sübutları və işin yuxarıda sadalanan digər hallarını nəzərə almamışdır. Halbuki, "xxxx" MMC-dən daxil olmuş 28.02.2020-ci il tarixli 5027 nömrəli məktuba əlavə edilmiş, yaddaşında telefon məlumatları olan diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Məhkum istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuş, həmin nömrəyə digər şəxslər tərəfindən narkotik vasitənin dövriyyəsi ilə əlaqədar “sms”lər daxil olmuş və həmin nömrədən də digər şəxslərin istifadəsində olan mobil nömrələrə narkotik vasitənin d övriyyəsi ilə əlaqədar “sms”lər göndərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Yazılmış SMS-lərdən də görünür ki, Məhkum narkotik vasitənin əvəzli və qazanc əldə etmək məqsədilə yayılması ilə məşğuldur. Belə ki, SMS mətnləri ilə mübahisələndirilmir ki, Məhkum əldə etdiyi narkotik vasitəni ətrafında olan şəxslərə “əvəzli”, həm p ul müqabilində həm də növbəti dəfə narkotik vasitəyə olan tələbatını həmin şəxs vasitəsilə ödəyəcəyi əvəzində vermişdir. Məhkəmə kollegiyası isə öz qərarında sadalanan “sms” mətnlərini təhlil etməyərək, Məhkum təqsirləndirildiyi cinayət əməlinin həmin “sms” mətnləri ilə birbaşa əlaqəli olduğunu araşdırmadan həmin yazışma mətnlərinə səthi formada yanaşaraq, sonuncunun mobil nömrəsində narkotik vasitənin satışı ilə əlaqədar hər hansı yazışma olmadığı qənaətinə gəlmişdir. Yuxarıda sadalanan halların məcmusundan görünür ki, hər iki instansiya məhkəməsi əməlin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası Məhkum əməlini Cinayət Məcəlləsinin ağır maddəsindən yüngül maddəsinə tövsif edilməsi ilə razılaşarkən onun tərəfindən törədilən CM-in 234.4.3cü maddəsində nəzərdə tutulan cinayətin bila vasitə obyektinin əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektinin isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, həmin maddədə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmaqla birbaşa qəsdlə törədilərək bitmiş cinayət olmasını, Məhkum tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən narkotik vasitənin külli miqdar olmasını, bu halın öz-özlüyündə sonuncu tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla onun şəxsiyyətini xarakterizə etməsini, heroinin həmin narkotik vasitə üçün müəyyən edilmiş külli miqdardan təxminən 5 dəfə, şəxsi istehlak miqdarından isə 68 dəfədən çox olmasını, aşkar olunmayacağı təqdirdə ondan i stifadə edəcək böyük əksəriyyəti gənc olmaqla onlarla Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, onun qeydiyyatda olduğu yer üzrə mənfi xarakterizə edildiyini. Məhkum tərəfindən törədilən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının tövsiyələrini nəzərə almayaraq təqsirləndirilən şəxs Məhkum əməlinin tövsif edilməsinin səbəblərini qərarında əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, birinci inst ansiya və apellyasiya instansiyası məhkəmələri müvafiq hökm və qərar çıxararkən, cinayət və cinayət-prosessual hüquq normalarının, Avropanın İnsan hüquqları və əsas azadlıqları haqqında konvensiyanın 6-cı Maddəsinin pozuntusuna yol vermişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normaları nın tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası bi ldirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlanma, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri küllü miqdarda satma hərəkətləri edilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq bir ə dəd bükümdə təmiz çəkisi 10,244 qram narkotik vasitə olan heroini əldə edərək üzərində daşıyıb saxlamış, 01 fevral 2020-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonunun Seybətin dairəsi ərazisində saxlanılaraq şöbəyə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sol yan cibində üstündə “Winchester” sözləri yazılmış siqaret qutusunun içərisində, bir ədəd polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 10,244 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə narkoloji və məhkəmə kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Birinci instansiya məhkəməsi Məhkum aşkar olunmuş 10,244 qram miqdarında narkotik vasitə olan heroinin külli miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum məxsus narkotik vasitə çəkilib xırda bağlamalara bükülməmiş, yalnız bir bükümdə olmuş, narkotik vasitənin satışı ilə bağlı məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Belə ki, cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkd aşı X3 raportundan görünür ki, şöbəyə Məhkum narkotik vasitələrin istifadəsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumata əsasən keçirilmiş və cinayət işinə əlavə edilmiş əməliyyat-axtarış tədbirlərinin materialları ilə Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə etməsini dəlalət edən heç bir hal müəyyən edilməmişdir. Məhkum narkotik vasitəni öz istifadəsi üçün almasını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin əməkdaşları X4 və X6 ifadələrində Məhkum digər şəxslərə narkotik vasitə satmasının müəyyən edilmədiyini göstərmişlər. Həmçinin, iş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş Məhkum istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona 01.07.2 019-cu il tarixdən 01.02.2020-ci il tarixədək müxtəlif mobil telefon nömrələrindən gələn SMS-lərin mətnlərindən Məhkum onda aşkar olunmuş narkotik vasitəni kiməsə satması və ya satmaq istəməsi müəyyən edilməmişdir. Məhkumda aşkar edilmiş narkotik vasitənin miqdarı da (10,244 qram) həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və bunun hər hansı üçün hər hansı avadanlığın olması öz təsdiqini tapmamışdır. Həmçinin Məhkum narkotik vasitələrin qanunsuz dövr iyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində mötəbər mənbəyə əsaslanan heç bir məlumat yoxdur. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşımasına dair nə istintaq materiallarında, nə də iş üzrə tərtib edilmiş ittiham aktında mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda m əhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkot ik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Mə hkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhk umun narkotik vasitəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, lakin cəza hissəsi ilə razılaşmayaraq Məhkum təyin olunmuş cəzasını altı ay endirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasi məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uy ğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkum öz kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında konvensiyanın 6-ci maddəsinin tələblərinin pozulmasına yol verilməsi barədə qeyd etsə də, pozuntuların nədə ifadə olunması göstərməmişdir. Məhkəmə kollegiyası hazırkı işə baxılması zamanı məhkəmələr tərəfindən cin ayətprosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən etməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin protest və şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli Məhkum haqqındakı qərarının kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olu nanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli Məhkum haqqındakı qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar