Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1233/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(103)-32/2024 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya p rotestinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2023-cü il tarixli 1(101)-554/2023 nömrəli hökmü ilə (hakimlər: İ.X.Həsənzadə (sədrlik edən), Ə.Q.Quliyev və R.Ə.Sadıxov) 1995-ci il iyulun 19-da Tovuz rayonunun Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, x qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hal-hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 2023-cü il fevralın 01-dək qüvvədə olan 150.2.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaların qismən toplamaq yolu ilə onun qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2022-ci ildən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin məhkumun müdafiəçisi Cavadov Vüqar Şahmalı oğlu tərəfindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli hökmü ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəm əsinin 06 mart 2023-cü il tarixli hökmü qismən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi (Azərbaycan Respublikası CM-nin 2023-cü il fevralın 01-dək qüvvədə olan) ilə məhkum olunmasına dair hissədə ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, hökmdən CM-nin 66.3-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəa xaric edilmiş, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması nəzərə alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş və aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmə məqsədi ilə "Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Lerik rayonu, Piran kənd sakini, 2006-cı il 25 fevral təvəllüdlü Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə yetkinlik yaşına çatmayan şəxs olduğunu bilib yaşını artıracağı və sonuncu ilə nikaha daxil olacağı barədə yalan vəd verdikdə inandıraraq aldatmış, Lerik rayonu, Piran kəndində yerləşən, Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında 2022-ci il avqustun 21-də 4000 manat, 2022-ci il avqustun 24-də 4000 manat, 2022-ci il avqustun 26-da 1900 manat, axırıncı dəfə isə 2022-ci il avqustun 28də 1860 manat olmaqla Qanuni nümayəndə məxsus ümumilikdə 11760 manat məbləğində pulu Lerik rayonu, Piran kəndində Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Qanuni nümayəndə ümumilikdə 11760 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci il avqustun 28-də Zərərçəkmiş şəxs1 yaşadığı Lerik rayonu, Piran kəndindən idarə etdiyi "Toyota Prius” markalı avtomobillə ünvan 2 ünvanı nda yerləşən "Astola hotel”ə aparıb həmin tarixdə saat 07 radələrində otelin 302 nömrəli otağında cinsi ehtirasım təmin etmək məqsədi ilə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan barəsində, 2006-cı il 25 fevral təvəllüdlü Zərərçəkmiş şəxs1 zor tətbiq edərək sonuncuya sağ bazu nahiyəsində qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə əynindəki paltarı çıxarmış, Zərərçəkmiş şəxs1 üzüstə çarpayıya uzadıb qollarından tutaraq burmuş, ağzını əli ilə qapamaqla fiziki ağrı yetirib hərəkətini məhdudlaşdıraraq gərginləşmiş vəziyyətdəki cinsiyyət üzvünü zorla sonuncunun arxa keçəcəyinə daxil etmiş, təxminən 10 dəqiqə hərəkət etdirməklə Zərərçəkmiş şəxs1 ilə qeyritəbii yolla cinsi əlaqədə olub seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Apellyasiya instansiya məhkəm əsi Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsinin sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 150.2.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində gö stərilən tələblərə uyğun tədqiq etməmiş, Təqsirləndirilən şəxs CM-nin 150.2.3-cü maddəsi ilə bəraət verilərkən, zərər çəkmişin barəsində olan 30 avqust 2022-ci il tarixli ekspertiza rəyinə istinad edərək, tədqiqatı aparmış ekspertlərin yalnız biri tərəfindən imzalandığından, eləcə də zərərçəkmişin apellyasiya baxışında əvvəlkilərdən fərqli ifadələr verdiyindən Təqsirləndirilən şəxs bəraət vermişdir. Dövlət ittihamçısı hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlləri istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində araşdırılmış və tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddələrində nəzərdə tutulmuş halları yaradan pozun tular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli hökmünün Təqsirləndirilən şəxs CM-nin 150.2.3cü maddəsi bəraət verilməsi hissəsində ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kass asiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl etmədən, o cüm lədən CPM-in 143-146-cı maddələrinin müddəalarını pozmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə əsassız olaraq bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə də təqsirli bilinərək məhkum edilsə də, kassasiya protest i üzrə apellyasiya instansiyası məhkəməsinin hökmü yalnız Təqsirləndirilən şəxs aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsinin sübuta yetirilmədiyindən ona CM-in 150.2.3-cü maddəsi ilə bəraət verilməsi hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbi t olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessul Məcəllənin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibi nin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessua l qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndi rilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməs inin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq həmin məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs CM-in 150.2.3-cü maddəsi ilə bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, ibtidai istintaq zamanı toplanmış sübutlardan görünür ki, cinayət təqibi orqanın Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3cü maddəsi ilə irəli sürdüyü ittiham həlledici şəkildə Zərərçəkmiş şəxs1 ifadəsi və onun ilkin məhkəmə-tibbi müayinələrinə dair ekspertiza rəyləri ilə əsaslandırılmışdır. Lakin, apellyasiya məhkəməsində Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq surətd ə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsi yoxlanılarkən onun müxtəlif vaxtlarda biri-digərini təkzib edən (ziddiyyətli) və işin həqiqi halları ilə uzlaşmayan ifadələr verməsi müəyyən edilmişdir. O cümlədən, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 ibtida istintaq zamanı ifadəsində Orxanın onunla cinsi əlaqəyə girmək istəyərkən etiraz etdiyini, Orxanın onun əynində olan qara rəngdə köynək və sarı rəngdə şalvarını, həmçinin əynində olan alt paltarlarını çıxarıb qollarını tutub burduğunu, onun qolundan çıxmaq istəyərkən sağ qol nahiyəsindən dişləyib ona xəsarət yetirdiyini bildirdiyi halda, apellyasiya məhkəməsində ifadə verərkən Təqsirləndirilən şəxs yolda maşında olarkən onu qolundan tutaraq sıxıb dişlədiyini, oteldə ona xəsarət yetirmədiyini, onlar oteldə olanda qeyri-təbii yolla cinsi əlaqə də olarkən Orxan sadəcə onun qollarını tutduğunu, həmin gün saat 4-ə kimi oteldə olduqlarını, sonra Orxanın nömrə almaq üçün getdiyini, 1 saatdan sonra qayıtdıqdan sonra onun çıxışına stop qoyulduğu üçün onu rayona qaytarmalı olduğunu deyib, taksi ilə rayona yola saldığını, oteldən çıxanda heç kimə şikayət etmədiyini, Orxan tərəfindən ona 2300 manat məbləğində pul qaytarıldığını, yerdə qalan pulu ödəmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs1 özünü verdiyi ifadələrdən də aydın olur ki, o, Təqsirləndirilən şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman həmin hərəkətləri dayandırmaq üçün heç bir müqavimət göstərməmiş (zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun əynində olan köynəyini, şalvarını daha sonra alt paltarlarını çıxar mış), Təqsirləndirilən şəxslə oteldə qeyri-təbii yolla cinsi əlaqədə olarkən sonuncu ona xəsarət yetirməmiş, sadəcə onun qollarını tutmuş, hadisə baş verəndən sonra da Təqsirləndirilən şəxs heç kimə şikayət etməmişdir. Hətta cinayət işinin materiallarında olan Lerik Rayon Polis Şöbəsinin tərtib etdiyi 2022-ci il 31 avqust tarixli protokoldan da görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:30-da məhz Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işi materiallarında sübut kimi tanınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin canlı şəxsin ekspertizasına dair 30 avqust 2022 -ci il tarixli, 121 nömrəli ekspert rəyində qeyd olunanlar reallığı əks etdirməmişdir. Belə ki, tərtib edilmiş ekspert rəyində, ekspert rəyinin hazırlanmasında iki ekspertin iştirak etdiyi qeyd edilsə də, yalnız bir ekspert imza etmiş, ekspert rəyinin bütün vərəqləri imzalanıb möhürlənməli olduğu halda ekspert rəyinin əsas hissəsi olan - tədqiqi hissəsində ekspertlərdən hər ikisinin imzası olmalı olduğu halda, həmin hissədə hər iki ekspertdən heç birinin imzası, nəticə hissəsində isə ekspert x imzası olmamışdır. Eyni zamanda ekspertizaya təqdim edilən şəxsin şəxsiyyətini təsdiq edən məlumatlar əks olunmalı olduğu halda, zərərçəkmiş şəxsin şəxsiyyətini təsdiq edən məlumatlar və onun fotoşəkili, xəsarəti əks etdirən fotolar ekspert rəyinə əlavə edilməmişdir. Həmçinin Lerik rayon Polis Şöbəsi nin müstəntiqi tərəfindən tərtib edilmiş 380 nömrəsi ilə qeydiyyata alınmış 29 avqust 2022-ci il tarixli qərarın (ekspertiza təyin edilməsi ilə bağlı) qərara aldım hissəsinin 3-cü bəndində canlı şəxsin ekspertizasına dair ekspert qarşısında qoyulmuş suallara cavab verilməsi üçün qərarın surəti və X7 təqdim olunsun kimi qeyd olunmuşdur. Tərtib edilmiş ekspert rəyi verilən zaman ekspertlər bu halı araşdırmamış, ekspertizaya təqdim edilmiş şəxsin şəxsiyyətini eyniləşdirməmişlər. Belə olan halda apellyasiya instansiya məhkəməsi haqlı olaraq istintaq orqanı tərəfindən sübut qismində tanınmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin canlı şəxsin ekspertizasına dair 30 avqust 2022-ci il ta rixli, 121 nömrəli ekspert rəyini hazırki ittiham üzrə sübut kimi qəbul etməkdən imtina etmiş və yenidən ekspertiza təyin edilməsi barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibbi Ekspertiza və X6» publik hüquqi şəxsinin canlı şəxsin ekspertizasına dair 20 iyul 2023-cü il tarixli, 324 nömrəli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı xəsarət və xəsarət izi aşkar edilməmiş, Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs1 arxa keçəcəkdə qeyri-təbii yolla dəfələrlə cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmiş, qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və xəsarət izi qalm ırsa, müddət haqqında fikir söyləmək mümkün deyil. Göründüyü kimi apellyasiya məhkəməsi ibtidai istintaq zamanı əldə edilmiş ekspertiza rəyindən olan ziddiyyətləri nəzərə alaraq, qeyd olunan ekspertiza rəyini Təqsirləndirilən şəxs qarşı CM-nin 150.2.3-cü maddəsi irəli sürülmüş ittihamın əsasını təşkil edən mötəbər sübut kimi qəbul edilməsindən imtina edərək, sonuncunun təqsirsizliyini təsdiq edən məhkəmə istintaqı zamanı əldə edilmiş 20 iyul 2023-cü il tarixli, 324 nömrəli ekspert rəyinə əsaslanmışdır ki, bu da məhkəmənin iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizaların rəyləri barəsində qənaətinin də həmin rəylərin tam, hərtərəfli və obyektiv araşdırılmasından irəli gələn nəticə kimi çıxış edir. Kassasiya protestində iddia olunanların əksinə olaraq, məhkəmə istintaqı (apellyasiya icraatı qaydasında) zamanı əldə olunmuş ekspertizanın nəticəsi bağlı hər hansı bir ziddiyyət mövcud olmamış, onun təyin edilməsi, keçirilməsi, rəyinin tədqiq edilməsi, qiymətləndirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə, o cümlədən 127-ci, 331-ci maddələrinə və XXXV fəslinin müddəalarına əməl olunmuşdur. Digər tərəfdən Təqsirləndirilən şəxs da ifadələrində Azərbaycan Respublikasının CMnin 150.2.3-cü maddəsi ilə elan olan ittiham üzrə özünü təqsirli bilmədiyini, ünvan 2 ünvanında yerləşən "Astola hotel”ə apararaq həmin tarixdə saat 07 radələrində oradakı 302 nömrəli otaqda könüllü razılıq əsasında Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğu göstərmiş, yuxarıda şərh olunan səbəblər üzündən nə zərərçəkmiş şəxsin ziddiyyətli ifadəsi, nə ibtidai istintaq zamanı əldə edilmi ş məhkəmə ekspertiza rəyi, nə də ki, digər sübutlarla Təqsirləndirilən şəxs mövqeyi təkzib edilməmişdir (istinad olunan və digər sübutlar apellyasiya məhkəməsinin hökmündə ətraflı təsvir olunmaqla onların həqiqi məzmununa uyğun olaraq şərh olunduğundan, məhkəmə kollegiyası qalan sübutların da hazırki qərarda yenidən təsvir və şərh olunmasına zərurət görmür). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsinin dispozisiyasına görə isə, hazırki işin kontekstində (Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinin tələbləri nəzərə alınmaqla) Zərərçəkmiş şəxs1 qarşı aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə zor tətbiq etməklə seksual xarakterli hərəkətlərin edilməsi baxılan işin sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edir. Odur ki, məhkəmədə baxılmış sübutlar T əqsirləndirilən şəxs göstərdiklərini təkzib etmədiyi vəziyyətdə apellyasiya məhkəməsinin ittihamda təsvir edilən cinayət hadisəsinin baş verməsinin, Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlib ona Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsinə əsasən bəraət verməsi sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 145.3-cü maddəsinə, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə uyğun olan nəticələr kimi özünü göstərir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin cinayət prosessual qanunvericiliyinin tələblərindən çıxış etməklə Təqsirləndirilən şəxs Azər baycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə bəraət verməsi əsassız və qanunsuz nəticə kimi, bu nəticənin mübahisələndirilməsinə dair kassasiya protesti isə əsaslı müraciət kimi qiymələndirilə bilməz. Təsvir edilənlər apellyasiya məhkəməsi tərəfindən kassasiya protestində iddia olunan Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən hökmünün ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Təqsirləndirilən şəxs barəsind ə olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(103)-32/2024 nömrəli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 1(103)-32/2024 nömrəli hökmü verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1233/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1233/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver