Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1233/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsi rli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6) 4 noyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1998-ci il tarixdə İmişli rayonunun Məzrəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, İmişli rayonunun Məzrəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 -ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 07 may 2022-ci il tarixdən 09 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 8 (səkkiz) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) 22 (iyirmi iki) gün müddətə islah işləri cəzası saxlanılmışdır. Cəzasını iş yeri üzrə çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Məhkum qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmiş dir. Hökmlə digər şəxs- Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən, məruzəçi hakim), X3 və X1 ibarət tərkibdə) 11 yanvar 2023-cü il tarixli qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair İmişli Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(036)-91/2022 saylı hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. İmişli Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(036)-91/2022 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 -ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olun muşdur. Azərbaycan Respublikası CM-in 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2022-ci ildən 9 may 2022-ci il tarixədək və 04 oktyabr 2022-ci ildən 04 noyabr 2022-ci ilədək həbsdə saxlanıldığı müddət, yəni 1 ay 2 gün, ona təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 10 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində "həbs” qətimkan tədbiri seçilmiş və dərhal məhkəmə zalında həbs edilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2023-cü il tarixdən hesablanmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs həbs edilməsinə dair hissədə qərarın icrasının Şirvan şəhər Polis Şöbəsinə və 03 saylı İstinta q Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Məhkum Azərbaycan Respublikası CMnin 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 07 may 2022-cu ildən 9 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni 2 gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkum cəzasını yaşayış yeri üzrə çəkməsi, Məhkum üzərinə cəza çəkdiyi müddətdə aşağıdakı vəzifələr qoyulmuşdur: Yaşadığı - İmişli rayonu, Məzrəli kəndində olan evini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; yaşadığı İmişli rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkum cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış və cəzanın icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İmişli Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(036)-91/2022 saylı hökmü apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülən ittihama əsasən Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə saat 21 radələrində sevgi münasibətlərində olduğu Səbinə Sərdərovanın atası Zərərçəkmiş şəxs ilə mobil telefonda danışarkən sonuncunun onu nalayiq ifadələrlə təhqir etməsini bəhanə edərək, alkoqol sərxoşluğu vəziyyətində, Şahid1 idarə etdiyi “VAZ-2106” markalı, 30-BK- 956 dövlət qeydiyyat nişanlı avtomobillə qohumu Məhkum ilə birlikdə İmişli rayonunun Yalavac kəndinə gələrək avtomobili Şahid2 məxsus fərdi yaşayış evinin qarşısında saxlatdırıb, digərlərindən fərqləndiyini nümayiş etdirmək məqsədilə Məhkum ilə, bir qrup şəxs halında, qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib evin həyətyanı sahəsinə daxil olaraq, heç b ir əsaslı səbəb olmadan, ictimai yerdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik etməklə, Məhkum ilə birlikdə zor tətbiq edərək hər ikisi Zərərçəkmiş şəxs sol göz və baş nahiyəsindən bir neçə dəfə qəsdən yumruqla vuraraq, ona fiziki ağrı və sol göz yuvası ətrafında qançırlardan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmiş, daha sonra Məhkum silah qismində istifadə etdiyi, istintaqa məlum olmayan küt əşya ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vuraraq, ona ön təpə nahiyəsində ortada yaradan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlam lığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onlardan xilas olaraq hadisə yerinə gələn polis əməkdaşlarının yanına, küçəyə çıxdıqda Təqsirləndirilən şəxs polis əməkdaşlarının və səs-küyə ətrafa toplanmış insanların gözü qarşısında qərəzli hərəkətlərini davam etdirərək, Zərərçəkmiş şəxs sifət və alın nahiyəsindən bir neçə dəfə yumruqla qəsdən vuraraq, ona fiziki ağrı və sağ gözün üst qapağında qançırlardan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə, təxminən 20 dəqiqə ərzində hadisə yerində olan və yaxınlıqda yaşayan şəxslərdə qorxu və həyəcan hissləri yaratmaqla, həmçinin onların istirahətlərini pozmaqla, bir qrup şəxs halında xuliqanlıq etmişlər. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, Apellyasiya məh kəməsi tərəfindən yekun qərar qəbul edilərkən, sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, əməlin tövsifində səhvə yol verildiyindən və cəza təyininə dair hissədə əsassız olduğundan, həmin qərar qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Mirilyas İbrahimli CM-in 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə zamanı o, heç kimi vurmamış, sadəcə olaraq Elvinlə Amidi ayırmağa çalışmışdır. Elvinlə birlikdə avtomobildə Amidin yaşadığı ünvana gedərkən, Elvinin onu döyməyə getməsini bilməmişdir. Məhkum cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, onun CM-in 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə vaxtı kimsə onun baş nahiyəsindən arxadan nə iləsə vurduqdan sonra o, yerə yıxılmışdır. Yerdə olan zaman Elvin və yanındakı şəxslərdən hansısa biri onu baş nahiyəsindən çoxsaylı yumruqla zərbələr vurmuşdur. Həmin vaxt polis əməkdaşları hadisə baş verən ünvana gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra da Elvin onu yumruqla vurmağa davam etmişdir. Sonra pol is əməkdaşları Elvini avtomobilə mindirib, polis şöbəsinə aparmışlar. İstintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Məhkum arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Məhkum üzünə qarşı deyərək, sonuncunun onu kənar predmetlə vurduğunu və xəsarət yetirdiyini bir daha təsdiq etmişdir. İstintaq zamanı şahid Səbinə Sərdarova ilə təqsirləndirilən Məhkum arasında keçirilmiş üzləşdirmə zamanı şahid Səbinə Sərdərova ifadəsində göstərdiyi xüsusatları Məhkum üzünə qarşı deyərək, sonuncunun dəmir parçası ilə atası Zərərçəkmiş şəxs vurmasını bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid Səbinə Sərdərovanın ifadəsinə oxşar məzmunlu ifadə verərək, Məhkum 06 may 2022-ci ildə saat 21 radələ rində İmişli rayonunun Yalavac kəndində baş vermiş xuliqanlıq cinayəti zamanı silah qismində istifadə etdiyi əşya ilə Amid Sərdarovun ön təpə nahiyəsinə vurmasını təsdiq etmişlər. İş üzrə şahid X11 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsinin rəisi vəzifəsində işləyir. İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Sabit Orucovun 06 may 2022-ci il tarixli qərarına əsasən 07 may 2022-ci ildə Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirərkən müəyyən etmişdir ki, onun bədəni üzərində aşkar etdiyi xəsarətlər - sağ gözün üst qapağında, sol göz yuvası ətrafında qançırlar, ön təpə nahiyəsində ortada yara küt əşyanın (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən 06 may 202 2-ci ildə ekspetiza təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş ön təpə nahiyəsində ortada yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, həmin xəsarətin yumruqla yetirilməsi inandırıcı deyil, həmçinin həmin xəsarət dəmir və ya hər hansı bir bərk küt əşya ilə vurulma nəticəsində əmələ gələ bilərdi. İş materialları ilə Məhkum ictimai yerdə, digərlərindən fərqləndiklərini nümayiş etdirmək məqsədilə bir qrup şəxs halında qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi dəmir parçası ilə Amid Sərdarovun ön təpə nahiyəsinə 1 zərbə endirməsi, yəni Məhkum əməlində CM-in 221.3-cü maddəsinin əlamətlərinin olmasına birbaşa sübuta yetirilmişdir. Lakin, apellyasiya inst ansiyası məhkəməsi formal mülahizələrə əsaslanmaqla Məhkum CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə əməlini CM-in 221.2.1-ci maddəsinə tövsif etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan zərər şəkmi şəxs Zərərçəkmiş şəxs, şahidlər Səbinə və Jalə Sərdərovlarının ifadələrindən görünür ki, həmin hadisə zamanı Məhkum gəldiyi avtomobildən götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Bundan əlavə şahid qismində dindirilmiş məhkəmə-tibbi eksperti Şaiq Qasımovun ifadəsindən aydın görünür ki, Zərərçəkmiş şəxs müayinədən keçirərkən, sağlamlığa yüngül zərər vurmaya aid olan, onun ön təpə nahiyəsində ortada yara küt əşyanın (əşyaların) təsirindən törənmiş, həmin xəsarətin yumruqla yetirilməsi inandırıcı deyil, həmçinin həmin xəsarət dəmir və ya hər hansı bir bərk küt əşya ilə vurulma nəticəsində əmələ gələ bilməsini müəyyən etmişdir. Hər iki instansiya məhkəmələri bu hallara əhəmiyyət verməmiş, yalnız subyektiv meyarlara əsaslanmaqla yanlış olaraq hadisə vaxtı Məhkum əlində silah qismində istifadə edilən hər hansı bir əşyanın olmaması qənaətinə gəlib, nəticədə verilmiş ttihamın tövsifini dəyişərək əsassız və qanunsuz yekun qərarlar qəbul etmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi Məhkum törətmiş olduğu ictimai təhlükəli əməlin xarakterik xüsusiyyətləri, onun şəxsiyyətini səciyyələndirən hallarla, törətmiş olduğu ictimai təhlükləli əməlin baş vermə mexanizmi, dinamikası və ən nəhayət şin faktiki halları ilə müqayisəli şəkildə tədqiq edərkən, birinci instansiya məhkəməsinin ona cəza təyini ilə bağlı mövqeyini düzgün olmamasını, həmin hissədə apellyasiya proptestinin dəlillərinin əsaslı və qanuni olmasını müəyyən etdiyindən apellyasiya protestinin təmin edilməsi qənaətinə qəlsə də, ona daha ağır cəza təyin edilməsi məsələsinə formal yanaşaraq 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib, CM-in 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi yekun qərarının təsviri-əsaslandırıcı oissısində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, sonunc unun ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini kimi cəzasını yüngülləşdirən halların mövcüd olmasını müəyyən etsə də, məhkumlar tərəfindən bir qrup şəxs halında törədilmiş olan xuliqanlıq cinayəti nəticəsində ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizlik edilməsi ilə yanaşı, həmçinin zərər çəkmiş şəxsə yumruqla qəsdən vuraraq, ona fiziki ağrı sağ gözün üst qapağında qançırlardan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri etirməklə, təxminən 20 dəqiqə ərzində hadisə yerində olan və yaxınlıqda yaşayan şəxslərdə, həmçinin zərərçəkmişin yaxın ailə üzvlərində qorxu və həyəcan hissləri aratmaqla, həmçinin onların istirahətlərini pozmaqla törətmiş olduğu xuliqanlıq cinayətinin ictimai təhlükəliliyini işin fa ktiki hallarına uyğun şəkildə nəzərə almadan ona yüngül cəza təyin etmişdir. Lakin buna baxmayaraq məhkəmə kollegiyası Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı guya daha ağır cəza ilə əvəz edərkən, yenidən cinayətin xarakterinə, Məhkum cinayətdə roluna, şəxsiyyətinə, cinayətin ağırlığına uyğun olmayan, yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən, onun ilk dəfə cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini də cəzasını yüngülləşdirən hallar kimi nəzərə almasında haqlı olmamışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-i n 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə əsassız tövsif edilmiş və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə alınmamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarının Məhkum aid hissədə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillə rini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin ba xışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkə mələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitus iyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzr ə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxsləri n təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması barədə qənaətə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Kassasiya protestində məhkum əməlin hüquqi tövsifini və ona təyin edilən cəza mübahisələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərində Təqsirləndirilən şəxs qohumu Məhkum ilə bir qrup şəxs halında törətdikləri xuliqanlıq, yəni Məhkum silah qismində istifadə etdiyi, istintaqa məlum olmayan küt əşya ilə və yumruq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq ona müxtəlif bədən xəsarətləri yetirməklə həyat və sağlamlıq üçün real təhlükə yaratması, nəticədə Məhkum əməlinin məhkəmə tərəfindən yanlış olaraq CM-nin 221.3-cü maddəsindən həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilməsi məsələsi mübahisələndirildiyindən ilk əvvəl Məhkum əməllərinin hüquqi tövsifinə qiymət verməyi zəruri hesab edir. Məhkum Cinayət Məcəlləsinini 221.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, silah qismində istintaqa məlum olmayan küt əşyadan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri xuliqanlıq etmiş, onun əməli istintaq prqanı tərəfindən müvafiq olaraq Azərbaycan Respublikası CM-in 221.3-ci maddəsi ilə tövsif edilərək ona həmin maddə ilə ittiham verilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, habelə iş materiallarını tətqiq edərək Məhkum qohumu Təqsirləndirilən şəxs ilə bir qrup şəxs halında 06 may 2022-ci il tarixdə saat 21 radələrində sonuncunun sevgi münasibətlərində olduğu Səbinə Sərdərovanın atası Zərərçəkmiş şəxs silah qismində istifadə edilən istintaqa məlum olmayan predmetlə vurmadığını müəyyən edərək təqsirləndirilən şəxs Məhkum əməlini düzgün olaraq CM-nin 221.3- ci maddəsindən həmin məcəllənin 221.2.1-ci maddəsinə tö vsif etmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun azyaşlı qızı Səbinə ilə intim münasibətləri olduğundan tanıyırmış. Səbinə ilə təxminən 2021-ci ildən münasibəti yaranmış və onunla dəfələrlə təbii yolla cinsi əlaqədə olmuşdur. 06 may 2022ci il tarixdə saat 21 radələrində yeznəsi Şahid1 zəng edib rayonda işi olduğu üçün onunla getməsini bildirdikdə sonuncu onunla razılaşıb bibisi oğlu Məhkum ilə birlikdə ona məxsus VAZ-2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişdir. O, onlara işi olduğunu bildirib birlikdə Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonunun Yal avac kəndinə getmişlər. Amid onun ünvanına telefonda söyüşlər söydüyündən o, sonuncunun evlərinin qarşısında avtomobili saxlatdıraraq avtomobildən düşüb Amidin yaşadığı evin həyətyanı sahəsinə daxil olmuş və dərhal onun üzərinə hücum edib sol göz nahiyəsinə yumruqla vurub onunla əlbəyaxa olmuşdur. Sonra polis əməkdaşları gəlmiş və o, onların qanuni tələbinə tabe olmayıb onların gözü qarşısında Zərərçəkmiş şəxs təkrar hücum edib yumruqla onu küçədə vurmuşdur. Daha sonra isə polis əməkdaşları onu avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 may 2022-ci il tarixdə saat 21 radələrində qohumu Şahid1 onlarda olarkən dayısı oğlu Təqsirləndirilən şəxs zəng edib rayonda işinin olduğunu bildirib onunla getməsini təklif etmişdir. O, Rövşənlə birlikdə Təqsirləndirilən şəxs məxsus VAZ-2106 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunu götürməyə getmişlər. Elvini götürdükdən sonra sonuncu telefonda sevgi münasibətində olduğu Səbinənin atası Amidlə danışarkən söyüşlər söymüş və işinin olduğunu bildirib onları sonuncunun yaşadığı İmişli rayonunun Yalavac kəndinə gətirmişdir. Onlar Amidgilin evlərinin qarşısında avtomobili saxlamış, Elvin avtomobildən düşüb sonuncunun yaşadığı evin həyətyanı sahəsinə daxil olmuş və dərhal Amidin üzərinə hücum etmi şdir. Onlar əlbəyaxa olarkən o, səs-küyə avtomobildən düşüb evin həyətyanı sahəsinə daxil olmuş və Amidlə Elvini ayırmağa çalışmışdır. Onları ayıra bilməmiş və Rövşən də gəlib onları ayırmaqda ona köməklik etmişdir. Onlar Elvini sakitləşdirmiş, lakin sonuncu yenə də onların əllərindən çıxıb Amidə hücum etmişdir. Sonra isə polis əməkdaşları gəlmiş və Elvini nizam-intizama dəvət etsələr də, sonuncu onlara məhəl qoymayıb yenidən Amidə hücum edib onu yumruqla vurmuşdur. Daha sonra polis əməkdaşları Elvini avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Hadisə vaxtı o, Amidə qarşı heç bir cinayət əməli törətməmiş, onu nə yumruqla, nədə ki, hər hansı bir küt əşya ilə vurmamış, sadəcə olaraq Elvinlə Amidi ayırmağa çalışmışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş və həmin vaxtı ət rafa bir neçə şəxs toplaşmış, lakin onları tanımamışdır. Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildə arvadı Jalə Sərdarova ilə boşanmış və ikinci ailəsi ilə birlikdə Bərdə rayonunun Lənbərən kəndində yaşayır. Qızı 2005-ci il təvəllüdlü Səbinə isə anası Jalə ilə birlikdə atası Həmid Sərdarovla sonuncuya məxsus İmişli rayonunun Yalavac kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. 06 may 2022-ci il tarixdə saat 21 radələrində o, atasını görmək üçün sonuncunun yaşadığı evə gəlmişdir. Evin yaxınlığında istifadəsində olan mobil nömrəyə qızı Səbinənin münasibətdə olduğu Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən zəng gəlmişdir. Elvin onunla işinin olduğunu dedikdə o, ona atasıgilə gəldiyini v ə danışa bilmədiyini bildirmişdir. Daha sonra Elvin ona bir neçə dəfə zəng etsə də o, onun zənglərinə cavab verməmişdir. Həmin vaxt evdə atası Həmid, keçmiş arvadı Jalə və qızı Səbinə olmuşlar. Evdə olarkən Elvinin zəng etdiyini görüb telefonu Jalə ilə Səbinəyə göndərib sonuncunun ona zəng etməməsini tapşırmağı bildirmişdir. Atası ilə görüşərkən atasının barmağının kəsildiyini görüb nə olduğunu soruşduqda, sonuncu nəvəsi Səbinənin onu stəkanla vurduğunu demişdir. Azyaşlı qızı Səbinə əxlaqsızlıqla məşğul olur, istədiyi kimi yaşayır və istədiyi oğlanlarla görüşür. Atasının azyaşlı qızı Səbinə tərəfindən döyülərək xəsarət alması barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib məlumat verib atası ilə birlikdə evin həyətyanı sahəsinə çıxmışdır. O, məlumat verdikdən sonra istifadə etdiyi mobil telefona Elvin zeng edib onunla söhbət etmək üçün atasının yaşadığı ünvana gələcəyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra atasının yaşadığı evin qarşısında avtomobilin dayandığını hiss etmiş və gələnlərin polis əməkdaşları olduqlarını zənn etmişdir. Lakin, gələn "VAZ 2106” markalı avtomobil olmuş və avtomobildən ona zəng edən Elvinlə birlikdə adlarını sonradan bildiyi Ramiz ve Mirilyas atasının evinin həyətyanı sahəsinə daxil olmuşlar. Onlar həyətyanı sahəyə daxil olarkən qızı Səbinə və keçmiş arvadı Jalə onlara polis əməkdaşlarının gələcəyini bildirib uzaqlaşmalarını demişlər.Həmin vaxt o, atası Həmidlə birlikdə həyətyanı sahədə dayanıb mobil telefonda polis əməkdaşları ilə danışmışdır. Elvin Səbinə və Jalənin sözlərinə məhəl qoymayıb həyətə girmiş və onun arxasınca Ramiz və Mirilyas da həyətə daxil olmuşlar. Həmin vaxt onlar onun üzərinə yeriyərək heç bir səbəb göstərmədən, uca səslə həyətyanı sahədə onun va digər ailə üzvlərinin ünvanına söyüşlər söyərək birinci Elvin onun sol göz nahiyəsindən və baş nahiyəsindən yumruqla vurmuş və o, yerə yıxılmışdır. Yerdə olan zaman Elvin və yanındakı şəxslərdən hansısa biri onun baş nahiyəsindən çox sayda yumruqla zərbələr vurmuşdur. Həmin vaxt polis əməkdaşları gəlmiş və o, küçəyə onların qarşısına çıxmışdır. Küçədə olarkən polis əməkdaşlarının gözü qarşısında Elvin yenidən onun alın nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Polis əməkdaşları Elvini sakitləşdirmək üçün nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələbinə məhəl qoymayıb əllərindən çıxıb onun üstünə hücum edib yenidən onu yumruqla küçədə al ın nahiyəsindən vurmuşdur. Həmin vaxt polis əməkdaşları Elvini tutub avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Səs-küyə hadisə yerinə kənd camaatı da yığışmışdır. Hadisə vaxtı onu döyən şəxslərin əllərində hər hansı bir əşya olmamış, ona yalnız yumruqla xəsarətlər yetirilmişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslərlə barışmış və onlardan heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Amidin qızı Səbinə əxlaqsızlıqla məşğul olaraq müxtəlif oğlanlarla görüşüb onu kənd sakinləri və tanışları arasında nüfuzdan salır. Səbinə ona məxsus evdə anası Jalə ilə birlikdə yaşayır. Səbinə əxlaqsızlıqla məşğul olduğuna görə o, ona daimi olaraq iradlarını bildir sə də, nəvəsi ona qulaq asmadan istədiyi şəxslərlə görüşüb babası kimi ona heç bir hörmət qoymur. 06 may 2022-ci il tarixdə saat 21 radələrində evdə Səbinə ilə aralarında mübahisə baş vermişdir. Belə ki, o, Səbinəyə telefonda oğlanlarla danışdığı üçün iradlarını bildirdikdə, sonuncu əlində olan stəkanı ona tərəf tullamış və stəkan onun əlinə dəyərək sol əlinin barmağına xəsarət yetirmişdir. Həmin gün təxminən bir saat sonra oğlu Amid onun yaşadığı evə gəlmiş və onun xəsarət aldığını görüb nə baş verdiyini soruşduqda o, Səbinənin onu döyərək xəsarət yetirdiyini bildirmişdir. Amid də ona görə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Amid polisə məlumat verdikdən sonra Səbinə tanış oğlanlarından Elvin adlı şəxsə zəng edib yaşadıqları ünvana çağırmışd ır. Bundan sonra Elvin oğlu Amidin istifadə etdiyi mobil telefona zəng etmiş və onlar telefonda bir-biriləri ilə mübahisə etmişlər. Təxminən 10 dəqiqə sonra Elvin 'VAZ 2106" markalı avtomobillə onların yaşadıqları ünvana gəlmişdir. Həmin vaxt o, Amidlə birlikdə evin həyətində olmuşdur. Elvin gəlib Amidin başına yumruqla zərbələr vuraraq ona baş nahiyəsindən xəsarətlər yetirmişdir. Həmin vaxt Amidlə Elvinin arasında dava-dalaş olmuş və sonuncu yanında olan digər iki nəfər tanımadığı şəxslərlə birlikdə Amidi döyməyə başlamışlar. Təxminən bir neçə dəqiqə sonra polis əməkdaşları yaşadıqları ünvana gəlmiş və Elvini nizam-intizama dəvət etmişlər. Lakin Elvin polis əməkdaşlarının qanuni tələbini yerinə yetirməyərək Amidi döymək üçün onun üstünə hücum edərək nalayiq sözlərlə ucadan söyüşlər söyə rək hərəkətlərini davam etdirmişdir. Elvin polis əməkdaşlarının əlindən qaçaraq Amidi təkrar yumruqla vurmuşdur. Daha sonra polis əməkdaşları Elvini avtomobilə mindirib İmişli rayon polis şöbəsinə aparmışlar. Hadisə vaxtı Amidi döyən şəxslərin əllərində hər hansı bir əşya olmamış, oğlu Amidi yalnız yumruqla vuraraq xəsarət yetirmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qızı Səbinə ilə birlikdə qayınatası Həmidə məxsus İmişli rayonunun Yalavac kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. 06 may 2022-ci il tarixdə saat 21 radələrində keçmiş əri Amid onlara gəlmiş və evdə olarkən 2005-ci il təvəllüdlü qızı Səbinənin münasibətdə olduğu Elvinin ona zəng etməsini bildirib qızına sonuncu nun onu yığmamasını tapşırmışdır. Bundan sonra Amid həyətdə Elvinlə telefonda nəsə danışıb söyüş söymüşdür. Sonra Səbinə ona Elvinin gəldiyini bildirmişdir. Həmin vaxt Amid həyətdə olmuş və polis əməkdaşlarının gəlib çatdığını demişdir. Sonra Elvin "VAZ 2106" markalı avtomobillə gəlmiş və onunla birlikdə adlarını sonradan bildiyi Rövşən və Mirilyas da həyətyanı sahəyə daxil olmaq istəyərkən o və qızı Səbinə onlara polis əməkdaşlarının gələcəyini deyib uzaqlaşmalarını bildirmişlər. Həmin vaxt Amid atası Həmidlə birlikdə həyətyanı sahədə dayanıb mobil telefonda polis əməkdaşları ilə danışırmış. Elvin Səbinənin və onun sözlərinə məhəl qoymayıb həyətə daxil olmuş və onun arxasınca digər Rövşən və Mirilyas da həyətə girmişlər. Onlar Amidin üzərinə yeriyərək heç bir səbəb göstərmədən uca səslə h əyətyanı sahədə söyüşlər söymüş və Amid də söyüşləri onlara qaytarmışdır. Həmin vaxt Elvin Amidin sol göz nahiyəsindən yumruqla vurmuş və sonuncu yerə yıxılmışdır. Amid yerdə olan zaman Elvin və Mirilyas yumruqla onun baş nahiyəsinə zərbələr vurmuşlar. Həmin vaxt polis əməkdaşları gəlmiş və Amid küçəyə onların qarşısına çıxmışdır. Küçədə olarkən polis əməkdaşlarının gözü qarşısında Elvin Amidi yenidən alın nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Polis əməkdaşları Elvini sakitləşdirmək üçün onu nizam-intizama dəvət etsələr də, sonuncu sakitləşməyərək polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq onların əlindən çıxıb Amidə hücum edib küçədə yumruqla onun alın nahiyəsindən təkrar vurmuşdur. Həmin vaxt polis əməkdaşları Elvini tutub avtomobilə mindirib İmişli rayon polis şöbəsinə ap armışlar. Hadisə vaxtı Amidi döyən şəxslərin əllərində hər hansı bir əşya olmamış, keçmiş əri Amidi yalnız yumruqla vuraraq xəsarət yetirmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA eTt Birliyinin İmişli rayon şöbəsinin rəisi vəzifəsində işləyən X11 ifadəsində göstərdi ki, İmişli RPŞ-nin Təhqiqat bölməsinin 06 may 2022-ci il tarixli qərarına əsasən 07 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizadan keçirmiş və müayinə edərkən onun bədəni üzərində sağlamlığa zərər vurmayan xəsarətlər, ön təpə nahiyəsində isə ortada sağlamlığa yüngül zərər vurmaya aid yara aşkar etmişdir. Ön təpə nahiyəsində yara küt əşyanın (əşyaların) təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən 06 may 2022-ci il tarixdə təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Həmin xəsarətin yumruqla yetirilməsi inandırıcı deyildir. Cinayət işinini materiallarında olan məhkəmə-tibbi ekspertizanın 07 may 2022-ci il tarixli, 287 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ gözün üst qapağında, sol göz yuvası ətrafında qançırlar, ön təpə nahiyəsində ortada yara küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 06 may 2022-ci il tarixdə təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş ön təpə nahiyəsində ortada yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sağ gözün üst qapağında, sol göz y uvası ətrafında qançırlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, nə ibtidai araşdırma zamanı, nə də məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxs Məhkum silah qismində istintaqa məlum olmayan küt əşyadan istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirməsini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edə bilməmiş, bununla belə məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxs, habelə şahidlər də təqsirləndirilən şəxs Məhkum tərəfindən silah qismində hər hansı əşayadan istifadə edilərək xəsarət yetirilməsi ilə bağlı xüsusat göstərməmişlər. Habelə Zərərçəkmiş şəxs özü də ifadəsində 06 may 2022-ci il tarixdə saat 21 radələrində İmişli rayonunun Yalavac kəndində yerləşən atası Şahid2 məxsus fərdi yaşayış evinin qa rşısında Elvin və Mirilyasla aralarında baş vermiş mübahisə zamanı sonuncunun onu hər hansı küt əşya ilə vurmasını görmədiyini göstərmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 8-ci bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predme t (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.1 və 139.0.6-cı maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət prosesi iştirakçılarının öz tələblərini əsaslandırdıqları hallar yalnız sübutlar əsasında müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Amid Səfərova silah qismində istifadə edilə bilən küt əşya vasitəsi ilə xəsarət yetirilməsi ilə bağlı dövlət ittihamçısının dəlilləri iş materialları ilə, habelə zərərçəkmiş şəxsin özünün, şahidlərin ifadələri, işin digər materialları ilə təkzib olunduğundan həmin dəlillər təqsirləndirilən şəxs Məhkum əməlinin CM-in 221.3-cü maddəsinə tövsif edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Beləliklə, birinci inst ansiya məhkəməsi işin faktiki hallarına uyğun şəkildə düzgün olaraq müəyyən etmişdir ki, Məhkum əməlində CM-221.3-cü maddəsinin tərkib əlamətləri mövcüd deyildir və iş materiallarında mövcüd olan qanuni, əsaslı dəlillər əsasında onun əməlini CM-in 221.2.1-ci maddəsinə tövsif etmiş, apellyasya instansiyası məhkəməsi haqlı olaraq onun bu mövqeyini əsaslı hesab etmişdir. Yuxarıda sadalanan halların məcmusuna əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi məhkumun əməlinin tövsifi ilə bağlı düzgün nəticəyə gəlmiş, iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə təhlillər aparmış, ittihamın əsaslandırılması üçün toplanmış sübutların rədd edilməsinin motivlərini göstərməklə əsassız olaraq onun əməlini CM-in 221. 2.1-ci maddəsinə tövsif etmişdir. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyən ləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum xuliqanlıq əməlini silah qismində əşyadan istifadə etməklə törətməsi və həmin əsaslarla da birinci instansiya məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlil lərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittih amı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum xuliqanlıq əməlini silah qismində əşyadan istifadə etməklə törətməsinin birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların ə ksinə olaraq məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Kassasiya protestində məhkum edilmiş şəxs Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasi mübahisələndirilmiş və cəzanın yüngül olması qeyd olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəza ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sa həsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə ha nsı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngüllə şdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiyası məhkəməsi məhkum ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran halların olmadığını qeyd edərək ona Cinayət Məcəlləsinini təqsirli bilindiyi maddəsinini sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etmişdir. Apellyasiya Məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin Məhkum cəza təyin olunması ilə bağlı mövqeyi ilə razılaşmamış və Məhkum törətmiş olduğu ictimai təhlükəli əməlin xarakterik xüsusiyyətləri, onun şəxsiyyətini səciyyələndirən hallarla, törətmiş olduğu ictimai təhlükləli əməlin b aş vermə mexanizmi, dinamikası və ən nəhayət işin faktiki halları ilə müqayisəli şəkildə tədqiq edərək birinci instansiya məhkəməsinin məhkuma cəza təyini ilə bağlı mövqeyinin düzgün olmaması qənaətinə gəlmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə Təqsirləndirilən şəxs və Məhkum cəza təyin edərkən hökmün təsviri-əsaslandırıcı hissəsində onların ilk dəfə cinayət törətmələrini, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, onların zərər çəkmiş şəxslə barışmasını, sonuncunun onlardan heç bir şikayət və tələbinin olmamasını və yaşayış yerləri üzrə müsbət xasiyyətləndirilmələrini cəzalarını yüngülləşdirən halların mövcüd olmasını müəyyən etsə də, məhkumlar tərəfindən bir qrup şəxs halında törədilmiş olan xuliqanlıq cinayəti nəticəsində ictimai qaydanın kob ud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizlik edilməsi ilə yanaşı, həmçinin zərərçəkmiş şəxsə yumruqla qəsdən vuraraq, ona fiziki ağrı və sağ gözün üst qapağında qançırlardan ibarət dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə, təxminən 20 dəqiqə ərzində hadisə yerində olan və yaxınlıqda yaşayan şəxslərdə, həmçinin zərərçəkmişin yaxın ailə üzvlərində qorxu və həyəcan hissləri yaratmaqla, həmçinin onların istirahətlərini pozmaqla törətmiş olduqları xuliqanlıq cinayətinin ictimai təhlükəliliyini işin faktiki hallarına uyğun şəkildə nəzərə almadan onlara yüngül cəza təyin etmişdir. Apellyasiya məhkəməsi cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri və şərtləri konteksində müzakirə edərək Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsinin sanksiyasında n əzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə əsaslı nəticəyə kəlmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə bağlı qeyd edir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı bir əsaslandırma aparmamışdır. Məhkəmə kollegiyası təyin edilmiş cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini mümkün hesab etməyərək qeyd edir ki, Apellyasiya məhkəməsi düzgün olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını ədalətli və adekvat hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinay ətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmi ş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Belə ki, Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olduğundan dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillər işin faktiki hallarına uyğun olmadığından əsassızdır və yuxarıda şərh olunanlara əsasən isə məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsi nə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1- ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipində n bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəz ərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinməsi və cəza təyini ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosesseal qanunvericiliyin tələbləri pozulmamış, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1233/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1233/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver